Azərbaycanın iqtisadi potensialı və siyasi nüfuzu artır

 

Hər bir ölkənin siyasi nüfuzu onun iqtisadi qüdrətinin səviyyəsi ilə sıx bağlıdır. Beynəlxalq əməkdaşlığın genişlənməsi isə iqtisadi inkişafda son dərəcə mühüm şərtdir. Çünki heç bir dövlət təcrid olunmuş şəkildə inkişaf edə bilməz. Qarşılıqlı maraqları təmin edən inteqrasiya vacib şərtdir. Əgər biz Azərbaycan dövlətinin yürütdüyü siyasətin mahiyyətinə varsaq, həm daxili, həm də xarici sahədə fəaliyyətdə birbirini tamamlayan vəhdətliyin şahidi olarıq.

 

Respublikamız dünyada sürətlə inkişaf edən, perspektivli ölkələr sırasındadır. Dövlət hər bir sahəyə dair konkret, düşünülmüş, gələcəyə istiqamətlənmiş müvafiq proqramları icra edirbunun nəticəsdir ki, ölkəmiz müstəqilliyini bərpa etdiyi 21 il ərzində çox böyük sosialiqtisadi nəticələr əldə edib. İqtisadiyyatımız 3 dəfə artıb. Diqqətəlayiq cəhət odur ki, bu artım həm də dövlətin maliyyə vəsaitinin də mütəmadi surətdə artmasına gətirib çıxarır. 2012–ci ilin doqquz ayında dövlət büdcəsinə 12521 milyon manat daxil olmuş, büdcədən müxtəlif sosialiqtisadi tədbirlərin maliyyələşdirilməsinə 110742 milyon manat xərclənmişdir. Büdcə gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,4 faizya 3.542,1 milyon manat, xərcləri isə 26,8 faiz, yəni 2.339,4 milyon manat artmışdır. Büdcənin profisiti ümumi daxili məhsulun 3,6 faizi səviyyəsində olmuşdur. Göründüyü kimi, həm büdcənin gəliri artır, həm də xərcləri. Həmin məbləğlər isə, öz növbəsində, iqtisadiyyatın davamlı surətdə inkişafına ayrılan vəsaitin 41,2 faiz artımına səbəb olmuşdur. Bu davamlı pozitiv proses dünya dövlətlərinin və nüfuzlu qurumların da daim diqqət mərkəzindədir.

Nazirlər Kabinetinin 2012–ci ilin doqquz ayının sosialiqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində dövlət başçısı əldə olunan sosialiqtisadi göstəriciləri qeyd etmişdir: “Dünyanın ən mötəbər iqtisadi qurumlarından biri olan Davos İqtisadi Forumunun hesablamalarına əsasən, makroiqtisadi sabitliyə görə Azərbaycan dünya miqyasında 18–ci yerdədir. Əlbəttə, bu, çox yüksək göstəricidir. Bu göstərici, əslində onu deyir ki, gələcək illərdə də bu sahədə sabitlik olacaqdır. Bu ilin inflyasiyası son illər ərzində ən aşağı səviyyədədir. Çalışmalıyıq ki, gələn ilinflyasiya riskləri minimuma endirilsin. Bunu təmin etmək üçün bizim əlimizdə kifayət qədər geniş mexanizmlər, vasitələr, alətlər vardır. Bu sahədə əldə edilmiş nəticələr xüsusi məna daşıyır. Çünki ölkə iqtisadiyyatına verilən maliyyə ildən–ilə artır”.

Ölkənin iqtisadi inkişaf modeli imkan verib ki, dövlət qlobal riskləri qarşılamaq üçün kifayət qədər geniş manevr imkanları qazansın. Bu gün dünyada hələ də davam edən qlobal iqtisadi və maliyyə böhranı şəraitində Azərbaycanın öz inkişafını davam etdirməsi məhz dövlətin tətbiq etdiyi iqtisadi modelin səmərəliliyinin nəticəsidir. Onu demək kifayətdir ki, beynəlxalq iqtisadi və maliyyə böhranı bir sıra Avropa dövlətlərini yüz milyarddan çox xarici borca salıb. Azərbaycanda isə dövlət borcu ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir. Ölkənin strateji valyuta ehtiyatları isə xarici dövlət borcunu 9 dəfə üstələyir. Qiymətlərin, milli valyutanın və bank sisteminin sabitliyinin təmin edilməsi sahəsində aparılan siyasət də çox uğurludur. Nəticədə ölkədə illik inflyasiya cəmi 1,5 faiz təşkil edib. Əməkhaqqının artım tempi inflyasiya tempini 7 faiz üstələyir. Bundan başqa, Avropada sosial xərclərə vəsait ayrılması azaldığı, işsizliyin artdığı bir şəraitdə yerləri və maaşlar da mütəmadi surətdə artır. Bu ilin on ayındakı göstəriciyə görə əhalinin 4665,3 min nəfəri qabiliyyətlidir. Onlardan 4421,5 min nəfəri əmək fəaliyyəti ilə təmin olunmuşdur. Bu müddətdə işsiz statusu verilmiş şəxslərin sayı 37,2 min nəfər təşkil etmişdir. İşsizliyə görə müavinətin orta məbləği 213,5 manat olmuşdur. Dövlət işsizliyin ləğvi, məşğulluğun səviyyəsinin daim artırılması üçün bütün lazımi addımları mütəmadi surətdə atır. Bu, müvafiq dövlət proqramları, fərman və sərəncamlara əsasən həyata keçirilir. Diqqətə çatdırmaq lazımdır ki, regionların sosialiqtisadi inkişafını əhatə edən ikinci Dövlət Proqramı icra edildiyi 2009–cu ildən bu il oktyabr ayının 1–dək olan müddətdə ümumən 332,7 min yeni yeri açılmışdır. Onun 252,3 mini daimi yerləridir. Bu ilin doqquz ayında 92 min yeni yeri açılmışdır ki, onun da 72,7 mini daimi yerləridir. Daimi yerlərinin 9,3 faizi yeni, 22,9 faizi mövcud, 0,5 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 67,3 faizi isə fiziki şəxslər tərəfindən yaradılıb.

Əhalinin gəliri 10 ayda 13,7 faiz artıb, aylıq orta əməkhaqqı isə 8,6 faiz çoxalaraq 388,2 manata çatıb. Sürətli sosialiqtisadi inkişaf, qarşılıqlı maraqları təmin edən beynəlxalq əməkdaşlıq ölkəmizin nüfuzunu daim yüksəltməkdədir. Bu imicin nəticəsidir ki, Azərbaycan artıq dünyada mühüm tədbirlər keçirilən beynəlxalq mərkəzə çevrilməkdədir. Bu günlərdə Bakıda Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının VII Baş Assambleyası keçirilmişdir. Tədbirdə 35 ölkədən 200–dən çox nümayəndə iştirak etmişdir. İki gün davam edən assambleyada mövzuAsiyada təhlükəsizlik, sülh və tərəfdaşlıq” idi. Qeyd etmək lazımdır ki, bu tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın həyatında çox mühüm bir hadisədir. Öz işini başa çatdıran İCAPP–ın VII Baş Assambleyasını III Qara dəniz Ticarət və İnvestisiya Forumu əvəz etmişdir. QİƏT üzvü olan ölkələrin 400–dək adamının iştirak etdiyi bu tədbir başa çatdıqdan sonra Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyası öz işinə başlamışdır. Keçirilən bütün tədbirlərdə əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin dərinləşməsinə və səmərəliliyinin artırılmasına diqqət çəkilib. Azərbaycan üzv olduğu təşkilatlarda fəal iştirakı ilə seçilir, ədalət və beynəlxalq normalar mövqeyindən çıxış edir. Buna görə də ölkəmizin səmərəli fəaliyyəti daim dünya ölkələrinin diqqət mərkəzindədir. Onu da demək vacibdir ki, Azərbaycan nümayəndələri bütün müvafiq tədbirlərdə ərazimizin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, Xocalı soyqırımı, bir milyondan artıq vətəndaşımızın qaçqın və köçkün düşdüyünü, təcavüz nəticəsində ölkəmizə vurulmuş ziyanın həcminin beynəlxalq qiymətləndirmə təşkilatları tərəfindən 300 milyard dollar həcmində dəyərləndirilməsini, işğalçıların BMT Təhlükəsizlik Şurasının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Şurasının, Qoşulmama hərəkatının və digər nüfuzlu beynəlxalq qurumların qətnamələrinə məhəl qoymadığını diqqətə çatdırırlar. Qeyd etmək lazımdır ki, Azərbaycanın ədalətli mövqeyi bu təşkilatlar tərəfindən, eləcə də orada qəbul edilən qətnamələrdə daim dəstəklənir. Azərbaycanın artan iqtisadi qüdrəti, yüksək siyasi nüfuzu, beynəlxalq hüquq normalarına əsaslanan ədalətli mövqeyi ərazi bütövlüyümüzün bərpa olunacağı günü daim yaxınlaşdırır. Azərbaycan həqiqi mənada müstəqil dövlətdir və onun yürütdüyü siyasət də müstəqildir. Azərbaycan tezliklə inkişaf etmiş ölkə səviyyəsinə çatmaq arzusundadır. Bunun üçün ölkəmiz öz siyasiiqtisadi əməkdaşlıq sərhədlərini fəal surətdə bütün qitələrdə genişləndirir. Dövlət başçısı Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasının iştirakçılarına müraciətində genişlənən əməkdaşığın mahiyyəti və Azərbaycan iqtisadi modeli barədə vurğulayıb: “Asiyada təhlükəsizlik, sülh və əməkdaşlıq mövzusuna həsr olunmuş bu tədbirin Bakıda keçirilməsi Azərbaycanın regionda artan nüfuzununona olan etimadın göstəricisidir. Qloballaşan dünyamızın müasir siyasi mənzərəsinin formalaşmasında Asiya regionu ölkələrinin rolu və əhəmiyyəti gündən–günə artır. Hazırda Asiya dünyanın iqtisadi mərkəzinə çevrilməkdədir. Aparıcı Asiya dövlətlərinin dinamik inkişafının kökündə dayanan yeni iqtisadi modellərin öz təsdiqini tapması dünya iqtisadi sisteminin əsas meyillərini təşkil edir. Müasirləşən Asiya zəngin mədəniyyəti, nəhəng iqtisadi potensialı və insan resursları ilə bəşəriyyətin gələcək taleyinin müəyyən edilməsinə böyük töhfə verir. Elə dövlət müstəqilliyinin 21–ci ildönümünü böyük iqtisadisosial yüksəlişlə qeyd edən Azərbaycan da iqtisadi inkişafın “Azərbaycan modeliniyaratmağa nail olmuşdur”.

 

Ataş CƏBRAYILOV,

 

Respublika.- 2012.- 4 dekabr.- S. 1.