Göyçay: dinamik inkişaf
uğurla sabaha aparır
Regionların sosial-iqtisadi inkişafı
"Göyçay rayonunun çox böyük potensialı vardır. Kənd təsərrüfatının,
digər sahələrin,
emal sahələrinin inkişafı üçün
lazımi tədbirlər
görülür. Mən ümid
edirəm ki, Göyçay həmişə
olduğu kimi, növbəti illərdə
də Azərbaycanda iqtisadi inkişaf sahəsində ön sıralarda olacaqdır.
Bütün bu işləri
görmək üçün,
əlbəttə ki,
rayon ictimaiyyəti səfərbər
olunmalıdır. Bu səfərbərlik vardır
və mən ümid edirəm ki, Göyçayın uğurlu inkişafı növbəti illərdə
də davam edəcəkdir".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Rayonun iqtisadiyyatı da, sosial həyat tərzi də qədim tarixi köklərə söykənir. Bu köklərdən bəhrələnərək
bütün sahələr
dinamik inkişaf etdirilmiş, daha uğurlu sabahlar üçün möhkəm
baza yaradılmışdır.
Son illərin tərəqqisi də bunu təsdiqləyir.
Bu gün Göyçayda
icra orqanlarından başlayaraq, bütün strukturlarda rayonun yüksəlişi naminə
qayğıkeşlik, təşəbbüskarlıq
əhval-ruhiyyəsi hökm sürür.
Elə buna görə də Göyçay hər gün yeniləşir.
Rayon icra hakimiyyətinin başçısı Mənsur
Məmmədov söhbət
əsnasında bildirdi
ki, rayonda əhalinin sosial həyat tərzinin yaxşılaşdırılmasında böyük dönüş
yaranmışdır. Tikinti-quruculuq, abadlıq işləri əvvəlki illərlə
müqayisədə qat-qat
yüksəlmişdir. Kənd əhalisinin içməli su ilə təminatının
yaxşılaşdırılması məqsədi ilə içməli su mənbəyi olmayan 18 kənd yaşayış məntəqəsində Ekologiya
və Təbii Sərvətlər Nazirliyi
tərəfindən sutəmizləyici
qurğuların inşa
edilməsi planlaşdırılmışdır.
İndiyə kimi 10 kənddə
bu qurğuların quraşdırılması üçün
torpaq sahələri seçilmiş, Çaxırlı
və Bəydöül
kəndlərində isə
bu istiqamətdə tikinti işlərinə başlanmışdır.
Rabitə və poçt xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində müəyyən
tədbirlər görülmüşdür.
7 kənddə rabitə sisteminin əsaslı şəkildə yenidən
qurulması üçün
hazırlıq işləri
aparılmış, Qaraxıdır
kəndində ATS avadanlıqlarının
quraşdırılması üçün yeni bina inşa edilmiş, yeni ATS quraşdırılmışdır. Digər 6 kənddə
də yeni binaların inşa edilməsi və elektron ATS-in quraşdırılması
nəzərdə tutulmuşdur.
Əhalinin elektrik enerjisi, təbii qaz və digər yanacaq növləri ilə təchizatının
yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüşdür. İndi əhali
elektrik enerjisi, şəhər əhalisi
təbii qazla fasiləsiz təchiz olunur. Kənd yaşayış məntəqələrinin təbii
qazla təminatının
bərpa edilməsi üçün də tədbirlər görülür.
"Azəriqaz" İstehsalat Birliyinin Layihə İnstitutu tərəfindən rayon mərkəzinə
bitişik kəndlərin
qaz xətlərinin yenidən qurulması üçün layihə-smeta
sənədləri hazırlanır.
Qaraməryəm bölgəsi kəndlərinin
təbii qazla təminatının bərpa
edilməsi üçün
layihə-smeta sənədləri
hazırlanması isə
başa çatdırılmış
və podratçı
təşkilata təqdim
edilmişdir. Cəyirli,
Kürdəmiş və
Türkmən kəndlərini
təbii qazla təmin edən 6,5 kilometr uzunluğunda
orta təzyiqli daşıyıcı kəmərin
tikintisi başa çatdırılmaq üzrədir.
Qarabaqqal
və Hacalıkənd
kəndlərində kənddaxili
qaz xətlərində
bərpa işləri
aparılır.
Şəhərin abadlaşdırılması və
yaşıllaşdırılması, küçə və meydanların yenidən qurulması istiqamətində
xeyli işlər görülmüşdür. 150 kvadratmetrə
yeni asfalt örtüyü salınmış,
səkilərə 1200 kvadratmetr
üzlük örtüyü
vurulmuş, yeraltı
keçid əsaslı
təmir edilmiş, 50
mindən artıq ağac əkilmişdir. 20-yə yaxın yaşayış
binasının üst
örtükləri yeniləri
ilə əvəz edilmişdir. İctimai
binaların ümumi istifadədə olan daxili su təchizatı
və kanalizasiya sistemlərinin yenidən qurulması işləri başa çatdırılmaq
üzrədir.
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin ölkədə
sahibkarlığın inkişafının
stimullaşdırılması ilə bağlı gördüyü işlər
rayonda özəl sektorun dinamik inkişafına güclü
təkan vermişdir. Yerli sahibkarlar və iş adamları rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsində,
əhalini narahat edən problemlərin həllində fəal iştirak edirlər. İnvestorların rayona cəlb edilməsi üçün əlverişli
mühitin yaradılmasının
nəticəsidir ki, ilin ötən dövründə
Konserv, Süd və Kərpic zavoduna, Broyler Quşçuluq fabrikinə
yüz minlərlə
manat investisiya qoyulmuşdur. Sahibkarlığa Kömək Milli
Fondundan alınmış
güzəştli kredit
hesabına maliyyələşdirilən
ən böyük obyekt "Paralel" MMC-nin soyuducu anbar
kompleksində tikinti işləri sürətlə
aparılır və cari ilin meyvə
mövsümünə qədər
soyuducu anbar kompleksinin istifadəyə
verilməsi nəzərdə
tutulur.
Göyçayın yaxın bir neçə ildə təhsil, səhiyyə və mədəniyyət
müəssisələrinin maddi-texniki bazasının
möhkəmləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilməsi
nəzərdə tutulmuşdur. Qəza
vəziyyətində olan
məktəblər üçün
yeni binaların inşası üçün
hazırlanmış xüsusi
proqrama müvafiq olaraq Şıxbəy kəndində 180 yerlik məktəb binasının
tikintisi üçün
torpaq sahəsi seçilmiş, məktəb
binasının layihələndirilməsi
üçün müvafiq
texniki şərtlər
toplanmış və
hazırda binanın layihələndirilməsi işləri
aparılır. 360 yerlik Qara-məryəm kənd orta məktəbinin əsaslı
təmiri və yenidən qurulması işlərinə başlanılmışdır.
Yaponiya hökumətinin dəstəyi
ilə rayon təcili və təxirəsalınmaz
tibbi yardım stansiyasının əsaslı
yenidən qurulması
üçün hazırlıq
işləri görülür.
Xalq şairi Rəsul Rzanın ev-muzeyi aparılan əsaslı təmir işlərindən
sonra istifadəyə verilmişdir.
Göyçay aqrar rayonudur. Bu sahənin inkişafında
da diqqəti cəlb edən cəhətlər çoxdur.
Məsələn, cari
ilin birinci yarısında rayon üzrə
kənd təsərrüfatında
ümumi məhsulun həcmi 27 milyon 473 min 500 manat olmuşdur ki, bu da
ümumi məhsul istehsalının 38,3 faizini
təşkil etməklə
2009-cu ilin müvafiq dövrünə nisbətən
2,6 faiz çoxdur. Taxılçılıqda yüksək məhsuldarlıq
əldə edilməsi
məqsədi ilə toxumçuluq sahəsinin inkişaf etdirilməsinə
xüsusi diqqət yetirilir. Bu məqsədlə
rayonda indiyədək
8 özəl toxumçuluq
təsərrüfatı yaradılmışdır.
Əkilən torpaqların suvarma
suyu ilə təminatının yaxşılaşdırılması
və münbitliyinin artırılması üçün
də müəyyən
tədbirlər həyata
keçirilmişdir.
Rasim AMANOV
Respublika.- 2010.- 7 oktyabr.-
S. 6.