Dünyada sözdən böyük yadigar yoxdur
Belə bir hikmətli kəlam
vardır: "Tarixin özü sözün
düzüdür". Bu tarix xalqa xidmət göstərən,
onun ictimai şüurunu isti-qamətləndirən, milli
azadlığına, milli birliyinə çalışan mətbuat
orqanları, eləcə də onları min bir əzabla araya-ərsəyə
gətirən qələm sahibləri haqqında çox
şey deyir. XX əsrin əvvəllərində milli
şüurun, maarifçiliyin və inqilabi-demokratik fikrin
inkişafı dövründə Əli bəy Hüseynzadə,
Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyov, Mirzə
Cəlil kimi görkəmli qələm sahiblərinin sayəsində
Azərbaycan mətbuatı özünün tərəqqi
dövrünü keçirirdi. Ümummilli lider Heydər Əliyevin
sözləri ilə desək, o dövrdə
"Xalqımızın görkəmli mütəfəkkirləri,
publisistləri, jurnalistləri, yazıçıları və
satirikləri mətbuat vasitəsilə milli şüurun, mənəviyyatın
və mədəniyyətin formalaşmasına,
inkişafına təkan vermişlər".
Çox təəssüf
ki, Azərbaycan zorən "şər
imperiyası"nın tərkibinə daxil olduqdan sonra milli mətbuat
ənənələrini əvvəlki tək davam etdirmək
mümkün olmadı. O dövrdə mətbuat vahid sovet
ideoloji çərçivəsinə
salındığından jurnalistlər geniş
yaradıcılıq imkanlarından, fəaliyyət
meydanlarından məhrum olmuşdular. Ötən əsrin
80-ci illərində mətbuat və söz
azadlığının genişlənməsinə baxmayaraq nəşr
olunan məcmuə və qəzetlərin taleyi daha ağır
olmuşdur. Elə o illərdə də işıq
üzü görməsinə min bir əziyyətlə nail
olunan həmin mətbuat orqanlarının mütərəqqi
məram və əməlləri növbənöv hiylələrlə
qarşılaşır, boğulurdu. Lakin bu hiylələr,
riyakarlıqlar o zaman mütərəqqi, vətənpərvər
qələm sahiblərinin iradəsi, gücü
qarşısında çox vaxt aciz qalırdı.
XX əsrin 80-ci illərində
Azərbaycanda ictimai şüurun formalaşmasında milli mətbuatımızın
qaranquşlarından olan "Odlar yurdu" qəzetinin də
müstəsna, danılmaz rolu olmuşdur. Ölkəmizdə
azad sözün formalaşması, istibdadın ifşası,
azadlığın tərənnümü bütün dərinliyi
və çoxcəhətliliyi ilə bir küll halında bu
qəzetdə təzahür etmişdir. Böyük qürur
hissi ilə qeyd etmək lazımdır ki, o ağır illərdə
"Odlar yurdu" bütün maneələri dəf edərək
milli qurtuluş məramının əsas
carçısına çevrilmişdir.
1983-91 -ci illərdə ərəb,
latın və kiril əlifbası ilə nəşr olunan qəzetin
baş redaktoru tanınmış publisist, şair, tərcüməçi,
ədəbiyyatşünas, Azərbaycan Yazıçılar
Birliyinin və Jurnalistlər Birliyinin üzvü, bu
yaxınlarda mətbuatımızın hamisi və
qayğıkeşi Prezident İlham Əliyevin sərəncamı
ilə "Əməkdar jurnalist" adına layiq
görülənlərdən biri də vətəndaş-jurnalist
Ramiz Əsgər idi.
"Odlar yurdu" qəzeti
1960-cı ildə çarizm istibdadından, bolşevizmdən
qaçanlar və İkinci Dünya savaşında əsir
düşüb xaricdə məskunlaşan həmvətənlərimiz
arasinda sosializm ideyalarını, sovet həyat tərzini yaymaq
məqsədilə yaranmışdı. Qəzet o vaxt xalq
şairi Nəbi Xəzrinin rəhbərlik etdiyi “Dostluq və
mədəni əlaqələr cəmiyyət”nə məxsus
idi. 4 səhifəlik bu qəzet ayda bir dəfə Bakı qəzetinin
nəzdində baş redaktor-suz "Redaksiya heyəti"
imzası ilə çıxırdı. O vaxt Azərbaycan
radiosunun türkcə verilişlər redaksiyasında işləyən
Ramiz Əsgər "Dostluq" cəmiyyətinin yeddi dildə
çıxan bu bülleteninə rəhbərlik etmək üçün
dəvət olunur. 1987-ci ildə isə yazıçı
Elçinin rəhbərliyi ilə "Vətən" cəmiyyəti
yaranır və qəzet bu təşkilatın nəzdinə
keçir. O vaxtlar isə M.Qorbaçovun
"perestroyka"sının başladığı illər
idi, Bu "perestroyka"dan yararlanmağa çalışan
Ramiz Əsgər tezliklə qəzetin özündə yeniliklər
edir. Qəzetdə Azərbaycanın şanlı
generallarından oçerklər yazılır, Azərbaycan
Xalq Cümhuriyyətinin yaradıcılarından Fətəli
xan Xoyski, Məmmədəmin Rəsulzadə, Əlimərdan bəy
Topçubaşov və başqaları haqqında yazılar dərc
olunurdu. Və nömrələr xaricdə yaşayan həmvətenlərimizə
göndərilirdi. 1990-cı ildə "Odlar yurdu"nun
daxili abunəsi açıldı. Tezliklə qəzetin
tirajı 282 minə çatdı. Halbuki o vaxt populyar olan
"Azadlıq", "Aydınlıq", "Vətən
səsi" kimi qəzetlərin tirajı 100 mindən o tərəfə
keçmirdi.
Milli azadlıq hərəkatı
zamanı informasiya blokadasının yarılmasında
"Odlar yurdu"nun böyük xidmətləri olmuşdur.
1990-cı il yanvarın 15-də Bakıda fövqəladə vəziyyət
elan olunanda bütün surətçıxaran aparatlar, rabitə
vasitələri nəzarət altına alınanda bu qəzet
Azərbaycan həqiqətlərini böyük fədakarlıqla
bütün dünyaya çatdırırdı. Qanlı 20
yanvar hadisələri zamanı Ramiz Əsgər qəzet vasitəsilə
şeyxülislam hacı Allahşükür Paşazadənin
dünya ictimaiyyətinə müraciətini bir neçə
dildə yaymağa nail oldu. Bu müraciət nəinki
bütün dünyaya, hətta xüsusi xidmət
orqanlarının əli ilə ta Qorbaçovun
masasının üstünə qədər "gedib
çıxmışdı". Qəzetin redaktoru isə təqib
olunur, günlərlə evində gecələyə bilmirdi.
90-cı ilin əvvəllərində
Ramiz Əsgər qəzetin baş redaktorluğundan gedəndən
sonra hər kəs onun bir redaktor kimi böyüklüyünü
daha aydın başa düşürdü. O günlərdən,
jurnalistikadan söhbət düşəndə Ramiz müəllim
həmişə deyir: "Odlar yurdu" mənim məhəbbətimdir".
Bir jurnalist kimi Ramiz Əsgərin publisistik və informasiya dili son dərəcə aydın,
təmiz və səlisdir. O, müxtəlif
mövzularda yazır,
publisistika janrının
incəliyinə varır,
türkologiya adlı okeanın dərinliklərindən
əvəzsiz incilər
tapıb çıxarır.
Ramiz müəllim bu gün BDU-nun "Mühacirət
ədəbiyyatı və
bədii tərcümə"
la-boratoriyasının müdiri
vəzifəsində çalışsa
da, jurnalistika onu öz cazibəsindən
qopara bilmir. Demək olar ki, o, elmə,
ədəbiyyata da məhz bu yoldan—jurnalistikadan
keçib gəlmişdir.
Ramiz Əsgər ulu türkün əvəzsiz
bədii abidələrindən
biri olan Mahmud Kaşğarinin "Diva-ni-lüğat-it-türk"ünü
4 cilddə azərbaycancaya,
3 cilddə ruscaya tərcümə etmişdir.
O, bu əvəzsiz inci üzərində elmi tədqiqatlarını davam
etdirərək "Divani-lüğat-it-türk"ün
morfologiyası" mövzusunda
doktorluq dissertasiyası
müdafiə edib. Ramiz müəllim türk xalqları ədəbiyyatından tərcümələri
ilə yanaşı, tanınmış rus yazıçı-publisisti N.Ozerovun
Londonda nəşr olunan, müasir Azərbaycan həqiqətlərindən
bəhs edən "İlham Əliyev: Mən Azərbaycanıma inanıram" kitabını
doğma dilimizə tərcümə etmişdjr.
Təbiət, ulu Tanrı Ramiz Əsgərə insanlıq istedadı ilə yanaşı böyük təşkilatçılıq
bacarığı da veribdir. Qibtəolunacaq qədər
işgüzar, zəhmətdən
yorulmayan, ondan zövq alan
Ramiz müəllim
1997-ci ildən Azərbaycan
Jurnalistlər Birliyinin
baş katibidir. O, bu təşkilata ayaq basan, jurnalistika
kimi romantik, ecazkar bir peşəyə
yiyələnib tanınmaq
istəyən gənclərə
həmişə bu sənətin özünəməxsus
sirlərindən aydın,
mənalı dildə
bəhs edir, yol göstərir. Bu ilin aprel ayında Ramiz Əsgər Türkiyədə
Avrasiya Tərcüməçilər
Birliyinin sədri seçilmişdir.
Alim, jurnalist,
fəal ictimaiyyətçi...
Bunların arxasında Ramiz
Əsgərin zəhmət
dolu gərgin, əzablı illəri, bəzən də təhlükə ilə üz-üzə qaldığı
günlər dayanır.
Ramiz Əsgər bütün ədəbi, ictimai hadisələrə zamanın
gözü ilə baxmağı bacarır.
Bu da onun
vətənpərvərlik yetkinliyinin, vətəndaşlıq
borcunun, fədakarlığının
məntiqi nəticəsidir.
Əsl insanı vətəndaş
edən onun məsləki, inamıdır.
İnam,
əqidə, məslək
isə Ramiz Əsgər şəxsiyyətinin
əsl istiqamətvericisidir.
"Qızıl qələm",
"Həsən bəy
Zərdabi", "Humay",
Küveytin "İslama
xidmət", Türkiyənin
"Yeni Orhun" və türk dünyasına xidmət mükafatları laureatı,
Beynəlxalq Mətbuat
İnstitutu (Vyana), Beynəlxalq Jurnalistlər
Konfederasiyası (Moskva),
Avrasiya Jurnalistlər Konfederasiyası (Ankara) idarə
heyətlərinin üzvü,
Avrasiya Tərcüməçilər
Birliyinin sədri Ramiz Əsgərin Prezident İlham Əliyev tərəfindən
"Əməkdar jurnalist"
adına layiq görülməsi döylətimiz
tərəfindən onun
əməyinə verilən
ən yüksək qiymətdir.
Zahid RZA
Respublika.- 2010.- 1 sentyabr.- S. 4.