Turizmin inkişaf etdirilməsində gənclərin
rolu
Bu günlərdə “Atlant” istirahət
kompleksində Turizmə Dəstək Gənclər
Koalisiyasının, Psixologiya və Konsultasiya Mərkəzinin
(PCC) nəzdində fəaliyyət göstərən PC CLUB
-un gənclərlə konfransı keçirilmişdir.
Psixologiya və Konsultasiya Mərkəzinin
işçiləri Lalə Allahverdiyeva və Günel
Osmanlının təqdimatı ilə keçirilən
konfransda gənclərin liderlik xüsusiyyətləri, keyfiyyətlərinin
inkişaf etdirilməsi və bu inkişafın yeni nəslin
psixologiyasına göstərdiyi təsirin önəmindən
söhbət açılmışdır.
Psixologiya və Konsultasiya mərkəzində
fəaliyyət göstərən PS CLUB-un rəhbəri, BDU
-nun sosial elmlər və psixologiya fakültəsinin tələbəsi,
“Respublika” qəzetinin əməkdaşı Lalə
Allahverdiyeva və mərkəzin meneceri Günel Osmanlı
turizmin inkişaf etdirilməsində psixologiyanın əvəzedilməz
rolunun vacibliyindən danışmış və tədbir
iştirakçılarını maraqlandıran suallara ətraflı
cavab vermişlər.
Lalə Allahverdiyeva
çıxışında demişdir: “Gələn ay
ölkəmizdə “Eurovisio” Beynəlxalq mahnı müsabiqəsi
keçiriləcəkdir. Turistlərə kömək məqsədilə
Azərbaycanı necə tanıtmaq və onların
yaddaşında Azərbaycanın əsrarəngiz gözəllikləri,
zəngin təbiəti, fauna və florası, mehriban, qonaqpərvər
bir diyar olması barədə, hər bir gənc
çalışmalıdır. Biz Azərbaycan həqiqətləri,
Dağlıq Qarabağ problemi, qonşu Ermənistanın təcavüzü
nəticəsində 20 ildən artıqdır ki, hələ
də işğal altında qalan ərazilərimiz barədə
qonaqları məlumatlandırmalıyıq. Erməni
yalanını faktlarla sübut etməliyik. Məhz bu yöndə
Heydər Əliyev Fondunun həyata keçirdiyi qlobal tədbirlər
biz gəncləri daha da ruhlandırır. Öz ölkəmizin
inkişafı naminə ana dilimizi qorumaqla xaricdən gələn
qonaqlara mədəniyyətimizi, tariximizi, qədim
soykökümüzü, milli-mənəvi dəyərlərimizi
yüksək səviyyədə təbliğ etməliyik. Bu
baxımdan gənclərimiz nümunə olmalıdırlar.
Sonda tədbirin təşkilatçıları,
Turizmə Dəstək Gənclər Koalisiyası ictimai
birliyinin sədr müavini Kənan Qubadzadə
çıxış edərək konfrans
iştirakçılarına təşəkkürünü
bildirmişdir.
Rauf İlyasoğlu
Respublika.-2012.-
29 aprel.- S.8.