Nizami rayonu : dinamik
inkişaf tempi qorunub saxlanılır
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi
ilə oktyabrın 20-də Nazirlər Kabinetinin 2010-cu ilin
doqquz ayının sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş iclasında ölkə
başçısı vurğulamışdır ki,
bütün dünya üçün böhranlı il kimi
tarixdə qalan 2009-cu ildə iqtisadiyyatımız 9 faizdən
çox artmışdır. 2010-cu ilin doqquz ayında sosial sahə
ilə bağlı bütün məsələlər həllini
tapıb. Cari ilin 9 ayı ərzində 56 min yeni iş yeri
açılmışdır və digər uğurlu nailiyyətlər
qazanılmışdır.
Azərbaycan iqtisadiyyatı müstəqil, öz daxili resurslarına arxalanan iqtisadiyyatdır. 2010-cu ilin 9 ayında respublikamızda dinamik inkişafın təmin edilməsində, uğurlu nəticələrə imza atılmasında paytaxtımızın gündən-günə gözəlləşən Nizami rayonunun da öz payı vardır.
Bu günlərdə rayonda 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirildi. Toplantını rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov açaraq cari ilin ötən 9 ayında rayondakı dinamik inkişaf tempindən danışdı. Sonra məruzə ilə çıxış etmək üçün söz rayon icra hakimiyyəti başçısının müavini İldırım Mehdiyevə verildi.
Məruzəçi
vurğuladı ki, aparılan uğurlu yenidənqurma işlərinin
nəticəsində Nizami rayonunun sənaye müəssisələrinin
fəaliyyəti daha da canlanmış, bir sıra yeni müəssisələr
fəaliyyətə başlamış, əhalinin
qarşılaşdığı sosial problemlərin həlli
istiqamətində konkret işlər görülmüş,
genişmiqyaslı
abadlıq-quruculuq işlərinə
başlanmışdır.
2010-cu ilin 9 ayı ərzində rayonda istehsal olunmuş sənaye məhsulunun həcmi 238 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövründə istehsal olunmuş məhsuldan 31,2 faiz çoxdur.
İstehsal olunmuş sənaye məhsulunun 33,7 faizi qeyri-dövlət sektorunun payına düşür. Sənayenin dövlət sektorunda 157,8 milyon manatlıq və ya ümumi istehsalın 63,3 faizi qədər məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Ötən ilin müvafiq dövrünə nisbətən ət və ət məhsulları istehsalı 26,7 faiz, saflaşdırılmış günəbaxan yağı istehsalı 36,0 faiz, hidrogenləşdirilmiş bitki piyləri, yağları istehsalı 27,3 faiz, marqarin istehsalı 20,7 faiz, kağız və karton istehsalı 3,4 dəfə, polietilen kisələr istehsalı 5,5 dəfə, şərabçılıq məhsulları istehsalı 2,0 faiz, plastmas məmulatların istehsalı 2,6 dəfə, ağ portlandsement istehsalı 69,6 faiz, betondan yığma tikinti konstruksiyalar istehsalı 2,1 dəfə artmışdır.
Müəssisələr tərəfindən bazar münasibətlərinin düzgün qurulması nəticəsində 2010-cu ilin yanvar-sentyabr aylarında istehsal olunmuş məhsulun 100,4 faizi istehlakçılara göndərilmişdir. Oktyabr ayının biri vəziyyətinə müəssisələrin anbarlarında hazır məhsul qalığının həcmi 4,9 milyon manatlıq olmuşdur.
2010-cu ilin yanvar-sentyabr aylarında öz gücləri ilə yerinə yetirilən podrat işlərinin həcmi 227,3 milyon manat olaraq, ötən ilin müvafiq dövrünə nisbətən 90,1 faiz artmışdır.
Əvvəlki illərdə olduğu kimi 2010-cu ilin ötən dövründə əmtəə dövriyyəsi və pullu xidmət göstəriciləri xeyli yüksəlmiş, rayon üzrə pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin real həcmi 27,9 faiz artaraq 685,5 milyon manat olmuşdur.
2010-cu ilin 9 ayında pərakəndə ticarət şəbəkələrindən 496,9 milyon manatlıq, iaşə müəssisələrindən 19,3 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünün səviyyəsindən müvafiq olaraq 36,7 faiz çox əmtəə satılmış və 43,7 faiz çox iaşə xidmətləri göstərilmişdir.
Bu ilin doqquz ayında əhaliyə 169,3 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,4 faiz çox pullu xidmətlər göstərilmişdir.
2010-cu ilin yanvar-sentyabr ayları ərzində Nizami Telefon Qovşağı tarif gəliri planı 100,7 faiz yerinə yetirmiş, 7416,0 min manat tarif gəliri planına qarşı faktiki gəlir 7432 min manat gəlir əldə olunmuşdur. Bu da plandan əlavə 16,5 min manat artıq gəlir deməkdir.
2003-cü ildən 2010-cu il oktyabrın 1-dək rayonda 16168 yeni iş yeri açılmışdır ki, onun da 16071-i daimi iş yerləridir.
2010-cu ilin 9 ayı ərzində 1550 ailə ünvanlı sosial yardım almışdır. Onlardan 1083 ailəyə təkrar təyinat aparılmışdır. Bu ailələrin tərkibini 153 nəfər işləyən, 231 nəfər əmək pensiyası alan, 45 nəfər 18 yaşınadək olan əlillər təşkil edir. Bundan əlavə 2 nəfər müharibə əlili, 191 nəfər digər səbəbdən əlil və 207 məcburi köçkün ailələri də bu yardımdan bəhrələnirlər.
2010-cu ilin 9 ayı ərzində təhsil, səhiyyə və mədəniyyət sahəsində bir sıra tədbirlər həyata keçirilmiş, uğurlu nailiyyətlər qazanılmışdır. 2009/2010-cu dərs orta məktəbi bitirmiş 2002 şagirddən 1862 nəfəri ali məktəblərə sənəd vermiş-onlardan 948 nəfəri (50,91 faiz) tələbə adına layiq görülmüşdür (keçən ilki nəticə 48,22 faiz olmuşdur). Rayonun ərazi "Zəngi" liseyi, kimya-biologiya təmayüllü respublika liseyi və "Dədə Qorqud türk liseyi fəaliyyət göstərir. Həmin liseylər üzrə ali məktəblərə 291 nəfər sənəd vermiş, onlardan 183 nəfəri, yəni 62,8 tələbə adına layiq görülmüşdür.
2009-2010-cu dərs ilində rayon məktəblərinin XI sinfi bitirən məzunlarından 87 nəfəri (ötən il 57 nəfər) xarici ölkələrin ali məktəblərinə qəbul olunmuşdur. Həmin məzunlardan 42 nəfəri Türkiyədə, 4 nəfəri İngiltərədə, 1 nəfəri Çexiyada, 23 nəfəri Rusiyada, 5 nəfəri Ukraynada və s. təhsil alırlar.
Cari ildə Türkiyə Cümhuriyyəti Sınavı (TCS) xətti ilə Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə xaricə oxumağa göndərilən 48 məzundan yalnız 3 nəfəri türk liseylərində təhsil almayan ümumtəhsil məktəblərinin məzunlarıdır ki, onlardan da ikisi Nizami rayonunun məktəblərindəndir (12 və 214 saylı məktəblər).
Tələbə adını qazanmış məzunlardan rayon üzrə 115 nəfəri 600-dən yuxarı bal toplamış, onlardan 40 nəfəri 650 baldan yüksək nəticə göstərmişdir (ötən il bu rəqəm müvafiq olaraq 69 və 20 nəfər təşkil etmişdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə respublika səviyyəsində artıq üçüncü dəfə keçirilmiş “Ən yaxşı ümummtəhsil məktəbi" müsabiqəsində 62 saylı məktəb-lisey, "Ən yaxşı müəllim" müsabiqəsində isə 7 pedaqoq adını qazanmışdır.
2010-cu ilin 9 ayı ərzində
rayonun səhiyyə müəssisələri tərəfindən
göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi,
sanitar-gigiyenik vəziyyətə müntəzəm nəzarət
edilməsi, əhali arasında infeksion, parazitar xəstəliklərin,
qida zəhərlənmələrinin qarşısının
alınması və ləğv edilməsi istiqamətində
işlər davam etdirilmişdir.
Yoluxucu xəstəliklərin
vaxtında aşkar olunması, xəstələrin
hospitalizasiyası, təmasda olanların laborator müayinələrə
cəlb edilməsi, profilaktik və əksepidemik tədbirlərin
düzgün təşkil edilməsi səbəbindən
göstərilən müddətdə bir sıra infeksion xəstəliklər
kəskin şəkildə azalmış, bir çox hallarda
isə, ümumiyyətlə, qeydə alınmamışdır.
2010-cu ilin 9 ayı ərzində
rayonun mədəniyyət müəssisələrində də
bir sıra tədbirlər keçirilmişdir. İyul
ayında Mərkəzi Kitabxanada S.Ə.Şirvaninin 175,
sentyabr ayında isə S.S.Axundovun 135 illik yubileyləri ilə
bağlı ədəbi-bədii gecələr təşkil
edilmişdir. Həmçinin, xalq şairi Fikrət Qocanın
75 illik yubileyi təntənəli qeyd edilmiş,
yazıçı Ə.Hacızadənin 75 illiyinə həsr
edilmiş "Elə bir ömür yaşadım ki"
adlı xatirə tədbiri keçirilmişdir.
18 sentyabr Musiqi Günü və
dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun
anadan olmasının 125 illik yubileyi münasibətilə
Nizami Mədəniyyət Mərkəzində rayon musiqi məktəblərinin
iştirakı ilə tədbir təşkil edilmişdir.
Rayon Qaz İstismar sahəsi
170,4 kilometr qaz kəmərinə, 174 ədəd qaz tənzimləyicisinə,
47572 abonentə xidmət göstərir ki, bunlardan da 47478
abonentin mənzilinə qaz sayğacı
quraşdırılmışdır (99,6 faiz). Ödənişdə
abonentlərin iştirakı 69 faiz, yığım isə
97,4 faiz olmuşdur.
Rayon Enerji Təchizatı və
Satışı idarəsinin istismar şöbəsi tərəfindən
117 transformator məntəqəsinə və 140 ədəd
kompleks transformator məntəqəsinə xidmət göstərilir.
51937 abonentdən 51253 (98,7
faiz) abonentin mənzilinə işıq sayğacı
quraşdırılmışdır.
Rayon əhalisinə verilən
enerji təchizatını yaxşılaşdırmaq, təyinatından
asılı olmayaraq ərazidə fəaliyyət göstərən
idarə, müəssisə, təşkilatlara, sahibkarlıq
subyektlərinə fasiləsiz, davamlı enerji veril-məsini təmin
etmək məqsədilə enerji təchizatı şöbəsi
tərəfindən cari ilin ötən 9 ayı ərzində
bir sıra işlər görülmüşdür.
Rayon Mənzil Kommunal Təsərrüfatı
Birliyi tərəfindən ötən 9 ayda 6900 kvadratmetr dam
örtüyü təmir edilmiş, binaların zirzəmisində
müxtəlif diametrli 1800 p/m su xətti, 1020 p/m kanalizasiya xətti
dəyişdirilmiş, B.Nuriyev küçəsi 71 N-li
binanın drenaj sistemi təmir olunaraq tam işlək vəziyyətə
gətirilmiş, binaların ümumi istifadə yerlərindəki
pəncərələrdə 1680 kvadratmetr şüşələnmə
işləri aparılmış və digər nailiyyətlər
qazanılmışdır.
Ümumilikdə 2010-cu ilin 9
ayı ərzində rayonun ərazisində Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
iştirakı ilə Heydər Əliyev və Ziya Bünyadov
prospektlərinin kəsişməsində müxtəlif səviyyəli
yol qovşağının ikinci kompleksi istifadəyə
verilmiş, Dövlət Neft Fondunun inzibati binasının təməli
qoyulmuşdur. Rayon Yol polisi şöbəsinin inzibati
binası, 4 ünvanda ticarət mərkəzləri tikilib
istifadəyə verilmiş, Azərbaycan Respublikası Milli Təhlükəsizlik
Nazirliyinin Nizami rayon idarəsinin inzibati binasının, 4
nömrəli Vərəm disponserinin həyətində
referens laboratoriyası və M.Abbasov küçəsində
analoqu olmayan özəl klinikanın tikintisi davam
etdirilmişdir.
Ümummilli liderimiz Heydər
Əliyevin 09 avqust 1994-cü il tarixli "Cinayətkarlıqla
mübarizənin gücləndirilməsi və hüquq
qaydalarının möhkəmləndirilməsi barədə"
Fərmanını, həmçinin Azərbaycan
Respublikası Prezidentinin 28 iyul 2007-ci il tarixli Sərəncamı
ilə təsdiq olunmuş, "Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
üzrə Milli Strategiya və onun həyata keçirilməsi
ilə bağlı planı (2007-2011-ci illər)"nı rəhbər
tutaraq, 2010-cu ilin 9 ayı ərzində cinayətkarlığa
qarşı mübarizədə ictimai təhlükəsizliyin
qorunması sahəsində müəyyən işlər
görülmüş və uğurlu nəticələr əldə
edilmişdir.
Ötən dövrdə
rayon polis idarəsinin bütün xidmət xətti əməkdaşları
tərəfindən keçirilmiş tədbirlər nəticəsində
8 cinayətkar dəstə zərərsizləşdirilmiş
və bu dəstənin 20 üzvü
saxlanılmışdır.
2010-cu ilin 9 ayında rayon
icra hakimiyyətinə 1342 ərizə, o cümlədən Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasından və digər mərkəzi
icra orqanlarından 603 ərizə daxil olmuşdur.
Daxil olmuş ərizələrdən
17-si sahibkarlığın inkişafı, 223-ü mənzillə
təmin olunma, 214-ü birdəfəlik yardımın verilməsi,
115-i torpaq sahəsinin ayrılması, 245-i tikinti və
söküntü, 46-sı qaçqın və məcburi
köçkünlərlə bağlı, 64-ü işlə
təminolunma barədə və digər məsələlərlə
əlaqədar olmuşdur.
Vətəndaşların
yazılı müraciətləri ilə yanaşı,
şifahi sorğularının, təkliflərinin dinlənilməsi
və öyrənilməsi məqsədilə rayon icra hakimiyyətində
qəbulların vaxtında keçirilməsinə və səyyari
görüşlərin təşkilinə də xüsusi
fikir verilmiş, 9 ay ərzində 237 nəfər icra hakimiyyəti
başçısı tərəfindən qəbul
edilmişdir.
Yerlərdə sakinlərlə
görüşlərə xüsusi əhəmiyyət
verilmiş, 9 ayda 18 səyyari görüş
keçirilmişdir. Görüşlərdə sakinlər tərəfindən
83 müraciət olunmuşdur. Görüşlər zamanı
sakinlər əsasən binaların istiliklə təmin
olunması, həyətlərin abadlaşdırılması,
dam örtüyünün təmiri, həyətlərdə
qeyri-qanuni aparılmış yöndəmsiz
yarımçıq tikililərin, hasarların ləğv
edilməsi, ərazilərə asfalt örtüyünün
vurulması, zirzəmilərin təmizlənməsi və s.
sosialyönümlü təkliflərlə
çıxış etmiş, qaldırılan məsələlərin
həlli istiqamətində müəyyən işlər
görülmüşdür.
Azərbaycan Respublikası
Prezidentinin 3 sentyabr 2010-cu il tarixli 1083 nömrəli sərəncamı
ilə Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilər 2010-cu ilin noyabrın 7-nə təyin
edilmişdir.
Qeyd etmək lazımdır
ki, rayonda 24 saylı Nizami birinci, 25 saylı Nizami ikinci və
18 saylı Nərimanov-Nizami seçki dairələri fəaliyyət
göstərir.
Seçki dairələrinin
inzibati binalarında dairə seçki komissiyalarının səmərəli
işləməsi üçün hər cür şərait
yaradılmışdır. Hər bir DSK-ya əlavə olaraq 2
telefon nömrəsi verilmiş və onlar ehtiyac duyulan
bütün materiallarla təmin edilmişdir. Ümumiyyətlə,
rayonda seçkilərə geniş hazırlıq işləri
aparılır.
Yığıncağı
rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov
yekunlaşdıraraq qeyd etdi ki, cari ilin ötən 9 ayında
rayonda çox sürətli inkişaf müşahidə
olunur, insanların maddi rifahı durmadan yüksəlir. Dinamik
inkişaf uğurla davam etdirilməli, iqtisadiyyatın şaxələndirilməsinə
nail olunmalıdır.
Toplantıda Respublika
Ağsaqqallar Şurasının sədri akademik Budaq Budaqov, 4
nömrəli İstilik istismar Sahəsi İdarəsinin rəisi
Raqif Xanməmmədov, rayon polis idarəsinin rəisi
İsmayıl Əsədov, rayon ağsaqqallar
şurasının sədri Gündüz Əfəndiyev
çıxış edərək 2010-cu ilin ötən 9
ayında rayonda qazanılan nailiyyətlərdən və
qarşıda duran vəzifələrdən
danışdılar.
Qədir ASLAN
Respublika.- 2010.- 28 oktyabr.- S. 5.