| “Həsən bəy
Zərdabi–170″ təntənəli tədbir keçirildi
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən bu günlərdə Qaradağ rayonu Ə.Əmirov adına Mədəniyyət Sarayında təntənəli tədbir keçirildi.
Tədbir başlamazdan əvvəl qonaqlar Qaradağ Rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin direktoru Dilarə xanım Məmmədovanın təqdimatı ilə foyedə Həsən bəy Zərdabinin həyat və yaradıcılığına həsr olunmuş sərgi ilə tanış oldular. Tədbir Həsən bəy Zərdabiyə həsr olunmuş xronika ilə başlandı. Yüksək səviyyədə hazırlanmış bu xronikada Həsən bəy Zərdabi cəfakeşliyi qabarıq şəkildə göründü. Səhnə elə ustalıqla tərtib edilmişdi ki, Həsən bəy Zərdabinin tufanlı, qasırğalı, ildırımlı həyat yolundan tamaşaçıları pəjmürdə olmağa imkan verilmirdi. Bu rəngarəng tədbirdə müğənni Xəyyam Nəbizadənin, Mədəniyyət Sarayında fəaliyyət göstərən ansamblın bədii rəhbəri Murad Laçınlının, Müşfiqabad qəsəbə mədəniyyət evinin ansamblının solisti Fərqanə Gülverdiyevanın çıxışları sürəkli alqışlarla qarşılandı. Əlixan Ağakişiyev Həsən bəy Zərdabi obrazını peşəkar aktyor səviyyəsində nümayiş etdirdi.
Minnətdarlıq hissi kimi qeyd etməliyik ki, bu yüksək səviyyəli tədbir Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin işgüzarlığının göstəricisi idi.
Fərəh doğuran bu tədbirdə Həsən bəy Zərdabi nəslindən “Sumqayıt” qəzetinin baş redaktoru Qüdrət Məlikovla, “Zərdabi” nəşriyyatının direktoru Aydın Məlikovla, Xarici Dillər Universitetinin fəlsəfə kafedrasının professoru Məhəmməd Teymurlu ilə şəxsi tanışlıq özü də məmnunluqla qarşılandı.
Həsən bəy Zərdabi
adına Dünya Azərbaycanlıları
Xeyriyyə Cəmiyyətinin prezidenti Səttar
Zərdabi böyük mütəfəkkirin
irsiylə bağlı, məlum səbəblərdən, bu vaxta kimi
ictimai fikrin diqqətindən
kənarda qalan məsələlərdən
danışmaqla, onu da
vurğuladı ki, bu il həm də bünövrəsi Həsən
bəy Zərdabi tərəfindən qoyulmuş,
xüsusi tədqiqata ehtiyacı olan, beynəlmiləl xeyriyyəçilik hərəkatının
140 ili də tamam olmuşdur. Bu, böyük jurnalist H.Zərdabinin
xalqa xidmətlərindən biridir.
Ədalət
ƏLİYEV.
Respublika.- 2012.- 2 dekabr.- S. 4.