| Yüksək iqtisadi göstəricilərlə
Azərbaycanda
rabitə və informasiya–kommunikasiya
texnologiyaları kompleksinin inkişafı,
bu sektorun dünya standartları səviyyəsində
olması ümummilli liderimiz
Heydər Əliyevin adı və fəaliyyəti ilə
bağlıdır. Ulu öndər ölkəmizə
rəhbərliyinin bütün dövrlərində
bu mühüm əhəmiyyətli
sahənin tərəqqisinə xüsusi
diqqət və qayğı ilə yanaşmışdır. Böyük
öndərin ikinci dəfə respublika rəhbərliyinə qayıtması
ilə ölkənin poçt–rabitə, teleradio
və kommunikasiya sistemi
özünün yeni,
dinamik inkişaf mərhələsinə
qədəm qoydu, rabitə və informasiya texnologiyalarının yerlərdə
geniş tətbiqi üçün
hüquqi–normativ baza formalaşdırıldı, maddi–texniki təminat
müasir, beynəlxalq tələblərə
uyğunlaşdırıldı. Ölkənin sənaye
potensialının inkişafının bu
sahə ilə sıx bağlı olduğunu
görən Heydər Əliyev İKT sektorunun
bugünkü inkişafının təməlini
qoymuşdur. Heydər Əliyev bu barədə demişdir:
“…Rabitə sahəsində görülən işlər həm
iqtisadi xarakter
daşıyır, həm də ki,
insanların işləməsi, çalışması üçün böyük
şərtdir, eyni zamanda
ictimai–siyasi xarakter daşıyır. Biz
bunlara çox diqqət,
fikir veririk…”.
Bu gün Azərbaycan iqtisadi inkişafına görə dünyada lider mövqedədir. Bütün sahələrdə olduğu kimi, rabitə sahəsində də böyük uğurlar əldə edilib. Azərbaycanın rabitə sisteminin ölkəmizin inkişafında prioritet sahə elan edilməsi bu sahənin sürətli tərəqqisinə səbəb olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin respublika prezidenti kimi fəaliyyətə başladığı ilk gündən xüsusi önəm verdiyi sahələrdən biri də rabitə və informasiya texnologiyalarının inkişafının təmin edilməsi, respublikamızın bu mühüm sahədə əlverişli tranzit ölkəsinə və regional mərkəzə çevrilməsidir. Prezident İlham Əliyev müasir cəmiyyətdə bu sektorun nə dərəcədə əhəmiyyətli olduğunu önə çəkərək qeyd etmişdir: “Müasir dünyada bilik və yeni texnologiyalar olmasa, uğur qazanmaq mümkün deyildir. Bu, həm insanlar üçün, həm də ölkə üçün çox çətindir. İnkişaf etmiş ölkələrə nəzər salsaq, görərik ki, onların tərəqqisini, eyni zamanda ümumi daxili məhsulun artımını xeyli dərəcədə müəyyən edən texnologiyalar, yeni metodikalar, elmdə əldə edilən nailiyyətlərdir. Təsadüfi deyildir ki, biz Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafına böyük diqqət yetiririk”. Ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycanda informasiya cəmiyyətinin bərqərar olması, informasiya–kommunikasiya texnologiyalarının ölkəmizdə geniş tətbiqi üçün sistemli iş aparılır. Bunun nəticəsidir ki, Azərbaycan qlobal informasiya cəmiyyətinin qurulmasında ən öndə gedən ölkələrdəndir.
Dövlətimizin apardığı uğurlu siyasi kurs nəticəsində bütün sahələrdə olduğu kimi, poçt rabitəsi sektorunda da beynəlxalq əlaqələrin qurulmasına və inkişafına nail olunmuşdur. Poçt infrastrukturunun yeni texnologiyalar əsasında modernləşdirilməsi, keyfiyyətli telekommunikasiya xidmətlərindən istifadə mühüm əhəmiyyət kəsb edir və bu məqsədlə 2010–2012–ci illəri əhatə edən yeni Dövlət Proqramı qəbul olunmuşdur. Bu dövlət proqramı hazırlanarkən bir çox inkişaf etmiş dünya ölkələrinin bu sahədə təcrübəsi öyrənilmiş, beynəlxalq təşkilatların — Beynəlxalq Telekommunikasiya İttifaqı və Ümumdünya Poçt İttifaqının tövsiyələri nəzərə alınmışdır. Qeyd edim ki, bu gün Azərbaycan poçt müdiriyyəti dünyanın bir çox inkişaf etmiş dövlətlərinin poçt rəhbərliyi ilə ikitərəfli qaydada sıx əməkdaşlıq edir ki, bunlardan Ümumdünya Poçt İttifaqı ilə əməkdaşlığı göstərə bilərik. Beynəlxalq poçt mübadiləsinin mütəşəkkil qaydada həyata keçirilməsi bu gün dünyanın bütün poçt işçiləri tərəfindən peşə bayramı günü kimi qeyd edilən Ümumdünya Poçt İttifaqının yaranması ilə başlanmışdır. Beynəlxalq Poçt İttifaqının yaradılması beynəlxalq poçt mübadiləsinin həcminin artmasına imkan vermişdir.
Qətiyyətlə demək olar ki, ölkə poçtu öz inkişaf səviyyəsinə görə müasir dünya standartlarına tam cavab verir. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərliyi ilə uğurla həyata keçirilən genişmiqyaslı islahatlar, görülən tədbirlər öz müsbət nəticəsini verir və bu sahədə əldə edilən nailiyyətlər günü–gündən yüksəlir. Poçt xidmətlərinin keyfiyyəti müasir tələblərə cavab verir, bu sektorda gəlirlər artır. Respublikanın hər yerində yeni–yeni poçt şöbələri tikilir, təmirə ehtiyacı olanlar müasir üslubda əsaslı təmir olunur.
6 dekabr–Rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramını yüksək göstəricilərlə qeyd edən 6 saylı poçt filialının kollektivi həmişə olduğu kimi, bu ilin 11 ayında da əzmlə çalışmış, “Azərpoçt” MMC–nin filial qarşısında qoyduğu tapşırıqların öhdəsindən gəlmişdir. Filialın bütün şöbə və agentliklərində xidmətin keyfiyyətinin müasir tələblərə çatdırılması üçün hər cür şəraitin yaradılması, müasir texniki avadanlıqlarla təchizi xidmətin keyfiyyətinin yüksəlməsinə, gəlirlərin artmasına səbəb olur. 2012–ci ilin ötən 11 ayında filial tarif gəliri proqnozunu 107 faiz yerinə yetirmişdir. Bundan başqa, poçt ödəniş nişanlarının satışı üzrə proqnoza 188,43 faiz, pul baratları proqnozuna 100,0 faiz, dövri mətbuatın abunəsi proqnozu 100 faiz, bağlamalar 100 faiz, ŞATD haqlarının yığımı proqnozu 100,0 faiz, telefon abunə haqlarının yığımı 106,99 faiz, elektrik enerjisi haqlarının yığımı 106,92 faiz, sim kart satışı proqnozuna 221,51 faiz əməl olunmuşdur. Digər xidmətlər üzrə də göstəricilər uğurludur.
“Azərpoçt” MMC–nin 6 saylı poçt filialı 24 poçt şöbəsi, 3 agentlik vasitəsilə Nərimanov, Binəqədi və Xəzər rayonları əhalisinin bir hissəsinə keyfiyyətli poçt xidməti göstərir. Bu gün şöbələrimizdə “WesterUio”, Elektron imza, Yol polisinin cərimələri, avtomaşınların sığortası, Vergilər Nazirliyinin cərimələri, bank xidmətləri və digər yeni müasir dövrün tələbindən irəli gələn xidmətlər uğurla həyata keçirilir. Bütün şöbələrdə valyuta mübadiləsi aparılır. Ötən 11 ayda tikinti–quruculuq işləri davam etdirilmişdir. Molla Cümə küçəsində 75 saylı, 115, 124, 113, 107 rabitə şöbələri əsaslı təmir olunmuşdur. Bu şöbələrin hamısı müasir texniki avadanlıqlar və mebel dəstləri ilə təchiz olunmuşdur. Bütün əldə etdiyimiz uğurlara, bizə göstərilən mütəmadi diqqət və qayğıya görə “Azərpoçt” MMC–nin baş direktoru Qəmbər Bəybalayevə minnətdarıq. Onun kollektivimizə göstərdiyi qayğının nəticəsidir ki, əldə olunan nailiyyətlər günü–gündən artır, poçt xidmətinin keyfiyyəti yüksəlir.
Vəli
ƏLİYEV,
“Azərpoçt”
MMC
6 saylı poçt filialının rəisi.
Respublika.- 2012.- 6 dekabr.- S. 4.