Gənclər siyasəti uğurla yerinə yetirilir
Ümummilli liderimiz Heydər
Əliyevin şah əsəri olan müstəqil Azərbaycan
Respublikası möhtərəm Prezidentimiz İlham Əliyevin
rəhbərliyi ilə son illər dünyada analoqu olmayan bir
sürətlə inkişaf edir.
Bu inkişaf gənclərimizin
həyatında, xüsusən də idmanımızın
inkişafında, dünya səviyyəsində
uğurların qazanılmasında özünü göstərməkdədir.
Dövlətimizin
başçısının son illər bu istiqamətdə
imzaladığı mühüm fərmanlar, sərəncamlar,
Dövlət proqramları Azərbaycan gəncliyinə və
idmanına göstərilən diqqət və
qayğının bariz nümunəsidir.
İdmançılarımıza,
gənclərimizə olan diqqət və qayğı nəticəsində
19 rayonda Olimpiya idman kompleksləri tikilib istifadəyə
verilib və bu proses davam etdirilir. Həmçinin gənclər
siyasətinin həyata keçirilməsi, gənc ailələrin
işsizlik probleminin aradan qaldırılması, ordudan tərxis
olunan gənclərimizin işlə təmin olunması həyata
keçirilən ardıcıl siyasətin məntiqi
davamıdır.
Dövlət
proqramlarından, fərman və sərəncamlardan irəli gələn
məsələlərin həlli aidiyyəti qurumlarla
yanaşı Gənclər və İdman Nazirliyi
qarşısında da mühüm vəzifələr
qoymuşdur.
Gənclər və
İdman Nazirliyinin yerli strukturu olan Tərtər rayon gənclər
və idman idarəsi dövlət proqramlarının, fərman
və sərəncamlarının icrası ilə əlaqədar
2010-cu ildə diqqətəlayiq işlər
görmüşdür.
Dövlət gənclər
siyasətinin əsas istiqamətlərindən biri olan gənclərin
məşğulluğunun təmin olunması, onların
sahibkarlıq fəaliyyətinə cəlb olunmasına destək,
rayonda idmanın inkişafı, gənclərin hərbi-vətənpərvərlik
ruhunun yüksəldilməsi, yeni ailə qurmuş gənclərə
kömək məqsədilə bu ilin I yarısında bir
çox tədbirlər hazırlanıb həyata
keçirilmişdir.
Tərtər rayon Gənclər
və İdman Idarəsi 2010-cu ilin II rübündə
"Xüsusi istedada malik uşaqların yaradıcılıq
potensialının inkişafı üzrə Dövlət
Proqramının (2006-2010-cu illər)", "Narkotik vasitələrin,
psixotrop maddələrin və onlärın
prekusorlarının dövriyyəsi və
narkomanlığın yayılması ilə mübarizə
üzrə Dövlət Proqramı (2007-2011-ci illər)",
"Azərbaycan Respublikasında futbolun inkişafına dair
DÖvlət Proqramı (2005-2015-ci illər)", Azərbaycan
Respublikasında şahmatın inkişafına dair Dövlət
Proqramı (2009-2014-cü illər)", digər qanun və
dövlət proqramlarının müvafiq bəndləri və
maddələri əsasında silsilə tədbirlər həyata
keçirilmişdir.
Şəhər 6
saylı orta məktəbin akt zalında gənclərin
sahibkarlıq fəaliyyətinə cəlb olunması və
ordudan tərxis olunmuş gənclərin məşğulluğunu
təmin etmək üçün sahibkarlıq fəaliyyətinə
dair treninqkurs keçirilmişdir.
Bu il aprel ayında şəhər
altı saylı orta məktəbdə gənclər
arasında "QİÇS nədir və ondan necə
qorunmaq olar?" mövzusunda sosioloji sorğu aparılmışdır.
27 aprel—Ekologiya
günü münasibətilə "Hərəmiz bir
ağac əkək" devizi altında rayon ərazisində
iməciliklər keçirilmiş, gənclər on beş
mindən çox ağac əkmişlər.
Rayonun gənc
idmançıları region və respublika
yarışlarında da fəallıq göstərirlər.
Yunan-Roma güləşi üzrə region birinciliyində Tərtər
yığma komandası uğurla yarışaraq yüksək
yerlərdən birini tutmuşlar. Fərahim Çərkəzli
birinci yerə, Kənan Xəlilov, Sübhan Quliyev yə Yadigar
Cavanşirli isə üçüncü yerə
çıxmışlar.
Bakıda keçirilən
kikboksinq üzrə respublika birinciliyində tərtərli gənc
Kənan Kazımlı bütün rəqiblərinə qalib gələrək
fəxri birinci yers ucalmışdır. Yenə paytaxtda təşkil
edilən qalaqapı idman növü üzrə
yarışlarda Tərtər yığma komandası müvəffəqiyyətlə
çıxış etmiş və ikinci yerin sahibi
olmuşlar.
Meydanlarda şücaət
və qabiliyyət nümayiş etdirən Tərtərin gənc
idmançıları öz mənəvi zənginliklərini
də göstərmişlər. Bərdə şəhərində
keçirilən "Xəmsə" milli intellek-tual oyununda
onlar bilikli və məlumatlı olduqlarını bir daha
sübut etmiş, komandalar arasında ikinci yerə
çıxmışlar. Şahmat kompozisiyalarının həlli
üzrə XXXI Azərbaycan çemponatı da rayonun gənc
şahmatçıları üçün sevindirici olmuşdur.
Onlar bütün turlarda rəqiblərini məğlub
etmiş, yalnız fınal görüşündə uduzaraq
ikinci yerə layiq görülmüşlər. Komandanın
üzvü Mətləb Qədirov qələbələrin
qazanılmasında xüsusi fəallıq nümayiş
etdirmişdir.
Tərtərli gənclərin
idman nailiyyətlərindən çox danışmaq olar.
Bütün bu qələbələrin kökündə rayon
rəhbərliyinin gənclərə göstərdiyi diqqət
və qayğı durur. Süni örtüklü yaşıl
meydançaların inşası, gənclərin işlə
təmin olunması, qaliblərin
mükafatlandırılması, idman yarışlarının
təşkili və keçirilməsi rayon rəhbərliyinin,
şəxsən RİH başçısı Vidadi
İsayevin diqqətdə saxladığı məsələlərdir.
Tərtər Rayon Gənclər
və idman idarəsinin rəisi Habil Kərimov bildirdi ki, bu
qayğı və isti münasibət yeniyetmələrin
sağlam həyat tərzinin formalaşdırılmasına
stimul verir, gənclərin gələcəyin layiqli vətəndaşları
kimi yetişmələrinə yaxşı şərait
yaradır.
Vəli İLYASOV
Respublika.- 2010.- 29 sentyabr.- S. 4.