| Rabitə sistemi inkişafdadır

 

Azərbaycanda telekommunikasiyainformasiya texnologiyaları sektorunun inkişaf strategiyasının təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə həyatımızın hər bir sahəsində olduğu kimi, müasir rabitə sisteminin qurulmasında və inkişafında inqilab baş vermişdir. Bu gün fəxrlə qeyd edirik ki, onun əvəzsiz xidmətləri və qayğısı sayəsində ölkəmiz dünya rabitə sistemində layiqli yer tutmuşdur. Müstəqilliyimizin ilk illərindən ulu öndər Heydər Əliyev informasiyakommunikasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirirbu mühüm sahədə inkişafa nail olmaq üçün səy göstərirdi. Heydər Əliyevin qayğısı sayəsində ölkə iqtisadiyyatında ilk xarici investisiyalar məhz telekommunikasiya sahəsinə qoyulmuşdur.

 

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dünyada ən sürətli inkişaf tempinə malik dövlətlər sırasındadır. Heydər Əliyev siyasi kursu ölkə Prezidenti İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilir. Qloballaşan dünyada sosialiqtisadi inkişafın lokomotivi sayılan informasiyakommunikasiya texnologiyalarının Azərbaycanda geniş tətbiqi bu kursda prioritet istiqamətdir. Bu barədə danışan Prezident İlham Əliyev demişdir: “Mən növbəti illərdə prioritet arasında, ilk növbədə informasiyakommunikasiya texnologiyalarını görürəm. Çünki ümumiyyətlə dünyanın inkişafı bu istiqamətdə gedir. Ona görə də bu sahəyə xüsusi diqqət göstərilməlidir”. Azərbaycan Prezidenti İlham Əliyevin İKT üzrə həyata keçirdiyi siyasət bu sahənin müasir, beynəlxalq tələblər səviyyəsində inkişafına hərtərəfli şərait yaratmışdır. Qısa bir zaman kəsiyində İKT–nin qanunvericilik bazasının formalaşdırılması və bu sahənin davamlı inkişafını təmin etmək məqsədilə “Elektron imzaelektron sənəd haqqında”, “Elektron ticarət haqqında”, “Telekommunikasiya haqqında”, “Poçt haqqında”, “İnformasiya əldə etmək haqqında” və s. qanunlar qəbul olunmuş, İKT–nin dinamik inkişafı ilə bağlı fərman və sərəncamlar imzalanmışdır. Bundan başqa, Azərbaycan Prezidentinin sərəncamı ilə 2010–2012–ci illəri əhatə edən ikinciElektron Azərbaycan” Dövlət Proqramı təsdiq edilmişdir. Proqramın qəbul edilməsində əsas məqsəd ölkənin informasiya cəmiyyətinə keçidinin, cəmiyyətin informasiya məhsulu və xidmətlərinə olan tələbatının ödənilməsidir.

Bu gün rabitə islahatları uğurla həyata keçirilir, yüksək nailiyyətlər əldə edilir. Telekommunikasiya sahəsində əldə olunan nəticələr Azərbaycan poçtunun tərəqqisinə və onun yeni texnologiyalardan bəhrələnməsinə də zəmin yaratmışdır. Poçt sektorunun müasir tələblərə uyğunlaşdırılması, mövcud infrastrukturun yenidən qurulması ənənəvi poçt xidmətləri ilə yanaşı, qeyri–ənənəvi xidmətlərin göstərilməsinə səbəb olmuşdur. Azərbaycan poçtunda xidmət çeşidlərinin artması bu sektorda daha yüksək iqtisadi göstəricilərin əldə olunmasına imkan vermişdir.

Respublikamızda rabitə və informasiyakommunikasiya texnologiyaları sahəsinə dövlət tərəfindən göstərilən qayğının nəticəsidir ki, ayrı–ayrı rabitə müəssisələri də öz fəaliyyətində son dünya texnologiyalarının tətbiqinə geniş yer verir, uğurlu göstəricilərə nail olurlar. “Azərpoçt” MMC–nin tabeliyində fəaliyyət göstərən 1 saylı poçt filialının kollektivison illər öz işlərini müasir tələblərə uyğun qurmuş, qarşıya qoyulan plan–tapşırıqlara əməl etmişlər. Filialın bütün şöbə və agentliklərində gözəl şərait yaradılmış, şöbələr ən müasir texniki avadanlıqlarla təchiz edilmiş, geniş kompyuter şəbəkəsi qurulmuş, şöbələrimizin hamısı faks aparatları, mebel dəstləri və digər lazımi avadanlıqlarla təmin olunmuşdur. Uğurlu fəaliyyətimizdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun, “Azərpoçt” MMC–nin baş direktoru Qəmbər Bəybalayevin gündəlik diqqət və qayğısı əsas rol oynamışdır.

1 saylı poçt filialının kollektivi 6 dekabr—Rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramını yüksək iqtisadi göstəricilər, böyük ruh yüksəkliyi ilə qeyd edirlər. Poçt filalı 2012–ci ilin 11 aylıq tarif gəliri proqnozunu nəzərdə tutulduğundan artıqlaması ilə – 106,4 faiz yerinə yetirmişdir. 1 saylı poçt filialı üzrə əhaliyə göstərilən xidmətləri, poçt ödəniş nişanlarının satışını 176,6 faiz, pul köçürmələri planını 112,7 faiz, su haqlarının yığımını 106,1 faiz, müştəri xidmətlərini (poçtbank xidməti) 129,3 faiz yerinə yetirmişdir. 2011–ci ilin müvafiq dövrü ilə müqayisədə bağlama göndərişi 105,7 faiz, dövri mətbuatı çatdırma 120,3 faiz, telefon abunə haqlarının yığımı 102,0 faiz çoxdur. 2012–ci ildə 1 saylı PF–də əhaliyə yüksək səviyyədə xidmətin təşkil edilməsi üçün Müştəri Xidmətləri Şöbəsi açılmışdır ki, bu da əhaliyə bir sıra bank xidmətləri göstərir. MXŞ–də hesabların açılması, plastik kart satışı, poçt terminal xidmət, icbari maşın sığortası, connekt ödənişləri, westeruio, valyuta mübadiləsi, DYP–nin cərimələri, stroy master domofon və digər xidmətlər göstərilir. Mərkəzi poçt şöbəsində elektron imza xidməti, kart oxuyucuların satışı və digər yeni xidmət növləri uğurla həyata keçirilir. Bundan başqa, 1, 7, 10, 25, 33, 154 saylı poçt şöbələrində də əhali yeni xidmətlərdən yararlana bilirlər.

Tarif gəlirini artırmaq məqsədilə 1 saylı poçt filialı dövlət və özəl müəssisələrlə (Azərsell, Baksell, Azəriqaz və sair) təşkilatlarla qarşılıqlı müqavilələr bağlayır, poçt rabitə xidməti göstərir. Ötən dövrdə MPŞ–də və 5, 10 və 33 saylı şöbələrdə cari təmir işləri aparılmış və yeni mebel və avdanlıqlarla təchiz olunmuşdur. Köhnə kompyuterlər yenisi ilə dəyişdirilmişdir. Poçt filialı yeni yerlərinin yaradılması üçün imkanlardan maksimum istifadə edir. Filial üzrə 80 nəfər YAP–ın üzvü var. Onlardan 5 nəfər gənc bu yaxınlarda partiyanın üzvlüyünə qəbul olunubbu arzuda olan gənclərimizin sayı getdikcə artır. Bu işlərdə 1 saylı poçt filialının YAP ilk təşkilatının sədr müavini Xəyal Rzayevin fəaliyyətini qeyd etmək lazımdır.

2012–ci ilin noyabrında işlərində fərqlənən 34 nəfər işçimiz 9 ayın yekunlarına görə yaxşı nəticələr qazandıqları üçün müəyyən hədiyyələrlə mükafatlandırıldılar. 6 dekabr—Rabitəçilərin peşə bayramı günündə qocaman rabitəçilərlə görüş keçirəcək, onlara müəyyən hədiyyələr verəcəyik.

 

Əsgər QULİYEV,

“Azərpoçt” MMC

1 saylı poçt filialının rəisi.

 

Respublika.- 2012.- 6 dekabr.- S. 4.