Ulu öndərin ideyaları həmişəyaşardır
Bu gün Azərbaycan regionun ən qüdrətli, nüfuzlu,
dinamik inkişaf edən dövlətidir. Bu uğur Heydər Əliyev strateji kursunun müvəffəqiyyətlə
həyata keçirilməsi
nəticəsində qazanılıb.
Ümummilli liderimiz Heydər Əliyevin qurduğu və Azərbaycan xalqına ətnanət qoyduğu müstəqil, suveren, demokratik Azərbaycan Respublikasında
sürətli iqtisadi inkişaf prosesi sağlığında olduğu
kimi, bu gün də davam edir. Gənc
respublikamızın bugünkü
yüksəlişinə nail olmaq üçün ölkəmizdə əsaslı,
qlobal islahatların aparılmasına başlayan
dovlət başçımız
tərəfindən təməli
qoyulan möhtəşəm
layihələrin uğurla
həyata keçirilməsi
göstərir ki, Heydər Əliyev dövlətin siyasi kursunu vaxtında dəqiq və düzgün müəyyənləşdirib.
Ömrünün mənası saydığı
Azərbaycana rəhbərlik
etmək şansı qismətinə yenidən düşən Heydər Əliyev äğır və mürəkkəb birdövrün bütün
sınaqlarını, çətinliklərini
öz üzərinə
götürdü. Ölkəmizdə
dövlət quruculuğunu
həyata keçirən,
ölkə vətəndaşlarını
bu prosesdə fəal iştirak etməyə çağıran,
iqtisadiyyatın ən
qısa zamanda dirçəlməsinə var
qüvvəsini sərf
edən ulu öndər sovet dövründə olduğu
kimi, yenə də Azərbaycanda elmin, təhsilin, mədəniyyətin inkişafına
ciddi əhəmiyyət
verməyə, islahatların
bu sahələrdə
də eyni sürətlə aparılmasına
çalışırdı.
Ümummilli lider Heydər Əliyevdən əvvəlki
rəhbərlər də
təhsil sahəsində
islahatların aparılmasına
başlamışdılar. Lakin bütün
həyatı boyu Azərbaycanda təhsilin yüksək səviyyədə
inkişafına və
beynəlxalq təhsil
sisteminə inteqrasiyasına
çalışan ölkə
başçısını bu islahatlarqane etmirdi. O, uzaqgörən
bir siyasətçi, zəngin dünyagörüşlü,
ensiklopedik biliyə malik, zamanın, dövrün nəbzini tutan bir dövlət
başçısı kimi
ölkədə təhsil
sisteminin məhz dünya standartları səviyyəsində qurulmasına
böyük əhəmiyyət
verirdi. Buna görə
də o, ilk növbədə
bu sahədə əsaslı islahatları
ciddi nəzarətdə
saxlayır, Azərbaycanda
bu sahənin müasir tələbata uyğun qurulmasına və təhsilin paralel olaraq beynəlxalq təhsil sisteminə sürətli inteqrasiyasınə nail olmağa
çalışırdı.
Respublikamızın təhsil sistemində əsaslı islahatların
aparılması məqsədilə
böyük layihələrin
sürətlə işlənilib
hazırlanmasına və
həyata keçirilməsinə
başlandı. Onun 1998-ci il mart ayının
30-da imzaladığı müvafiq
sərəncamla təhsil
sahəsində islahatlar
üzrə Dövlət
komissiyası yaradıldı.
Komissiya tezliklə,
"Azərbaycan Respublikasının
təhsil sahəsində
İslahat Proqramı"nı hazırladı
və həmin proqram 1999-cu ilin 15 iyununda təsdiq edildi. Yeni proqram milli təhsilimizin qurulmasında
xüsusi əhəmiyyətə
malik proqram olmaqla bərabər, Prezident Heydər Əliyevin milli təhsilin inkişafına
qoyduğu tələblərə
cavab verirdi. Ulu öndər Azərbaycanda bütün
sahələr kimi, təhsilin problemlərini dərindən bilir, milli təhsilin inkişafına və qurulmasına strateji əhəmiyyətli bir proses kimi baxırdı.
Təsadüfi deyil ki, məhz o, keçmiş SSRİ dönəmində
azərbaycanlı gənclərin
İttifaqın ən
nüfuzlu ali
məktəblərində ən
yeni ixtisaslar üzrə təhsil almasına imkan yaratmışdı.
Keçən əsrin
20-ci illərində Azərbaycanda
ali təhsil
müəssisəsi yaratmağın
çox böyük çətinlikləri vardı.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1969-cu il iyul ayının 14-də siyasi hakimiyyətə ilk gəlişi respublikamızı sosial-iqtisadi, mədəni- mənəvi cəhətdən sürətlə inkişaf etdirməklə, köklü struktur, kəmiyyət və keyfiyyət dəyişikliklərinin yaranmasına, güclü milli kadr potensialının formalaşmasına səbəb oldu. Təhsil, elm və mədəniyyət sahələrinin inkişafına xüsusiönəm verildi, qazanılan böyük uğurları millətin gələcək müstəqilliyinə möhkəm zəmin yaratdı. Respublikanın bütün ali məktəbləri kimi, yüksək pedaqoji təhsilin öncülü və bayraqdarı olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin son 30 ilindəki uğurları bilavasitə Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. O, Pedaqoji Universitetə 5 dəfə gəlmiş, professor-müəllim və tələbə kollektivinə çox dəyərli tövsiyələr, məsləhətlər və göstərişlər vermiş, hər bir əməkdaşın arzu və istəkləri ilə maraqlanmışdır. Ulu öndərin dəyərli tövsiyələri universitetimizdə təhsil-tərbiyənin səmərə və keyfiyyətinin yüksəldilməsində, qəbul imtahanlarında obyektivlik və ədalətin bərqərar edilməsində, nöq-sanların aradan qaldırılmasında, gənclərin ictimai fəallığının artırılmasında, yüksək səviyyəli, elmi və elmi-pedaqoji kadr hazırlığında həlledici rol oynamışdır.
Ümummilli liderimizin bu təhsil ocağının 60 illik yubileyi ilə bağlı təntənəli mərasimdə dediyi: "Azərbaycan Dövlət Pedaqoji Universiteti böyük və şərəfli yol keçmişdir. Onun kollektivi Azərbaycan ümumtəhsil məktəbinin inkişafında böyük xidmət göstərmiş, institut xalq maarifi üçün yüksək ixtisaslı kadrlar bazasına çevrilmişdir"-fikri institut əməkdaşlarının sonrakı fəaliyyət proqramının əsas leytmotivini təşkil etmişdir.
70-80-ci illərdə universitetdə tədris və elmi fəaliyyətin səviyyəsini yüksəltmək, yüksək ixtisaslı müəllim kadrları hazırlamaq, maddi-texniki bazanı genişləndirmək, yeni tədris korpusları və tələbə yataqxanaları tikmək istiqamətində konkret tədbirlər həyata keçirildi.
80-ci illərin sonu, 90 illərin əvvəllərində ölkədə baş verən ictimai-siyasi şərait, hakimiyyət uğrunda gedən savaşları tədris prosesində və elmi-tədqiqat işlərində geriləməyə səbəb oldu. Bütün bunlar başqa ali təhsil məktəblərində olduğu kimi, ADPU-da da normal tədris fəaliyyətinə maneçilik törədirdi. Belə çətin bir şəraitdə Azərbaycanın böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən respublika rəhbərliyinə gəldi və "ömrümün qalan hissəsini də xalqıma bağışlayıram"—söyləməklə müasir Azərbaycan dövlətini qurmaq missiyasını həyata keçirməyə başladı.
Doğma Azərbaycanımız bu gün hərtərəfli tərəqqi yolundadır. Ulu öndər Heydər Əliyevin siyasi varisi, dövlət başçımız cənab ilham Əliyevin uğurlu rəhbərliyi nəticəsində bu inkişaf, tərəqqi günü-gündən hər bir sahədə özünü təsdiqləməkdədir.
Bu baxımdan son illər Azərbaycan Dövlət Pedaqoji Universitetinin həyatını səciyyələndirən xüsusiyyətlərdən biri də nüfuzlu qabaqcıl elm və təhsil ocağında müasir informasiya-kommunikasiya texnologiyalarının səmərəli şəkildə tətbiq edilməsidir. Bu ali təhsil ocağının mükəmməl səviyyədə formalaşmasında universitetin rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədovun böyük xidmətləri olmuşdur. Universitetdə tədrisin səviyyəsi ildən-ilə yüksəlir, neqativ halların qarşısı alınır.
Qızxanım QƏHRƏMANOVA
Respublika.- 2010.- 15 may.- S. 3.