Təhsilimiz dinamik inkişaf edir
Ölkədə
geniş vüsət alan islahatlar təhsil sahəsində də
köklü dəyişikliklərə səbəb olub, milli
təhsilimizin əsaslı şəkildə yenidən
qurulması prosesinə şərait yaradıb. Dövlətlərin,
xalqların gələcək taleyi onun malik olduğu elmi-mədəni
və intellektual potensialından çox asılıdır.
Elm və təhsil xalqların gələcək
inkişafının başlıca rəhni olduğu
-üçün dövlətlər bu sahələrin tərəqqisinə
diqqətlə yanaşırlar. Prezident İlham Əliyev Azərbaycan
xalqınm gələcəyinin məhz təhsilin inkişafı
ilə bağlı olduğunu öz
çıxışlarında hər zaman bildirməklə
yanaşı, dünya təhsil sisteminə inteqrasiyanı da
vacib sayır. Dövlət başçısı milli təhsil
sistemində aparılan islahatları sürətləndirmək,
idarəetmə mexanizmini təkmilləşdirmək, pedaqoji
kadrların müasir tələblər səviyyəsində
hazırlanmasını təmin etmək məqsədilə
bir çox tarixi sənədlər imzalamışdır.
Bu gün Azərbaycanda
işlərini müasir tələblər səviyyəsində
quran təhsil ocaqları çoxdur. Bunlardan biri də
Bakının Xətai rayonunda yerləşən 138 saylı
orta məktəbdir. Məktəbin direktoru Mirfaiq Mirheydərli
ilə görüşümüzdə bizi maraqlandıran
suallara aydınlıq gətirməsini xahiş etdik.
—Bu gün təhsilin inkişafı üçün
hüquqi bazanın kifayət etdiyini demək
müm-kündürmü?
—Qeyd edim ki, son illər
təhsilimizdə ən ciddi hadisələrdən biri uzun illər
müzakirələrdən sonra Milli Məclis tərəfindən
qəbul olunan Təhsil Qanunudur. Təhsilimizin inkişafı
qabaqcıl, inkişaf etmiş ölkələrin təhsil
sistemilə sıx bağlı olduğundan bu istiqamətdə
aparılan irimiqyaslı, bir sıra hallarda zaman
baxımından icrasının mümkünlüyü heyrət
doğuran işlərin həyata keçirilməsi, paralel
olaraq hüquqi baza üçün əsas yaradan məsələlərin
həlli qəbulu gecikən Təhsil Qanununun daha təkmil və
mükəmməlliyinə xidmət etmiş oldu ki, bu da Təhsil
Qanununun uzun müddət dəyişikliyə məruz qalmayacağına
təminat verdi. Yəni uzun illər qazanılmış beynəlxalq
təcrübə və yeniliklər Təhsil Qanununun zənginliyinə
əsas yaratdı. Qanunun qəbul olunmasından sonra məktəblərdə
zəruri proses olan icbari təhsil qanununun həyata
keçirilməsində işlərin normallaşması
proqnozunu vermək çətin deyildi. Belə ki,
Konstitusiyamızda icbari təhsillə bağlı mövcud
maddə indiki inkişaf dönəmində bir sıra çətinliklər
yaradırdı. Qanunun qəbulu zamanı bu problemin həllinə
hesablanan təkliflər "ümumi orta təhsil",
"tam orta təhsil" ifadələri hesab edirəm ki,
Konstitusiyanın icbari təhsillə bağlı müvafiq
maddəsinə xələl gətirmədən icbari təhsilin
müddət məsələsini lazımi həddə endirməklə
təhsilin inkişafına öz töhfəsini verəcəkdir.
Təhsilin
inkişafına hesablanmış kurrikulum islahatı artıq
müsbət təsirini göstərir. Uzun illər
uşaqların təkcə təhsillə deyil, digər təsir
formaları ilə də inkişaf etdiyini, 10, 20 il əvvəlki
həmyaşıdlarını bir sıra parametrlərdə
üstələdiyini qeyd etmək yerinə düşərdi.
Hesab edirəm ki, təhsilimiz inkişafdadır və bunun
üçün artıq hüquqi baza problemi yoxdur.
—Son vaxtlar məktəbli geyimi ilə əlaqədar
xeyli söz-söhbət yaranıb. Sizcə, buna əsas varmı?
—Məktəbli geyimi ilə əlaqədar fikirlərə gəlincə, hesab edirəm ki, məktəbli geyimi təkcə geyim kimi qəbul edilməməlidir. Məktəbli geyimi şagirdləri intizama dəvət edən göstəricidir, ayrı-seçkiliyin aradan qaldırılmasına xidmət edən xoş məramdır. Bir sözlə, bu gün və gələcəkdə uşaqlar, yeniyetmələr, gənclərarası imkanların nümayişinin qarşısını alan, onların düzgün tərbiyə olunmasının əsasını qoyan amillərdən olmaqla təlim göstəricilərinə müsbət təsir edən mühüm məsələdir. Qaldı ki, söz-söhbətə, hansı yeni ideya ətrafında söz-söhbət olmur ki? Bir də ki, söz-söhbəti yaradan və yayan mənbələrə fikir versəniz, görərsiniz ki, həmin mənbələr təhsilin inkişafında, nizam-intizamın daha da möhkəmlənməsində marağı olmayan mənbələrdir. Keyfiyyəti tələblərə cavab verən, intizamın yaranmasında müsbət təsiri olan, ayrı-seçkiliyi aradan qaldıran məktəbli geyimi, sizcə, kimə sərf etməz? Aydın məsələdir ki, inkişafı görmək istəməyənlərə.
Bu məsələnin fəlsəfəsi dediklərimlə yekunlaşmır. On bir il geyim mədəniyyəti uşaqda həm zövqün formalaşması, həm də insanlara qarşı münasibətdə xeyirxahlığı tərbiyə edir. Bu proses daha çox uşağın şəxsiyyət kimi formalaşdığı vaxta təsadüf etdiyindən onun gələcəkdə təkəbbürlü olması, insanlara yuxarıdan aşağı baxması ehtimalı heçə enir.
—Buraxılış
imtahanlarının mərkəzləşmiş test üsulu ilə
keçirilməsi hansı fərqli vəziyyət yaradır?
—Buraxılış imtahanlarının test üsulu ilə keçirilməsi olduqca vacib məsələdir. Vaxtilə hər birimizə məlum olan üsulla imtahanların keçirilməsi zamanı müxtəlif narazılıqlara yer olurdu, neqativ hallara gətirib çıxara bilən məqamlara rast gəlinirdi. Hansısa məktəbdə imtahanda baş verən nöqsanla bütöv təhsil işçilərini nüfuzdan salanlar və bunda marağı olanlar tapılırdı. Subyektivliyin hökmran olduğu formadan imtina edərək yeni qaydaların tətbiqinə keçidlə təhsildə, hesab edirəm ki, inkişafa doğru ən ciddi addımlar atıldı. Bu addımlar mövcud nöqsanları aradan qaldırmaqla təhsilin inkişafı istiqamətində dönüş yaradan amilə çevrildi. Mərkəzləşmiş test üsulu ilə buraxılış imtahanlarının keçirilməsi təkcə nəticəyə verilən son qiymət sistemində dönüş yaratmadı, həm də bütün tərəflərin məsuliyyətini artırdı. Valideyn və uşaq başa düşdü ki, şagirdin oxumaması son nəticədə onun təhsil sənədi almamasına gətirib çıxaracaqdır. Pedaqoji kollektiv, məktəb rəhbərliyinin öz məhsullarına özləri istədiyi qiyməti vermə erası da bitdi. Artıq məktəbin yetişdirmələrinə qiyməti subyektivliyin yer tapa bilmədiyi, bəhanələrə yer qoymayan mərkəzləşdirilmiş test üsulu, tanış-biliş tanımayan müasir texnologiyalar verir. Təkcə bu islahata diqqət versək, görərik ki, təhsildə keyfiyyətə xidmət edən çox mühüm və ciddi islahatdır.
—Bu il ali məktəblərə
qəbulun nəticəsi aşağı qiymətəndirildi.
Təhsilin keyfiyyətinin aşağı düşməsi ilə
əlaqədar müəyyən fikirlər səsləndirildi.
Nə baş verir, bu fikirlər haradan qaynaqlanır?
—Əvvəllər qəbul imtahanları
ənənəvi üsulla
keçiriləndə subyektiv amillərə daha çox şərait ola bilirdi. İndiki qəbul prosesi fərqlidir,
daha mütərəqqidir. Bu gün ali məktəblərin və
qəbul olanların sayı dəfələrlə artıbdır. Dövlət standartlarına uyğun buraxılış imtahanı
və yüksək standartla ali təhsil ocaqlarına qəbul zamanı seçim etmək arasında fərqi görməmək, qəbulun nəticələri ilə buraxılışın nəticələrini eyni müstəvidə
təqdim etmək düzgün deyil,
cəmiyyətimizi
çaşdırmağa xidmət edir. Hər şey
müqayisədə daha aydın
görünür. 20 il əvvəl
BDU-nun mexanika-riyaziyyat fakültəsində (başqa fakültələrdə
də belə idi) Bakı şəhərindən olan tələbələr
3-5 faiz təşkil edirdisə, bu gün nisbət xeyli
yaxınlaşıb. Həmin rəqəm 30-40 faizədək
yüksəlibdir. Bu artım
regionları
sıxışdırmaq hesabına meydana
çıxmır. Yuxarıda qeyd etdiyim kimi, ali təhsil
ocaqlarının sayının artması və
müstəqilliyimizin nəticəsində yeni ixtisaslar
üzrə kadr hazırlığı ilə əlaqədar
fakültələrin, təhsil ocaqlarının
yaranması, xaricdə təhsil planların sayının ildən-ilə artması, hər
il qəbulda daha çətin sualların salınması və
s. təhsilimizin keyfiyyət göstəricisinin məntiqi nəticəsi
deyilmi?
—Kadrların təyınatında
yeni formaya münasibətiniz necədir?
—Bütün əldə
edilən uğurların əsası yüksək
ixtisaslı, savadlı kadrlarla bağlıdır. Kadrların
işə qəbulunun son variantı, hesab edirəm ki, ən optimal və uğurlu variantdır. O dərəcədə dəqiq hesablanıbdır ki, bu məsələnin ətrafında əks fikrə rast gəlmək olmur. Təyinat məsələsində bilik
nümayiş etdir, təyinat al.
—Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin yaranması
məktəblərdə işlərin
gedişinə nə kimi təsir göstərir?
—Qeyd etməyi lazım bilirəm ki, bu gün Bakı
Şəhəri üzrə
Təhsil idarəsində
mənəvi-psixoloji iqlimin
arzuolunan səviyyədə
olması, insanlarla xoş davranışlar, səmimiyyət işimizə
müsbət təsir
göstərir. Əldə olunan
uğurlarda Bakı Şəhəri üzrə
Təhsil İdarəsi
tərəfindən yüksək
səviyyədə dəstək
öz müsbət rolunu oynayır.
—Məktəbinizin
əldə etdiyi uğurlar barədə qısa məlumat verməyinizi xahiş edirik.
—Rəhbərlik
etdiyim 138 saylı məktəbin pedaqoji kollektivi Bakı şəhərində təhsilin
uğurlarına yenilərini
əlavə etməkdə
işlərini davam etdirir. Qeyd edim ki, son üç ilin nəti-cəsinə görə
məktəbimiz Təhsil
Nazirliyi tərəfindən
keçirilən gərgin
müsabiqədən qalib
çıxanların sırasında
olmuş, cənab Prezident İlham Əliyevin sərəncamı
ilə məktəbə
on min manat pul mükafatı ayrılmışdır.
Son üç ildir ki, məktəb
"Şahin" hərbi-idman
oyununun respublika üzrə qalibi olur. Son dörd ildə məktəbimizin məzunlarının ali məktəbə qəbulu 58 faiz olmuşdur. Bu il isə nəticə 65,15 faizə (66 məzundan 43-ü) orta bal
388,354-ə yüksəlmişdir. Əldə etdiyimiz uğurlar ölkəmizdə təhsilə
olan xüsusi qayğıya verdiyimiz cavabdır. Bir məsələni qeyd edim ki,
məktəbimizin əsaslı
təmirə ehtiyacı
var. Əgər məktəbimiz
əsaslı təmir
olunarsa, uğurlarımızın
sayı daha da artacaqdır.
Kollektivimiz əldə etdikləri uğurları daha da genişləndirmək,
nailiyyətlərinin sırasını
artırmaq əzmi ilə yeni tədris
ilinə başlayıb. Bundan sonra
da səylə çalışacaq, dövlət
başçısı llham
Əliyevin böyük
təəssübkeşliklə qayğı göstərdiyi
təhsilimizin inkişafı
üçün əlimizdən
gələni əsirgəməyəcəyik.
Əli SADIQOV
Respublika.- 2010.- 28 sentyabr.- S. 7.