Özəl sektorun inkişafı ölkə
iqtisadiyyatını gücləndirir
Uğurlu iqtisadi və siyasi
islahatlar Azərbaycanın həm də
beynəlxalq aləmdə nüfuzunun
gündən–günə artmasına, əhalinin rifah halının yaxşılaşmasına
səbəb olmuşdur. Ölkə
iqtisadiyyatına qoyulan sərmayələrin
həcmi ildən–ilə artır. Sərmayələrin yarıdan çoxu
daxili investisiyaların payına düşür.
Prezident İlham Əliyevin iqtisadiyyatın və biznesin genişləndirilməsinə daim diqqəti və qayğısı iş adamlarını daha da ruhlandırır.
İnvestisiya layihələrində uğurla iştirak edən özəl sektorun Azərbaycan iqtisadiyyatına böyük marağı vardır. Cari ilin doqquz ayı ərzində ölkə iqtisadiyyatına 16 milyard dollar sərmayə qoyulmuşdur. Bu, yürüdülən siyasi kursun bəhrəsidir.
Respublikamızın bütün bölgələri ilə yanaşı, Bakı şəhərində də böyük quruculuq və abadhq işləri aparılır. Yeni parklar, istirahət zonaları salınır. İnsanların rahatlığı üçün çox böyük işlər görülür. Şəhərimizin gözəlləşməsi və yeni tikilən binaların fasadının bəzədilməsində əməyi olan qurumlardan biri də “Glass House” şirkətidir. On iki il əvvəl dünyanın müxtəlif ölkələrinin tanınmış şüşə və güzgü istehsalçılarının məhsullarının ölkəmizə idxalı ilə fəaliyyətə başlayan “Glass House” MMC Azərbaycanın inşaat bazarının şüşə sektorunda fəaliyyət göstərən ilk şirkətlərdəndir. Bu qurum 2005–ci ildə özünün ilk istehsalına satin (mat) və dekorativ şüşələrin hazırlanması ilə başlamışdır.
Hazırda dünyada və ölkəmizdə həyata keçirilən layihələrin əksəriyyətinin “hi–tesh” üslubunda olması binaların fasadlarında şüşə elementlərdən yetərincə istifadə edilməsinə gətirib çıxarır. Bu zaman binaların qızdırılması və soyudulması böyük həcmdə enerji və maddi vəsait tələb edir. Təbiətə buraxılan qazlar ekologiyaya ciddi ziyan vurur.
Mütəxəssislərin hesablamalarına görə, tikililərdən, binalardan, yaşayış evlərindən itirilən istilik enerjisinin 45 faizi pəncərələrin, 30 faizi divarların, 14 faizi damın, 11 faizi isə döşəmənin payına düşür.
“Glass House” şirkəti enerjiyə qənaət və ətraf mühitə vurulan ziyanların azaldılması məqsədi ilə emissivitenti daha aşağı olan bərk örtüklü (K–şüşə) və yumşaq örtüklü (İ–şüşə) aşağı emissiyali şüşələrdən istifadə etməklə günəşqoruyucu, enerjiqoruyucu və digər coxfunksiyalı şüşə paketlər istehsal edir. Həmçinin şüşə paketlərdə şüşələr arasındakı kameraya adi hava əvəzinə istilik keçiriciliyi daha aşağı olan arqon qazı vurulur ki, bu da öz növbəsində istiliyin daha çox qorunmasına səbəb olur.
2007–ci ildə tikinti və arxitekturada şüşə emalına olan tələbatı nəzərə alaraq Finlandiyanın “Glaston Finland” və İtaliyanın “Glaston İtalia” şirkətindən beynəlxalq standartlara tam cavab verən yüksək keyfiyyətli temper xəttini və müxtəlif çeşidli digər avadanlıqları əldə edərək müştərilərinə yeni məhsullar təqdim etdi.
2010–cu ildə “Glass House” Azərbaycanda analoqu olmayan, dünya üzrə məşhur İtaliyanın “Bovone” və “Maroso” şirkətlərinin istehsalı olan laminat şüşə xəttini quraşdıraraq çoxlaylı laminat şüşələrin istehsalına başladı.
2011–ci ildə isə Almaniyanın “Bystronic–Lenhard” şirkətinin müxtəlif növ çoxfunksiyalı şüşə paketlər istehsal edən tam avtomatik paketləmə xətti istismara verilmişdir. “Glass House” peşəkar kadrları və innovasiyalara asan uyğunlaşan texnoloji qüvvəsi ilə şüşə və şüşə emalı sahəsində ixtisaslaşmış şirkətlərdən biridir. Yalnız düzgün texnologiyaya malik istehsalatın və peşəkar mütəxəssislərin köməyi ilə yüksək keyfiyyətli dünya standartlarına uyğun məhsullar istehsal etmək mümkündür. Fəaliyyətimizdə əsas hədəflərimiz aşağıdakılardır:
–keyfiyyətli və təhlükəsizlik standartlarına uyğun məhsullar istehsal etmək;
–işçilərin hazırlığına və təhsilinə böyük önəm verərək sektorda rəqabət gücünü artırmaq, yeni texnologiyalardan istifadə edərək ətraf mühitə vurulan ziyanı minimuma endirmək, istehsalcı şirkətlərlə uzunmüddətli əməkdaşlıqlara nail olmaq, standartlara tam cavab verən məhsul istehsal etmək, məşğul olduğumuz sahə üzrə elmi–tədqiqat işlərinə və araşdırmalara daim önəm vermək fəaliyyətimizin əsas hədəfləridir.
“Glass House” şirkəti hazırda təhlükəsiz temperli, çoxlaylı laminat şüşələr, enerjiqoruyucu, günəş şüalarını əks etdirən, iki kameralı, səs izolyasiyalı, çoxfunksiyalı şüşə paketlər, satin və dekorativ şüşələr, vitraj şüşələrin istehsalı, qumlama və şüşələrin emalı ilə məşğul olur.
Temperli şüşələrin zərbəyə davamlılığı adi şüşədən 6–7 dəfə çoxdur və istiyə davamlıdır. Eyni zamanda belə şüşələr əyilməyə dözümlüdür. Məhz bu xüsusiyyətlərinə görə temperli şüşələrdən eksteryer və interyer işlərində, tək–qat şüşələnmədə, şüşə paketlərin və çoxlaylı laminat şüşələrin hazırlanmasında geniş istifadə olunur.
Təhlükəsizliyi təmin etmək üçün inşaatda, gülləkeçirməz, zərbəyə davamlı, xüsusi zirehli şüşələrdən də istifadə olunur. Belə şüşələr, silahlı basqından, zərbədən, vandalizmdən müdafiə məqsədi ilə hazırlanır. Zirehli şüşələrdən ticarət obyektlərində, banklarda, mağazalarda, vacib obyektlərin mühafizə postlarında, polis idarələrində və sair yerlərdə istifadə olunur. “Glass House” şirkəti müştərilərinə yüksək keyfiyyətli gülləkeçirməz, zərbəyə davamlı və zirehli şüşələr təklif edir.
Bu gün artıq “Glass–House” əldə etdiyi müasir Avropa avadanlıqlarının və təcrübəli mütəxəssislərinin köməyi ilə, günəş şüalarını əks etdirən, istilik enerjisini qoruyan, təhlükəsiz, səs izolyasiyalı və başqa digər xassələri özündə birləşdirən müxtəlif növ çoxfunksiyalı şüşə paketlər istehsal edir. Həmin şüşələr hazırlanarkən istilik izolyasiyasını artırmaqdan ötrü enerjiqoruyucu LOW–E şüşələrindən istifadə olunur və şüşə paketlərin arasına arqon qazı vurulur. Belə çoxfunksiyalı şüşə paketlər yay mövsümündə günəş şüalarını əks etdirərək mənzil və ofisləri qızmağa qoymur, soyuq aylarda isə əksinə, qızdırıcı vasitələrdən ayrılan istilik şüalarını geri qaytarmaqla enerji itkisinin qarşısını alır. Bununla da 80–90 faiz enerji itgisinin qarşısı alınır, eyni zamanda komfort, rahat bir şərait yaranır.
Şirkətin yüksək keyfiyyətli məhsullarından biri olan vitraj şüşələr özündə incəsənətin və memarlığın vəhdətini təşkil edir. Bu şüşələrin hazırlanması üçün şüşənin səthinə qara və ya rəngli konturlarla dekorativ təsvirin silueti çəkilir. 24 saat quruduqdan sonra həmin konturların arasındakı sahələr təsvirə uyğun olaraq rənglənir. 150–dən artıq müxtəlif standart rənglərin olması və həmçinin istənilən rəngin hazırlana bilməsi təsvirin rəngarəng alınmasında mühüm əhəmiyyət kəsb edir.
Şirkətimiz İtaliya və Finlandiyanın müştərək “Glaston” fırmasının istehsal etdiyi CNC (avtomatik) kəsmə xəttində şüşə lövhələrdən düz və ya müxtəlif formalı kəsimlər təklif edir. Kəsmə zamanı ən sərt mineral olaraq yüksək keyfıyyətli almazdan və sındırma prosesində gözlə görünməyən çatların və çapıqların qarşısını almaq üçün xüsusi texniki xüsusiyyətləri olan uçucu kəsim yağından istifadə olunur. Kəskinliyi aradan qaldırmaq üçün şüşənin kənarına 45 və 90 bucaq altında xüsusi rodaj və polirovka daşları ilə təmas olunur ki, nəticədə tam cilalanmış, müxtəlif formalı, təhlükəsiz səthlər əldə etmək olur.
Şirkətin istehsal sahəsində İtaliyanın “Z.Bavelloni” şirkətinin istehsalı olan şaquli, əyrixətli və iki tərəfli rodaj avadanlıqlarından istifadə olunur. Şüşələri dekorativ və konstruktiv bərkitmə üçün onların üzərində müxtəlif ölçülü dəliklər açılır.
Şüşələrə müxtəlif aksessuarların bağlanıla bilməsi üçün, eləcə də şüşə səthinə perpendikulyar şəkildə hər hansı vasitənin yerləşdirilməsi üçün şüşə üzərində daxildən kəsmə qaçılmazdır. Belə kəsmələr CNC avadanlıqlarla aparıldığı üçün qəbul olunmuş eskizlərə tam uyğun hazırlanır.
Fəaliyyətə başladığı gündən “Glass House” şirkətinin nailiyyətlərinin ən başlıcası müştərilərə yaratdığı potensial imkanlar, dünya standartlarına uyğun istehsal etdiyi məhsullar, peşəkar, təcrübəli kadrlardır. Şirkət 1 mart 2010–cu ildə Parisdə biznes sahəsində əldə etdiyi nailiyyətlərə görə “Keyfiyyət üzrə Avropa Qızıl Mükafatı” (Yeni Minillik Mükafatı) ilə təltif edilmişdir. Mükafat “Ticarət Liderləri Klubu” təşkilatı və “OFİS” nəşriyyatı tərəfindən verilmişdir.
Həmin il martın 29–da isə Berlində şirkət “Mükəmməllik və Qüsursuz” İcrasına Görə”, “Otherays Management Association Club” tərəfindən ümumdünya mükafatı ilə təltif edilmişdir.
Bundan başqa, 24 aprel 2012–ci ildə şirkət şüşə emalı sahəsində əldə etdiyi nailiyyətlərə görə, İqtisadiyyat və biznes sahəsində “Consulting&Business” jurnalının təsis etdiyi “UGUR” Milli Mükafatına layiq görülüb.
Əlbəttə, əldə
edilən uğurlar, şirkətin beynəlxalq
arenada tanınması ilk
növbədə kollektivin səmərəli
fəaliyyətinin, gərgin əməyinin nəticəsidir.
İnanırıq ki, Azərbaycanda iş adamlarına yaradılan şərait,
investisiyaların dövlət səviyyəsində dəstəklənməsi,
eləcə də ölkəmizin iqtisadi
qüdrətinin artması gələcəkdə özəl sektorun daha da
inkişafına təkan verəcək.
Yalçın Əliyev,
“GLASS HOUSE” şirkətinin
direktoru.
Respublika.- 2012.- 2 dekabr.- S. 3.