Ekoloji layihələr öz bəhrəsini verir
20 sentyabr Neftçilər
günüdür
Son illər Azərbaycanda
iqtisadiyyatın sürətli inkişafı ilə
yanaşı, ölkə başçısı tərəfindən
ekoloji məsələlərin həllinə də
böyük diqqət göstərilir və bu istiqamətdə
məqsədyönlü tədbirlər həyata
keçirilir. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Sərəncamı ilə təsdiq
edilmiş, "Azərbaycan Respublikasında ekoloji vəziyyətin
yaxşılaşdırılmasına dair 2006-2010-cu illər
üçün Kompleks Tədbirlər Planına uyğun
olaraq, bu sahədə ölkəmizdə mühüm işlərin
görülməsi və 2010-cu ilin "Ekologiya ili" elan
edilməsi də Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyev tərəfındən əsası
qoyulmuş davamlı inkişaf və tərəqqi
strategiyasının məntiqi davamıdır.
Ətraf mühitə mənfı
təsir edən amillərdən biri də neft sənayesi sahələridir.
Uzun illər neft hasilatının primitiv texnika və
texnologiyalarla aparılması və baş verən
çoxsaylı qəzalar nəticəsində mədən əraziləri
həddən artıq çirklənməyə məruz
qalmış, Abşeron yarımadasında min hektarlarla torpaq
sahələri yararsız hala düşmüşdür. Sovet
İttifaqı dövründə isə daha çox
planların icrası məsələlərinə diqqət
yetirilmiş, ekoloji məsələlərə isə ögey
münasibət bəslənilmişdir.
Azərbaycanda isə
1970-80-cı illərdə ulu öndər Heydər Əliyevin
təşəbbüsü ilə ekoloji məsələlərin
həllinə böyük diqqət göstərilmiş və
bu siyasət bu gün də uğurla davam etdirilir. Ekoloji vəziyyətin
yaxşılaşdırılması, insanların
sağlamlıqlarının mühafızəsi və əhalinin
su təchizatı məsələlərinin həlli istiqamətində
Prezident İlham Əliyev tərəfındən silsilə qərarlar
qəbul edilir və dövlət orqanları
qarşısında mühüm vəzifələr qoyulur.
ARDNŞ də əvvəlki
illərdə və 2006-2010-cu illər üçün
Kompleks Tədbirlər Planında üzərinə düşən
vəzifələrin həlli sahəsində zəruri tədbirlərin
görülməsinə nail olmuş, Şirkətin Ekoloji
Siyasəti təsdiq edilmişdir. Bununla yanaşı, ekoloji
layihələrin həyata keçirilməsində təcrübəli
xarici şirkətlərlə birgə müəssisələr,
o cümlədən, "Ekol Mühəndislik Xidmətləri"
QSC yaradılmışdır.
2006-cı ildən
başlayaraq ARDNŞ tərəfindən Bibiheybət,
Balaxanı, Kürsəngi, Qarabağlı və digər mədən
ərazilərində 300 hektara yaxın neftlə çirklənmiş
torpaq sahələri təmizlənmiş və
abadlaşdırılmış, bir çox digər ekoloji
layihələr həyata keçiril-mişdir. Bu işlərin
yerinə yetirilməsində "Ekol Mühəndislik Xidmətləri"
QSC yaxından iştirak etmişdir.
2010-cu il fevralın 18-də
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
yanında keçirilən ekoloji problemlərə həsr
olunmuş müşavirədə ölkə
başçısı demişdir.
"... Bu gün ekoloji
məsələlərin həlli vacib məsələlərdən
biridir. Ona görə yox ki, bütün dünyada bu məsələlərə
böyük diqqət göstərilir. Ona görə ki, bu
gün Azərbaycan qarşısında həllini gözləyən
əsas məsələlərdən biri ekoloji vəziyyətin
yaxşılşaşdı-rılmasıdır..."
Ölkə
başçısının proqram xarakterli bu
çağırışı ARDNŞ-in də
qarşısında mühüm vəzifələr
qoymuşdur. Şirkət özünün ekoloji tədbirlər
planını işləyib hazırlamış, bu tədbirlər
planının əsas istiqamətlərini lay suiarının
utilizasiyası, neftlə çirklənmiş torpaqların təmizlənməsi,
atmosferə atılan zərərli maddələrin
azaldılması, istehsalat tullantılarının idarə
olunması, enerjiyə qənaət texnologiyalarının tətbiqi,
Bakı buxtasının təmizlənməsi,
yaşıllaşdırma işləri, ekoloji təbliğat
və maarifləndirmə məsələləri əhatə
edir.
2010-cu il "Ekologiya
ili" çərçivəsində ARDNŞ-in həyata
keçirəcəyi prioritet ekoloji layihələr
sırasında Z.Tağıyev adına NQÇİ-nin,
"Abşeronneft" NQÇİ-nin, "Siyəzənneft"
NQÇİ-nin və "Balaxanıneft" NQÇİ-nin
mədən ərazilərində çirklənmiş
torpaqların rekultivasiyası və bioremediasiyası layihələri
xüsusi yer tutur. Bu layihələrin icrası isə
"Ekol Mühəndislik Xidmətləri" QSC-yə həvalə
edilmişdir.
Artıq "Ekol Mühəndislik
Xidmətləri" QSC-nin müasir xüsusi texnikalarla təchiz
edilmiş Torpaqların rekultivasiyası departamenti
"Azneft" İstehsalat Birliyi ilə birgə cari ilin yanvar
ayından Z.Tağıyev adına NQÇİ-nin, fevral
ayından isə "Siyəzənneft" NQÇİ-nin mədən
ərazilərində layihələrin icrasına
başlamışdır.
"Siyəzənneft"
NQÇİ-də neftlə çirklənmədən ərazilər
30 hektara qədər təşkil etməklə Qilgilçay,
Sadan NYM, Ataçay və "Siyəzənneft" NYM sahələrindən
ibarətdir. Ərazinin xüsusi coğrafi mövqeyi və
relyefə malik olması ilə əlaqədar olaraq təmizləmə
proseslərinə müvafiq texnika və texnologiyalar tətbiq
edilmişdir.
Respublikamızın
şimal-şərq bölgəsində turizmin inkişaf
etdirilməsi və ərazidə yerləşən təbii
çay hövzələrinin ekoloji vəziyyətinin
yaxşılaşdırılması və insanların
sağlamlıqlarına təsir edən mənfi amillərin
aradan qaldırılması baxımından bu layihə
böyük əhəmiyyət kəsb edir.
"Ekol Mühəndislik
Xidmətləri" QSC-nin "Siyəzənneft"
NQÇİ-nin mədən ərazilərində
ayrılmış neftlə çirklənmiş
torpaqların bioremediasiyası layihəsinin müqavilə
şərtlərinə uyğun və vaxtında başa
çatdırılması üçün təxirəsalınmaz
tədbirləri həyata keçirilir.
Respublika Prezidentinin
18 fevral tarixli müşavirədə səsləndirdiyi:"...
Mən hesab edirəm ki, ekologiya tədbirlərinin
görülməsi ancaq
2010-cu illə məhdudlaşmamalıdır.
Biz bundan sonrakı
illərdə bu məsələlərə ciddi
diqqət göstərməliyik
..." fikrini özünün
fəaliyyət proqramı
kimi qəbul edən "Ekol Mühəndislik Xidmətleri"
QSC bundan sonra da respublikamızda ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində ARDNŞ-in həyata
keçirəcəyi' layihələrin
potensial icraçısı
kimi fəaliyyət göstərəcəkdir.
Fürsətdən istifadə edib neftçilərimizi "Neftçilər
Günü" münasibətilə
təbrik edirəm.
Ramil ƏLİYEV
Respublika.- 2010.- 18 sentyabr.- S. 4.