Dünyada tanınan nüfuzlu lider

 

Prezident İlham Əliyev böyük siyasətə yeni düşüncə tərzi, yeni nəfəs gətirib

 

Müstəqil Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin yeddi ili arxada qalıb. Ölkəyə rəhbərlik etdiyi bu yeddi ildə cənab İlham Əliyev Azərbaycanın dünya arenasında nüfuzunu daha da yüksəklərə qaldırıb, xalqın əsl liderinə çevrilib, onun böyük məhəbbət etimadını qazanıb.

Qloballaşan dünyada praqmatik düşüncəli müasir liderlərə, siyasətçilərə çox böyük ehtiyac duyulur. Bu baxımdan da, müstəqil dövlət kimi çox gənc olmasına baxmayaraq Azərbaycanın bəxti gətirib. Hələ ötən əsrin 90-cı illərinin ortalarında siyasət meydanına "əsl siyasət konkret, real görməkdən ibarətdir"—devizi ilə gələn cənab İlham Əliyev xalqın böyük əksəriyyətinin səsini qazanaraq dövlətimizin başçısı seçildikdən sonrakı yeddi illik fəaliyyəti dövründə nəinki Azərbaycanda, eləcə dünyada bacarıqlı dövlət başçısı, nüfuzlu siyasi xadim, yeni düşüncəli, praqmatik lider imici qazanıb. Prezident İlham Əliyevin yeddiillik uğurlu fəaliyyəti bu gün həm ölkəmizdə regionda, həm bütün dünyada çox yüksək dəyərləndirilir.

Ölkəmizin müasir tarixinə xüsusi mərhələ kimi daxil olan bu dövr ilk növbədə ümummilli liderimiz Heydər Əliyev ideyalarının əbədiyaşarlığının təsdiqi, xalqın tarixi seçiminin düzgünlüyü, sosial-iqtisadi inkişafın yeni mərhələsinin başlanması ilə əlamətdar olmuşdur. Böyük öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız ötən yeddi ildə möhtəşəm tarixi nailiyyətlərə imza atıb. Azərbaycan öz inkişafının keyfiyyətcə yeni, daha yüksək mərhələsinə qədəm qoyub. Ümumi daxili məhsulun artım tempinə, adambaşına düşən xarici investisiyaların miqdarına və digər makroiqtisadi göstəricilərə görə Azərbaycan nəinki keçmiş postsovet məkanında, həmçinin dünyada da lider mövqeyinə çıxıb. Xatırladaq ki, prezident seçkiləri ərəfəsində Azərbaycan xalqına müraciətində ümummilli liderimiz Heydər Əliyev ölkəmizin gələcək inkişafının, dövlət müstəqilliyimizin möhkəmliyinin yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətin—cənab İlham Əliyevin simasında etibarlı əldə olacağına qəti inamını ifadə etmişdi: "inanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək". Həqiqətən də bu inamın, etibarın arxasında cənab İlham Əliyevin uzun illər ərzində topladığı sanballı siyasi dividentlər və onun tükənməz enerjisi dururdu.

Dövlət başçısı vəzifəsinə seçiləndə cənab İlham Əliyev siyasi arenada çox böyük uğurlar əldə etmişdi. Avropa Şurası kimi çox mötəbər beynəlxalq təşkilatda Azərbaycan Parlament nümayəndə heyətinin rəhbəri kimi onun uğurlu fəaliyyəti ilk növbədə məhz dövlətimizin və xalqımızın milli maraqlarının qorunmasına xidmət edib. Məhz həmin dövrdə AŞ-də Azərbaycanın mövqeləri möhkəmlənib. Ermənistanın təcavüzkar siyasəti ifşa olunub. Xalq öz sevimli gənc liderinə həmişə inanıb və ona dəstək verib. Bu inam, bu dəstək cənab İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, onun fəaliyyətində həmişə mühüm amilə çevrilib.

Son illər Azərbaycan siyasiiqtisadi qüdrətini qat-qat artırıb, dünyadakı proseslərə təsir etmək gücünə malikdir. İqtisadi artım tempinə, bəşəri əhəmiyyətli enerji layihələrinin reallaşmasına görə dünyada lider mövqeyə yüksəlib. Bizi etibarlı tərəfdaş, strateji partnyor kimi tanıyırlar. Təsadüfi deyil ki, dünyanın aparıcı dövlət başçıları, nüfuzlu politoloq və iqtisadçılar, xarici KİV-lər Azərbaycanın çox qısa zaman kəsiyində qazandığı bu möhtəşəm uğurların təməlini məhz Prezident İlham Əliyevin uğurlu siyasətində, qətiyyətində və titanik fəaliyyətində görürlər.

Həqiqətən də Azərbaycanın bugünkü sürətli inkişafından, həyata keçirilən qlobal layihələrdən təkcə ölkəmiz və regionumuz deyil, Avropa da faydalanır. Rusiyanın baş naziri Vladimir Putin Rusiya-Azərbaycan arasındakı dostluğun və əməkdaşlığın inkişafına cənab İlham Əliyevin şəxsi töhfəsini yüksək dəyərləndirərək bildirib: "Son illər Azərbaycan Respublikasının sosial-iqtisadisiyasi həyatın müxtəlif sahələrində qazandığı uğurlar Azərbaycan rəhbərliyinin seçdiyiümummilli dəstək almış, ölkənin beynəlxalq aləmdə nüfuzunun artmasının əsası olmuş xəttin düzgünlüyünü göstərir. ABŞ-ın sabiq prezidenti Corc Buş möhtərəm İlham Əliyevin rəhbərliyini çox yüksək qiymətləndirərək dünyada enerji təhlükəsizliyinə nail olmaqda Azərbaycan Prezidentininonun hökumətinin mövqeyinə görə öz dərin minnətdarlığını çatdırıb.

Dünyanın digər dövlət başçıları da Prezident İlham Əliyevin uğurlu siyasət yürütdüyünü, yeni lider kimi özünü tam doğrultduğunu açıq söyləyirlər. Məsələn, Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayevin fikrincə, Prezident İlham Əliyev idarəçiliyi layiqincə davam etdirir, idarəetmənin sükanını təmkinlə qəbul etmişdir və ölkəni tərəqqi yolu ilə inamla aparır. Odur ki, Azərbaycan Qazaxıstan üçün səmərəli tərəfdaş, Cənubi Qafqazda əsas ölkədir.

Hələ yeddi il bundan əvvəl ABŞ-ın çox nüfuzlu konqresmeni Kurt Ueldonun dövlətimizin başçısının fenomenal keyfiyyətləri barədə söylədiyi səmimi ifadəsini yada salaq: "Bir çox xalqlar arzulayırlar ki, onların da cənab İlham Əliyev kimi bacarıqlı, beş dildə danışa bilən, müxtəlif mövzulara dair geniş bilgilərə malik, geniş dünyagörüşlü bir lideri olsun. Hesab edirəm ki, bu sarıdan Azərbaycan xoşbəxt ölkədir, çünki bu ölkəyə İlham Əliyev kimi lider qismət olmuşdur".

Bu fikirlərin düzgünlüyünü, obyektiv təhlilə söykəndiyini həyat özü sübuta yetirib. İndiki Azərbaycanı müasirlik, yenilik, sürətli inkişaf, hər bir sahədə liderliyə yüksəlmək kimi mühüm amillər xarakterizə edir. Möhtərəm İlham Əliyev Azərbaycanı xoşbəxt gələcəyə inamla aparan, onun dünyadakı nüfuzunu daha da artıran, xalqın dərin məhəbbətini qazanan əsl lider kimi tarixə düşüb. Bunu aparılan çoxsaylı rəy sorğuları da təsdiqləyir. Nüfuzlu xarici rəy mərkəzlərinin apardığı analitik tədqiqatlar göstərir ki, Prezident İlham Əliyevin nüfuzu daim yüksəlməkdədir.  Çünki Azərbaycanda bugünkü uğurlu siyasətə alternativ yoxdur.

Müstəqil Azərbaycan bu gün dünyanın ən aparıcı dövlətləri ilə strateji müttəfiq və etibarlı tərəfdaşdır. Azərbaycanın xarici siyasətində dünyanın əksər dövlətləri, xüsusən də qonşularımızla dostluq və səmərəli əməkdaşlıq məsələləri önəmli yer tutur. Prezident İlham Əliyev ölkəmizin dünyadakı mövqelərinin son illər daha da möhkəmləndiyini, Qərb və Şərq dövlətləri ilə münasibətlərimizin qarşılıqlı faydalı şəkildə qurulduğunu vurğulayaraq deyib: "Azərbaycanın xarici siyasəti həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində çox uğurludur, düşünülmüş siyasətdir. Bizim strateji xəttimiz varbu xəttə sadiqik".

Ölkə başçısının həm Qərb, həm də Şərq ölkələrinə rəsmi və işgüzar səfərləri, ölkəmizə gəlmiş çoxsaylı nümayəndə heyətləri ilə keçirdiyi görüşlər, NATO, Avropa Şurası və Avropa Birliyinin yüksək səviyyəli tədbirlərində iştirakı Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsində, Dağlıq Qarabağ, qaçqın və məcburi köçkünlər problemi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynamışdır.

Son yeddi ildə Azərbaycan istər regional əməkdaşlıq, istərsə də AvropaAvroatlantik strukturlara inteqrasiya istiqamətində bir sıra mühüm addımlar atıb ki, nəticədə ATƏT, Avropa Şurası, Avropa Birliyi və NATO kimi beynəlxalq qurumlarla əlaqə daha yüksək mərhələyə qədəm qoymuşdur. Bundan əlavə, Azərbaycan ABŞ ilə də strateji münasibətlərini inkişaf etdirir. Bu gün Azərbaycan regionda beynəlxalq terrorizmə qarşı mübarizədə ən etibarlı müttəfiq kimi çıxış edir. ABŞ Dövlət Departamenti Azərbaycanın terrorizm əleyhinə bütün 12 beynəlxalq konvensiyaprotokola qoşulmasını, bu işdə fəal iştirakını yüksək qiymətləndirmişdir.

Cənab İlham Əliyevin Ermənistanla informasiya savaşında da fəal və konstruktiv mövqeyi, daim hücum xəttini seçməsi yerlixarici siyasi müşahidəçilərin nəzərindən yayınmayıb. Hamıya yaxşı bəllidir ki, Prezident xarici ölkələrə səfərləri zamanı mötəbər tribunalarda, dünyanın ən nüfuzlu KİV-lərinə verdiyi müsahibələrində Ermənistanın işğalçılıq siyasətini tutarlı arqumentlərlə ifşa etmiş, Dağlıq Qarabağ münaqişəsinin və qaçqın-köçkünlər probleminin həllinə yönələn çağırışlar səsləndirmişdir. Azərbaycan liderinin cəsarətli və kəskin çıxışla beynəlxalq aləmdə ciddi rezonans doğurmuş, gözlənilən effekti vermişdir.

Diaspora və xaricdə yaşayan soydaşlarımızla aparılan işin vəziyyəti də ölkə rəhbərinin diqqət mərkəzində olmuşdur. Prezident xarici ölkələrə etdiyi səfərlərdə Azərbaycan diasporunun nümayəndələri ilə görüşmüş, onların Azərbaycanın milli mənafeyi naminə təşkilatlanmasını, doğma vətənə xidmət göstərməsi istiqamətində çalışmalarını tövsiyə etmişdir. Təqdirəlayiq haldır ki, artıq bir çox ölkələrdə azərbaycanlılardan ibarət güclü diasporumuz formalaşıb.

Qərbdə artıq yaxşı dərk edirlər ki, Azərbaycan və onun xalqı İlham Əliyevin timsalında təcrübəli, dərin erudisiyalı, enerjiligüclü diplomatiya məktəbi keçmiş əsl lider qazanıb. Dünya politoloqlarının fıkrincə, Prezident İlham Əliyevin rəhbərliyi dövrü Azərbaycan üçün çox vacibdirdünyada onun mövqeyini müdafiə edən belə şəxsə ehtiyac duyulur. İlham Əliyev diplomatiyası bu baxımdan əvəzsiz məna kəsb edir.

Siyasi analitiklər Prezident İlham Əliyevin yeddiillik hakimiyyəti dövrünü Azərbaycanın müasir tarixinin həlledici illəri kimi səciyyələndirirlər. Xalqımız 2003-cü ilin prezident seçkilərində də belə bir inamla iştirak etmişdi ki, Heydər Əliyev siyasəti yaşamalıdır. Xalqın xoşbəxt gələcəyinə hesablanmış bu siyasətin alternativi yoxdur. Seçkilərdən ötən müddət təsdiqlədi ki, xalqımız öz seçimində yanılmayıb. Bu baxımdan cənab İlham Əliyevə ən yüksək qiyməti onu özünə 2008-ci ildə növbəti dəfə rəhbər seçmiş xalq veribdir.

 

 

X.CABBAROV

 

Respublika.- 2010.- 15 oktyabr.- S. 5.