Heydər Əliyev ideyaları əbədiyaşardır
Azərbaycanın
müasir tarixində milli öndərimiz Heydər Əliyevin
müstəsna xidmətlərinin ictimai-siyasi mahiyyəti hələ
uzun illər tədqiqatçıların diqqət mərkəzində
olacaq. Bu dahi şəxsiyyət müstəqil Azərbaycanın
sosial-iqtisadi və siyasi əsaslarının möhkəmləndirilməsində,
dünyanın aparıcı dövlətlərinin etibarlı
tərəfdaşına çevrilməsində sözün
həqiqi mənasında böyük işlər
görmüşdür və buna görə də onun siyasi
irsinin öyrənilməsi hansısa konkret zaman çərçivəsi
ilə məhdudlaşdırıla bilməz.
XX əsrin mürəkkəb
geosiyasi prosesləri fonunda ölkəmizin öz müstəqilliyini
qoruyub saxlaması, cəmiyyətin ən müxtəlif təbəqələrinin
mənafelərini ifadə edən dövlət idarəetmə
sisteminin yaradılması Heydər Əliyevin adı ilə
bağlıdır. Onun qurduğu müstəqil Azərbaycan
dövləti dünyanın ən qüdrətli ölkələrinin
strateji müttəfiqi kimi regionda cərəyan edən proseslərin
mərkəzində dayanır.
Azərbaycan
xalqının ümummilli lideri, dünya şöhrətli
dövlət xadimi Heydər Əliyev böyük siyasətdə
qarşıya qoyduğu hədəflərə doğru irəliləyərkən
təkcə daxili inamına, iti fəhminə, yüksək
intellektinə, parlaq zəkasına deyil, həm də ictimai
etimada əsaslanmış, ən böyük dəstəyi
xalqdan almışdır.
Heydər Əliyevin dahi
lider kimi fəaliyyəti öz mahiyyəti etibarilə Azərbaycanın
hüdudlarından çox-çox kənara
çıxırdı. Ulu öndərimiz cəmiyyətin həlledici
hissəsini arxasınca apara bilmişdir. Özünəməxsus
liderlik keyfiyyətləri, siyasi prosesləri zəruri səmtə
yönəltmək məharəti, cəmiyyətin maraq və
mənafelərini ümumi nöqtədə birləşdirmək
bacarığı ilə dövlətə rəhbərlik fəaliyyətinin
bütün mərhələlərində xalqın sonsuz rəğbət
və etimadını, inamını qazanmışdır.
1993-cü ilin iyununda Azərbaycan
dərin siyasi və iqtisadi böhran içərisində
çapalayarkən, müstəqilliyini itirmək təhlükəsi
ilə üzləşərkən məhz Heydər Əliyev
dühası xalqımızı başının
üsütünü almış bütün bəlalardan
hifz edərək ölkəmizi xaos və anarxiya mühitindən,
vətəndaş müharibəsi təhlükəsindən
xilas edərək sabit inkişaf yoluna
çıxarmışdır. İctimai-siyasi sabitliyi tam təmin
edərək sonrakı mərhələdə həyata
keçirdiyi çoxşaxəli islahatlarla bir daha sübuta
yetrmişdir ki, güclü iqtisadiyyata, müstəqil xarici
siyasətə, demokratik imicə, mənəvi yüksəlişə
malik olmayan xalq güclü dövlət qura bilməz.
Ümummilli lider Heydər
Əliyev hakimiyyətdə olduğu illərdə Azərbaycan
cəmiyyətinin vahidliyinin təmin olunmasını da
özünün strateji vəzifəsi saymışdır. Cəmiyyətin
vahidliyini təmin edərək onun sosial bərabərsizlik,
regional faktor, dini və milli mənsubiyyət amili
baxımından parçalanmasına imkan verməmişdir. Həmin
sistemin Azərbaycan dövlətçiliyinin yaşaması,
inkişaf etməsi baxımından düzgün olduğunu
ötən illərin reallıqları da bir daha təsdiqləmişdir.
Heydər Əliyev həm
də azərbaycançılıq məfkurəsinin
yaradıcısı idi.
"Hər bir insan
üçün milli mənsubiyyəti onun qürur mənbəyidir.
Həmişə fəxr etmişəm və bu gün də fəxr
edirəm ki, mən azərbaycanlıyam" deyən
ümummilli lider azərbaycanhlara xas gözəl nə varsa,
onların ha-mısını öz parlaq simasında bir araya gətirmişdir.
Heydər Əliyev idarəçiliyinin
təlimində güclü dövlət anlayışı və
bütün atributları ilə birgə ölkənin
iqtisadi, siyasi, sosial və mənəvi əsasları öz əksini
tapmışdır. Heydər Əliyev nəinki müstəqil
Azərbaycan dövlətinin yaradılması
konsepsiyasını həyata keçirdi, eyni zamanda, Azərbaycan
vətəndaşlarını birləşdirən,
xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə,
məqsəd və məram ətrafında səfərbər
edən milli azərbaycançılıq ideologiyasını
da yaratdı.
Ulu öndərin Azərbaycanın
iqtisadiyyatının güclənməsinə ən boyük
ve tarixin qızıl səhifələrinə
yazılmış xidmətlərindən biri onun ölkəmizdə
böyük uğurla həyata vəsiqə qazanmış
neft strategiyasıdır. Bu ifadəni işlədərkən
ilk öncə "Əsrin müqaviləsi" yada
düşür. Bu strategiyanın reallaşması ulu öndərin
uzaqgörənliyinin bəhrəsi idi. Vaxtı ilə bu
ideyanı utopiya, xəyal adlandırən bəzi qüvvələr
sonradan yanıldıqlarını etiraf etməyə məcbur
oldular. "Azəri-Çıraq-Günəşli" neft və
qaz yataqlarının istifadəyə verilməsi,
"Bakı-Tbilisi-Ərzurum" qaz kəmərinin
reallaşması da Heydər Əliyevin strategiyasının təntənəsidir.
Azərbaycanı
dirçəltmək, bütün sahələrdə
öncül olmaq milli öndərimiz Heydər Əliyevi
taleyinə yazıldı. Yalnız böyük şəxsiyyətlərə
məxsus olan keyfiyyətlərin Heydər Əliyevdə cəmləşməsinin
nəticəsi idi ki, çox qısa bir zaman kəsiyində
Azərbaycan keçmiş İttifaqa daxil olan
respublikaların hamısının həsəd apara biləcəyi
sıçrayışla tərəqqiyə nail oldu.
Ulu öndər deyirdi
ki, milli vətənpərvərlik, milli qürur hissi bizim
dövlətçiliyimizin yaşaması üçün ən
böyük amillərdən biridir. O, bunun üçün
çox böyük işlər gördü. Azərbaycançılıq
məfkurəsinin şüurlara hakim kəsilməsinə nail
oldu. Heydər Əliyevin təşəbbüsü ilə
2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının
I Qurultayı keçirildi və bununla da milli diasporumuz təşəkkül
tapdı.
Böyük iftixar hissi
ilə qeyd edə bilərik ki, ölkə Prezidenti İlham , Əliyev
tərəfindən ümummilli liderimizin siyasi kursu uğuria
davam etdirilir. Bu siyasətə sədaqətlilik Azərbaycan
xalqında parlaq gələcəyə inamını daha da
artırıb.
Hikmət ŞİKAROV
Respublika.- 2010.- 12 may.- S. 7.