Düşünülmüş siyasətin bəhrələri
Bu siyasət daim
Azərbaycana uğur,
regionumuza sabitlik və inkişaf gətirir
Müstəqil Azərbaycan dövləti
siyasi və iqtisadi çəkisinə
görə bu gün dünyanın diqqət mərkəzindədir. Prezident
İlham Əliyevin rəhbərliyi ilə son
yeddi il ərzində Azərbaycanın
siyasi, sosial-iqtisadi sahələrdə, cəmiyyətin
tam demokratikləşməsi istiqamətində qazandığı
möhtəşəm nailiyyətlər,
eləcə də Qərb üçün həyati əhəmiyyət
daşıyan qlobal enerji layihələrinin reallaşması dünyanın
aparıcı dövlət
başçıları, nüfuzlu
politoloqlar, mötəbər
beynəlxalq təşkilatların
ekspertləri tərəfindən
çox yüksək
dəyərləndirilir. Təsadüfi deyil ki, bəşəriyyətin
siyasi proseslərə
təsir etmə mexanizmlərinə malik olan Davos iqtisadi
Forumunun, Dünya Bankının və digər nüfuzlu qurumların hazırladıqları
hesabatlarda Azərbaycan
həmişə ön
mövqelərdədir və
ən islahatçı
ölkə elan olunub. Bu fonda
Azərbaycan bir çox dövlətlərə
nümunə göstərilir.
Prezident İlham Əliyev isə yeni düşüncəli
praqmatik siyasətçi
və regionun lideri kimi tanınır
və qəbul edilir. ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və digər aparıcı dövlətlərin başçıları
Azərbaycanın hərtərəfli
inkişafının gələcəkdə
də məhz cənab İlham Əliyevin liderliyi ilə uğurla davam etdirilə biləcəyini xüsusi vurğulayırlar.
Azərbaycanın dinamik və hərtərəfli inkişafı
göz qabağındadır. Cənab
İlham Əliyev dövlət başçısı
kimi fəaliyyətə
başladığı ilk gündən
Azərbaycanın hərtərəfli
tərəqqisinə nail olmağı
strateji məqsəd kimi qarşıya qoyub və qısa
müddətdə onu
həyata keçirib.
Bu istiqamətdə qlobal konsepsiya işlənib hazırlanıb,
müxtəlif dövlət
proqramları qəbul
olunub, onların icrasına dövlətimizin
başçısı şəxsən
özü nəzarət
edib. Prezident İlham Əliyev
ulu öndərimiz tərəfindən əsası
qoyulmuş dövlətçiliyimizi
daha da möhkəmləndirmək,
ölkəmizin siyasi,
sosial-iqtisadi və digər sahələrdə
dinamik inkişafı,
əhalinin rifah halının, qaçqın
və məcburi köçkünlərin sosial
vəziyyətinin daha
da yaxşılaşdırılması
və digər prioritet məsələlərlə
bağlı genişmiqyaslı
islahatlar həyata keçirib.
2003 və 2008-ci illərin prezident seçkiləri xalqımızın yaddaşında
həyatımızın bütün
sahələrində görünməmiş
irəliləyişlər, verilən vədlərin əməli şəkildə
həyata keçirilməsi,
sıçrayışlı inkişaf dövrü kimi yadda qalıb. Xalqımız bir daha əmin
oldu ki, öz tarixi seçimində yanılmayıb,
ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı cənab
İlham Əliyevi dövlət başçısı
seçməklə, əslində
öz xoşbəxt gələcəyini təmin
edib. Son illər görülən
işlərin nəhəng
miqyası, Azərbaycanın
hərtərəfli inkişafı
naminə qəbul edilən qlobal proqramlar, onların real nəticələri bu həqiqəti bir daha təsdiqləyir.
Prezident İlham Əliyevin dəfələrlə bəyan
etdiyi kimi, onun üçün ən böyük qiymət məhz xalqın, insanlarımızın
münasibətidir. Bakı
sakinləri, bölgələrdəki
əhali ilə mütəmadi görüşlər
keçirən, onların
qayğıları ilə
ətraflı tanış olan və həlli yolunda konkret addımlar atan möhtərəm İlham
Əliyev xalqın dərin məhəbbətini
qazanıb və ölkəni inkişaf etdirməyə qadir praqmatik siyasətçi kimi özünü tam doğruldub.
Xatırladaq ki, hələ 2003-cü il prezident seçkiləri ərəfəsində Azərbaycan
xalqına müraciətində
ulu öndər Heydər Əliyev ölkəmizin gələcək
inkişafının, dövlət
müstəqilliyimizin möhkəmliyinin
məhz yüksək intellektli, praqmatik düşüncəli, müasir
dünya siyasətini və iqtisadiyyatını
gözəl bilən,
enerjili və təşəbbüskar bir
şəxsiyyətin—cənab İlham Əliyevin simasında etibarlı əldə olacağına
qəti inamını
ifadə etmişdi: "İnanıram
ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyinizlə İlham Əliyev başa çatdıra biləcək".
Həqiqətən də
bu inamın, etibarın arxasında cənab İlham Əliyevin
uzun illər ərzində topladığı sanballı siyaşi
dividentlər və onun tükənməz enerjisi dururdu.
Hələ dövlət başçısı seçilməzdən xeyli əvvəl —ötən əsrin
doxsanıncı illərinin ortalarından başlayaraq cənab
İlham Əliyevin Milli Məclisdəki, Avropa Şurası və Milli
Olimpiya Komitəsindəki fəaliyyəti ona
daim uğur gətirib.
ARDNŞ-in birinci vitse-prezidenti kimi milli neft
strategiyamızın həyata keçirilməsində misilsiz
xidmətlər göstərib. Azərbaycan Prezidenti kimi fəaliyyətə
başlayandan sonra isə cənab İlham Əliyevin
daha bir keyfiyyəti
dünyamiqyaslı dövlət başçısı və liderə məxsus təkrarsız
qabiliyyəti və bacarığı özünü
büruzə verib.
Son yeddi
ildə
qazanılmış uğur və nailiyyətlər
dövlətimizin başçısının böyük
istedad və fenomenal təşkilatçılıq qabiliyyətinin,
səfərbəredici gücünün sayəsindədir. Cənab
İlham Əliyev öz işi və fəaliyyəti ilə
ulu öndərimizin əbədiyaşar ideyalarının
gerçəkləşməsini təmin etməklə
yanaşı, onları müasir dövrün tələblərinə
uyğunlaşdıraraq, mahiyyət və keyfiyyətcə zənginləşdirib,
daha da təkmilləşdirib.
İndi Azərbaycan
dünya ölkələri, xüsusən də Qərb
üçün çox böyük önəm
daşıyır. Həm siyasi, həm iqtisadi, həm də mədəni
sahələrdə bizimlə sıx əməkdaşlıq
etmək istəyən dövlətlərin sayı durmadan artmaqdadır. Bir
çox aparıcı dövlətlərlə əlaqələrimiz artıq strateji
əməkdaşlıq səviyyəsinə yüksəlib.
Müstəqil Azərbaycan dövlətinin uğurla
yürütdüyü və regionda sabitliyin möhkəmlənməsinə,
inkişafa yönələn xarici siyasət xətti birmənalı
olaraq bəyənilir və təqdir olunur. Azərbaycan
dünya ölkələri üçün açıq
ölkədir. Burada xarici sərmayə yatırtmaq, sahibkarlıq fəaliyyəti
üçün münbit şərait yaradılıb ki, bu
da həm Qərb, həm də Şərq ölkələrini,
onların şirkətlərini xüsusilə cəlb edir.
Azərbaycan
dünyanın, o cümlədən Qərbin enerji təhlükəsizliyi
məsələlərinə öz layiqli töhfələrini
verməkdədir. Təsadüfi deyil ki, ölkəmiz bu sahədə
reallaşan bütün irimiqyaslı layihələrin əsas
iştirakçısıdır. Bakı -Tbilisi -Ceyhan neft,
Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin tam işə
düşməsi Azərbaycanın nefti ilə yanaşı,
təbii qazını da dünya bazarlarına çıxarıb. Prezident
İlham Əliyevin vurğuladığı kimi, enerji
sahəsindəki uğurlar Azərbaycanın gələcəyi
üçün tarixi məna daşıyır və vaxt
keçdikcə bizim mövqelərimiz daha da möhkəmlənəcəkdir.
Regional layihələrin
gerçəkləşməsi bölgə ölkələrinə
və xalqlarına sülh, əmin- amanlıq, rifah və
iqtisadi inkişaf gətirməkdədir. Bu baxımdan, neft və
qaz layihələri ilə yanaşı, Bakı-Tbilisi-Qars dəmir
yolu tikintisinin reallaşması Azərbaycanın nəinki
regionda, eləcə də dünyadakı siyasi nüfuzunun,
iqtisadi qüdrətinin bariz nümunəsidir. Bununla da
regionumuz yalnız enerji layihələri deyil, həm də nəhəng
nəqliyyat infrastrukturu ilə də birləşəcəkdir.
Beləliklə, Azərbaycan Avropa və Asiya üçün
həm enerji, həm də əvəzolunmaz nəqliyyat mərkəzinə
çevrilir. Bu layihələr təkcə iki müxtəlif
coğrafıyaları bir-birinə bağlamır, eyni zamanda mədəniyyətləri,
fərdi anlayışları da bir-birinə
qovuşduracaqdır.
Dövlətimizin
başçısının yürütdüyü həm
daxili, həm də xarici siyasət kursu ölkəmizə və
xalqımıza daim uğur gətirir. Prezident İlham Əliyevin
son 7 il ərzində gördüyü möhtəşəm
işlər və hazırkı fəaliyyəti qətiyyətlə
deməyə əsas verir ki, o Heydər Əliyevin müdrik
ideyalarının sadəcə davamçısı yox, eyni
zamanda bu ideyaları XXI əsrin tələblərinə,
dövrün, zamanın ruhuna uyğun olaraq təkmilləşdirməyə
və inkişaf etdirməyə qadir olan bir liderdir. Bu
baxımdan Azərbaycanda elm, təhsil, mədəniyyət, həmçinin
milli- mənəvi, dini dəyərlərin qorunması və
möhkəmləndirilməsi sahəsində görülən
mühüm işlər də xüsusi önəm
daşıyır. Hazırda Azərbaycanda elm və təhsil
sürətlə inkişaf etdirilir, onun keyfiyyəti dünya
standartları səviyyəsinə yüksəldilir. Xüsusən
də təhsil sistemində, onun bütün pillələrində
dünyanın ən mütərəqqi təcrübələri
nəzərə alınmaqla köklü islahatlar həyata
keçirilir. Təhsilimizin məzmunu, keyfiyyəti ilbəil
yüksəlir.
Təsadüfi deyil ki,
orta məktəbi bitirənlər indi daha yüksək ballarla
kolleclərə və ali təhsil ocaqlarına qəbul
olunurlar. Təhsil həqiqətən də millətimizin gələcəyidir.
Gənclərin bilikli və savadlı olmaları Azərbaycanın
gələcəkdə daha sürətli inkişafının
təməl daşları, bünövrəsidir. Dövlətimizin
təhsilə olan xüsusi diqqət və qayğısı
biz pedaqoji işçilərin də üzərinə
böyük məsuliyyət qoyur. Əminəm ki, bu şərəfli
missiyanı ləyaqətlə yerinə yetirəcəyik.
Hazırda azərbaycanlı tələbələr dövlət
hesabına dünyanın aparıcı dövlətlərinin
ən yaxşı universitetlərində təhsil alır.
Onlar gələcəkdə yüksək səviyyəli
peşəkar mütəxəssislər kimi Azərbaycanın
tərəqqisinə, güclü, qüdrətli dövlətimizin
quruculuğuna öz töhfələrini verəcəklər.
Ölkənin sosial- mədəni
sahələrinin, təhsil və səhiyyə sistemlərinin
inkişafında YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili
Mehriban xanım Əliyevanın da fəaliyyəti xüsusi
qeyd olunmalıdır və təqdirəlayiqdir. Türk
dünyasının milli lideri, görkəmli dövlət
xadimi Heydər Əliyevin nurlu ideyalarını zamanın tələblərinə
uyğun uğurla həyata keçirən Prezident İlham Əliyevin
hərtərəfli inkişaf etdirdiyi Azərbaycanın dinamik
inkişafında fondun prezidenti Mehriban xanım Əliyevanın
xidmətləri danılmazdır.
Müasir Azərbaycan
daim inkişaf edir, gözəlləşir, öz siyasi və
iqtisadi qüdrətini daim artırır. Müasir yollar və
yol qovşaqları, təhsil və səhiyyə ocaqları
göz oxşayır. Yeni istifadəyə verilən sənaye
və emal müəssisələri dünya standartlarına
uyğun məhsul istehsal edir. Bütün bunlar
günümüzün reallıqlarıdır.
Son yeddi il Azərbaycanın
müasir tarixində keyfiyyətcə daha önəmli bir mərhələ
olmaqla yanaşı, cənab İlham Əliyevin simasında
dünya səviyyəli dövlət başçısı və
tarixi şəxsiyyətin yetişməsinin, xalqın öz
liderinə sonsuz inam və məhəbbətinin şahididir.
Bu siyasi kurs yaxın illərdə Azərbaycanı
dünyanın ən müasir və qüdrətli dövlətləri
sırasına çıxaracaqdır.
Heydər HÜSEYNOV
Respublika.- 2010.- 16 oktyabr.- S. 5.