| “Gənc istedadlar Bakı Türk liseyi hesabat Verdi

 

Dünən Bakı Dövlət UniversitetindəGənc istedadlar Türkiyə Diyanət Vəqfi Bakı Türk liseylərinin illik hesabat toplantısı keçirildi. Tədbiri giriş sözü ilə BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov açdı bildirdi ki, bugünkü tədbir bu universitetin həyatında ən yaddaqalan günlərdən biri olacaq. Çünki bu gün burada BDU-nun nəzdində fəaliyyət göstərənGənc istedadlar Bakı Türk liseyləri görüşərək hesabat verirlər. Bu iki ümumtəhsil ocağı Azərbaycan təhsilində, maarifçilik sistemində uğurlu fəaliyyətləri, bol nailiyyətləri ilə özlərini təsdiq ediblər.

SonraGənc istedadlarliseyinin direktoru, professor Qasım Hüseynov çıxış edərək bildirdi ki, 2006-cı il aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığıGənc istedadların potensialının üzə çıxarılması üzrə Dövlət Proqramısərəncamı çox təqdirəlayiq bir hal oldu. Bu sərəncamdan irəli gələrək 2007-ci ildə BDU-nun rektoru Abel Məhərrəmovun əmri iləGənc istedadlarliseyi yaradıldı. Liseyə şagird qəbulu test üsulu müsabiqə yolu ilə aparılır. Hazırda isə 25 sinifdə təhsil alan 476 şagirdə 71 nəfər müəllim dərs verir. Qeyd edək ki, 5 ildir ki, fəaliyyət göstərən bu liseyin III buraxılışı olmuşdur.

Tədbirdə Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin müdiri Kadir Bektaşoğlu çıxış edərək bu təhsil ocağının fəaliyyəti barədə geniş hesabat verdi. O, bildirdi ki, 1994-cü ildə Türkiyə Diyanət Vəqfi, BDU Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan liseyin başlıca məqsədi iki qardaş ölkənin dostluq təməllərini möhkəmləndirən, yüksək bilik, mədəniyyət əxlaq anlayışını mənimsəyən, vətəninə, millətinə bayrağına sahib çıxan çalışqan, fədakar əxlaqlı gənc nəsillər yetişdirməkdir. Artıq 18 ildir ki, Azərbaycanda uğurla fəaliyyət göstərən Bakı Türk Liseyində təhsil pulsuzdur liseyin bütün maliyyə xərclərini Türkiyə Diyanət Vəqfi təmin etməkdədir. Hazırda liseydə 5-11 siniflərdə 525 oğlan 235 qız olmaqla, 760 şagird təhsil alır. Bakı Türk Liseyinə 4-cü sinfi bitirən şagirdlər qəbul olunur. Qəbul imtahanı test üsulu ilə həyata keçirilir. İmtahanda şagirdlər Azərbaycan dili riyaziyyat fənləri üzrə 80 suala cavab verirlər. Burada şagirdlərin təhsil tərbiyəsi ilə 110 nəfər müəllim məşğul olur. Bakı Türk Liseyində 2000-2011-ci tədris ilinə qədər 10 buraxılış olmuşdur. İndiyədək liseydən 503 nəfər şagird məzun olub ki, onların da ali məktəblərə qəbul faizi 96 faiz təşkil edir.

Son iki ildə isə məzunların ali məktəblərə qəbul faizi 100 faiz göstərir. Tədbirdə çıxış edən Kadir Bektaşoğlu Bakı Türk Liseyinə hər zaman dəstək olduqlarına görə təhsil naziri Misir Mərdanova, Türkiyə Diyanət Vəqfinin qurucusu olmuş Təyyar Altıkulaça, BDU-nun rektoru Abel Məhərrəmova öz təşəkkürünü bildirdi.

Təhsildə uğur qazanan məzunlara mükafatlar təqdim olunmuşdur.

Digər çıxış edən alim müəllimlər təhsil müəssisələrində qazanılan nailiyyətlərlə bağlı fikirlərini bildirmiş, uğurlar arzulamışlar.

Tədbirdə millət vəkilləri, elm adamları, ziyalılar iştirak etmişlər.

Sonra şagirdlər vətənpərvərlik mövzularında mahnılar ifa etmiş, şeirlər söyləmişlər.

 

 

Gülşən HÜSEYNOVA

 

Respublika.- 2012.- 29 aprel.- S.5.