Xoşbəxt gələcəyə təminat

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalq qarşısındakı xidmətləri olduqca böyükdür təkcə 2003-cü ildən sonrakı dövrü deyil, ötən əsrin 90-cı illərinin ortalarından sonrakı mərhələni əhatə edir. Təbii ki, Heydər Əliyev siyasətini davam etdirmək, xalqa liderlik, dövlətə rəhbərlik etmək böyük məsuliyyətdir. Cənab İlham Əliyev bu məsuliyyəti yaxşı dərk edirdi. Ona görə 2003-cü ilin oktyabr ayında tarixi bir missiyanı öz üzərinə götürdü. Çünki İlham Əliyevin 2003-cü ildə ölkəmizdə keçirilən Prezident seçkilərinə qatılması qalib gəlməsi həm zərurət, həm xalqın tələbi idi.

Hələ prezident seçkilərindən əvvəl İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin müavini, Azərbaycan Respublikasının Baş naziri vəzifələrindəki fəaliyyəti ona çox böyük idarəçilik rəhbərlik təcrübəsi qazandırmışdı. Böyük siyasətə gələnə qədər o böyük dövlətçilik, idarəçilik təcrübəsi qazanmışdı.

Cənab İlham Əliyev 2003-cü ildə Prezident seçkiləri ərəfəsində verdiyi bütün vədləri qətiyyətlə, ardıcıl sistemli şəkildə yerinə yetirir.

"Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam" - deyən cənab İlham Əliyev ilk gündən verdiyi vədlərin reallığa çevrilməsi istiqamətində zəruri addımlar atdı. Bu vədləri hər bir insanın həyatında müsbət dəyişikliklərə səbəb ola biləcək tərzdə gerçəkliyə çevirmək üçün ardıcıl siyasət yeridən, ciddi iradə, qətiyyət nümayiş etdirən dövlətimizin başçısı ölkə iqtisadiyyatının inkişaf etdirilməsi, regionların hərtərəfli tərəqqisi, yeni yerlərinin açılması, yoxsulluq həddinin minimuma endirilməsi, insanların rifah halının yüksəldilməsi istiqamətində köklü islahatlar həyata keçirdi.

Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin reallaşması, tarixi "İpək Yolu"nun ölkəmizdən keçən hissəsinin başa çatdırılması, respublikamızın dövlət büdcəsinin 10 dəfədən çox artması, hərbi büdcəmizin işğalçı Ermənistanın dövlət büdcəsindən yüksək olması, 850 mindən artıq yeni yerinin açılması, ümumi daxili məhsul istehsalının sürətli artım tempi digər nailiyyətlər möhtərəm İlham Əliyevin qətiyyəti, işgüzarlığı, təcrübəsi nəticəsində qazanılmışdır.

Bu gün respublikamızın hər bir bölgəsində vətəndaşların sosial rifahının yaxşılaşması, əmək haqlarının, təqaüdlərin artması, aztəminatlı ailələrə ünvanlı sosial yardımların verilməsi, Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz doğma torpaqlarından didərgin salınmış 1 milyondan artıq qaçqın məcburi köçkünlərin çadır şəhərciklərindən yeni salınmış qəsəbələrə köçürülməsi, onların ən müasir evlərlə təmin olunması digər uğurların hamısı Prezidentin məqsədyönlü siyasətinin nəticəsi olmaqla yanaşı, həm onun insanlara göstərdiyi qayğının, diqqətin bariz nümunəsidir.

Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafına dair I II Dövlət Proqramlarının icrasının gedişi, yeni yerlərinin açılması ilə əlaqədar qarşıya qoyulmuş vəzifələrin hansı səviyyədə yerinə yetirilməsi ümumiyyətlə bölgələrdəki vəziyyətlə tanışlıq məqsədi ilə 2003-cü ildən indiyədək respublikamızın bütün regionlarına səfər etmişdir. Bu səfərlərin nəticəsi olaraq bölgələrdə canlanma yaranmış, abadlıq, quruculuq, tikinti işləri geniş vüsət almış, infrastrukturun yeniləşməsi, yeni yerlərinin açılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Möhtərəm İlham Əliyevin 7 illik Prezidentliyi dövrü möhtəşəm nailiyyətlərlə müşahidə olunub. Dövlətimizin başçısının yürütdüyü uğurlu daxili xarici siyasət bir-birini tamamlayaraq Azərbaycanın milli maraqlarının maksimum dərəcədə təmin olunmasına yönəlib. İqtisadi siyasi islahatların paralel aparılması ölkəmizə böyük nailiyyətlər qazandırıb. Məhz buna görədir ki, Azərbaycan son illər iqtisadi artım tempinə görə dünyada ön sıradadır.

Möhtərəm İlham Əliyevin güclü siyasətçi kimi siyasi portretinin əsasını təşkil edən bu mühüm amillər onun Azərbaycan ümumilikdə dünya üçün əhəmiyyətli lider olduğunu təsdiqləyir.

Bu gün Azərbaycan bütün sahələrdə inamla irəliləyir, sürətlə inkişaf edir. İstər iqtisadi, sosial sahədə, istərsə də daxilixarici siyasətdə qazanılmış bütün uğurların kökündə ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi yol dayanır. Bu yol Azərbaycanın hərtərəfli və sürətli inkişafını təmin edir, onu daha xoşbəxt gələcəyə doğru aparır. Möhtərəm Prezidentimiz İlham Əliyev ulu öndərimizin siyasətini dövrün tələblərinə uyğun olaraq uğurla həyata keçirir, davaminkişaf etdirir. Əminik ki, məhz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da çiçəklənəcək və dünyanın ən qüdrətli dövlətlərindən birinə çevriləcək.

 

 

İlqar QURBANOV

 

Respublika.- 2010.- 16 oktyabr.- S. 5.