| İpək zəriflik və gözəllik rəmzidir

 

Bu ilin sentyabr ayında ölkə regionlarına səfəri çərçivəsində Şəkidə olan dövlətimizin başçısı cənab İlham Əliyev şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə burada son vaxtlarda aparılan işləri yüksək dəyərləndirmiş, milli memarlıq üslubunun qorunub saxlanmasını yüksək qiymətləndirərək demişdir: “Şəkinin çox füsunkar, özünəməxsus gözəlliyi vardır. Gözəl, qədim şəhərdir. Heç bir şəhərə bənzəmir. Ona görə burada bütün quruculuq, abadlıq işləri bax bu üslubda aparılmalıdır. İndi təmir edilən binalar, onların fasadlarını, dam örtüklərini, döşəmələrini, hasarları nə varsa hamısını, görürəm ki, qədim Şəki üslubdadır”.

 

Bu yüksək qiymətinə cavab olaraq şəhər icra hakimiyyəti başçısının rəhbərliyi ilə qədim Şəkinin daha da gözəlləşməsi istiqamətində görülən işlər səngimək bilmir.

Artıq bura öz gözəlliyi ilə nəinki ölkə vətəndaşlarını, həmçinin xarici qonaqları da özünə daha çox cəlb etməyə başlamışdır.

Bu gün Şəki Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilmişdir. Şəkidə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülmüş, müasir tipli istirahət mərkəzləri, yeni otellər istifadəyə verilmişdir.

Bu il Şəkiyə gələn turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfə artmışdır. Ölkəmizin başçısı cənab İlham Əliyevin Şəkiyə səfəri zamanı məcburi köçkünlərlə və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə söylədiyi “Şəki turizm mərkəzidir.

Şəki nəinki Azərbaycanın, bölgənin və dünyanın turizm mərkəzinə çevrilməlidir” deməsi bu sahənin daha da inkişaf etdirilməsi üçün bir stimul olmuşdur.

Bu yaxınlarda Şəkinin qonağı olan Qırğızıstanın keçmiş prezidenti Roza Otunbayeva, ABŞ–ın ölkəmizdəki səfiri Riçard Morninqstar, ikinci Bakı Beynəlxalq Hümanitar Forumunun, həmçinin Diplomatik Akademiyanın Bakıda keçirilən 40–cı Forumunun iştirakçıları da Şəkinin geniş turzm potensialına malik olduğunu bildirmiş və bu şəhərdən xoş təəssüratla ayrılmışlar.

Şəkini tarixən də özünə cəlb edən, buranı, gəlməli–görməli bir məkana çevirən bir tərəfdən gözəl təbiəti, özünəməxsus gözəlliyi, qədim tarixi abidələri olmuşdursa, digər tərəfdən adı dillər əzbəri olan ipəyi və sənətkarlığı da mühüm əhəmiyyət kəsb etmişdir.

İpəkçilik şəkilinin tarixi məşğuliyyəti, ad–sanı, söhrəti, həmçinin ruzi payı olmuşdur.

Orta əsrlərdə Şəki Yaxın və Orta Şərqin ən mühüm ipək istehsal edən mərkəzlərindən biri kimi şöhrət tapmışdır. Şəki ipəyi dünya ticarətində ən qiymətli xammal hesab olunurdu.

İpəkçiliyin inkişafı bu qədim və gözəl şəhəri böyük karvan yolları ilə birləşdirmiş, yeniyeni karvansarayların tikilməsinə, körpülərin salınmasına, ticarətin və sənətkarlığın inkişafına, bir sözlə, şəhər həyatının canlanmasına səbəb olmuşdur. İpək almaq adıyla Şəkiyə gələn tacirlər əsasən Yaxın və Orta Şərq ölkələrindən, eyni zamanda İtaliya, Fransa, İngiltərə, Çin, Hindistan, Suriya, Rusiya, Yunanıstandan idilər.

1998–ci ildə təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulanBöyük İpək yolu” ideyası da məhz bu xeyirxah münasibətlərin formalaşmasına xidmət edirdi.

Bərpa olunan Yeni Böyük İpək Yolu respublikamızın siyasi, iqtisadisosial həyatına əsaslı şəkildə təsir göstərmiş, həmçinin turizmin inkişafına kömək etmişdir.

İpək sənayesinin flaqmanı sayılan ölkəmizdə “Şəki–İpək” ASC ulu öndərimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra öz işini bərpa etdi. 2001–ci ildən başlayaraq ipəkçiliyin inkişafı və müəssisənin əvvəlki şöhrətinin bərpası işinə başlanıldı.

Bu gün çoxsaylı insanların, ipəkçilik sahəsində böyük səriştə qazanmış mütəxəssislərin çalışdığı səhmdar cəmiyyətin kollektivi əvvəlki şöhrətini qaytarmaq üçün var qüvvəsini sərf edir. Böyük tarixi keçmişə malik müəssisə hələ 1829–cu ildə Şəkidə işə salınmış ipəksarıma fabriki manufaktura tipli təşkilat olmuşdur. XIX əsrdə bütün cənubi Qafqazdan ixrac olunan barama və ipəyin üçdə iki hissəsini Nuxa qəzası verirdi.

1852–ci ildə Şəkidə istehsal olunan ipək sap Londonda ən yüksək qiymətə satılmışdı. Fransa tacirləri təkcə bir ildə Şəkidən gümüş pulla 250 min manatlıq ipək almışdılar.

XX əsrin əvvələrində Şəki Rusiya ipək sənayesinin ən iri mərkəzlərindən biri oldu.

“Azərbaycanın Lionu” adlandırılan Şəkinin ipək fabriklərinin əksəriyyəti texnikanın son nailiyyətləri ilə qurulmuşdu. 1931–ci ildə Şəkidə işə salınmış ipək kombinatı SSRİ–nin ən iri ipək sənayesi müəssisələrindən biri idi.

XX əsrin sonunda Şəkidə keçmiş Sovetlər İttifaqının 75 müəssisəsinə ipək parça, 84 müəssisəyə isə ipək sap göndərilirdi. Şəki ipəyinin hazırlanan parçalar İsveçrəyə, Yaponiyaya, İtaliyayabaşqa ölkələrə ixrac olunurdu. Leypsiq, Dəməşq, Poznan, Zaqreb, Plovdiv, Yeni Dehli şəhərlərində keçirilən beynəlxalq yarmarkalarda Şəki ipəyi ən yüksək mükafat almışdır.

Lakin sonralar baş verən məlum hadisələr, iqtisadi münasibətlərin qırılması ilə nəticələndi, müəssisə naşı adamların ucbatından xeyli ziyan çəkdi. Madditexniki bazanın dağıdılması, xüsusən də bölgələrdə ipəkçilik üçün ən vacib şərt olan yeni bazasının–tut bağlarının məhv edilməsi öz açı nəticəsini verdi.

Öz işini tamamilə dayandırmış rayon üçün böyük önəm kəsb edən bu strateji müəssisənin yenidən dirçəldilməsi xalqımızın böyük oğlu Heydər Əliyevin gərgin əməyi nəticəsində mümkün oldu. Bu gün ipəkçiliyin inkişaf etdirilməsi, xüsusən madditexniki bazanın yaradılması üçün “Şəki–İpək” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi xeyli görür. Xüsusən vaxtilə barama istehsalında böyük adsan qazanmış rayonlarla əlaqələrin bərpa edilməsi istiqamətində tədbirlər həyata keçirilməkdədir.

Bu gün səhmdar cəmiyyətin bütün istehsal sahələrində yenidənqurma, abadlıq işləri aparılmış köhnə avadanlıqlar əsaslı təmir olunmuş, bəziləri isə yeniləri ilə əvəz edilmişdir. Bütün istehsalat sahələrində fəaliyyət qismən bərpa olunmuşdur.

Baramaaçan istehsalatında mexaniki baramaaçan dəzgahları çıxarılaraq, avtomat baramaaçan dəzgahları ilə əvəz edilmişdir. İllik istehsal gücü 2600 ton olan İsveçin Rieter firmasının istehsal etdiyi pambıqəyirici avadanlıqlar quraşdırılmış və işə salınmışdır. Boyaq–bəzək istehsalatında Hollandiyanın Shtork firmasına məxsus dairəvi gül vuran maşın əsaslı təmir edilmişgüllü parça istehsalı bərpa olunmuşdur.

2012–ci ilin ötən dövrü ərzində müəssisədə 3982 min manatlıq məhsul istehsal olunmuş, 1242 min manatlıq satılmışdır.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının regionlarının sosialiqtisadi inkişafı Dövlət Proqramı”nın yerinə yetirilməsi istiqamətində görülən işlərin həyata keçirilməsi, işsizliyin aradan qaldırılması və yeni yerlərinin açılması məqsədi ilə müəssisədə müasir standartlara cavab verən xarici texnoloji avadanlıqlar quraşdırılmış, hazırda müəssisənin texniki cəhətdən yenidən qurulması işi davam etdirilməkdədir.

Respublikamızda ipəkçilik sənayesinin bərpası və gələcək inkişafının təmin olunması, yem bazasının möhkəmlənməsi, barama istehsalının artırılması məqsədilə “Şəki–İpək” ASC tərəfindən bir sıra tədbirlər həyata keçirilmiş, bu məqsədlə konsepsiya hazırlanaraq respublika rəhbərliyinə təqdim edilmişdir.

Lakin respublikamızın bir sıra kütləvi informasiya vasitələri tərəfindən 25 noyabrda guya “Şəki–İpək” kombinatının barama anbarında yanğın baş verməsi ilə əlaqədar dəqiqləşdirilməmiş səhv məlumatın verilməsidir.

Adıçəkilən barama anbarı 1999–cu ilədək “Şəki–İpək” şirkətinin 2 –li filialı kimi fəaliyyət göstərmiş, 2006–cı ildən 2 –li filial özəlləşmiş və “Röya” icarə müəssisə kimi bugün də sahibkarlıq subyektidir.

Bu müəssisənin “Şəki–İpək” ASC–yə heç bir aidiyyəti yoxdur.

Dürüst olmayan məlumatın efirlərə verilərək yayılması təəssüf doğurur. Kollektivin hər bir üzvü təmizlik, zəriflik simvolu olan ipəyin əvvəlki şöhrətini qaytarmaqla ölkəmizdə iqtisadi dirçəlişə öz töhfəsini vermək üçün böyük fəallıq göstərir.

 

İlham PƏNAHOV,

 

Respublika.- 2012.- 4 dekabr.- S. 5.