Təhsil islahatı uğurla həyata keçirilir

 

Respublikamızın müstəqillik yolunda inamla addımladığı indiki dövrdə cəmiyyətin hərəkətverici qüvvəsi olan təhsilin ictimaisosial əhəmiyyəti daha da artmışdır.

 

Təhsil cəmiyyətin gələcəyidir, buna görə də zaman keçdikcə təhsilimiz dövrün tələblərinə uyğun olaraq yeniləşməlidir” – deyən ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsil sistemi mütərəqqi yeniliklərlə müşayiət olunan mərhələsinə qədəm qoymuşdur. Dövlət başçısının uzaqgörən siyasəti və birbaşa rəhbərliyi ilə respublikamızda təhsil müəssisələri şəbəkəsinin daha da genişləndirilməsi, təhsil müəssisələrinin madditexniki bazasının möhkəmləndirilməsi istiqamətində görülmüş işlər, təhsil işçilərinə diqqət və qayğı bunun bariz nümunəsidir.

2012–ci ildə Qazax şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə şahmat məktəbi tikilib istifadəyə verilmişdir. Şahmat məktəbinin açılış mərasimində respublikamızın Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Son 8 ildə Heydər Əliyev fondunun dəstəyi ilə 4, dövlət büdcəsi hesabına isə 6 məktəb binası tikilib istifadəyə verilib.

Ötən müddət ərzində rayonun təhsil müəssisələrində təlim–tərbiyə işinin düzgün idarə olunması, yüksək nizam–intizamın yaradılması, Təhsil Nazirliyirayon icra hakimiyyətinin təhsillə bağlı əmr və sərəncamlarının vaxtında yerinə yetrilməsi kimi məsələlər ön plana çəkilmişdir.

Təhsil islahatının tələbləri baxımından ümumtəhsil məktəblərində ümumi icbari təhsilin həyata keçirilməsi, təhsildən yayınmanın qarşısının alınması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirilmişdir. Şagirdlərin dərs və məşğələlərə davamiyyətinə müntəzəm nəzarət edilmişdir. Rayon təhsil şöbəsi tərəfindən məktəblərdə reydlər keçirilmiş, nəticələri təhsil şurasında müzakirə edilmiş və məktəb rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Ötən dərs ilində yuxarı siniflərdə yeni təlim texnologiyalarının, İKT–nin təhsil sisteminə tətbiqinə, audiovizual dərsliklərdən istifadəyə diqqət artırılmışdır. Bu üsulu şagirdlərin imkan və bacarıqlarının üzə çıxarılmasında, təlimin keyfiyyətinin yüksəldilməsində stimul yaratmışdır.

Dərs ilində qabaqcıl müəllimlərin açıq və nümunəvi dərsləri təşkil edilmiş, müzakirəsi keçirilmişdir. Yeni dərs ilində də bu istiqamətə diqqət artırılacaqdır.

2011–2012–ci dərs ilində rayonun A.Salahlı kənd tam orta məktəbin “Şahin” hərbi idman komandası zona yarışlarında I yeri tutmuşfinala vəsiqə qazanmışdır.”Sərhəd” hərbi idman oyununda I Şıxlı kənd tam orta məktəbin komandası rayon üzrə I yeri tutaraq, zona yarışlarında iştirak etmiş və II yeri tutmuşdur. FHN–in Gəncə şəhərində təşkil etdiyi “Gənc xilasedici və yanğınsöndürən” yarışlarında məktəb–liseyin komandası zona üzrə 9 şəhər və rayon komandaları arasında III yeri tutmuşdur.

Respublika Prezidentinin 21 avqust 2004–cu ildə təsdiq etdiyi “Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin informasiyakommunikasiya texnologiyaları ilə təminatı” proqramının icrası ilə əlaqədar məktəblərə 400 ədəd yeni kompyuter dəsti, 16 ədəd notbukproyektor verilmişdir. Hazırda rayonun ümumtəhsil məktəblərində 27 şagirdə 1 kompyuter dəsti düşür. Ötən dərs ili məktəblərdə fizika, kimya, biologiya, Azərbaycan tarixi fənlərinin tədrisində audioviziual kasetlər və elektron dərsliklərdən geniş istifadə edilmişdir.

İl ərzində məktəblilərin fənn olimpiadalarını yüksək səviyyədə keçirmək, bu işi daha da təkmilləşdirmək, istedadlı şagirdləri üzə çıxarmaq, onların yaradıcılıq qabiliyyətini inkişaf etdirmək sahəsində müəyyən işlər görülüb həyata keçirilmişdir. 2011–ci ilin dekabrında fənn olimpiadalarının rayon turunda 350 nəfər IX–XI sinif şagirdləri iştirak etmişlər. 2012–ci ilin yanvar ayında olimpiadanın I turunda fərqlənən 105 nəfər II mərhələdə iştirak etmişdir. Onlardan 25 nəfəri I yer tutmuş, 8 nəfəri isə fənn olimpiadalarının respublika mərhələsinə vəsiqə qazanmışdır.

Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” mükafatlarının təsis edilməsi haqqında 04 sentyabr 2007–ci il tarixli 2373 nömrəli sərəncamına müvafiq olaraq “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində iştirak etmiş rayonun şəhər 3 saylı tam orta məktəbi müsabiqənin qalibi olmuş, 10000 manat pul mükafatı almışdır. Qazax rayon Xanlıqlar kənd tam orta məktəbin biologiya müəllimi Xatın Hüseynxanova “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş və 5000 manat pul mükafatı almışdır. Həmçinin bu tədris ilində Xatın Hüseynxanova “Tərəqqi” medalına layiq görülmüşdür.

Təhsil nazirinin əmri ilə Qazax RTŞ–nin metodisti Əli Süleymanov, məktəb–liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Rəhilə Əliyeva “Qabaqcıl təhsil işcisi” fəxri adına layiq görülmüşlər.

Ürkməzli kənd tam orta məktəbin VIII sinif şagirdi Eyyubova Aidə Yunis qızı Bakı şəhərində keçirilən inşa müsabiqəsində iştirak etmiş, onun yazı işi “Heydər Əliyev məktəblilərin gözü ilə” kitabında nəşr olunmuş, Təhsil Nazirliyinin fəxri fərmanını almışdır. Məktəb–liseyin IX sinif şagirdi İsmayıl Oruc oğlu Əhmədov “Azərpoçt” MMC–nin təşkil etdiyi inşa müsabiqəsində III yeri tutaraq pul mükafatı almışdır. Azərbaycanın görkəmli şairi M.Ə.Sabirin 150 illiyi ilə bağlı Bakı şəhərində keçirilən inşa müsabiqəsində Qazax şəhər 1 saylı tam orta məktəbin XI sinif şagirdi Bayramova Nərgiz Teymur qızı Təhsil Nazirliyinin tərifnaməsini almışdır. 2011–ci ilin oktyabr ayında ümumtəhsil məktəblərinin VI Spartakiadasının Respublika turunda Qazax rayon komandası III yeri tutmuşdur.

Təhsil Nazirliyinin “Kənd yerlərindəki ümumtəhsil məktəblərinə pedaqoji kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında” müvafiq əmrinin icrası daim diqqət mərkəzində olmuşdur. “Pedaqoji kadr təminatı üzrə İnkişaf Proqramı”na uyğun olaraq rayonun ucqar kənd məktəblərində işləyən 6 nəfər gənc müəllimə I və II istiqamətlər üzrə həvəsləndirmə tədbirləri şamil edilmişdir.

Təhsil sahəsində aparılan islahatların vacib tərkib hissələrindən biri də valideynlərin və ümumiyyətlə məktəb ətrafında formalaşmış ictimaiyyətin məktəb həyatında rolunu artırmaqdır.

Rayonda baxımsız, himayədənkənar qalmış, inkişafında qüsurlar olan uşaqlar aşkar edilərək qeydə alınmış, onların yerləşdirilməsi, tərbiyəsi, ümumi təhsil almaları üçün lazımi tədbirlər görülmüş, onlara sosialpsixoloji yardımlar göstərilmişdir. Uşaqların hüquqlarının müdafiəsi ilə bağlı “Yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi” üzrə RİHB Aparatı yanında komissiyanın üzvləri ilə birgə yoxlamalar aparılmış, nəticəsi geniş müzakirə edilmişdir.

Ötən il 43 nəfər sağlamlıq imkanları məhdud olan uşaqların evlərdə fərdi təhsilə cəlb edilməsinə və onlara aylıq dövlət müavinətlərinin vaxtında ödənilməsinə nəzarət gücləndirilmişdir. Onlardan 3 nəfər ümumi orta təhsil haqqında şəhadətnamə almışdır.

Məktəblərdə şagirdlərin dünyagörüşünün intellektual səviyyəsinin və psixoloji hazırlığının inkişaf etdirilməsi, xüsusi qabiliyyətli uşaqlarla işin təşkili və s. işlərlə bağlı məktəb praktik–psixoloqları ilə müəyyən tədbirlər keçirilmişdir.

Hazırda rayonda 5 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir. İl ərzində şagirdlərin asudə vaxtlarının səmərəli təşkili ilə əlaqədar məktəbdənkənar tərbiyə müəssisələrinin fəaliyyətinə də nəzarət gücləndirilmişdir. Kütləvi tədbirlərdə bu müəssisələrə cəlb olunmuş şagirdlərin iştirakı təmin edilmiş, əl işlərindən ibarət sərgilərdə, idman yarışları, musiqi festivallarında uğurla iştirak etmişlər.

2012–2013– dərs ilində təhsil işçilərinin qarşısında daha mühüm vəzifələr durur. Rayonumuzun pedaqoji ictimaiyyəti təhsil islahatının tələbləri baxımından öz işlərini yeni, daha yüksək səviyyədə quracaq və təhsilin bütün sahələrində keyfiyyətin yüksəldilməsinə nail olacaqdır.

 

Əhməd Dərgahquluyev,

Qazax Rayon Təhsil

Şöbəsinin müdiri.

 

Respublika.- 2012.- 6 dekabr.- S. 7.