85 yaşlı elm ocağı
Respublikamızın
qocaman elm ocağı, Qırmızı Əmək
Bayrağı ordenli Azərbaycan Elmi-Tədqiqat
Pambıqçılıq İnstitutunun yaranmasının 85
ili tamam olur.
Yer kürəsinin
pambıqçılıq diyarlarından biri kimi tarixə
düşmüş respublikamızda bu sahənin inkişaf
etdirilməsi, pambıq əkinlərində yüksək məhsul
yetişdirilməsi və iqtisadi səmərəliliyin
artırılması, müxtəlif torpaq-iqlim şəraitinə
görə bir-birindən fərqlənən
pambıqçılıq bölgələri
üçün optimal becərmə
aqrotexnologiyalarının elmi əsaslarla işlənib
hazırlanması istiqamətində 1925-ci ildə
yaradılmış AzETPİ sahə institutu olaraq 85 il ərzində
məhsuldar fəaliyyət göstərmiş,
pambıqçılığın davamlı inkişafına
təminat verən çoxsəylı elmi nailiyyətlər əldə
etmişdir.
85 illik elmi fəaliyyəti
ərzində institutda yüzlərlə yeni aborigen pambıq
sortu yaradılmış, bundan 39 sort respublikamızda
rayonlaşdırılmışdır. Rayonlaşan hər bir
yeni sort əvvəlki sortlardan, sələflərindən təsərrüfat
qiymətli göstəricilərinə görə daha yüksək
potensiallı olmaqla məhsuldarlığın və ümumi
istehsalın stabil artmasına zəmin yaratmışdır.
Məhsuldarlığın
və məhsulun keyfiyyətinin yüksəlməsində
rayonlaşmış və istehsalatda daha çox qalan və əkilən
114, 246, 915, 1298, 2421, 2833, 3038, AzNİXİ-33, Muğan-395
sortlarının geniş tətbiqi və intensiv
yayılmasının çox əhəmiyyəti olmuşdur.
İlk aborigen sort kimi 246 sortu 735 min hektarda, 114 sortu 546 min, 1298
sortu 2200 min, 2833 sortu 502 min, 3038 sortu 2300 min, AzNİXl-33 sortu
1300 min, Muğan-395 sortu 456 min hektarda əkilmişdir.
Ümumiyyətlə, 85 il ərzində institutun
yaratdığı sortlar respublikada 10,5 milyon hektarda əkilmiş,
həmin rayonlaşan 39 sortla indiyə kimi 8 dəfə sortdəyişmə
həyata keçirilmişdir. Bu müddət ərzində
ilk vaxtlarda rayonlaşan sortların məhsuldarlıq
potensialı hektardan 25-30 sentnerdən hazırda istehsalatda əkilən
sortlarda 50-55 sentnerə çatdırılmışdır.
Vegetasiya müddətlərinə görə isə əksinə,
bu göstəricisi az məhsuldarlıq potensialı və
xırda qozalı ilk yaradılan sortlarda 140-160 gündən
yüksək potensiallı və iri qozalı hazırkı
sortlarda 120-140 günə endirilmişdir.
Pambıq seleksiyasının nailiyyətlərindən biri də zərif lifli pambıq sortlarının yaradılmasına aid tədqiqatların uğurlu nəticəsidir. Belə ki, vegetasiya müddətinin uzunluğuna görə bizim iqlim şəraiti üçün əlverişsiz olan pambığın gecyetişən Gos.barbadense L. növü üzrə son 15-17 ildə aparılan yaradıcı seleksiya tədqiqatları nəticəsində vegetasiya müddətinə görə tezyetişən orta lifli (Gos.hirsutum L. növü) pambıq sortları ilə eyni yetişkənliyə malik zərif lifli pambıq sortları yaradılmışdır. Hazırda bu sortlardan Gəncə-46, Gəncə-120, Gəncə-125 sortları SNS-də və Mühafizəsi üzrə Dövlət Komissi-yasında sınaqdan keçirilir. Son illərdə institut-da yaradılmış AzNİXİ-195, Gəncə-2, Gəncə-8, Gəncə-78, Gəncə-80, Gəncə-103, Gəncə-110 sortlarının ilkin toxumçuluq işi qurulmuş və hazırda istehsalatda əkilib-becərilir. institutun təcrübə sahələrində dünya kolleksiyasından
840-a qədər sort və sort nümunələri üzərində elmi yaradıcılıq işləri aparılır və yaradıcı seleksiya işində istifadə olunur.
Ölkəmizdə həyata keçirilən aqrar islahatlardan sonra ictimai təsərrüfatlarda aparılan toxumçuluq işinin dayandırılması ilə əlaqədar, institut kəndli-fermer təsərrüfatları şəraitində də istehsalatın yüksək reproduksiyalı sortluq toxumla təmin olunması üçün lazımi metodiki, təşkilati işlər aparır. İndi toxumçuluq işinin institutda, bölgə təcrübə stansiyalarında, RA-EM-lərdə və fermer təsərrüfatlarında elmi əsaslarla qurulmasına əməli-metodiki köməklik göstərilir.
Pambıqçılığın dinamik inkişafı və bu sahənin iqtisadi səmərəliliyinin artırılması istiqamətində əsas amillərdən biri də pambığın optimal becərmə aqrotexnologiyasının öyrənilməsidir. AzETPİ-nin yarandığı vaxtdan indiyə kimi bu istiqamət onun yaradıcılıq fəaliyyətinin kardinal xətlərindəndir. Keçən 85 il ərzində bir-birindən kəskin fərqlənən müxtəlif pambıqçılıq bölgələri üzrə pambıq üçün əlverişli sələf bitkiləri nəzərə alınmaqla sahənin seçilməsi, torpağın becərilməsi, səpin müddəti, səpin üsulları, pambığın vegetasiyası ərzində becərmə texnologiyaları, suvarma rejimi, suvarma texnikası, gübrələmə sistemi və onlarca elmi araşdırmaların nəticələri istehsalatda geniş tətbiq edilmişdir.
Uzun müddət istehsalatda tətbiq olunan 5-6-7 tarlalı növbəli əkin sisteminin indiki kiçik-həcmli torpaq sahələri olan kəndli-fermer təsərrüfatlarında istifadəsinin çətin və əlverişsiz olması ilə əlaqədar, torpaqların münbitliyinin sabit saxlanması istiqamətində daha əlverişli qısa rotasiyalı (3-4 tarlalı) növbəli əkin sistemi işlənmişdir. Torpaq münbitliyinin yaxşılaşdırılmasına zəmin yaradan və pambıq üçün əlverişli olan sələf bitkiləri seçilmiş, pambıqla paxlalı bitkilərin tarlalarının növbələşməsi, pambıqla paxlalı və dənli bitkilərin qarışıq səpilməsi texnologiyaları işlənib hazırlanmış və istehsalata tövsiyə olunmuşdur. Bu istiqamətdə indi də daha çox ümidverici elmi araşdırmalar aparılır. Mineral gübrələrdən istifadə etmədən və yaxud cüzi istifadə etməklə torpağın münbitliyinin yaxşılaşmasına və yüksək məhsul yetişdirllməsinə əlverişli mühit yaradan, ekoloji təmizliyə təminat verən, torpağın münbitliyinin, kimyəvi və fiziki xassələrinin pisləşməsinin qarşısını alan, enerjiyə, suya, yanacağa qəna-ət edən mütərəqqi becərmə texnologiyalarının işlənib hazırlanmasına aid əhatəli tədqiqatlar davam etdirilir. Indiyə kimi AzETPİ-də işlənb hazırlanmış və istehsalata tövsiyə edilmiş aqrotexnologiyalar kompleksinin düzgün və optimal müddətdə həyata keçirilməsi pambıq əkinlərində hektarda 40-50 sentner məhsul yetişdirilməsinə təminat verir.
AzETPİ-nin 85 illik elmi fəalliyyətində XX əsrin 70-80-ci illəri daha uğurlu olmuşdur. Bu illərdə institutun elmi nailiyyətləri, yaratdığı yeni sortların, yüksək məhsul yetişdirməyə aid mütərəqqi becərmə texnologiyalarının istehsalata geniş tətbiq olunması dövlət səviyyəsində davamlı dəstəkləndi, bu illərdə respublikamızda pambıqçılıq sürətlə inkişaf etdirildi, ilk dəfə olaraq ölkəmizdə ən yüksək məhsuldarlıq və illik ümumi istehsal bu illərdə tarixə düşdü. Bu illərdə pambıqçılığın dinamik inkişafının elmi əsaslarla nizamlanmasını daim diqqətdə saxlayan ulu öndərimiz Heydər Əliyev bu sahənin inkişafına hər cür qayğı göstərir; pambıqçılıq bolgələrinin hamısında nəticəli fəaliyyət üçün əlverişli mühit yaradırdı. O, alimlərin yaradıcı əməyini yüksək qiymətləndirir, bütün elmi-tədqiqat institutlarının, xüsusilə Pambıqçılıq İnsti-tutunun məhsuldar elmi fəaliyyəti üçün tələb olunan maddi-texniki bazanın yaradılmasını daim nəzarətdə saxlayırdı.
Həmin illərdə institutun alimləri bütün yaradıcı tədqiqatlarının nəticələri, əldə etdikləri nailiyyətləri məsuliyyətlə və həvəslə istehsalata geniş tətbiq edirdilər, pambığın bütün vegetasiya dövrü istehsalçılarla birlikdə çalışırdılar.
İnstitutumuz bir sıra xarici ölkələrin aparıcı elmi-tədqiqat müəssisələri ilə, o cümlədən Türkiyənin, Özbəkistanın, Türkmənistanın, Tacikistanın Pambıqçılıq, Kənd Təsərrüfatı Nazirliyinin və AMEA-nın müvafiq institutları ilə elmi əlaqələr yaratmış və bu sahədə əməkdaşlıq daimi genişləndirilir.
85 illik nəticələrinə, pambığın seleksiyası, toxumçuluğu və səmərəli becərmə texnologiyalarının işlənib hazırlanmasındakı xidmətlərinə görə Qırmızı Əmək Bayrağı ordeni, institutun aparıcı alimlərinin bir qrupu isə fəxri dövlət mükafatları, orden və medalarla təltif olunmuşlar. Respublikamızda pambıqçılığın inkişafına qayğı göstərən ümummilli liderimiz Heydər Əliyev bu qocaman, müqəddəs elm ocağını ziyarət etmiş, Qırmızı Əmək Bayrağı ordenini, alimlərə layiq görülən fəxri adları, orden və medalları şəxsən Özü təqdim etmişdir.
Əməkdaşlarımız ölkə Prezidenti İlham Əliyev tərəfındən təsdiq edilmiş dövlət proqramlarının yerinə yetirilməsində də fəal iştirak edirlər. Belə ki, cənab Prezidentin 25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə kompleks tədbirlər planının müvafıq bəndləri tədqiqatlanmızın əsas hissəsini təşkil edir.
Beləliklə, mövcud təsərrüfat qrumlarının maddi-texniki bazalarının təminatlı qurulması və AzETPİ-nın 85 illik elmi araşdırmalarının düzgün tətbiqi respublikada pambıqçılığın davamlı inkişafı üçün etibarlı stimul yarada bilər. Biz inanırıq ki, hörmətli Prezidentimiz İlham Əliyevin "Pambıqçılıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə verdiyi fərman (14 iyul 2010) respublikamızda pambıqçılığın inkişafına böyük təkan verəcəkdir.
Heydər ASLANOV,
N.KAZIMOV
Respublika.- 2010.- 29 sentaybr.- S .6.