Nümunəvi təlim-tərbiyə ocağı
Yeni dərs ilini respublikanın məktəbəqədər tərbiyə müəssisələri də yüksək hazırlıqla qarşılayıb. Bunu yolumu saldığım Bakının Binəqədi rayonundakı 215 saylı körpələr evi-uşaq bağçasında bir daha müşahidə etdim. Tərbiyə ocağının həyətyanı sahəsindəki təmizlik işləri, səliqə-sahman, bellənmiş ağaclar, uşaqların istirahət, əyləncə yerləri, təmir olunmuş kölgəliklər diqqətimi cəlb etdi. Və bu istiqamətdə müşahidələrimi bağçanın daxilində də davam etdirdim. Bağçanın foyesi, qrup otaqları, dəhlizlər, kosmetik təmir edilmiş, müasir tələblərə uyğun tərtibat işləri aparılmışdı. Təhsil Nazirliyi tərəfindən bağçaya uşaqların yaş səviyyələrinə uyğun onların idrak, təfəkkür, əqli, fiziki inkişaflarına yönəlmiş xeyli sayda metodiki, yol hərəkəti qaydalarına aid vəsaitlər, nağıllar, test kitabçaları və s. hədiyyə olunub. Eyni zamanda həmin qurum tərəfindən bağça yumşaq və bərk inventarlarla təchiz edilib. Yeni dərs ilində burada rus və Azərbaycan qruplarında 200-dən artıq uşaq təlim-tərbiyə alacaq, 20 nəfər tərbiyəçi çalışacaq. Onu da qeyd edək ki, uşaq kontingenti sarıdan bağçada sıxlıqdır. Bağçanın yerləşdiyi Dərnəgül qəsəbəsi, Atatürk-37 ünvandan kənar ərazilərdə yaşayan valideynlər də uşaqlarının burada təlim-tər-biyə almasını istəyirlər. Bu da səbəbsiz deyil. Tərbiyə ocağında nizam-intizamın olması, uşaqlara olan diqqət və qayğı, təlim-tərbiyə prosesinin müasir tələblərə uyğun qurulması, möhkəm maddi-texniki baza və s. buna imkan verir. Bağçada üç qaçqın ailəsinin məskunlaşması da tərbiyə prosesinə ciddi maneə yaratmır. Rəhbərlik və pedaqoji kollektiv bu ailələrə qayğı göstərir.
Körpələr
evi-uşaq bağçasına zəngin
təcrübəli müəllim Aliyə Haqverdiyeva
rəhbərlik edir. Aliyə müəllim
1985-ci ildə Bakı məktəbəqədər Pedaqoji texnikumu, 1991-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin məktəbəqədər tərbiyə,
pedaqogika fakültəsini bitirib.
Ayrı-ayrı illərdə Bakının Xətai
rayonundakı 236, 242 saylı körpələr evi-uşaq bağçalarında tərbiyəçi,
metodist, Nizami
rayonundakı 129 saylı məktəbəqədər tərbiyə
müəssisəsinin müdiri vəzifəsində
çalışıb. 2007-ci ildən etibarən isə
215 saylı körpələr evi-uşaq
bağçasının müdiridir. O, nəinki çalışdığı
tərbiyə müəssisələrinin, hətta rayon
pedaqoji kollektivləri arasında da dərin nüfuz
qazanıb. İşinə ciddi məsuliyyətlə
yanaşması yüksək peşəkarlığı və
s. keyfiyyətləri ilə həmişə fərqlənənlər
sırasında olub. Rəhbərlik etdiyi tərbiyə ocağının
pedaqoji kollektivi şəhər, rayon səviyyəsində
keçirilən müxtəlif müsabiqələrdə
uğurla iştirak edərək fəxri fərmanlarla mükafatlandırılıb.
Aliyə müəllim
bizimlə söhbətində beş yaşlıların
bağçaya cəlb olunmasından danışdı.
Bildirdi ki, əvvəlki illərdən fərqli
olaraq valideynlərin
öz uşaqlarının bağça təliminə cəlb
olunmasına maraqları artıb. Bu istiqamətdə nəinki
işləyən valideynlər, hətta işləməyən
valideynlərin də maraqlı olduğunu dedi. Qeyd etdi ki, bu dərs
ilində hazırlıq qrupundan 1-ci sinifə 103 nəfər
uşaq yola salmışıq. Onlar əlifbanı, riyazi
hesablamağı, saymağı, şeir söyləməyi,
mahnı oxumağı, rəsm çəkməyi öyrənmişlər.
Uşaqların milli-vətənpərvərlik ruhunda tərbiyələri
də diqqət mərkəzindədir. Bu mövzuda şeir,
mahnı öyrədilir. Hər il olduğu kimi bu dərs ilində
də onların iştirakı ilə yaxın, uzaq tarixi
günlərimizin ildönümləri, milli
bayramlarımız keçiriləcək, Şəhidlər
Xiyabanına, ulu öndərimizin məzarına ziyarətləri
təşkil olunacaq. Aliyə müəllim istedadlı
uşaqların aşkar olunub üzə
çıxarılması istiqamətində aparılan tədbirlərdən
də söz açdı.
Orta yaş və məktəbə
hazırlıq qruplarında tərbiyə olunanlar arasında
valideynlərin
iştirakı ilə şeir,
mahnı, rəqs müsabiqələrini keçiririk, fərqlənənləri
mükafatlandırırıq. Hər il Gül Bayramında
iştirak edir, uşaqların və tərbiyəçilərin
əl işlərindən ibarət sərgi nümayiş
etdiririk, onlarda əməyə məhəbbət hissi
aşılayırıq. Ağac əkmək aksiyası
keçiririk. Bu dərs ilində də onu davam etdirməyi nəzərdə
tutmuşuq. Bağçamızda öz işini bilən,
uşaqları öz övladları kimi sevən, sənətinə
vurğun tərbiyəçilər çalışır.
Dörd nəfər tərbiyəçi müəllim ixtisasartırma kursunun dinləyicisi olub. İl ərzində tərbi-yəçilərimizdən A.Məhərrəmovanın "Nitq inkişafı, bədii ədəbiyyat", A.Rzayevanın "Fiziki mədəniyyət", A.Hacıyevanın "Nitq inkişafı, ətraf aləmlə tanışlıq", Z.Əliyevanın "Rəsm", İ.Abdullayevanın "Nitq inkişafı, savad təliminə hazırlıq" və s. mövzularda açıq məşğələlərini keçirmişik. Təşkil etdiyimiz açıq məşğələlərdə, seminar-müşavirələrdə yerləşdiyimiz rayonun, habelə, paytaxtın digər rayonlarında fəaliyyət göstərən məktəbəqədər tərbiyə müəssisələrinin bir qrup rəhbər və tərbiyəçiləri, bu istiqamətdə tanınmış alimlər də iştirak etmişlər. Yeni dərs ilində bu istiqamətdə işimizi planlı şəkildə daha da genişləndirməyi nəzərdə tutmuşuq.
Pəri SOLTANQIZI
Respublika.- 2010.- 14 oktyabr.- S. 7.