Metropoliten işçiləri qayğı ilə əhatə olunur

 

Bu gün ölkəmizin hərtərəfli inkişafı nəticəsində Azərbaycan Həmkarlar İttifaqının fəaliyyət və səlahiyyət dairəsi genişlənmiş, nüfuzu artmışdır. Həmkarlar İttifaqı tabeliklərində olan sahələrin sosialinkişaf proqramının yerinə yetirilməsinə, işçilərin əmək şəraitinin yaxşılaşdırılmasına, əmək qanunvericiliyinə ciddi riayət olunmasına başlıca önəm verir. Odur ki, dövlətimizin sosialiqtisadi siyasətinin reallaşdırılmasında Həmkarlar İttifaqının da əhəmiyyətli rolu vardır. Həmkarlar İttifaqlarının fəaliyyətinin əsas istiqamətləri —layiqli əmək üzrə mübarizə, əmək bazarının optimallaşdırılmasına diqqətin artırılması, onun genişləndirilməsi üzrə işə götürənlərlə birgə işin aparılması iqtisadiyyatın müxtəlif sahələrində əmək haqlarının artırılmasını təşkil edir.

 

Metropoliten İşçiləri Həmkarlar İttifaqı Birliyi (MİHİB) ötən dövr ərzində xeyli görmüşdür. Məlumat üçün qeyd edim ki, MİHİB–in son 5 ildə fəaliyyəti dövründə tabeliyində 13 ilk HİK və 41 sex həmkarlar təşkilatı fəaliyyət göstərmişdir. Hazırda metropolitendə 4825 işçi çalışır ki, onlardan 1729–u qadın, 3096–ı kişidir. Bunların hamısı həmkarlar ittifaqının üzvüdür. Onların iqtisadi vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüşdür. Bu müddət ərzində işçilərin əmək haqları bir neçə dəfə artmışdır. Metropolitendə əmək haqlarının artırılmasına nail olmaq metropoliten həmkarlar ittifaqının ən ümdə vəzifələrindən biridir.

Hər dəfə kollektivlə müqavilə bağlanarkən işçilərin əmək haqlarının artırılması yollarının araşdırılması qarşıya məqsəd qoyulurxüsusi bənd ilə qeyd olunur. Hazırda metropoliten işçilərinin orta aylıq əmək haqqı 536 manat təşkil edir. Həmçinin işçilərin yerlərinin attestasiyası zamanı ağır və zərərli işə görə verilən əlavə ödəmələrin düzgün verilməsinə, onların faiz dərəcələrinin düzgün təyin edilməsinə həmişə nəzarət edilir. İşçilərin sosialiqtisadi mənafelərini gücləndirmək məqsədilə həm müəssisənin rəhbərliyi, həm də Həmkarlar İttifaqı konkret işlər görür. Müəssisə rəhbərliyi Elektrik Deposu ərazisindəki yeməkxanada hər gün 179 nəfər fəhlənin pulsuz olaraq kompleks naharının verilməsinin xərclərini öz üzərinə götürmüşdür. Artıq bu hal bir neçə illərdir ki davam edir. Rəhbərlik ehtiyacı olan bir qrup işçiyə (ağır cərrahiyyə əməliyyatı keçirənlərə, övladı ödənişli təhsil alan, lakin ödəniş etməyə imkanı olmayan, evinə ciddi xəsarət dəyənlərə və s.) faizsiz ssudalar verir. İşçilərin sosialiqtisadi durumunu yaxşılaşdırmaq məqsədilə yuxarıda sadalanan işlərin hamısı kollektiv müqavilədə öz əksini tapmışdır. Metropoliten həmkarlar təşkilatı da bu istiqamətdə lazımi işlər görür. İşçilərə verilən hər növ yollayışların DSMF–yə ödənilməli olan yollayışların dəyərinin 15 faiz olan məbləğini MİHİB ödəyir. İşçilər yollayışları tam pulsuz olaraq əldə edirlər. Həmçinin işçilərdə üzvlüyə marağı artırmaq üçün müxtəlif metodlardan istifadə edirik. Həmkarlar ittifaqı üzvlərinin vaxtlarının səmərəli keçməsi üçün idman kompleksləri tikilir, müxtəlif idman yarışları, konsertlər təşkil edilir, müxtəlif hədiyyələr və mükafatlar verilir. Metropolitendə işləyən yeni ailə quran çütlüklərə metropoliten rəhbərliyi tərəfindən 1000 manat, həmkarlar ittifaqı birliyi tərəfindən isə 500 manat məbləğində toy hədiyyəsi verilir. həmkarlar ittifaqı üzvləri arasında həmkarlar ittifaqının rolu və səlahiyyətləri haqqında maarifləndirmə işləri aparılır, onlar müxtəlif sərgi və müsabiqələrə cəlb edilirlər.

İşçilərin istirahət hüququ ötən dövrlər ərzində yüksək səviyyədə təmin edilmişdir. 3250 nəfər metropoliten işçisi və onların ailə üzvləri metropolitenin Bilgəh qəsəbəsindəki sanatoriya profilaktoriyasında profilaktik müalicə almış və istirahət etmişlər. İstirahət edənlərin profilaktik müalicələrini daha dolğun təmin etmək məqsədilə MİHİB sanatoriyaprofilaktoriyaya və istirahət zonasına lazım olan təsərrüfat–məişət, yeni tibbi avadanlıqlar alaraq onların istifadəsinə verir. Sanatoriyada istirahət edənlər daim diqqət mərkəzində olur. Mövsüm ərzində müxtəlif əyləncələr, konsertlər, tamaşalar təşkil edilir. Bu il isə sanatoriyaprofilaktoriyaya yeni bir ədəd kinoproyektor alınmışdır ki, bu da istənilən vaxt istirahət edənlərə yeni filmlərin, tamaşaların, konsertlərin göstərilməsinə şərait yaradır. Xüsusilə qeyd etmək lazımdır ki, sanatoriya–profilaktoriyanın və istirahət zonasının saxlanılmasında, inkişaf etdirilməsində Bakı Metropoliteninin rəisi T.Əhmədovun böyük zəhməti vardır. Sanatoriya–profilaktoriyanın binası, eləcə də otaqlar hər il cari təmir və yeni avadanlıqlarla təmin edilir.

İşçilərin sağlamlıqlarının mühafizəsi məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. AHİK–ın metropoliten əməkçilərinə olan qayğısının nəticəsidir ki, hesabat dövrü ərzində 551 nəfər metropoliten işçisi sağlamlıqlarını bərpa etmək üçün respublikanın müxtəlif sağlamlıq–müalicə ocaqlarına göndərilmişdir. Belə ki, 72 yollayış vərəqəsi ilə 215 nəfər Nabrandakı “Xəzər” və “Dostluq” istirahət bazalarında istirahət etmişdir. 770 nəfər isə respublikanın müxtəlif turizm bazalarına qısa müddətli (2–3 günlük) istirahətə göndərilmişdir. Turizm səyahətləri üçün çəkilən xərclərin hamısı MİHİB–ın vəsaiti hesabına ödənilmişldir.

Tərəfimizdən, həmçinin bədən tərbiyəsinə, idmana xüsusi fikir verilir. Bu məqsədlə 2010–cu ildə elektrik deposu ərazisində müasir standartlara cavab verən süni ot örtükü minifutbol, yeni voleybol meydançası və tennis kortu tikilərək əməkçilərin istifadəsinə verilmişdir. Bu da öz növbəsində işçilərin idmana marağının artmasında və metropolitendə idmanın inkişafına öz müsbət təsirini göstərmişdir. Hər il metropoliten daxilində idman spartakiadası təşkil edilir. Bu spartakiadaya idmanın müxtəlif növləri—mini futbol, voleybol, şahmat, stolüstü tenniss. daxil edilir. Xidmətlərin komandaları çox həvəslə bu spartakiadada iştirak edir, hər bir idman növü üzrə qaliblər MİHİB tərəfindən fəxri fərmanlarla və pul mükafatları ilə təltif olunurlar.

Metropoliten İşçiləri Həmkarlar İttifaqı Birliyi dövlət və əmək intizamına riayət edilməsi, işçilərin həyatının, əmək şəraitinin, istirahətinin yaxşılaşdırılması üçün ölkə qanunlarını və AHİK–in qərarlarını rəhbər tutur, bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir.

 

Etibar MİRZƏYEV,

Metropoliten İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri.

 

Respublika.- 2012.- 1 dekabr.- S. 6.