| İqtisadi inkişaf möhkəm təməllərə söykənir

 

Azərbaycan yeni sosialiqtisadi inkişaf mərhələsinə daxil olur. Ölkəmizin inkişaf prioritetləri sosial, iqtisadi, siyasihüquqi islahatların dərinləşdirilməsini zəruri edir. Vergi siyasətinin iqtisadi inkişafa təsirini daha da artırmaq vəzifəsi də bu sıraya daxildir. Axı, iqtisadiyyatın strukturca yenidən qurulması, işgüzar fəallığın stimullaşması, istehsalın artımı və onun səmərəliliyi, respublika maliyyə sisteminin sağlamlaşdırılması və sabitləşməsi, daha çox vergi siyasətindən asılıdır. Dövlət bazar mexanizmlərinin fəaliyyəti üçün lazım olan normal şəraiti yaratmalıdır. Bu mexanizmlərdən biri və demək olar ki, ən əsası vergilərin düzgün tətbiq edilməsi vasitəsilə tənzimləmədir. Vergilər iqtisadiyyata təsirin maliyyə–iqtisadi sisteminin bir hissəsi olmaqla dövlətin iqtisadi tənzimləməsinin əsas aləti kimi çıxış edir.

 

Dövlət ölkənin vergi sistemini yaratmaqla müəyyən maliyyə siyasətinin məqsədləri üçün ondan istifadə etməyə çalışır. Vergi siyasəti dedikdə, maliyyə resurslarının yenidən bölüşdürülməsi hesabına dövlətin və cəmiyyətin ayrı–ayrı sosial qruplarının maliyyə tələbatlarının təmin olunması və həmçinin ölkə iqtisadiyyatının normal inkişaf etdirilməsi məqsədi ilə ölkənin vergi sisteminin formalaşdırılması üzrə dövlətin həyata keçirdiyi iqtisadi, maliyyə və hüquqi tədbirlərin məcmusu başa düşülür. Dövlət vergi siyasətini həyata keçirərkən vergilərə məxsus funksiyalara söykənir və fəal vergi siyasətinin həyata keçirilməsi üçün bu funksiyalardan istifadə olunur. Vergi siyasətinin iqtisadi inkişafa təsirini artırmaq üçün isə onu elmi cəhətdən əsaslandırmaq tələb olunurancaq elmi yanaşma vergi siyasətinin nisbi müstəqilliyini möhkəmlədə bilər. Təsərrüfat təcrübəsi sübut edir ki, vergi siyasətinin iqtisadiyyatdan ayrılması ciddi çətinliklərə səbəb olur. Vergi siyasətinin təşkilinə elmi yanaşma, onun bütün faktorlarının öyrənilməsi həmin siyasətin qanunayğunluğunu təmin edir. Bu qanunauyğunluqlara məhəl qoymamaq iqtisadiyyatda böyük itkilərə səbəb olur. Elmi cəhətdən əsaslanmış vergi siyasəti onu düzgün həyata keçirdikdə yüksək nəticələr verir.

Nəzərə almaq lazımdır ki, vergilər dövlətin ən önəmli gəlir qaynağı kimi yalnız proqnozlaşdırılmış büdcənin təmin edilməsi aləti deyil, həm də iqtisadiyyatın inkişafının güclü stimuluna çevrilməlidirlər və iqtisadi münasibətlərin təkmilləşməsinə, maraqların tarazlaşmasına, mülkiyyətin bütün formalarının inkişafına kömək etməlidirlər.

Müasir şəraitdə vergilərin funksiyalarının yalnız fiksal məqsədlər, yeni vergiləri yalnız dövlət büdcəsinin gəlir hissəsini formalaşdırmaq imkanı baxımından məhdudlaşdırmaq olmaz. Belə ki, düzgün seçilmiş vergi strategiyası vasitəsilə dövlət təkrar istehsal prosesini tənzimləyə və iqtisadi böhranların təsirini yumşalda bilər. İqtisadi sistemdə avtomatik sabitləşdirici rolunu oynayan proqressiv xarakterli inflyasiya nəticəsində gəlirlər artdıqda dövlət həmişə vergi təzyiqini avtomatik olaraq gücləndirir və durğunluq dövründə onu zəiflədir. Vergi islahatlarının aparılmasının əsas məqsədlərindən biri sahibkarların və dövlət maraqlarının maksimal tarazlığının təmin olunmasıdır. Sosialyönümlü bazar iqtisadiyyatı şəraitində vergi sistemində meydana çıxan vergi hüququ münasibətlərinin tənzimlənməsində mükəmməl normativhüquqi bazanın olması mühüm rol oynayır. Bazar iqtisadiyyatının inkişafı ilə əlaqədar olaraq cəmiyyət inkişaf etdikcə müxtəlif sahələrin inkişafının çevik tənzimlənməsinə tələbat artır, vergilər isə bu cür tənzimləməni təmin etməyə qadir olan alətdir. İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin əsas məqsədi sabit iqtisadi artıma nail olmaq, əsas əmtəə və xidmətlərin qiymətlərinin sabitliyinin, əmək qabiliyyətli əhalinin tam məşğulluğunun və əhalinin gəlirlərinin müəyyən minimal səviyyəsinin təmin edilməsi və vətəndaşların sosial müdafiə sisteminin yaradılmasıdır.

Dürüst vergi siyasəti dövlət büdcəsinə lazımi miqdarda maliyyə ehtiyatlarının səfərbər olunmasını təmin etməklə yanaşı, vergi ödəyicilərini təsərrüfatçılıqda israfçılığın qarşısını almağa, istehsalın səmərəliliyini artırmağa sövq edir. Əlverişli vergi mühitinin yaradılması məsələsi xarici investorları da narahat edən başlıca problemlərdəndir. Xarici sərmayədarları vergi güzəşt və imtiyazlarından daha çox özfəaliyyətlərini uzun müddətə proqnozlaşdırmağa imkan verən vergi sisteminin sabitliyi və evolyusiyanın müəyyənliyi maraqlandırır. İstehsal sahələrinə verilən vergi güzəştləri təkcə iqtisadi proseslərin subyektlərinə deyil, bütövlükdə ölkə iqtisadiyyatına da müsbət təsir göstərir. Dövlət təkcə sabit yüksək vergi yardımları əldə etmir, həm də işsizliyin aşağı salınmasını və gəlirlərin bərabər bölüşdürülməsindəki qeyri–bərabərliyi qismən aradan qaldırır və tənzimləyir.

Əlverişli vergi mühiti bir sıra nailiyyətlərin əldə edilməsinə səbəb olur. Bunun üçün bir sıra tədbirlər həyata keçirilməli, o cümlədən, öləkədə könüllü vergiödəmə dərəcəsi artırılmalı; vergi ödəyicilərinə xidmət sisteminin çevik və təklik fəaliyyəti təmin edilməli; vergi dələduzluğuna və vergidən yayınma hallarına qarşı səmərəli mübarizə sisteminin fəaliyyəti nəticəsində bu sahədə risklər azaldılmalıdır. Vergi yoxlamalarının obyektivliyi və səmərəliliyi artırılmalı; daha az cari inzibati xərclərlə vergi daxilolmalarının artırılması təmin olunmalı; büdcə gəlirlərinin proqnozlaşdırılması üçün real məlumat bazası formalaşdırılmalı; vergi ödəyicilərinin hüquqlarının qorunması gücləndirilməli; vergi borclarının tez aşkar edilməsində və ödənilməsində səmərəli hüquqiiqtisadi mexanizmlər və texnologiyalar tətbiq olunmalı; vergi bəyannamələrinin elektron formatda göndərilməsi və işlənilməsi təmin olunmalı; xidmət etikası standartlarına riayət edilməsi təmin olunmalı; korrupsiya risklərini ifşa edən mexanizmlər, prosedurlar tətbiq olunmalıdır və s.

Vergi siyasətinin düzgün həyata keçirilməməsi isə bir sıra neqativ halların yaranmasına səbəb ola bilər. Belə ki, ölkə iqtisadiyyatı ilbəil iqtisadi böhrana doğru irəliləyər, bütün sahələrdə istehsalın artım tempi sürətlə aşağı düşməyə başlayar. Qeyridürüst vergi siyasəti inflyasiyaya əmtəələrin qyimətlərinin artmasına istehsala sərmayə qoyuluşunun azalmasına, vergidən yayınmanın geniş miqyas almasına, “gizli iqtisadiyyat”ın kütləvi xarakter almasına səbəb olar.

Müstəqilliyin ilk illərində respublikamızda vergi siyasətində bəzi səhvlərə yol verilmişdi. O vaxtkı vergi siyasəti elmi əsaslara söykənmirdi, dəyişən vəziyyətə, hadisələrə reaksiya vermək qabiliyyətində deyildi. Stratejikonseptual işləmələr yox idi, əsaslandırılmamış taktiki tədbirlər keçirilirdi, vergi siyasəti təsərrüfat həqiqətindən tam ayrılmışdı və s. Ümummilli lider Heydər Əliyev ikinci dəfə ali hakimiyyətə qayıdandan sonra həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkədə iqtisadiyyatın bütün sahələrində genişmiqyaslı islahatların aparılması təmin edildi. Ulu öndərimizin layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyev müasir dövrdə Azərbaycan Respublikasının inkişaf xüsusiyyətləri şəraitində cari dövr perspektiv üçün ölkənin iqtisadi siyasətinin, o cümlədən, maliyyə–büdcə siyasətinin əsas istiqamətlərini müəyyənləşdirərkən, vergi xidmətinin də qarşısına çox mühüm tapşırıqlar qoymuşdur. Bu, dövlət idarəçiliyini müasir Avropa standartlarına uyğunlaşdırmaq istiqamətində təkmilləşdirmələrin aparılması, texnoloji baxımdan təkmil, vergi orqanları ilə vergi ödəyicilərinin arasında elektron əlaqələrin inkişafına, müasir kompyuterproqram təminatları, geniş təhlil bazasına malik informasiya sistemlərinin qurulmasına söykənən vergi xidmətinin qurulması idi.

Mütərəqqi prinsiplər nəzərə alınmaqla, bu vəzifənin öhdəsindən layiqincə gəlindi. Vergi sisteminin normativhüquqi bazasının yaradılması və vergi mədəniyyətinin formalaşdırılmasını; vergi ödəyicilərinin fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və onların hüquqlarının maksimum qorunmasını; vergi sisteminin idarəetmə orqanlarının fəaliyyətinin digər dövlət orqanlarının fəaliyyəti ilə əlaqələndirilməsini; dövlət vergi xidməti orqanları əməkdaşlarının fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasını, onların sosial müdafiəsinin təminini; inkişaf etmiş ölkələrin vergi sisteminin özünü doğrultmuş təcrübəsindən istifadəni ehtiva edən prinsiplə vergi sisteminin səmərəliliyini artırdı.

Müasir mərhələdə Azərbaycanda həyata keçirilən vergi siyasətinin məqsədi güclü dövlət büdcəsi yaratmaqla bərabər, ilk növbədə, əhalinin yaşayış tərzini yaxşılaşdırmaqdır. Bunun üçün sosial proqramın mərkəzi bəndi yaradıcılıq və yüksək keyfiyyətli əməyə şərait yaratmaqdır. Vergi siyasətində sosial müdafiəyə ehtiyacı olan təbəqələrin maddi durumu nəzərə alınır. Azərbaycanda həyata keçirilən vergi siyasəti, yaradılmış əlverişli vergi mühiti son illərdə xarici vergi ödəyicilərinin sayının artmasına, xarici investisiyaların iqtisadiyyatımıza axınının xeyli güclənməsinə səbəb olmuşdur.

Azərbaycanın vergilər sahəsində beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, dünya dövlətləri və maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində son illər mühüm işlər görülüb. Bu tədbirlər vergi qanunvericiliyinin təkmilləşdirilməsi və onun vahid hüquqi bazasının yaradılması, vergi inzibatçılığının səmərəliliyinin artırılması, vergi ödəyicilərinə xidmətin təşkili, vergi nəzarətinin gücləndirilməsi, vergidən yayınma hallarının minimuma endirilməsi, kadr potensialının bilik və bacarığının artırılmasına öz töhfəsini verib.

Araşdırmalar göstərir ki, Azərbaycanda keçid iqtisadiyyatlı ölkələrə uyğun olan vergi sisteminin formalaşması üçün dövlətin iqtisadi siyasətinin tərkib hissəsi olan vergi islahatlarının aşağıdakı başlıca prinsiplərə əsaslanması təklif olunur: ümumi məqsədyönlülük, yəni vergi sisteminin qurulmasında və səmərəliliyinin yüksəldilməsində onun iqtisadi inkişafa məcmu təsirindən çıxış edilməsi; sadəlik, yəni vergilərin müəyyən edilməsi və onların yığılması sahəsində hər cür bürokratik maneələrin aradan qaldırılması və müəssisələrin hesabat bölmələrinin işindəki gərginliyin azaldılması; fiksal səmərəlilik, yəni dövlətin və vergi ödəyicilərinin vergilərin yığılması ilə bağlı xərclərin vergi daxilolmalarından dəfələrlə az olması; vergiləri ödəməkdən yayınma meyillərinə sədd çəkilməsi, yəni buya digər verginin tətbiqi və yığılması qaydalarının qarşısının alınması üçün müvafiq normativhüquqi bazanın yaradılması və tətbiqi; universallıq, yəni vergi dərəcələrinin və gəlirlərinin bölüşdürülməsi normativlərinin maksimum universallığının təmin edilməsi, müxtəlif kateqoriyalı vergi ödəyicilərinə, sahələrə və fəaliyyət növlərinə vergitutma məqsədilə yanaşma müxtəlifliyinin təmin edilməsi və s.

Azərbaycanda dövlətin vergi siyasətində artıq bu prinsiplərdə ehtiva olunanlar nəzərə alınmış və bəhrəsini verməkdədir. Əminliklə qeyd etmək olar ki, qlobal iqtisadi böhranın Azərbaycana təsirinin azaldılmasında dürüst vergi siyasətinin həyata keçirilməsinin də əhəmiyyətli rolu olmuşdur. Düşünürəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uzunmüddətli Yeni Quruculuq Siyasətinə uyğun olaraq, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ətrafında gedən müzakirələrdə vergi siyasətimizin təkcə Azərbaycan cəmiyyətinin deyil, həm də qloballaşan dünyanın tendensiyaları ilə uzlaşması variantları da götürqoy edilməlidir.

 

Elxan HƏSƏNOV,

Azərbaycan Dövlət İqtisad

Universitetinin magistri.

 

Respublika.- 2012.- 2 dekabr.- S. 5.