Bioloji müalicə

 

Bakı şəhərinin Cavadxan küçəsində "Bioloji Təbabət" klinikası fəaliyyət göstərir. Klinikanın direktoru Elxan Yaqubovla görüşərək ondan apardıqları bioloji müalicə üsulları barəsində danışmağını xahiş etdim. O, bioloji müalicənin insanların sağlamlığı üçün nə qədər faydalı olduğunu belə izah etdi:

—Bizim klinikada zaman-zaman sınaqdan keçən bioloji müalicə üsullarından geniş şəkildə istifadə olunur.

Müasir dünya elm və texnologiyanın sürətlə inkişaf etdiyi bir dünyadır. Bəli, söhbət çox stress, az hərəkət və həddən artıq çirklənmiş ətraf mühitə malik dünyadan gedir. Gəlin bir anlıq fikirləşək: Biz nə içirik və nə yeyirik?

Kompyuter qarşısında saatlarla əyləşərkən bizi hansı şüalar əhatə edir? Kifayət qədər hərəkət edirikmi? Nə ilə müalicə olunuruq?

Ekoloji fəlakət dövründə ətraf mühitin qlobal şəkildə çirklənməsi ilə əlaqədar olaraq xəstəlik törədiciləri, o cümlədən mikroorqanizmlər dəyişərək davamlılıq əldə edir. Belə olan halda xəstəliklərin həmişəki adi üsullarla müalicəsi çətinləşir.

Statistikaya görə, XX əsrin əvvəllərində bütün xəstəliklərin yalnız yarısı uzun müddət davam edirdi, amma hazırda bu göstərici 90 faizə çatmışdır. Elə həmin statistikaya görə, əgər əv-vəllər uzun müddət davam edən xəstəliklər, yəni xroniki xəstəliklər nəticəsində əhali ölümü 45 faiz təşkil edirdisə, hazırda bu 80 faizə qalxmışdır. Klassik təbabətdə xəstəliklərin müalicəsi səbəbin kənarlaşdırılması əvəzinə, sadəcə olaraq, xəstəlik əlamətlərinin aradan qaldırılmasına yönəldilir. Nəticədə, xəstəliklər uzun müddət davam edərək xroniki hala keçir. Adından da göründüyü kimi, bioloji təbabətdə isə təbii tərkibli dərman preparatlarından istifadə etməklə orqanizmdən zəhərli maddələr xaric edilir və orqanizmin pozulmuş tarazlığı bərpa olunur. Bu zəhərli maddələrə homotoksin adı verilmişdir. Burada homo—insan, toksin isə zəhər olub, başqa sözlə, insan zəhəri deməkdir. Çünki onlar yalnız insan orqanizminə qarşı zərərlidir. Sübut olunmuşdur ki, homotoksinlər orqanizmə daxil olduqdan sonra orqanların fəaliyyətini pozur. Orqanizmin həmin zəhərli maddələrlə mübarizəsi nəticəsində xəstəliyin müxtəlif əlamətləri meydana çıxır. Məsələn: ağrı, hərarətin yüksəlməsi, qusma, ürəkdöyünmə, tərləmə, ağız suyu, göz yaşı, sidik ifrazının artması və s.

Göründüyü kimi, xəstəlik orqanizmin zəhərli maddələrə qarşı apardığı mübarizədir. Məhz bioloji təbabətdə təbii preparatların çox kiçik dozalarından istifadə etməklə xəstəliklərin səbəbi olan homotoksinlər orqanizmdən kənarlaşdırılır, onların orqanizmdə törətdikləri dəyişikliklər aradan qaldırılır. Bu   mükəmməl   şəfaverici gücü əldə etmək üçün Almaniyanın müxtəlif şəhərlərində yüksək texnologiya ilə hazırlanan və tərkibində bitki, heyvan mənşəli komponentlər, göbələklər, təbii minerallar, katalizatorlar, canlı və zəiflədilmiş mikroorqanizmlər, insan orqanizmində gedən kimyəvi reaksiyaların aralıq məhsulları olan dər-man preparatlarındən istifadə olunur. Statistikaya görə, alman vətəndaşlarının 60 faizi xəstəliklərin müalicəsində bu təbii vasitələrdən istifadə edir və son 40 ildə preparatların istifadəsi ikiqat artmışdır. Bioloji təbabətdə təbii preparatlarla yanaşı, müxtəlif bioloji müalicə üsullarından da istifadə olunur: Fizioterapiya "SPA" terapiya, autohemoterapiya, ozonoterapiya, hirudoterapiya, manualpunktura, yəni zəli ilə müalicə, iynəbatırma, biopunktura, homeosinatriya, mezoterapiya, hidrokolonoterapiya, lazeroterapiya və s.

Adıçəkilən müalicə üsulları keçən ilin fevral ayından etibarən Bakıda fəaliyyətə başlayan, eyni zamanda, bioloji təbabətin elmi prinsiplərinə söykənən "Bioloji Təbabət" klinikasında uğurla tətbiq olunur. Klinikada Almaniyada təşkil olunan beynəlxalq homotoksikologiya kurslarını bitirmiş yüksək kvalifikasiyalı həkimlər fəaliyyət göstərir. "Bioloji Təbabət" klinikasında ən müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya müayinələrin düzgün və dolğun olmasına zəmanət verir.

"Bioloji Təbabət" klinikası aşağıdakı cəhətlərə görə fərqlənir.

Əvvəla, burada müalicə zamanı bioloji preparatlardan istifadə edilir. Antibiotik digər kimyəvi dərmanlardan istifadə olunmur. Hormonal pozuntular qeyri-hormonal vasitələrlə tənzimlənir. Eyni zamanda, hormonal asılılıq aradan qaldırılır, xroniki xəstəliklər effektiv müalicə edilir.

Məhz bütün bunlara görə sağlamlığını bərpa etmək istəyən insanların əksəriyyəti bu ünvana üz tutur.

 

 

Süleyman İ SMAYILOĞLU

 

Respublika.- 2010.- 27 oktyabr.- S. 7.