Müəllim ömrü
Respublikamızın ən
qabaqcıl məktəblərindən biri olan Bakı şəhər
Osman Mirzəyev adına 190 saylı orta ümumtəhsil məktəbi
zəngin tarixi ənənələri olan təhsil
ocaqlarındandır. Bu gün müstəqil Azərbaycanın
çiçəklənməsi naminə çalışan
neçə-neçə görkəmli şəxsiyyətləri
yetirən bu nümunəvi təhsil ocağının müəllim
kollektivi yeni dərs ilinə hansı əhval-ruhiyyəylə
başlayıb?
190 saylı orta məktəbin
direktoru, respublikanın Əməkdar müəllimi,
Bakıxanovlar nəslinin layiqli davamçısı Afət
xanım Bakıxanova və təlim-tərbiyə işləri
üzrə direktor müavini Qənirə xanım Əmircanova
ötən illərin uğurlarından, yeni dərs ilinin
qayğılarından danışırlar.
Afət xanım Bakıxanova:
-Hər yeni dərs
ilinin başlanması ötənlərin təkrarı olsa da,
bu təkrarda bir gözəllik, bir orijinallıq, bir paklıq,
zəriflik var. İlk dəfə əlinə çanta
götürüb sinif otağına qədəm qoyan ay
işığı körpə balalar, həyəcan, intizar
içində övladlarının yolunu gözləyən gənc
analar, qayğılı, düşüncəli müəllimlər...
Bu anları yaşamağın, bu hiss və həyəcanları
görməyin özü bir ömürdü. Müəllim
ömrü bax belədi!
Yeni dərs ili
başlayıb. Qayğılıyam, sevinc içindəyəm.
Nəzərdə tutduğumuz işlərin çoxunu həyata
keçirmişik. Görüləsi işlərimiz də hələ
çoxdur. Hər şeyin fövqündə isə heç
şübhəsiz, şanlı keçmişi olan 190 saylı
məktəbin adı-sanı, ucalığı dayanır.
Burda oxuyan hər bir
şagird fəxr edir ki, o, 190 saylı məktəbdə
oxuyur. Dərs deyən müəllim fəxr edir ki, 70 illik zəngin
tarixi olan nümu-nəvi bir məktəbin müəllimidir. Mən
fəxr edirəm ki, respublikanın Əməkdar müəllimi
Sona xanım Tağıyeva kimi bir maarif fədaisindən sonra
bu gözəl kollektivə rəhbərlik edirəm. Sona
xanım Azərbaycan maarifinin sonuncu mogikanlarından idi. Biz
ondan işə can yandırmağı, fədakarlığı,
Vətən sevgisini öyrəndik.
Son vaxtlar dövlətimizin
elmə, təhsilə, maarif və mədəniyyətə
göstərdiyi diqqət və qayğısı hamı kimi
məni də çox sevindirir.
Azərbaycanın birinci
xanımı, YUNESKO-nun, İSESKO-nun xoşməramlı səfiri,
Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban
xanım Əliyevanın məktəb tikintisilə, mədəniyyətimizlə
bağlı gördüyü möhtəşəm işlər
qəlbimizdə qürur hissi doğurur. Bu, millətə,
xalqın tərəqqisinə xidmət etmək nümunəsidir.
Həmişə
dövlətimizin qayğısını hiss etmişik. Məktəbimiz
beş ildir ki, əsaslı təmir olunub, yeni
avadanlıqlarla, mebellə təmin edilib. Bəzi xırda
işləri öz daxili imkanlarımız hesabına başa
çatdırmışıq. Akt zalımız isə yenidən
qurulur.
Görülən hər
işin sonunda uğur dayanır. Məktəbimizi bu il bitirən
məzunların böyük bir hissəsi yüksək balla
ali məktəblərə qəbul olunmuşlar. 2 nəfər
600-dən, 10 nəfər isə 500-dən yuxarı bal
toplamışdır.
10 nəfər məzunumuz
müxtəlif ölkələrin ali məktəblərinə
qəbul olunmuşdur.
Əlbəttə, yetirmələrimizin
qazandığı bu uğurlarda heç şübhəsiz
müəllimlərimizin böyük payı vardır.
Artıq üç ildir ki, möhtərəm Prezidentimiz
İlham Əliyevin sərəncamı ilə "Ən
yaxşı məktəb", "Ən yaxşı müəllim"
müsabiqəsi keçirilir. Fərəhli haldır ki, ilk
qaliblər arasında məktəbimizin qabaqcıl müəllimləri
də yer alıblar. Təlim-tərbiyə işləri
üzrə direktor müavini Qənirə xanım Əmircanova
iki dəfə, ibtidai sinif müəllimi Aygün
Haşımova və tarix müəllimi Pərvanə Xəlilova
müsabiqənin qalibi adını qazanmışlar.
Biz bu cür fədakar,
maarif yolunda ömrünü şam kimi əridən müəllimlərimizlə
fəxr edirik. 190 saylı məktəb isə ötən il
"Ən yaxşı məktəb" müsabiqəsinin
qalibi kimi 10 min manat pul mükafatına layiq
görülmüşdür.
Fəxr edirəm ki, rəhbərlik
etdiyim məktəb "Ən yaxşı məktəb"
adına layiq görülüb. Bu uğurda unudulmaz Sona
xanımın, bütün müəllimlərin, şagirdlərin,
məktəbdə çalışan ən adi insanların
belə payı var. Əlbəttə, ayrı-ayrı müəllimlərin
adını xüsusi qeyd etmək lazımdır. Qənirə
xanım Əmircanova, Nüşabə Ağayeva, Lalə Məmmədova,
Həsən Vəliyev, Təranə Əzizova... Bunlar müəllim
adını həmişə uca tatan, ona hörmət gətirən
maarif fədailəridir.
Qənirə xanım
haqqında ayrıca danışmaq istəyirəm. Neçə
illərdir ki, bir yerdə çalışırıq. Sona
xanım bizi "Rəfiqələr" deyə
çağırardı. Olduqca işgüzar,
qayğıkeş, həssas olan bu insan işlədiyi məktəbi
doğma evi, ocağı qədər sevir. Yüksək mədəniyyətə,
intellektə malik belə ziyalılarımıza hər yerdə
ehtiyac var. Düşünürəm ki, yeni dərs ili ilə,
qayğı və problemlərlə bağlı Qənirə
xanımın öz fikirləri var.
190 saylı orta məktəbin
təlim-tərbiyə işləri üzrə direktor
müavini Qənirə xanım Əmircanova:
-Məktəbdə təlim-tərbiyə
işi kimi ağır və məsuliyyətli bir missiyanı
həyata keçirmək çətin olduğu qədər
də şərəflidir. 1300 nəfərlik şagird
kontingenti ilə çalışan 131 nəfərlik müəllim
heyəti... hələ yüzlərlə valideynləri, nənələri,
babaları demirəm. Biz hər gün bu insanlarla canlı
ünsiyyətdə olur, hər birinin dərd-səri,
qayğı və problemləri ilə üzləşirik. Hətta
evdə olanda belə bu qayğı və düşüncələrdən
ayrıla bilmirəm. Düşünəndə ki, kiminsə
sənin köməyinə ehtiyacı var, necə rahatlıq
tapmaq olar. Məktəb, uşaqlar mənim həyatımdır.
Onların arasında nə qədər dostlarım var. Bu diqqət
bu qayğı, bu sevgi elə güclüdür ki, hətta
oğlum buna qısqanclıqla yanaşır, bu hiss, bu
duyğuysa çox şirindi.
Məktəbimizdə
öz işini sevən pedaqoqlar çoxdur. Direktor müavinləri
Minayə Soltanova, Zülfiyyə Muradova, qabaqcıl müəllimlərdən
Svetlana Hidayətzadə, Rivvaniyə Qasımova, Ruqiyyə
Hüseynova, Zemfira Rüstəmova, Sabir Allahverənov, Şərqiyyə
Mehdiyeva, Sədrəddin Rüstəmov, Sevda Nadirova,
Nüşabə Mürsəlzadə, Sevda Hüseynova, Şərqiyyə
Rüstəmova, Sənəm Atakişiyeva, Qönçə
Qasımova, Məsmə İmanova və başqa müəllimlərimiz
yeni dərs ilinə yeni-yeni uğurlar qazanmaq arzusuyla
başlamışlar. Yetişən nəslin vətənpərvərlik
ruhunda tərbiyə edilməsi, böyüməsi ən aktual
məsələlərdən biridir.
Bu işdə ədəbiyyatın
rolu danılmazdır. Məhz buna görə də biz tez-tez
görkəmli ədəbiyyat və incəsənət xadimləri
ilə görüşlər keçirir, maraqlı əsərlərin
müzakirəsini təşkil edirik. 100 il öncə Əli
bəy Hüseynzadənin təşəbbüsü ilə nəşr
edilən, cəmi bir il ömrü olan "Füyuzat"
jurnalının 2007-ci ildə yeni nəslin təşəbbüsü
ilə təzədən işıq üzü görməsi
hamımızı sevindirdi.
Biz jurnalın
yaradıcı heyəti ilə məktəblilərin çox
maraqlı bir görüşünü təşkil etdik.
Bundan başqa, xalq şairi Sabir Rüstəmxanlının
ssenari müəllifi olduğu "Cavadxan" filminin
yaradıcı heyəti ilə də görüş məktəblilərin
yaddaşına həmişəlik həkk olundu.
Tanınmış şair və yazıçılardan
Söhrab Tahir, Nahid Hacızadə, Xəzər Universitetinin
rektoru Hamlet İsaxanlı, gənc şair Varis məktəblilərin
yaxın dostlarıdır.
Bir vaxt bu məktəbi
bitirmiş tanınmış ədəbiyyat və incəsənət
xadimləri də öz doğma ocaqlarını unutmurlar.
Filologiya elmləri
doktoru, professor, Kamal Abdulla, Afaq Məsud, Ofelya Sənani,
Elçin Şıxlı, Azər Qasımov, Eldar Mansurov,
Hacı İsmayılov, Ramiz Əzizbəyli və başqaları
doğma məktəblə əlaqələrini kəsmirlər.
Bakı Slavyan
Universitetinin rektoru, yazıçı Kamal Abdullanın şəxsi
təşəbbüsü ilə 190 I saylı məktəbdə
"Ali və orta təhsilin koordinasiya mərkəzi"
yaradılıb. Məqsəd orta məktəblə ali məktəbin,
qarşılıqlı, birgə fəaliyyətinə nail
olmaqdır. Hazırda universitetin tanınmış professor və
müəllimləri şagirdlərimizə müxtəlif fənlərdən
ustad dərsləri keçirirlər.
Məktəblilərimiz
Bakı Slavyan Universitetinin bir çox tədbirlərində
maraqlı çıxışlar etmişlər.
Bundan başqa, ötən
dərs ilində Fövqəladə Hallar Nazirliyi ilə birgə
əməkdaşlıq nəticəsində "Fövqəladə
hallar şagirdlərin gözü ilə" layihə-sərgi
keçirilmiş, gözəl əl işləri, müxtəlif
idman oyunları ilə çıxış edən məktəblilər
xüsusi diplom və hədiyyələrlə
mükafatlandırılmışlar.
Bu yaxınlarda iki
şagirdimiz-Camal və Səbuhi FHN-nin xətti ilə Ukraynada
keçirilmiş yarışlarda Azərbaycanı təmsil
etmiş, doğma məktəbə qalibiyyətlə
qayıtmışlar.
On günə
yaxındır ki, respublikamızda yeni dərs ili
başlayıb. Bütün təhsil ocaqlarında olduğu kimi,
Osman Mirzəyev adına 190 saylı orta məktəbin
kollektivi də yeni dərs ilində böyük uğurlar
qazanmaq arzusundadır. Fürsətdən istifadə edib
respublikamızın bütün orta məktəblərində
və elm təhsil müəssisələrində
çalışan fədakar insanları təbrik edir, onlara
cansağlığı, yeni dərs ilində, uğurlar
arzulayıram.
Zülfüqar ŞAHSEVƏNLİ
Respublika.- 2010.- 24 sentyabr.- S. 2.