Dahi şəxsiyyət

 

Çoxəsrlik dövlətçilik tariximizdə dahi şəxsiyyət Heydər Əliyevin öz yeri, öz dəst-xətti vardır. Dünya tarixinin nadir şəxsiyyətlərindən biri olan bu böyük insan sözün həqiqi mənasında təkcə öz xalqının deyil, ümumən bəşəriyyətin tərəqqisi yönündə böyük xidmətlər göstərən bir dahi idi. Azərbaycanın 34 illik dövrü məhz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.

Tarixə xalqımızın ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz insan ölkəmiz üçün çox vacib olan bir sərvət—azərbaycançılıq ideologiyasını yaratmışdır. 1993 -cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev ilk növbədə ölkədə siyasi sabitliyin yaradılmasına böyük diqqət verirdi. Bu, respublikamızın inkişaf etdirilməsi, dövlət quruculuğu sahəsindəki islahatlarının həyata keçirilməsi üçün ilkin şərt idi.

Milli öndərimiz Heydər Əliyev gənc, müstəqil dövlətimizi demokratik inkişaf yoluna doğru istiqamətləndirdi. Qısa bir zaman ərzində dövlət quruculuğu sahəsində böyük irəliləyişlər əldə olundu. Demokratiyanın inkişəf etməsi ilə insan hüquq və azadlıqlarının qorunması, milli şüurun yüksəldilməsi sahəsində mühüm dəyişikliklər baş verdi.

Ölkə başçısı kimi fəaliyyətə başladığı ilk gündən Heydər Əliyev dövlət quruculuğu prosesini demokratik prinsiplər əsasında qurdu. O, Azərbaycanı müstəqil, demokratik, hüquqi, dünyəvi vətəndaş cəmiyyətinə əsaslanan qüdrətli bir dövlətə çevirmək üçün gecə-gündüz yorulmadan gərgin fəaliyyətə başladı.

Ulu öndərimiz milli-mənəvi dəyərlərimizin, irsimizin qorunub saxlanmasını, daha da inkişaf etdirilməsini vacib məsələ kimi irəli sürdü və bu təməl üzərində yeni, müasir Azərbaycan yaratdı. O, mənəvi zənginliyi xalqın ən böyük sərvəti hesab edir, xalqımızın intellektual səviyyəsinin yüksəldilməsinə xüsusi əhəmiyyət verirdi. Ona görə də Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə elm və təhsilin müxtəlif sahələrini əhatə edən böyük ziyalı ordusu yetişdi. Mənsub olduğu xalq qarşısında Heydər Əliyevin böyük xidmətlərindən biri də Azərbaycan mədəniyyətini, milli-mənəvi irsini yaşadıb təbliğ etdirmək "  və onun üzərində müasir mədəniyyətimizin inkişafına nail olunmasıdır.

Milli-mənəvi və bəşəri dəyərlərin ən ali prinsiplərini ardıcıllıqla zənginləşdirən ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri ölçüyəgəlməzdir. Onun iradəsi, qətiyyəti, zəngin idarəçilik təcrübəsi, Vətənin azadlığı və müstəqilliyi uğrunda apardığı gərgin mübarizə nəticəsində ölkədə ictimai-siyasi sabitlik, əmin-amanlıq bərqərar olub, demokratik-hüquqi dövlət quruculuğunda sanballı nailiyyətlər qazanılıb.

Bütün Azərbaycan vətəndaşları yeni əsrin başlanğıcında belə bir həqiqəti tam dərk etmişlər ki, ölkəmizdə milli tərəqqinin 30 ildən artıq bir mərhələsi milli mənafeyi hər şeydən üstün tutan zəmanəmizin böyük siyasi və dövlət xadimi, milli dövlət quruculuğumuzun memarı Heydər Əliyevin millət və vətən sevgisindən qaynaqlanan fəaliyyəti ilə bağlıdır.

Heydər Əliyevin yaratdığı fəlsəfi konsepsiya-ların qayəsi Azərbaycanın müasir dünyada ye-rini və gələcəyini müəyyənləşdirməkdən ibarətdir.

Bugünkü müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir. Sevinirik ki, ulu öndərimizin siyasi kursu bu gün Prezident İlham Əliyevin titanik səyi və rəhbərliyi ilə uğurla davam edirilir. Son illər ölkəmiz daha sürətli inkişaf mərhələsinə qədəm qoyub. İqtisadi inkişaf tempinə görə dünyada lider mövqeyindədir.

 

 

Cahid QOCAYEV

 

Respublika.- 2010.- 14 may.- S. 5.