Azərbaycanın beynəlxalq mövqeləri möhkəmlənir

 

Qoşulmama Hərəkatının zirvə görüşündə 120 ölkə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız və yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair qətnamə qəbul etmişdir. Bu bizim növbəti böyük diplomatik uğurumuzdur.

1990–cı illərin əvvəllərində ulu öndər Heydər Əliyev tərəfindən başlanmış uğurlu xarici siyasət strategiyası bu gün Azərbaycanın inkişafında, beynəlxalq nüfuzunun artmasında çox mühüm rol oynayır. Azərbaycan bu strateji kursun hesabına ölkəni BMT və digər beynəlxalq formatlar çərçivəsində mühüm tərəfdaşa çevirmişdir.

 

Azərbaycanın Qoşulmama Hərəkatına yeni üzv olmasına baxmayaraq, yuxarıda sözügedən qətnamənin qəbul edilməsində 120 ölkənin dəstəyini qazanması da bu qurumun işində ölkəmizin fəaliyyətinin əhəmiyyətli olacağını təsdiqləyir. Azərbaycan üzv olduğu bütün təşkilatlarda fəal iştirak edir, milli maraqlarımızı qoruyurgötürdüyü öhdəlikləri yerinə yetirir. Azərbaycanın siyasəti üzv olduğu bütün beynəlxalq təşkilatlar müstəvisində xoşniyyətlidir, bütün sahələrdə əməkdaşlığın dərinləşməsinə yönəldilibdir.

2011–ci il oktyabrın 24–də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına 2012–2013– illər üçün qeyridaimi üzvlük üçün keçirilən seçkilərdə Azərbaycan Respublikasının 155 ölkənin dəstəyini qazanması həmin dövlətlərin respublikamıza olan yüksək etimadının göstəricisi idi. Belə ki, Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında bu mötəbər quruma qeyridaimi üzv seçilən ilk dövlət oldu. Azərbaycanın beynəlxalq aləmdə böyük uğurlar əldə etdiyini vurğulayan dövlətimizin başçısı bildirib ki, dövlətimiz BMT Təhlükəsizlik Şurasının iclaslarında fəaldır, prinsipial mövqe nümayiş etdirir, ədaləti və beynəlxalq hüququ müdafiə edir:Bizim mövqeyimiz böyük rəğbətlə və böyük hörmətlə qarşılanır. Çünki bir daha demək istəyirəm ki, biz ədaləti və beynəlxalq hüququ müdafiə edirik. Eyni zamanda, seçkilər zamanı bizə göstərilən dəstək artıq özünü digər formatlarda büruzə verir”.

ıBu yaxınlarda dünya ictimaiyyətinin diqqətinə təqdim olunan, hər il BMT tərəfindən hazırlanan “Regionalsubregional səviyyələrdə adi silahlara nəzarət” və “Regionalsubregional kontekstdə etimad quruculuğu tədbirləri” adlı hesabatlara əlavələrdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı ciddi şəkildə pislənib. Məlumat üçün bildirək ki, BMT Baş Assambleyasının qəbul etdiyi qətnamələr əsasında hazırlanan bu hesabatlarda dövlətlərin beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına verdikləri töhfələr öz əksini tapır. Azərbaycanla bağlı verilən məlumatda adi silahlara nəzarət və etimad quruculuğu tədbirləri sahəsində ölkəmizin üzərinə götürdüyü beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi istiqamətində müxtəlif səviyyələrdə davamlı fəaliyyət həyata keçirdiyi vurğulanır. Azərbaycanın BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq formatlar çərçivəsində tətbiq edilən müxtəlif mexanizmlərdə fəal iştirakı qeyd olunur. Bundan əlavə, Azərbaycanın tərəf olmadığı layihə və tədbirlərdə könüllülük əsasında iştirakı ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyin qorunması işinə dəyərli töhfəsi kimi qiymətləndirilir.

Sözügedən sənədlərdə regionalsubregional səviyyələrdə adi silahlara nəzarət və etimad quruculuğu tədbirlərinin effektiv şəkildə həyata keçirilməsinə mane olan amillər də diqqətdən kənarda qalmayıb. Belə ki, Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiaları, işğalçılıq və etnik təmizləmə siyasəti Cənubi Qafqazda adi silahlara nəzarət mexnizmlərinin tətbiqi yolunda əsas maneə kimi dəyərləndirilir. Bildirilir ki, Ermənistan hərbi gücdən istifadə edərək, Azərbaycanın ərazilərini işğal etməklə, orada azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasəti aparmaqlaona tabe olan separatçı rejim yaratmaqla üzərinə götürdüyü beynəlxalq hüquqi öhdəlikləri açıq şəkildə və kobudcasına pozur. Azərbaycanın ərazisi olan Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonun Ermənistan tərəfindən işğal edilməsi faktı beynəlxalq səviyyədə, o cümlədən BMT–nin Baş Assambleyası və Təhlükəsizlik Şurası tərəfindən tanınır.

Ermənistanın mütəmadi olaraq atəşkəsi pozması, təmas xəttinə yaxın ərazidə yaşayan dinc azərbaycanlı əhalini qətlə yetirməsi və mülki obyektləri atəşə tutması bu təcavüzkar dövlətin qeyrikonstruktiv mövqeyini bir daha ortaya qoyur.

Həmçinin adi silahlara nəzarət tədbirləri sahəsində Ermənistanın öz beynəlxalq öhdəliklərini davamlı olaraq pozması hüquqisiyasi cəhətdən və konkret faktlar əsasında təhlil edilir. Bundan əlavə, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirdiyi və beynəlxalq nəzarətdən kənarda qalan silah və hərbi texnikanın sayı, eləcə də beynəlxalq öhdəliklərə zidd şəkildə həyata keçirdiyi müxtəlif hərbi fəaliyyətlər barədə məlumat verilir.

Sənədlərdə vurğulanır ki, əgər Azərbaycanın beynəlxalq müstəvidə tanınmış ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulmasa, rəsmi Yerevan öz qonşularına münasibətdə ərazi iddiaları, işğalçılıq və etnik təmizləmə siyasətindən imtina etməsə, bölgədə sülh və sabitlikdən danışmaq mümkün deyil. Bu mənada Ermənistan qonşularının ərazi bütövlüyü və suverenliyinə hörmət göstərməlidir ki, Cənubi Qafqazda sülh və təhlükəsizlik təmin edilsin və hərtərəfli regional əməkdaşlıq mümkün olsun.

Göründüyü kimi, BMT və digər beynəlxalq formatlar çərçivəsində fəaliyyəti zamanı dövlətimiz davamlı şəkildə öz müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsinə çalışır. Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətin prioritet məsələsi olaraq qalır. Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi, aparılmış etnik təmizləmə siyasəti nəticəsində doğma yurd–yuvasından qovulmuş qaçqın və məcbiri köçkünlərimizin geri qaytarılması və ərazi bütövlüyünün təmin olunması xarici dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən əməkdaşlıq zamanı gündəlikdə duran müstəsna əhəmiyyətli məsələdir.

Bu sahədə diplomatik səylərin davam etdirildiyini, səfirliklərin və beynəlxalq təşkilatlardakı daimi nümayəndəliklərin bu istiqamətdə fəaliyyətinin məqsədyönlü olduğunu vurğulayan cənab İlham Əliyev bildirib ki, bu məsələ ilə bağlı Ermənistanın mövqeləri çox zəifdir, bizim mövqelərimiz isə çox güclüdür: “Biz bölgədə söz sahibiyikbundan sonra mövqeyimiz daha da möhkəm olacaqdır. Biz heç vaxt imkan verə bilmərik ki, Ermənistan hər hansı bir siyasi, iqtisadi, enerji, nəqliyyat layihəsinə qoşulsun. Biz onları təcrid etmişik, bunu gizlətmirik. Gələcəkdə də təcridetmə siyasətimiz davam etdirilməlidir. Bu, öz bəhrəsini verir. Əgər məsələni sülh yolu ilə həll etmək üçün bizə daim mesajlar göndərən tərəfdaşlar, doğrudan da, istəyirlər ki, bölgədə sülh olsun, Ermənistan işğal edilmiş torpaqlardan çıxmalıdır. Çünki əks təqdirdə məsələnin başqa yolla həll edilməsi istisna deyildir. Biz bunu heç vaxt istisna etməmişik, beynəlxalq hüquq bizə bu haqqı verir. Sadəcə olaraq, Azərbaycanın sülhsevər siyasəti, bölgədə gedən proseslərə artan məsuliyyəti və Azərbaycanın bölgədə artıq sabitləşdirici amil kimi çıxış etməsi bizi bu radikal addımlardan, hələ ki, çəkindirir. Ona görə də məsələnin tezliklə həlli hər tərəfin marağında olmalıdır”.

 

Şükür Əlizadə,

 

Respublika.- 2012.- 5 dekabr.- S. 1.