Azərbaycan – Özbəkistan ədəbi-mədəni
əlaqələri
Cəmiyyətin
inkişafında mədəniyyətin rolunun artması
dövrümüzün ən mühüm
qanunauyğunluqlarından biridir. Mədəniyyətin
formalaşması və inkişafı, xalqların mədəni
irsi və irsə varislik, bu sahədə tərəqqi mədəni
əlaqələr vasitəsilə də təzahür edir.
Mədəniyyətin əsas sahələrindən
biri olan ədəbiyyat və incəsənətin xalqa təsir
qüvvəsi həmişə artmış və mədəni
nailiyyətlərin mübadiləsi əsasında inkişaf
etmişdir. Mədəni əlaqələrin
təsiri ilə milli ədəbiyyat və incəsənətin
inkişafı xalqın mənəvi aləminin zənginləşməsinə
də kömək edir. Azərbaycan
xalqı öz mədəniyyətini başqa ölkələrin
xalqları, ilk növbədə türk xalqları ilə əməkdaşlıq,
ədəbiyyat və incəsənətin
qarşılıqlı surətdə zənginləşdirilməsi
və milli nailiyyətlərin mübadiləsi əsasında
inkişaf etdirir. Müasir dövrdə
türk xalqları arasında mövcud olan mədəni əlaqələr
bu xalqların tarixi keçmişinə əsaslanır.
Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyev bu məsələyə böyük önəm verərək
demişdir ki, Azərbaycan sülhsevər ölkə olaraq
bütün dövlətlərlə və xalqlarla
qarşılıqlı anlaşma, mehriban dostluq və əməkdaşlıq
şəraitində yaşamaq istəyir.
Ölkəmizin
yaradıcılıq ittifaqları mədəni əlaqələrin
yaranması və inkişafında yaxından iştirak edir. Bu əlaqələrin
forma və vasitələri zəngin, coğrafi dairəsi
geniş, əhəmiyyəti isə böyükdür. Yaradıcılıq ittifaqlarının ədəbi-mədəni
əlaqələr dairəsinə tərcümə problemləri,
müzakirələr, söhbət-lər,
yaradıcılıq görüşləri, festivallar,
görkəmli şəxsiyyətlərin yubileyləri ədəbiyyat
və incəsənət günləri, poeziya günləri,
elmi əlaqələr və s. daxildir. Bu
baxımdan Özbəkistanla mədəni əlaqələrimizin
yaxın tarixinə nəzər salaq.
Azərbaycan
Yazıçılar İttifaqının mədəni əlaqələr
sahəsində fəaliyyətində bədii tərcümə
və ədəbiyyatın təbliği əsas yer tutur. Buna görə
də ittifaqın nəzdində hələ sovet dönəmində
xüsusi olaraq tərcümə bölməsi fəaliyyət
göstərirdi. Azərbaycan ədəbiyyatının
bir çox nümunələri özbək dilinə
çevrilmişdir. C.Cabbarllnın "Od
gəlini", "Sevil", "1905-ci ildə" pyesləri
özbək dilində çap olunmuşdur. Azərbaycan dilinə və ədəbiyyatına xüsusi məhəbbət
bəsləyən, onları öyrənən və orijinaldan
tərcümə edən müəlliflər respublika Yazıçılar
ittifaqı ilə sıx ələqələr saxlayırdılar.
Özbək Ə.Cabbarov Azərbaycan dilini bilir
və orijinaldan tərcümə edirdi. Azərbaycan
Yazıçılar
İttifaqı keçmiş
SSRİ xalqları ədəbiyyatından edilən tərcümələri
öz orqanlarında, xüsusən "Azərbaycan"
jurnalında nəşr edirdi. M.Şeyxzadənin "Mirzə
Uluqbəy" faciəsi
dediklərimizə sübutdur.
1970-ci ildə
Azərbaycan Yazıçılar
İttifaqı görkəmli
özbək şairi M.Şeyxzadənin 70 illiyini qeyd etmək
üçün onun əsərlərini iki cilddə nəşr
etmək haqqında qərar çıxarır. Bununla əlaqədar
M.Şeyxzadənin kitabları Azərbaycan dilində nəşr
olunur. Bu kitablardakı əsərləri şairlərdən
M.Dilbazi, B.Azəroğlu, Ə.Ziyatay, N.Xəzri, Ə.Kürçaylı,
M.İbrahim, X.Rza, İ.Səfərli, N.Həsənzadə,
T.Bayram və başqaları tərcümə
edirlər.
Bu dövrdə
özbək-Azərbaycan ədəbi-mədəni əlaqələrini
tədqiq edən xüsusi qruplar yetişdirilmişdi. Belə ki, Azərbaycandan
Daşkəndə göndərilmiş Q.Qasımov və. A.Bağırov
Daşkənd Dövlət Universitetində təhsilini başa vurub. Eləcə də Özbəkistandan Bakıya-Azərbaycan
Dövlət
Universitetinə təhsil almaq üçün özbək tələbə-Ə.Cabbarov
və T.Mahmudəliyev göndərilmişdilər. Onlar Azərbaycan şeirini orijinaldan tərcümə
edirdilər. Özbək şairi E.Vahidovun "Damlalar" şeirlər
məcmuəsi 1980-ci ildə
A.Vəfalının
tərcüməsində Bakıda "Gənclik" nəşriyyatı
tərəfindən
nəşr
olunmuşdu. Respublikamızın Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi Yazıçılar
İttifaqının rəhbərliyi altında fəaliyyət
göstərirdi.
1979-1980-ci illərin
ədəbi-mədəni panoramında Azərbaycanda
keçirilən Özbəkistan ədəbiyyatı və
incəsənəti dekadalarının, eləcə də
Özbəkistandakı Azərbaycan ədəbiyyatı və
incəsənəti ongünlüyünün bu xalqların mədəniyyətinə
bəxş etdiyi ədəbi töhfə xüsusilə qabarıq görünür.
1979-cu ildə Azərbaycanda
keçirilən ədəbiyyat və incəsənət
günlərində elm, ədəbiyyat və
incəsənət xadimləri K.Yaşen, Q.Qulam, Zülfiyyə,
T.Tülə, Şükrullo, A.Muxtar, A.Aripov, N.Nərzullayev, İ.Ametov, Mirmöhsün, N.Səfərov,
ədəbiyyatşünas L.Kəyumov və başqaları
iştirak edirdilər. Azərbaycanda Özbəkistan
günləri müvəffəqiyyətlə
keçmişdi.
Özbəkistan ədəbiyyatı və
incəsənəti günlərində özbəkistandan gələn
nümayəndə heyəti Azərbaycanın şəhər
və rayonlarında 190 görüş keçirmiş, 100-dən
çox, o cümlədən 41 hamilik konserti vermişdilər.
Bu tədbirlərdə 530 min nəfər
iştirak etmişdi. Həmçinin
Özbəkistan və Azərbaycan Dövlət Televiziya və
Radio komitələrinin hazırladıqları 230 televiziya və
radio verilişləri efirdə səslənmişdir.
Azərbaycanda
keçirilən Özbəkistan SSR ədəbiyyatı və
incəsənəti günlərinin davamı olaraq 1980-ci ilin
iyununda Özbəkistanda Azərbaycan ədəbiyyatı və
incəsənəti günləri oldu. On gün ərzində
Azərbaycan şairləri bir çox görüşlərdə
iştirak etmişdilər. Fərqanədəki
"Azərbaycan küçəsi" iki xalqın dostluq
nümunəsidir. Azərbaycanın xalq
şairi M.Dilbazi Özbəkistanın xalq şairi, Lənkəranın
fəxri vətəndaşı Zülfiyyəyə onun mis
üzərində döyülmüş portretini hədiyyə
vermişdi.
1978-ci ildə Azərbaycan bəstəkarları və
musiqişünasları Səmərqənddə muğam sənətinə
həsr olunmuş Beynəlxalq musiqi simpoziumunda iştirak etmişdilər.
70-ci illərdə
Azərbaycan rəssamlarının da sərgiləri Daşkənddə
nümayiş etdirilmişdir. Daşkənddə Azərbaycan
rəssamlarının, o cümlədən T.Salahovun,
M.Abdullayevin, T.Nərimanbəyovun və digərlərinin 42 əsərindən
ibarət sərgisi açılmışdı. Özbəkistanın
əməkdar incəsənət xadimi, sənətşünaslıq
doktoru R.Taktaş Daşkənddən göndərdiyi məktubunda
yazırdı: "Moskvada Azərbaycan təsviri sənət
ustalarının sərgisinə baxmışdım. S.Bəhlulzadənin mənzərələri,
T.Salahovun portretləri, həmçinin T.Sadıqzadənin kənd
əməkçilərinə həsr olunmuş tablosu
orijinallığına, dərinliyinə görə məni
valeh etmişdi". 1978-ci ildə
Bakıda, Gəncədə (o zaman
1970-ci ildə
Azərbaycan və Özbəkistan teatr cəmiyyətləri
arasında sıx əlaqə yaratmaq, təşkilati təcrübə
mübadiləsi keçirmək haqqında razılıq əldə
olunmuşdu. 1985-ci ildə gənc bəstəkar S.İbrahimovanın
"Nənəmin nağılları" adlı uşaq
operası ilk dəfə Səmərqənd Opera və Balet
Teatrında tamaşaya qoyulmuşdu. 70-ci
illərin birinci yarısında Azərbaycanda Özbəkistan
teatr günləri maraqla qarşılanmışdır.
Daşkənddə
keçirilən Asiya və Afrika ölkələrinin I Beynəlxalq
kinofestivalına göndərilmək
üçün "Ulduzlar sönmür", "Salam, Azərbaycan"
və s. filmlərin milli variantlarının surəti
hazırlanmışdı. Müəyyənləşdirilmiş
nümayəndə heyətinin arasında A.İsgəndərov,
rejissor Ə.İbrahimov və digərləri də var idi.
1973-cü ildə "Özbəkfilm" studiyasının
çəkiliş qrupu iki seriyalı "Əbu Reyhan
Biruni" filminin bir çox kadrlarını, səhnələrini
Bakıda, Şirvanşahlar sarayı və Qız qalasında
çəkmişlər. Özbəkistanda Azərbaycan ədəbiyyatı
və incəsənəti günləri ərəfəsində
respublikamızda istehsal olunmuş "Nəsimi",
"Qayınana", "Qərib cinlər diyarında",
"Mezozoy əhvalatı", "Sönmüş
ocaqların işığı" və s. filmlərimiz bu respublikanın kino teatrlarında, televiziya verilişlərində
göstərilmişdi. Dekada zamanı Azərbaycan
filmlərinin festivalına 600 mindən çox
tamaşaçı baxmışdı. Özbəkistanda
keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti
günlərindən yadigar olaraq C.Cabbarlı adına
"Azərbaycanfilm" studiyası "Dostluq
görüşləri" adlı tammetrajlı sənədli
film çəkmişdi.
Azərbaycanın
Özbəkistanla ikitərəfli və çöxtərəfli əlaqələri, o cümlədən mədəni əməkdaşlığı
bu gün də uğurla davam etdirilir.
Məlum
olduğu kimi, SSRİ dağıldıqdan sonra Azərbaycan,
Özbəkistan, Qazaxıstan, Qırğızıstan və
Türkmənistan kimi müstəqil dövlətlər
yarandı. Azərbaycan Respublikası Mərkəzi Asiyanın
bu ölkələri ilə iqtisadi, siyasi və mədəni əlaqələrin
yaranması və inkişafına böyük diqqət
yetirir. Çünki milli ənənələrimiz,
dil birliyimiz, mədəniyyətimiz, tariximiz, müasir
dövrdə milli
mənafe və vəzifələrimiz bunu tələb edir.
Bununla əlaqədar olaraq dövlət
başçılarının səfərləri, parlament
üzvlərinin və müxtəlif təşkilatların əlaqələri
mühüm əhəmiyyət kəşb edir.
Azərbaycan Prezidenti
İlham Əliyev bu il sentyabrın 27-də
Özbəkistan Respublikasında
rəsmi səfərdə olmuşdur. Səfər
zamanı ikitərəfli və çoxtərəfli
münasibətlərə dair bir sıra məsələlər
müzakirə olunmuşdur. Tərəflər
mədəni-humanitar məsələlərin - azərbaycanlıların
və özbəklərin tarixində, milli maraqlarında,
onların yaşadıqları həyat tərzində
ümumi cəhətlərin olduğunu xüsusi vurğulamış,
dilimizin, mədəniyyətimizin, Azərbaycan və Özbəkistanın
birmənalı şəkildə qürur duyduğu mənəvi
dəyərlərin ümumiliyini qeyd etmişdilər.
Özbəkistan Respublikasının prezidenti İslam Kərimov
dövlətlərimiz və xalqlarımız arasında mədəni əlaqələrə
toxunaraq demişdir ki, Daşkənd və Bakı
şəhərlərində dahi əcdadlarımız Nizami Gəncəvi və Əlişir Nəvainin
abidələrinin açılması, Azərbaycan
paytaxtında küçələrdən birinə dünya şöhrətli astronom Mirzə Uluqbəyin
adının verilməsi azərbaycanlılar və özbəklər
arasında qarşılıqlı marağın, tarixən
mövcud olan qarşılıqlı hörmətin parlaq
nümunəsidir. İslam Kərimov
öz çıxışında həmçinin
Dağlıq Qarabağ probleminə toxunaraq bu sahədə
Özbəkistanın Azərbaycanın haqq işini dəstəklədiyini
bildirib.
Azərbaycan prezidenti İlham Əliyev ölkələrimiz
arasında əlaqələrin, xüsusən də humanitar
sahədə əməkdaşlığın əhəmiyyətini
önə çəkərək bildirib: "Biz ölkələrimiz
arasında
humanitar əməkdaşlığı çox
yüksək qiymətləndiririk. Bu, tamamilə
təbiidir, çünki xalqlarımız qardaş
xalqlardır, yaxın xalqlardır. Biz
özbək ədəbiyyatını, musiqisini, mədəniyyətini
çox sevirik. Yəni, bunlar sizin
üçün olduğu kimi, bizim üçün də əziz
və doğmadır".
Sentyabrın 27-də Daşkənddə
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində
Heydər Əliyev adına mədəniyyət
mərkəzinin açılışı olmuşdur. Mədəniyyət mərkəzinin sərgi salonunda
Səmərqənddə yaşamış mərhum azərbaycanlı
heykəltaraş Eynulla Əliyevin əsərlərindən
ibarət sərgi təşkil olunmuşdur.
Bu rəsmi səfər
Azərbaycanla Özbəkistan arasında biri neçə sahədə,
o cümlədən mədəniyyət sahəsində sənədlərin
imzalanması ilə yadda qaldı. Özbəkistan Milli Teleradio Şirkəti
və Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti
arasında əməkdaşlıq haqqında, Özbəkistan
Rəssamlıq Akademiyası və Azərbaycan Milli Elmlər
Akademiyası Memarlıq və İncəsənət
İnstitutu arasında əməkdaşlıq haqqında
bağlanmış müqavilələr mühüm əhəmiyyət
daşıyır.
Əlbəttə,
qədim tarixə və mədəni irsə malik olan Azərbaycan
və Özbəkistan xalqlarının bu əlaqələri
gələcək münasibətlərin daha da inkişaf etməsinə
təkan verəcəkdir.
Nisbət Mehdiyeva
Respublika.- 2010.- 7 oktyabr.- S. 5.