Şirvan : addımlar uğurlu və qətiyyətlidir

 

Regionların sosial-iqtisadi inkişafı

 

Son illərdə respublikamızın bütün bölgələri kimi, Şirvan şəhəri də sürətlə inkişaf etməkdədir. Şəhər gündən-günə öz görkəmini dəyişir, burada yeni istirahət guşələri, park və meydançalar yaradılır, məhəllələr abadlaşdırılır, insanların rifahı naminə mühüm tədbirlər həyata keçirilir. Şirvan sənaye şəhəri olduğundan şəhər rəhbərliyi burada sənayenin inkişafı üçün bütün imkanlardan istifadə edir, yeni sənaye müəssisə-lərinin, obyektlərin açılmasına xüsusi diqqət yetirir. Bu tədbirlərdən bir neçəsi daha önəmlidir.

Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan Telemexanika və Araz zavodlarında xeyli yenidənqurma işləri görülmüş, hazırda qeyd olunan müəssisələrdə bu işlər davam etdirilir. Belə ki, Telemexanika zavodunda 7 nömrəli istehsal korpusu və köməkçi sahələr tam təmir edilmişdir. Alətlər sexi yeni sahəyə köçürülmüş, yeni qablaşdırma sahəsi, 2 anbar binası tikilmiş, sahəsi 375 kvadratmetr olan laboratoriya tam təmir edilmişdir. Görülən işlərin davamı olaraq 5 saylı istehsal korpusu və köməkçi sahələr tam təmir olunmuşdur. Eyni zamanda zavodda 25, 50, 100 metrlik beynəlxalq stan-dartlara cavab verən nəzarət-sınaq sahəsi tikilmiş və xaricdən gətirilmiş avadanlıqların quraşdırılması işi davam etdirilir. Zavodun ərazisində 1800 kvadratmetr yolə asfalt döşənmiş, 350 poqonmetr bordür yenisi ilə əvəz olunmuş, ulu öndər Heydər Əliyevin büstü ətrafında 500 ədəd dekorativ güllər əkilmişdir.

Araz zavodunda isə xüsusi təyinatlı məhsullan istehsal edilməsi üçün Müdafiə Sənayesi Nazirliyi tərəfindən yüksək səviyyədə tikinti təmir işləri apalır. Əsas binaistehsal sahələri müasir üslubda təmir edilir. Nazirlik üçün ayrılmış 150 hektar sahədə Araz zavoduna məxsus 6-cı istehsal sahəsinin tikintisi uğurla davam etdirilir. Tikilməkdə olan bu sexdə yaxın gələcəkdə yeni adda xüsusi təyinatlı məhsulların istehsalına başlanacaqdır. Bu ilin aprel ayında Şirvan şəhərinə növbəti səfəri zamanı cənab Prezident İlham Əliyev TelemexanikaAraz zavodlanda apalan yenidənqurma və tikinti işləri ilə yaxından tanış olmuş, görülən işlərdən razı qalaraq öz dəyərli tövsiyələrini vermiş, gələcəkdə bu sahədə görülən işlərin həcminin artırılmasının vacibliyini qeyd etmişdir.

Şəhər sakinlərinin məişət şəraitini yaxşılaşdırmaq başlıca qayğılardandır. Bu baxımdan Qaz İstismar Sahəsi bir sıra əhəmiyyətli işlər həyata keçirmişdir. Qaz istismar Sahəsi tərəfındən əhali koteqoriyası üzrə istehlakçılara 7,1 milyon kubmetr təbii qaz satılmış və satılmış təbii qazın dəyərinin ödənilməsi 73,2 faiz həcmində təmin edilmişdir. İstehlakçıların qaz təminatının yaxşılaşdırılması və mövcud itkilərin qarşısının alınması məqsədilə şəhərin T.Bağırov, Füzuli, 1 May, Vidadi, T.İsmayılov, Naxçıvan və G.Şıxbalaoğlu küçələrində 700 poqonmetrə yaxın müxtəlif diametrli qaz xətləri çəkilmiş və təmir edilmişdir. Eyni zamanda Muğan ölçü qovşağında Vidadi küçəsi ilə H.ƏIİyev prospektinə qədər 4000 poqonmetr 200 millimetrlik yeni plastik qaz xəttinin çəkilişinə başlanılmış və işin əsas hissəsi görülmüşdür.

Əhalini elektrik enerjisi ilə etibarlı surətdə təmin etmək üçün şəhər Elektrik Şəbəkəsi tərəfindən müxtəlif tədbirlər həyata keçirilmişdir. Cari ildə ŞEŞ tərəfindən əhali kateqoriyası üzrə abonentlərə 18 milyon 588 min kilovat/saat elektrik enerjisi satılmışdır. Əhaliyə satılmış enerjinin dəyərinin ödənilməsi 110,1 faiz həcmində təmin edilmişdir ki, bu da keçən illə müqayisədə 18,4 faiz çoxdur. Bu vaxta kimi ŞEŞ tərəfındən 17419 SMART kart tipli sayğacların quraşdınlması təmin edilmişdir.

Son illərdə təhsilin və səhiyyə xidmətinin keyfiyyətini yaxşılaşdırmaq sahəsində mühüm addımlar atılmışdır. IX və XI sinif şagirdləri arasında sınaq imtahanları aparılmışdır. 13 və 14 mart 2010-cu il tarixdə Təhsil Nazirliyinin apardığı yoxlama imtahanında şagirdlərimiz 72,69 faiz və 58 faiz nəticə göstərmişlər ki, bu da yaxşı nəticə hesab olunur.

Əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsi ilk növbədə səhiyyə obyektlərinin vəziyyətindən və onun maddi-texniki bazasının möhkəmləndirilməsindən asılıdır. Bu istiqamətdə bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Belə ki, Şəhər Doğum Evi Dövlət Proqramına uyğun Səhiyyə Nəzirliyi tərəfindən müasir üslubda əsaslı təmir edilərək əhalinin istifadəsinə verilmişdir. Hazırda Səhiyyə Nazirliyi tərəfindən Mərkəzi Xəstəxananın əsas korpusu əsaslı təmir edilir və xəstəxananın həyətyanı sahəsi abadlaşdırılır.

Gənc nəsli ulu öndərimizin mənalı və ibrətamiz həyat yolu ilə tanış etmək məqsədilə 800 eksponat və 6 sərgi salonundan ibarət Heydər Əliyev Mərkəzi tikilib istifadəyə verilmiş, mərkəzə 273 ekskursiya təşkil edilmiş, həmin ekskursiyalarda 6030 nəfər tamaşaçı iştirak etmişdir. Eyni zamanda uzun müddət təmir edilməmiş Şəhər Mədəniyyət Evi əsaslı surətdə yenidən qurulmuş və əhalinin istifadəsinə verilmişdir. Cənab Prezident İlham Əliyev bu ilin aprel ayında şəhərimizə növbəti səfəri zamanı hər iki obyektin açılışında iştirak etmişdir.

Gənclərin asudə vaxtlannın səmərəli təşkili, idmanın inkişaf etdirilməsi üçün görülən işlər genişləndirilmiş, şəhərin İ.Qayıbov küçəsində mini futbol və əl oyunlan stadionları tikilib gənclərin istifadəsinə verilmişdir. Dövlət başçımız Şirvana sonuncu səfəri zamanı Olimpiya idman Kompleksinin təməlqoyma mərasimində iştirak etmişdir ki, bu da cənab Prezidentin Şirvan gənclərinə olan qayğısının təzahürüdür.

Sahibkarğın inkişaf etdirilməsi və əlverişli biznes mühiti yaradılması məqsədilə özəl bank filialları və bank olmayan kredit təşkilatları tərəfindən yam ildə sahibkarlara 8 milyon manat kredit verilmişdir. Şirvan Rayonlararası Təchizat Bazası tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına 704 min manat dəyərində 161 ədəd müxtəlif kənd təsərrüfatı texnikası servislizinq xidmətinə verilmişdir. Bu yaxınlarda şəhərimizdə Sahibkarlığa Milli Kömək Fondu tərəfindən 45 nəfər yerli və ətraf rayonların sahibkarlana 500 min manat həcmində güzəştli kreditlər verilmişdir.

Aztəminatlı əhalinin sosial vəziyyətinin yaxşılaşdılması ölkə başçısının və şəhər icra hakimiyyətinin daim diqqət mərkəzində olmuşdur.

DSMF-nin şəhər şöbəsi I yarımil ərzində pensiya və müavinətlərin ödənilməsi üçün 1 milyon 400 min manat məcburi sosial sığorta haqlanın yığılmasını təmin etmişdir. Şö-bənin ümumi xərcləri 6 milyon 400 min manat təşkil etmiş, əhaliyə pensiya ödənişi üzrə borc qalmamışdır.

İşsizliyin böyük sosial problem olduğunu nəzərə alaraq işsiz vətəndaşlan işlə təmin edilməsi istiqamətində Məşğulluq Mərkəzi tərəfindən bir sıra işlər görülmüşdür. Mər-kəzə 537 müraciət edilmiş, bundan 370 nəfəri işlə təmin edilmiş, 21 nəfərə isə işsizlik müavinəti ödənilmişdir, Əhalinin işsizlik probleminin həllində mövcud müəssisələrin genişləndirilməsi, yeni obyektlərin açılması böyük rol oynayır. Telemexanika zavodunda əlavə 20 nəfərin işlə təmin olunması gözlənilir. "Azərisan" MMC-də isə 60 nəfər işlə təmin edilmişdir. Təməli qoyulan Olimpiya idman Kompleksində işləmək üçün işçi vvəsinin Məşğulluq Mərkəzi tərəfindən qeydiyyatı aparılır. Cari ildə həyata keçirilən tədbirlər nəticəsində 331 yeni yeri açılmışdır ki, bunlar da daimi yerləridir.

Hər il olduğu kimi, bu il də şəhər ərazisində tikinti, abadlıq və quruculuq işləri davam etdirilmiş, görülən işlərin həcmi genişləndirilmişdir. Dövlət Proqramına uyğun Natəvan, M.Hüseynzadə, Şəhidlər, Mehmandarov, M.Əsədov və Xəqani adına küçələrdəki məhəllədaxili yollara 332 min manat dəyərində asfalt örtük salınmlşdır. Şirvan şəhər 34 saylı Yol istismar Sahəsi tərəfindən yerli və respublika əhəmiyyətli avtomobil yollarının 5 min metrlik hissəsində 252 min manatlıq cari təmir işləri görülmüşdür. Şəhərin Heyder Əliyev prospektində, Şəhidlər Xiyabanının şimal hissəsində abadlıq işləri aparılmış, əraziyə tamet plitə döşənmiş, bordür düzülmüşdür.

"Ekologiya ili"ndə şəhər yaşıllaşdırma təsərrüfatı tərəfindən şəhərin küçə və xiyabanlarına 1700-ə yaxın ağac və 8 mindən çox gül kolu əkilmişdir. Şəhər bələdiyyəsi tərəfindən xeyli təmir və tikinti işləri görülmüşdür. Belə ki, İ.Qayıbov, Xəqani, Nax-çıvan, 1 May və sair küçələrdə təmir işləri aparılaraq 29 min kvadratmetr sahəyə qum-çınqıl qarışığı tökülüb yayılmışdır. Çoxmərtəbəli yaşayış binalarının dam Örtüyü hissə-hissə təmir edilir. Şəhidlər Xiyabanının qəza vəziyyətində olan hasarı sökülərək yeri tikinti tullantılarından təmizlənmiş, 158 metr hasarın tikintisi başa çatdırılmışdır. Hasarın çöl hissəsində 130 kvadratmetr sahəyə tamet plitə döşənmişdir.

May ayında KürAraz çaylarında daşqınlan təbii fəlakət törətməsi Şirvan şəhərindən də yan keçməmişdir. Şirvan sakinləri şəhər rəhbərliyinin çağışına qoşularaq şəhərin ərazisindən keçən hissədə mövcud mühafizə bəndlərinin möhkəmləndirilməsi istiqamətində xeyli görmüşlər. Bunun nəticəsidir ki, Kür çayının şəhərdən keçən hissəsində sel sula mühafizə bəndlərini yara bilməmişdir.

Şirvan şəhərində iqtisadiyyatın möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu istiqamətdə atılan addımlar uğurlu və qətiyyətlidir.

 

 

Tofiq HÜSEYN

 

Respublika.- 2010.- 17 sentyabr.- S. 5.