6 Dekabr Rabitə və İnformasiya Texnologiyaları sahəsi işçilərinin peşə bayramı günüdür

 

Müasir tələblər səviyyəsində

 

Azərbaycan rabitəsinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə informasiyakommunikasiya texnologiyalarının inkişafı, intibah dövrü Heydər Əliyevin 17 fevral 2003– il tarixdə imzaladığı “Azərbaycan Respublikasının inkişafı naminə İnformasiyaKommunikasiya Texnologiyaları (İKT) üzrə (2003–2012–ci illər) Milli Strategiyadan başladı. Ulu öndərimiz böyük uzaqgörənliklə bu sənəddə 10 ilə yaxın bir dövrdə müasir informasiya texnologiyalarının respublikamızda tətbiqi sahəsində əsas istiqamətləri müəyyənləşdirdi, müasir dövrün reallıqlarını nəzərə almaqla çevik idarəetməni təmin edəcək “elektron hökumət”inin yaradılmasını mühüm bir məsələ kimi ön plana çəkdi. Bu səbəbdəndir ki, hazırda ölkəmiz qlobal informasiya cəmiyyətinin qurulmasında öndə gedən ölkələrdəndir.

 

Bu gün Azərbaycanın iqtisadi inkişafına görə dünyada ön mövqelərdə dayandığı bir dövrdə ölkə rabitəsinin də dünya tələbləri səviyyəsinə çatdırılması, müasir, son dünya texnologiyalarının yerlərdə tətbiqi mühüm məsələ kimi ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və nəzarəti altındadır. Onun rəhbərliyi və qayğısı ilə son illər informasiyakommunikasiya texnologiyalarının Azərbaycanda müasir tələblərə uyğunlaşdırılması üçün zəruri islahatlar aparılmışdır. Möhtərəm Prezidentimiz İlham Əliyev XXI əsrdə İKT–nin inkişafı baxımından respublikamızın böyük uğurlar əldə edəcəyini bildirərək bu vacib sahəni Azərbaycanın iqtisadiyyatında prioritet sahə elan etmişdir. O qeyd etmişdir: “Dövlət siyasətinin prioritet istiqaməti olmaqla informasiyatelekommunikasiya texnologiyalarının inkişafına xüsusi əhəmiyyət verilməsi dünyanın bir çox biznes dairələrinin diqqətini böyük potensiala malik ölkə kimi Azərbaycana yönəltmişdir. Əminəm ki, bu istiqamətdə həm dövlət strukturlarının, həm də özəl sektorun beynəlxalq və regional səviyyədə əməkdaşlığı uğurlu olacaq, tezliklə öz səmərəli nəticələrini verəcək və informasiya cəmiyyətinin bərqərar olması yolunda yeni mərhələyə çevriləcəkdir”. Azərbaycan Prezidentinin məlum sərəncamı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılması və onun yeni Əsasnaməsinin təsdiqi, struktur dəyişikliklərinin aparılması, akademik Əli Abbasovun bu sahəyə nazir təyin olunması, onun bu mühümvacib sahəyə elmi yanaşma prinsipi əsasında rəhbərliyi islahatların vaxtında aparılmasına, bu sektorun dünya standartları səviyyəsinə çatdırılmasına möhkəm zəmin yaratdı. Son illər Azərbaycan rabitəsinin və informasiya texnologiyalarının inkişafı üçün irihəcmli layihələr uğurla həyata keçirilir.

Respublikamız öz müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə olduğu kimi poçt sektorunda da beynəlxalq əlaqələrin qurulmasına nail olunmuşdur. Bu gün Azərbaycan poçt müdiriyyəti ikitərəfli qaydada dünyanın bir çox ölkələrinin poçt rəhbərliyi ilə sıx əməkdaşlıq edir. Poçt İttifaqının yaradılması haqda müqavilə 1874– ildə İsveçrənin Bern şəhərində keçirilən beynəlxalq poçt konqresində imzalanmışdır. Bu ittifaqa üzv olan ölkələr qarşılıqlı poçt mübadiləsi və tranzit poçtun ittifaq ərazisində azad mübadiləsi (ötürülməsi) üçün vahid poçt ərazisini təşkil edirlər. Təsadüfi deyil ki, bu ittifaqın yaradılması beynəlxalq poçt mübadiləsinin həcminin artmasına böyük təkan vermişdir. Bu gün poçt infrastrukturunun yeni texnologiyalar əsasında modernləşdirilməsi, keyfiyyətli telekommunikasiya xidmətlərindən geniş istifadə mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə əvvəlki Dövlət Proqramının davamı olaraq 2010–2012–ci illəri əhatə edən yeni Dövlət Proqramı qəbul olunmuşdur. Bu yeni proqram hazırlanarkən dünya təcrübəsi öyrənilmiş, beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), Ümumdünya Poçt İttifaqının (ÜPİ) tövsiyələri və ölkəmizin sosialiqtisadi inkişaf səviyyəsi nəzərə alınmışdır. Bu proqramda poçt maliyyə və yeni, zamanın tələbindən irəli gələn xidmətlərin göstərilməsi nəzərdə tutulmuşdur.

Son illər Azərbaycan poçtu özünün sürətli tərəqqi dövrünü yaşayır, poçt xidmətlərinin keyfiyyəti beynəlxalq tələblərə cavab verir. Poçtun madditexniki imkanları genişləndirilmiş, xidmətin çeşidləri artmışdır. Bütün poçt şöbələrində artıq ənənəvi xidmətlərlə yanaşı, əlavə yeni xidmətlər göstərilir. 4 saylı poçt filialı Xəzər rayonu əhalisinə tam, Sabunçu və Suraxanı rayonlarının əhalisinə isə qismən poçt xidməti göstərir. Tabeçiliyimizdə 27 poçt şöbəsi, 5 agentlik fəaliyyət göstərir. Poçt şöbələrimizin hamısında əhaliyə keyfiyyətli poçt xidməti göstərilməsi üçün hər cür şərait yaradılıb. Şöbələr müasir texniki avadanlıqlarla təchiz olunub. Poçt şöbələrimizdə yeni xidmət növləri, bank əməliyyatları, sürətli pul köçürmələri, “WesterUio”, Elektron imza, yol polisinin cərimələri, avtomobillərin sığortası, valyuta mübadiləsi və digər yeni xidmətlər uğurla həyata keçirilir.

2012–ci ilin ötən dövründə Yeni Suraxanıda 50 saylı poçt şöbəsi tikilib istifadəyə verilib.

Neft Daşlarında fəaliyyət göstərən 64–68 saylı poçt şöbələrində isə bu ildən etibarən yeni bank–maliyyə xidmətləri həyata keçirilir. Poçt filialının kollektivi bütün əlamətdar bayramlarda qocaman rabitəçilərlə görüşlər təşkil edironlara müəyyən hədiyyələr verir. Əsgərlərə valideynlər tərəfindən müəyyən bağlamaların göndərilməsi işiuğurla yerinə yetirilir və valideynlərlə bu baxımdan mütəmadi əlaqələr saxlanılır. Əmək kollektivimiz “Azərpoçt” MMC–nin filial qarşısında qoyduğu illik plan–tapşırıqların vaxtından əvvəl yerinə yetirilməsi üçün bütün qüvvələrini səfərbər etmişdir. Çalışacağıq ki, bu işin öhdəsindən layiqincə gələk, “Azərpoçt” MMC–nin rəhbərliyinin bizə göstərdikləri etimadı doğruldaq.

 

Yaşar SEYİDOV,

 

“Azərpoçt” MMC–nin

4 saylı poçt filialının rəisi.

 

Respublika.- 2012.- 5 dekabr.- S. 7.