| “Həsən bəy Zərdabi” monoqrafiyasının yeni nəşri

 

Azərbaycanda ilk materialist təbiətşünaslıq elminin fövqündə dayanan, görkəmli maarifçi, “Əkinçi” ilə milli mətbuatımızın əsasını qoyan Həsən bəy Səlimbəy oğlu Zərdabinin (Məlikov) anadan olduğu gündən 170 illik bir tarix keçir. Ömrünün gənclik illərindən indiki dövrə qədər Zərdabinin yaradıcılığına bağlanmış görkəmli alim, fəlsəfə elmləri doktoru, professor İzzət Əşrəf oğlu Rüstəmov hələ 1969–cu ildə “Gənclik” nəşriyyatı tərəfindən buraxılmış Həsən bəy Zərdabi haqqında mononrafiyası ilə bu tarixi şəxsiyyətə hörmət və məhəbbətini bildirmişdir.

 

Bu yaxınlarda işıq üzü görən təkmilləşmiş “Həsən bəy Zərdabi” adlı yeni monoqrafiyasında professor İzzət Rüstəmov əvvəlki nəşrə əlavələr etmiş, milli mətbuatımızın əsasını qoymuş Həsən bəy Zərdabinin adına layiq monumental bir kitabı bizə təqdim etmişdir.

Müəllif monoqrafiyanın “Ön söz əvəzi”, “Giriş”, “Həsən bəy Zərdabi və mühiti”, “İctimaisiyasi görüşləri”, “Fəlsəfi görüşləri”, “Mövhumat və cəhalətə qarşı mübarizəsi”, “Etikestetik görüşləri” adlı 7 əsas bölməsində Həsən bəy Zərdabinin dünyagörüşü, onun dəqiq və humanitar elmlər sahəsindəki nailiyyətləri, fəlsəfi, dini, etikestetik görüşlərini bir daha ictimaiyyətin nəzərinə çatdırmağı zəruri hesab etmiş, yeni fikirlərini “Əlavələr” adlanan 8–ci bölmənin “Əkinçi” ilə bağlı paraqraflarında şərh etmişdir.

Tədqiqat işində Zərdabinin yaradıcılığı ilə bağlı oxucunun marağına səbəb olan sitatlar, bunların əsasında təhlil və şərhlər olduqca müfəssəl, canlı, aydın bir elmi dildə verilmişdir.

Professor İzzət Rüstəmov ötən əsrin 70–ci illərindən ta bu günədək Həsən bəy Zərdabi ilə bağlı araşdırılması vacib olan elmi–tədqiqat sahələrindən bir an belə kənarda qalmadığını öz sanballı məqalələri ilə təsdiq etmişdir. Tədqiqatçı monoqrafiyanın “Ön söz əvəzi”ndə Həsən bəy Zərdabinin yaradıcılığına müraciət edib onun ictimaisiyasi, ədəbi–bədii fikir tariximizlə bağlı düşüncələrini, praktikada həllini tapmış mülahizələrini, maarifçi ideyalarını, xalqı qəflətdən oyadan kəskin müraciətlərini, xitablarını şərh edən bir çox zərdabişünas ziyalıların əvəzsiz xidmətlərini qeyd emiş, Zərdabiyə həsr olunmuş onlarca müəllifin əsərlərinin adlarını çəkmişdir. Onların sırasında akademik Heydər Hüseynovun “XIX əsr Azərbaycan ictimaisiyasi və fəlsəfi fikir tarixindən” kitabı, Azərbaycan MEA–nın müxbir üzvi, fəlsəfə elmləri doktoru, professor Ziyəddin Göyüşovun bilavasitə elmi təşkilatçılığı ilə nəşr olunmuş Zərdabinin seçilmiş əsərləri, filologiya elmləri doktoru, professor Vilayət QuliyevinBöyük Əkinçi”, Cəlal Məmmədovun “Həsən bəy Zərdabi” adlı kitabları, tarix elmləri namizədi Esmira Cavadovanın “Sətirlərdə döyünən ürək” əsərini, Bakı Dövlət Univesitetinin professoru Şirməmməd Hüseynovun Zərdabinin elmi irsi və dünyagörüşü ilə bağlı məqalələrini göstərmək olar. Tanınmış tədqiqatçı alim eyni zamanda Azərbaycan milli mətbuatının 130 illiyi münasibətilə 2005–ci ildə “Adiloğlu” nəşriyyatında çap olunmuş “Həsən bəy Zərdabi və “Əkinçi” adlı maraqlı bir toplunun buraxılmasında Tahir Aydınoğlunun xidmətlirini, hüquq üzrə fəlsəfə doktoru Qəhrəman Behbudovun Həsən bəy Zərdabinin siyasihüquqi görüşləri haqqında müdafiə etdiyi namizədlik dissertasiyasını, kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru Eldəniz Həsənovun “Həsən bəy Zərdabi Azərbaycanda yer quruluşu elminintorpaq islahatlarının banisidir” adlı kitabını, nəhayət, şair Səttar Sərdablının Həsən bəy Zərdabi ilə bağlı Zərdab rayonunda keçirilən tədbirlərdə təşkilatçılığı və çıxışları ilə diqqəti cəlb edən xidmətlərini Həsən bəy Zərdabi ideya irsinə, onun daim təhlükələrlə üzləşdiyi qalmaqallı, həyəcanlı, lakin olduqca mənalı həyatına zəngin töhfə kimi dəyərləndirmişdir. Müəllif haqlı olaraq hesab edir ki, Həsən bəy Zərdabinin adının hər il mətbuat günü münasibətilə keçirilən tədbirlərdə, böyük konfranslarda xüsusi ehtiramla səslənməsinə baxmayaraq, hələ də onu dərindən tanımayan, əsərləri ilə tanış olmayan haqqında müfəssəl fikir yürüdə bilməyən ziyalılarımız az deyil. Onun fikrincə, hələ bir çoxları bilmir ki, Həsən bəy Zərdabinin “Bədəni salamat saxlamaq düstürul əməlidir”, “Torpaq, suhava”, “Ayın fəzalarının Yer üzərində üzvi həyata təsiri, Marsda insan yaşayırmı? Yeni ulduzlar”, “Həvassi–xəmsə” (Beş duyğu), “Gələcək haqqında bəd xəbərlər”, “İnsan bədəninin florası”, “Professor Meçnikovun yeni kəşfi”, “Sərxoşluğa qarşı peyvənd”, “Yalançı şəfavericilərimiz” və başqa qlobal mövzulu yazıları, mövhumat və cəhalətə qarşı mübarizəni alovlandıran “Əkinçi” qəzetindəki publisist qeydləri, “Keçmiş günlər”, “Ucqardan xəbərlər”, “Bizim türkəçarə həkimlər”, “Dildin”, “İbtidaiinsan”, “Yaşamaq uğrunda mübarizə”, “Bizim nəğmələrimiz” və başqa adlarda məqalələr toplusu olmuşdur (“Əkinçi”nin kiril əlifbasında 1979–cu ildən nəşrini elm aləmində böyük hadisə kimi qəbul edən tədqiqatçı İzzət Rüstəmov, bunun Azərbaycan maarifçiliyinin ictimaisiyasi, fəlsəfi, ədəbi fikir tarixini öyrənmək baxımından çox qiymətlil informasiya, məlumatlar toplusu olduğunu vurğulayır və müasirlərimizə, xüsusən gənclərə bu mənbəyə üz tutub ondan özləri və dövlətimiz üçün çox faydalı mənəvi dəyər kimi istifadə etməyi tövsiyə edir.

Monoqrafiyanın “Əlavələr” adlı 8–ci bölməsinə tədqiqatçının Həsən bəy Zərdabiyə həsr etdiyi elmi məqalələri daxil edilmişdir. Onlar aşağıdakılardır: “Zərdabi irsinin şah əsəri–”Əkinçi”, “Bir daha Zərdabi, bir daha “Əkinçi” haqqında”, “Həsən bəy Zərdabi görkəmli mütəfəkkir və publisist kimi”, “Yanıb–sönən, yenidən məşələ dönən “Əkinçi”, “Maarifçilik mədəniyyətimizin nadir incisi “Əkinçi” və “Azərbaycan maarifçilik mədəniyyətinin mayakı “Əkinçi”.

Tədqiqatçı “Əkinçi”də teztez işıqlandırılan elmül–əbdan (mənəvi elm) ilə elmül–ədyanın (dini elm) qarşılıqlı əlaqəsinə özünün münasibətini bildirir və əsaslandırır ki, Zərdabi bu iki məfhumla bağlı məsələnin, həm Qurani–Kərim, peyğəmbərimizin kəlamları, həm də özünün elmə olan dərin münasibətlərinin qarşılıqlı təhlilinə çox ustalıqla yanaşmışdır. Müəllif Zərdabinin kürəkəni Əlimərdan Bəy Topçubaşovun “Azərbaycanın mayakı” adlı xatirəsindən bəzi məqamları diqqətə çatdırmaqla bildirir ki, “Əkinçi”nin yaradılması Həsən bəyin öz xalqına pionercəsinə xidmət göstərməyinin kulminasiya nöqtəsi idi, “Əkinçi” Zərdabinin ucaltmış olduğu xilasedici bir mayakdır, şücaət və qəhrəmanlıqdır.

Təqdirəlayiq haldır ki, tədqiqatçı Zərdabinin təvəllüdü məsələsinə də müəyyən aydınlıq gətirir. O, vaxtilə tam araşdırılması mümkün olmayan bir çox arxiv və əlyazmalar fondundakı sənədlərə yenidən baxılmasını zəruri hesab edir və belə qənaətə gəlir ki, əldə doğum haqqında bir şəhadətnamənin olmaması hələ o demək deyil ki, Zərdabi 1842–ci ildə yox, 1837–ci ildə anadan olmuşdur. Lakin fakt budur ki, 1837–ci ili təsdiq edən sənəd hələ tapılmamışdır.

Monoqrafiyada Ə.Topçubaşovun çox yerində söylədiyi bir fıkir Həsən bəy Zərdabinin bütün həyatı və yaradıcılığına şamil olunur: Həsən bəy Zərdabi kimi nəhənglər əlahiddə götürülmüş bir fəaliyyət sahəsi ilə kifayətlənə bilməzdilər. Onlar bir çox fəaliyyət sahələrini öz yaradıcılıqlarında birləşdirmək zərurəti qarşısında qalmışdılar. Bu baxımdan monoqrafiyada Zərdabinin həm təbiət və darvinist alim, həm astronomcoğrafiyaşünas, həm də geoloqekoloq, həm jurnalistmüxbir, həm də maarifçipublisist kimi fəaliyyəti işıqlandırılır, onun azərbaycançılıq–türkçülük sahəsində böyük xidmətlər göstərmiş bir mütəfəkkir olaraq Azərbaycan dilinin saflığı uğrunda dönməz mübarizliyi və əzmkarlığı dəyərləndirilir.

Beləliklə, müəllifin uzun illər boyu Həsən bəy Zərdabi yaradıcılığına müntəzəm müraciət etməsi səbəbsiz olmamışdır. Bunu həm mətbuat tariximizlə, həm də zərdabişünas jurnalistlərin bu tarixdən faydalanıb cəsarət, hünər, dəyanət mücəssəməsi olan “Əkinçi”dən bir ənənəvi mayak kimi istifadə etmələri ilə əsaslandırmaq olar. Müəllifin fikrincə, zərdabişünaslar bu mayakın qaranlığı yarıb keçən gur işıqlarının şöləsi ilə irəliləməkdən zövq alırlar. Əgər bu gün zəruri məsələlərin həlli üçün Həsən bəy Zərdabi kimi əzmkarlıq nümayiş etdirilərsə, əldə edilən hər cür səmərəli nəticələr uzun illər yaddaşlarda dərin kök salaryaşayar.

Professor İzzət Rüstəmovun fikrini bir daha təsdiq edərək, qeyd etmək istəyirik ki, Bəhmənyar, Nəsirəddin Tusi, Yusif Qarabaği kimi dünya şöhrətli alim və filosofların, NizamiFüzuli kimi söz ustadlarının, Mirzə Fətəli Axundov kimi mütəfəkkir filosof realist dramaturqun adı ilə qırılmaz tellərlə bağlı qədim və zəngin Azərbaycan mədəniyyəti tarixində misilsiz xidmətləri olan, həyatı və yaradıcılığı ilə öz xalqının mədəni və elmi fikir intibahı tarixində silinməz izlər buraxıb getmiş görkəmli mütəfəkkir və ictimai xadimlər arasında şərəfli yerlərdən birini də Həsən bəy Zərdabi tutur

Tədqiqatçı obrazlı şəkildə qeyd edir ki, Həsən bəy Zərdabinin ideyalar aləminə, onun acılarla, şirinlərlə dolu dünyasına səyahət davam etdirilməlidir. Onun fikrincə, ilk növbədə Həsən bəy Zərdabinin rus dilindəki “Seçilmiş məqalələri və məktubları” Azərbaycan dilində tərcümə olunub nəşr edilməlidir. Bu zərdabişünaslığa böyük bir hədiyyə olardı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi barədə sərəncamı da bu işi zəruri edir.

Müəllif kitaba yazdığı ön sözü belə səmimi sözlərlə bitirir: Hesab edirəm kı, tələbkar oxucular çapa hazırladığım bu kitabla tanış olub, onu layiqincə qiymətləndirəcək və məni Zərdabinin həyat və yaradıcılığına həsr olunacaq ayrıca bir kitab yazmağa həvəsləndirəcəklər”.

Umid edirik ki, Həsən bəy Zərdabi ilə bağlı yeni tarixi faktlar, fikir və mülahizələrlə tamamlanmış bu monoqrafiya elmi ictimaiyyət, tədqiqatçı alimlər, müəllimlər və oxucular tərəfindən rəğbətlə qarşılanacaqdır.

Müasirimiz olan görkəmli tədqiqatçı–alim, professor İzzət Rüstəmov bu gün də gənclik ehtirası ilə yazıb–yaradır. Bizona möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.

 

Məmmədağa SƏRDAROV,

Əli İBRAHİMOV.

 

Respublika.- 2012.- 5 dekabr.- S. 7.