Tanınmış naşir, cəfakeş ziyalı
Son illər kitab, nəşriyyat
sahəsində ölkəmizdə gedən dəyişikliklər
cəmiyyətdə belə bir fikir formalaşdırır ki,
ölkəmiz kitab renessansı dövrünə qədəm
qoymuşdur. Bu da əlbəttə ki, kitaba olan münasibətin
tamamilə dəyişməsi, oxucu marağının
artması ilə yanaşı, nəşriyyat-poliqrafiya, mətbəə
sahəsinin müasir tələblərlə yenidən
qurulması, bu sistemdə fəaliyyət göstərən
müəssisələrin uğurlu işi ilə səciyyələndirilir.
Azərbaycanın kitab mədəniyyətinin
inkişafında, bugünkü səviyyəyə
çatmasında mətbəələrin böyük rolu
olmuşdur.
Azərbaycan Texniki Universitetinin mətbəəsi də bu qəbildəndir. Həm də
yüksək keyfiyyətli
ədəbiyyat nümunələri,
müxtəlif janrlı
ədəbiyyatlar çap
edən kollektiv nümunəvi çap məhsulu uğrunda mübarizə aparır.
Universitet alimləri
ilə yanaşı digər elmi-tədqiqat institutlarının əməkdaşlarının
əsərlərini, monoqrafiyalarını,
dərslik və dərs vəsaitlərini,
universitetin elmi jurnallarının çap
işlərini yüksək
poliqrafik icrada həyata keçirən Texniki Universitetin mətbəəsinə uzun
illərdən bəri
tanınmış naşir,
peşəkar jurnalist,
bir çox kitabların müəllifi
olan Əvəz Abbasov rəhbərlik edir.
1948-ci ildə
Laçın rayonunda
dünyaya göz açan Əvəz Abbasov 1972-ci ildə Azər-baycan Dövlət
Universitetinin (indiki
BDU) jurnalistika fakültəsini
bitirmiş, "Bakı",
"Azərbaycan gəncləri",
"Azərbaycan pioneri",
"Sovet kəndi"
qəzetlərində, "Qobustan" jurnalında, Azərbaycan Televiziya və Radio Verilişləri
Komi-təsində çalışmış,
maraqlı publisistik yazıları, ssenariləri
ilə oxucuların, tamaşaçıların diqqətini
cəlb etmişdir. Neçə-neçə kitabların
tərtibatçısı, redaktoru, məsləhətçisi
olan Əvəz müəllim "Ömür
yolu", "Ömürdən
səhifələr" kitablarının
müəllifi, ümummilli
liderimiz Heydər Əliyevin 75 illik yubileyi ilə əlaqədar "Heydər
zirvəsi" foto-albomunun
tərtibatçısıdır.
Əvəz İdrisoğlu 1998-ci ildə
Azərbaycan Jurnalistlər
İttifaqı Həmkarlar
Komitəsinin (indiki Azərbaycan Jurnalistlər
Birliyi) "Xalq və Prezident Heydər Əliyev — "İnam - Şərəf diplomu"na layiq görülmüşdür. YAP-ın
üzvü Əvəz
Abbasovun rəhbərlik
etdiyi mətbəədə
universitet tədris proqramları, blankları,
jurnallar və dərsliklər çap olunmaqla yanaşı bir çox müəlliflərin kitabları
da işıq üzü görür.
2010-cu ildə
universitetin müəllimləri
Rəşid Əliyev
və Firudin Məmmədovun
hazırladığı ümummilli
lider Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi ilə əlaqədar "Ulu öndərin Azərbaycanın
bədən tərbiyəsi
və idmanın inkişafında
xidmətləri" adlı
290 səhifəlik kitabını
xüsusi olaraq qeyd etmək lazımdır. Bu kitabın da redaktoru Ə.Abbasovdur.
Azərbaycan Prezidentı
İlham Əliyevin idmana olan böyük
qayğısı, ölkəmizdə
vüsət alan olimpiya hərəkatı
son illər dünya miqyaslı yarışlarda idmançılarımızın
göstərdikləri yüksək
nəticələr çap
olunan kitabda geniş işıqlandırılmışdır. İstər çağdaş Azərbaycan mədəniyyətində,
istərsə də Azərbaycan idmanında baş verən bu renessans, çiçəklənmə,
heç şübhəsiz,
ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Fərəhli
haldır ki, ulu öndərin layiqli davamçısı,
Prezidentimiz İlham Əliyev tərəfindən
bu iş uğurla həyata keçirilir. Millət vəkili Həvva Məmmədovanın "Azərbaycan
Respublikasının xarici
siyasətində Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ
münaqişəsi" kitabı
(360 səh. elmi redaktor AMEA -nın müxbir üzvü Yaqub Mahmudov), Naxçıvan Muxtar Respublikasının tarixi keçmişi ilə bağlı Feyruz Bağırovun "Tarixin
yaddaşı" kitabı,
universitetin professoru Tofıq Rzayevin "Sistemlərin identifikasiyası"
monoqrafiyası, AzTU-nun
rektoru, professor Havar Məmmədovun "Avtomatlaşdırmanın
əsasları" kitabları
və digər elmi kitab və
jurnallar da bu mətbəədə yüksək keyfiyyətlə
çap olunmuşdur.
Əvəz Abbasov söhbət əsnasında onu da bildirdi ki,
kitabsız heç bir elm, təhsil, maarif, mədəniyyət
yoxdur. Mədəniyyətsiz isə gələcək
mümkün deyil.
Heç nə — ən müasir texnologiyaların
yaratdığı inqilab,
möcüzələr belə
kitabı əvəz edə bilməz. Nə qədər
ki həyat var, elm, bilik əldə etmək üçün kitaba böyük tələbat
olacaq. Hər gün mütaliə
eləmək insanların
dünya görüşünü
artırır, biliyini
zənginləşdirir. Bir sözlə, kitab ölkənin tarixi, iqtisadiyyatı, sosial həyatıdır.
İstənilən ölkə haqqında məlumat əldə etmək üçün kitaba müraciət etməlisən. Doğrudan da, keyfiyyətlə
çap olunan kitablar əsrlərlə insana yoldaş olur, kitab rəflərinin
bəzəyi olur.
Heydər Əliyev
Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
millət vəkili Mehriban xanım Əliyevanın Azərbaycan
mədəniyyətinin inkişafında
çox böyük əməyi var. Son bir neçə ildə tariximizə, təhsilimizə,
mədəniyyətimizə, musiqimizə, xüsusən
də Qarabağ həqiqətlərinə dair
dəyərli kitabların,
nəşrlərin, dərgilərin
işıq üzü
görməsində Azərbaycanın
birinci xanımının
əvəzsiz xidmətləri
olmuşdur.
Bizim borcumuz gənclərimizə
kitabları sevdirməkdir. Həqiqətən də maraqlı mənbə-lərə istinad
edilərək çap
olunmuş kitablar oxucular tərəfındən
sevilə-sevilə oxunur.
Onu da qeyd edim
ki, Əvəz İdrisoğlunun yüzlərlə
şeirləri mətbuat
səhifəsində çap
olunmuşdur. Laçın həsrətini, vətən,
yurd nisgilini şeirlərində ürək
ağrısı ilə
oxucularına çatdıran
şair-publisistin geniş
həcmli şeirlər
kitabı da tezliklə işıq üzü görmək ərəfəsindədir.
Ömrünün bu müdrik çağında da öz vəzifəsini şərəflə davam
etdirən tanınmış
naşir, şair-jurnalist
Əvəz İdrisoğluna
yeni-yeni uğurlar arzulayırıq.
Rauf İLYASOĞLU
Respublika.- 2010.- 20 oktyabr.- S. 7.