Dahi Üzeyir bəyi əbədiləşdirən abidə

 

Üzeyir Hacıbəyli Azərbaycanın, bütün Şərq dünyasının dahi bəstəkarı, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müstəqil Azərbaycan Respublikasının him-ninin (musiqisinin) müəllifı kimi tanınmış tarixi bir şəxsiyyətdir. O, Azərbaycan mədəniyyətinin inkişafı naminə misilsiz töhfələr verərək müstəsna xidmətlər göstərmişdir. Üzeyir Hacıbəyli ölkəmizdə müasir professional musiqi sənətinin banisi olmaqla yanaşı, Füzulinin poeması motivində yazdığı libretto əsasında 1908-ci ildə "Leyli və Məcnun" operasını yaratmaqla, nəinki Azərbaycanda, həm də bütün müsəlman aləmində, Şərqdə notla yazılmış ilk operanın banisi olmuşdur. Bu operanın musiqisi, əsasən, muğam və təsniflər üzərində qurulmuşdur. Burada muğamlardan məharətlə, müəyyən səhnənin, obrazın xüsusiyyətlərinə uyğun improvizasiya vasitə-si kimi istifadə edilmiş, onlar əsərdə klassik ariya, ariozo, reçitativ və ansamblları əvəz etməklə dramaturji əhəmiyyət kəsb etmişdi. Bu isə o dövr üçün opera musiqisi sahəsində çox əlamətdar, dünya səviyyəli bir yenilik idi. Üzeyir Hacıbəyli muğam, aşıq musiqisi, xalq musiqisi üzərində qurulmuş daha beş muğam operası bəstələmişdir: "Şeyx Sənan" (1909-cu il), "Rüstəm və Söhrab (1910-cu il), "Şah Abbas və Xurşud banu" (1912-ci il), "Əsli və Kərəm" (1912-ci il), "Harun və Leyla" (1915-ci il). Bu operaların librettolarını o, xalq dastanları və rəvayətlər, Firdovsinin "Şahnamə" əsərinin motivləri əsasında yazmışdır. Üzeyir Hacıbəyli Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Onun "Ər və arvad" (1909-cu il), "O olmasın, bu olsun" (1910-cu il) və dünyada tanınmış "Arşın mal alan" (1913-cu il, 1946-cı ildə ona eyni adlı filmin musiqisinə görə SSRİ-nin Stalin-DÖvlət mükafatı verilmişdir) musiqili komediyalarında o dövrkü Azərbaycan məişəti, xalq adət və ənənələri əksini tapmışdır. Sovet hakimiyyəti dövründə Üzeyir Hacıbəyli Azərbaycanda musiqi təhsilinin inkişafına böyük töhfələr vermişdir: musiqi məktəbi yaratmış, 1938-1948-ci illərdə Azərbaycan konservatoriyasının professoru və direktoru olmuşdur. 1931-ci ildə Üzeyir Hacıbəyli xalq musiqisi alətləri orkestrini, 1936-cı ildə Dövlət xorunu təşkil etmiş, 1945-ci ildən isə Azərbaycan SSR Elmlər Akademiyasının Azərbaycan İncəsənətinin Elmi-Tədqiqat İnstitutuna rəhbərlik etmişdir. Üzeyir Hacıbəyli ilk milli kütləvi mahnıları və kamera instrumental əsərləri, xalq alətləri orkestri üçün iki musiqi fantaziyası, kantataları bəstələmişdir. Onun yaradıcılığının zirvəsi "Koroğlu" operasıdır (1937-ci il, 1941-ci ildə Stalin mükafatı)—XVII əsrin sonu, XVIII əsrin əvvəllərində kəndli üsyanı barədə xalq dastanı əsasında epik əsər. Opera möhtəşəm musiqisi, xalq obraz-intonasiya quruluşu və klassik ifadə vasitələri ilə fərqlənir. Operanın musiqili dramaturgiyasının əsasını monumental xor səhnələri təşkil edir. 1941-1945-ci illər Böyük Vətən müharibəsi illərində bəstəkar vətənpərvər ruhlu əsərlər: "Çağırış", "Yaxşı yol", "Ananın oğluna nəsihəti", "Şəfqət bacısı", "Döyüşçülər marşı" və sairə mahnılar, xalq çalğı alətləri orkestri üçün "Cəngi" (1941-ci il) pyesini, "Vətən və cəbhə" kantatasını bəstələmişdir. O, eləcə də Nizaminin şeirlərinə "Sənsiz" (1941-ci il) və "Sevgili canan" (1943-cü il) romans-qəzəllərini bəstələmiş və uzun illər üzərində işlədiyi "Azərbaycan xalq musiqisinin əsasları" (1945-ci il) fundamental tədqiqat əsərini başa çatdırmışdır. Üzeyir Hacıbəyli Azərbaycan SSR-in himninin (1945-ci il) musiqisinin, ədəbi əsərlərin müəllifıdir. O, SSRİ-nin xalq artisti (1938-ci il), Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1945-ci il), I və II çağırış SSRİ Ali Sovetinin deputatı idi. SSRİ-nin orden və medalları ilə təltif edilmişdi.

Üzeyir Hacıbəyli ölümündən sonra da xalqın yaddaşından silinməmişdir. Dahi şəxsiyyətlərin xatirələrinin əbədiləşdirilməsi üsullarından biri onların şərəfinə monumental abidənin ucadılması və onun qoyulması üçün layiqli bir yerın seçilməsidir. Bu tələblər nöqteyi-nəzərindən, Üzeyir Hacıbəylinin monumental abidəsinin yaradılması və yerləşdirilmə yerinin müəyyənləşməsi çox uğurlu olmuşdur. Heykəl, Şəmsi Bədəlbəyli küçəsi-98 ünvanında, Üzeyir Hacıbəyli adına muasir Bakı Musiqi Akademiyasının portiki, əsas girişinin—ön qapısının qarşısındakı meydançada qoyulmuşdur. Lakin qeyd etmək lazımdır ki, bu heykəlin yaradılması və açılışı barədə məlumat geniş yayılmayıb, bu səbəbdən müasirlərimiz, cavan nəsil üçün bu yubiley günləri xüsusilə böyük maraq kəsb edir.

Üzeyir Hacibəylinin monumental abidəsinin yaradılması heykəltəraş T.Məmmədova və memar Q.Muxtarova tapşırılmışdı. Abidə yaratmaq işinə başlayarkən, Tokay Məmmədov 1957-ci ildə dahi bəstəkarın icrası böyük oxşarlığı ilə fərqlənən portretini yaradır. Portretın fərdi mənalılığı, səlisliyi, dəqiq tapılmış detallarla ifadə olunmuşdur. Tuncda icra edilmiş portretin fakturası elə bil canlı və gözəçarpan, toxunmaqla hiss olunan vəziyyətdədir. Üzün cizgiləri detallaşdırılmayıb, lakin cidiyyətlə təsirli lənilmişdir, portretin səciyyələndirilməsində daxili ruhu, qüvvənin ifadəsi çox kəskin surətdə dərhal anlanılır, qavranılır ki, bu da heykəltəraşa əsərin parlaq psixoloji həllinə nail olmaq imkanı vermişdir. Heykəltəraşın Üzeyir Hacıbəylinin obrazı üzərində bütün sonrakı işi-bu yaradıcı insanın, Azərbaycanın ən yaxşı operalarının müəllifi, ictimai xadimin mürəkkəb dünyasının açılması axtarışlarından ibarətdir. Heykəl üzərində yaradıcı işin gedişini izləyərkən, tədricən obrazın getdikcə kristallaşdığı, onun təsvirinin dəqiqləşdiyi müşahidə olunur. T.Məmmədov möhkəm və ifadəli şəkildə abidənin konstruktiv əsasını qurur. Kresloda oturmuş fiqurun plastik tamlığı, qapalı və demək olar ki, onun ayrı-ayrı elementlərinin statistik düzəlməsi, obraza boyük sakitlik cizgiləri əlavə edir. Bu tələblərə heykəlin plastik ritmlərinin tarazlığı cavab verir ki, bunlar da tamaşaçı tədricən heykəlin ətrafına dolanarkən sezilir, hiss olunur. Fiqurda bəstəkarın psixoloji vəziyyətini səciyyələndirərkən, sanki onun musiqi səslərinə diqqətlə qulaq asdığı müşahidə olunur. Korifeyin obrazını yaratmış heykəltəraş T.Məmmədov üçün, çənəyə yaxınlaşdırılmış əlin jesti, hərəkəti, dərin düşüncə vəziyyətini ifadə edir, fiqurun karandaş sıxan sağ əli isə onun dizləri üzərində qoyulmuş not vərəqlərinə istinad edir kı, bu da düşüncə məqamını daha bariz ifadə edir. Oturmuş fiqur kompozisiyasının yığcamlığı, plastik formaların ciddi gözəlliyi, heykəltəraşa obrazın vəziyyətini və səciyyəvi strukturunu aşkara çıxarmaqla, əhval-ruhiyyənin müəyyənlik vəziyyətini yaratmağa imkan verir. Memar Q.Muxtarov da heykəlin postamentini uğurla yaratmışdır. Postamentin hamarlanmış, dəyirmiləşdirilmiş xətləri monumental abidənin bütün obraz cərgəsi, quruluşu ilə heyrətamiz bir harmoniya təşkil edir (abidənin posta-mentlə hündürlüyü 6 metr, oturmuş fiqurun hündürlüyü isə 2 metr 90 santimetrdir). Abidənin ətrafına dolanmaq, onu uzaqdan və yaxından seyr etmək mümkündür. Dəqiq siluet, ifadəli jest, modelləşmənin incəliyi və gözəlliyi, zərifliyi, monumental abidənin kompozisiyasını zənginləşdirir. Abidə konservatoriya binasının altı sütunlu portik-eyvanı fonunda gözəl, baxımlı görünür. Abidə canlı naturanın özünəməxsusluğunu aşkarlayan plastik ümumiləşmənin tamlığı ilə tamaşaçını valeh edir. Həm də hiss olunur ki, heykəlin yerləşdirildiyi məkanın qapalılığı, ayrılığı, heykəltəraşı bu yaradıcı problemin bir qədər məhrəmanə həllinə təlqin etmişdir. Memar tərəfindən tətbiq edilmiş bir üsul: abidənin qoyulduğu meydançaya küçədən girişdə və konservatoriyaya tərəf çıxışda iki geniş daş pilləkənlərin yaradılması, onların pillələri, heykəlin qarşı tərəfdən postamentinin yüksəlməsi illüziyasını yaratmaqla yanaşı, ümumiyyətlə, həm qarşıdan, həm də arxadan tamaşaçı üçün müşahidə imkanlarını artırır. Abidənin yerləşdiyi meydançanın özübuna yapışıq ərazi, dəfələrlə tədbir yeri, konsertlər üçün orkestr meydançası olmuşdur.

Üzeyir Hacıbəylinin monumental abidəsinin təntənəli açılışı 1960-cı il aprel ayının 30-da olmuşdur. Sovet dövru ənənələrinə uyğun olaraq bu mərasim belə keçirilmişdi: - Bu böyük musiqiçinin, Azərbaycanda  professional-peşəkar musiqiçıliyin banisinin adını daşıyan konservatoriyanın önündə Bakı ictimaiyyətinin çoxsaylı nümayəndələri-incəsənət və ədəbiyyat xadimləri, elmi işçilər, sənaye və tikinti müəssisələrinin nümayəndələri, təhsıl alan gənclər toplaşmışdılar. Heykəlin açılışında Azərbaycan KP MK katibi N.M.Hacıyev iştirak edirdi. Üzeyir Hacıbəylinin heykəlinin qoyulmasına həsr olunmuş mitinqi giriş sözü ilə Azərbaycan SSR-in mədəniyyət naziri A.S.Bayramov açmışdı. O, Azərbaycan xalqının özünün görkəmli oğlu Üzeyir Hacıbəyliyə olan dərin məhəbbəti və minnətdarlığı barədə danışdı və qeyd etdi ki, bu şəxsiyyət, onun obrazı və ölməz əsərləri tükənməz ilham mənbəyi, xalqa xidmətin parlaq nümunəsidir. Sonra Azərbaycan Bəstəkarlar ittifaqının sədri, SSRİ xalq artisti Qara Qarayev çıxış etdiqeyd etdi ki, abidənin qoyulması ilə "dahi bəstəkara və insana böyük hörmətimizi bildirərək, gələcək nəsillər üçün onun obrazını əbədiləşdiririk". Daha sonra o, Partiyasovet hökumətinə "Azərbaycan xalqının incəsənətinin görünməmiş çiçəklənməsinin təmin olunması üçün" gördükləri bütün işlərə görə minnətdarlığını bildirdi. Bu fikirlər SSRİ xalq artisti Bülbülün, respublikanın xalq yazıçısı Süleyman Rəhimovun, "Leninneft"in 8-ci mədəninin rəisi, Sosialist Əməyi Qəhrəmanı Musa Bayramovun, professor K.Səfərəliyevanın, SSRİ xalq artisti Niyazinin çıxışlarında da səslənmişdir. Şair Əliağa Kürçaylı dahi Azərbaycan bəstəkarına ithaf etdiyi şeirini oxudu. Mitinq qurtardıqdan sonra heykəl üzərindən örtük yavaş-yavaş sürüşərək götürüldü. Tədbir iştirakçılarının baxışları qarşısında dərin yaradıcılıq düşüncəsındə, kresloda oturmuş vəziyyətdə təsvir olunmuş dahi bəstəkarın tunc abidəsi göründü. Üzeyir Hacıbəylinin heykəlinin fiquru Azərbaycan SSR Bədii Fondunun əritmə emalatxanasında tuncdan tökülərək hazırlanmış və tünd qəhvəyi çalarları olan çəhrayı rəngli qranitpostament - özül üzərində qoyulmuşdur. Postamentin frontonunda qranitdə çapılmış, kiril əlifbasının hərfləri ilə Azərbaycan dilində yazılmış sadə bir mətn var: "Üzeyir Hacibəyov 1885-1948". Bu "Konservatoriya qarşısında abidə" zaman keçdikcə Bakının əlamətdar, görməli yerlərindən birinə çevrilmişdir.

Artıq 50 ildir ki, Üzeyir Hacıbəylinin monumental abidəsi Azərbaycan xalqının dahi övladının xatirəsini əbədiləşdirir, onun zəngin istedadının, musiqisinin pərəstişkarlarını sevindirirburaya insan axını tükənmir.

Müstəqil Azərbaycan Respublikası da xalqımızın dahi bəstəkarının xidmətlərini unutmur, onun xatirəsini əziz tutur, yaradıcılıq irsindən tükənməz bir sərvət kimi istifadə edir. Bu il Üzeyir Hacı-bəylinin yubiley ilidir, məhz bunu nəzərə alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2010-cu il fevralın 23-də xüsusi bir sənəd: "Üzeyir Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamını imzalamışdır. Bu sənədlə ölkəmizin aidiyyəti təşkilatlarına yubileyi layiqli keçirmək məqsədi ilə tədbirlər planı hazırlamaq və onu icra etmək tapşırıqları verilmişdir. Yubiley tədbirlərinin ən zirvə məqamları 1918-ci ildən qəbul olunmuş təqvimin yeni stilinə uyğun olaraq, dahi bəstəkar Üzeyir Ha-cıbəylinin anadan olduğu günə— sentyabrın 18-nə təsadüf edir. Yubiley tədbirlərindən bəzisi "konservatoriyanın", onun adını daşıyan hazırkı Bakı Musiqi Akademiyasının qarşısındakı Üzeyir Hacıbəylinin monumental abidəsinin önündə keçirildi, orada musiqiçilər və müğənnilər çıxış etdi, onun möhtəşəm musiqisisimfonik, klassikbaşqa əsərləri, uvertüraları və mahnıları səsləndi. Bu da dahi bəstəkara olan məhəbbətin təntənəsidir.

 

 

Nizami AĞAYEV

 

Respublika.- 2010.- 24 sentyabr.- S. 2.