Su dirlik, həyat və aydınlıqdır
Üzü Ağdama tərəf gedəndə təbiətin
mənzərəsi də
dəyişir, yayın
bürkülü və
qorabişirən istisi
dağlardan gələn
sərin mehə çevrilir. Cəbhə xəttində yerləşən
kəndlərə getdik.
Yol yoldaşım rayon suvarma sistemləri idarəsinin rəisi Hafiz Əzimzadədir.
Gənc idarə rəisinin yanından adamlar heç vaxt naümid qayıtmayıblar. İmkanı və gücü çatan qədər kömək əlini uzadıb. Hafiz müəllim deyir ki, təbiətin insanlara bəxş etdiyi əvəzsiz nemətlərdən biri və ən vacibi sudur. Yaxşı deyiblər ki, su dirilikdir, həyatdır, həm də aydınlıqdır.
Xalqımız suyun qədir-qiymətini
həmişə uca tutub, su haqqında
müqəddəs sözlər
söyləyib. Əsas su
mənbələrimiz erməni
işğalı altında
qalsa da əlimizdə olan ərazilərdə su ilə bağlı heç bir problem yoxdur.
Cari ilin keçən dövrü
ərzində 97 hektarda
pambıq, 9120 hektarda dənli bitkilər, 575 hektarda qarğıdalı,
3399 hektarda dirrik və bostan, 11900 hektarda yemlik bitkilər, 75 hektarda şəkər çuğunduru,
70 hektarda çoxillik
bitkilərin, 3882 hektarda
həyətyanı sahənin
suvarılması təmin
olunmuşdur.
Rayon üzrə 93933 hektar sahə suvarılmışdır. Eyni zamanda
rayon üzrə 29118 hektar
sahədə əkilmiş
kənd təsərrüfatı
bitkiləri 3-4 dəfə suvarılmışdır. Keçən ilin müvafiq
dövrü ilə müqayisədə 2010-cu ilin
8 ayı ərzində
əkin sahələrinə
2709000 kubmetr artıq su verilmişdir.
Son illər Azərbaycanda əldə edilən sosial-iqtisadi inkişaf regionların simasında özünü aydın büruzə verir. Bu baxımdan cəbhə xəttində suvarma, içməli su mənbələrinə və meliorasiya sahəsinə sərmayələrin qoyulması ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin bariz nümunəsidir və əhali tərəfindən dərin razılıqla qarşılanır. Ölkəmizdə iqtisadi inkişafa nail olunmasında qəbul edilmiş dövlət proqramlarının rolunu xüsusi qeyd etmək lazımdır. "Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və digər mühüm sənədlərə əsasən rayonumuzda da işlər aparılır. O cümlədən, Qarabağ Su Tikinti törəmə müəssisəsi tərəfındən Ağdam rayonunun Atçılıq təsərrüfatı ərazisində qrunt sularının səviyyəsinin aşağı salınması mümkün olmuşdur.
Rayonumuzun Ergi ərazisində yerləşən, uzun müddət istismar müddətini başa vurmuş və yararsız hala düşmüş Ergi I və Ergi II pili nasos stansiyalarında əsaslı təmir və bərpa işləri aparılmışdır. Halbuki uzun illər boyu bu problem həll olunmurdu.
Rayonumuzun tarixində görünməyən bir işdir ki, illərlə bir subartezian quyusunun qazılması mümkün olmadığı halda 2009-2013 illər ərzində rayonumuzda 80 subartezian quyusunun qazılması planlaşdırılmış və bundan 51 ədədi qazılaraq istifadəyə verilmişdir. Bu il isə 8 ədəd subartezian quyusu qazılıb istifadəyə verilmişdir. Proqrama uyğun 20 subartezian quyusu bərpa olunmuşdur. İçməli su üçün bir subartezian quyusu qazılaraq təhvil verilmişdir.
Cari ildə yağıntıların çox olması, sel sularının həddindən artıq gəlməsi ilə əlaqədar rayonumuzun sağ sahilindən keçən Qarqar çayında sel suları maneəsiz ötürülmüş, ziyanlıq verməməsi üçün lazımi tədbirlər vaxtında görülmüşdür. Belə ki, 10 hektar əkin sahəsinin, 4 hektar taxıl sahəsinin su altında qalmaması üçün 650 metr uzunluğunda bənd vurularaq sel sularının ötürülməsinə nail olduq.
Salyan, Sabirabad ərazisində baş vermiş fəlakətdə rayonumuzun subartezian quyularının istismarı idarəsi və bizim kollektivin Kür çayının sağ sahilində 4 kənd ərazisində 20 kilometr dambanın möhkəmləndirilməsində və qorunmasında əməyimiz oldu. Hər iki idarə tərəfindən 100-dək yük maşını blok və qaya daşları fəlakət zonasına göndərildi. Bu işdəki fəaliyyətimizi yüksək qiymətləndirərək bizə RİH-nin fəxri fərmanı təqdim olundu.
Salman ALIOĞLU
Respublika.- 2010.- 8 sentyabr.- S. 5.