AZƏRBAYCAN AVROPANIN ENERJİ TƏMİNATINDA ÖNƏMLİ ÖLKƏDİR

 

Son illər Avropa ölkələri üçün enerji təminatı ilə bağlı problemlərin həlli böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, karbohidrogen resurslarının qitəyə çatdırılması, bu prosesdə iştirak edəcək etibarlı tərəfdaş ölkələrin müəyyən edilməsi Qərb üçün çox önəmlidir. Azərbaycan müstəqil və ardıcıl xarici siyasətini həyata keçirmək üçün iqtisadi qüdrətindən və əlverişli geopolitik vəziyyətindən olduqca səmərəli istifadə edir.

Sirr deyil ki, zəngin neftqaz ehtiyatlarına malik olmaq hələ beynəlxalq arenada etibarnüfuz qazanmaq demək deyil. Nəzərə alsaq ki, Azərbaycanda neftqaz sektoru dövlət nəzarəti və qayğısı ilə əhatə edilmiş bir iqtisadi sahədir, onda məhz dövlətin uzaqgörən və düşünülmüş siyasəti nəticəsində ixracın düzgün təşkil olunmasının nə qədər vacib olduğunu anlamaq çətin deyil. Yalnız düzgün və ardıcıl aparılan daxilixarici siyasət nəticəsində inkişafda olan ölkənin müsbət imicini formalaşdırmaq, aparıcı dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı səmərəli münasibətlər qurmaq mümkündür. Bu baxımdan, Azərbaycanın düşünülmüş və balanslaşdırılmış strateji siyasət kursu ölkəmizə əhəmiyyətli siyasiiqtisadi hədəflərə nail olmaq üçün zəmin yaratmışdır. Respublikamızın son illər Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük iqtisadi nailiyyətlər və ölkədaxili sabitlik Azərbaycanın Avropa üçün mühüm və etibarlı tərəfdaşa çevrilməsində əsas və həlledici amildir.

 

a1994– ildən, Bakıda “Əsrin müqaviləsi” imzalandığı tarixdən ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş neft strategiyası həyata keçirilməyə başlamışdır. Heç şübhəsiz, bu, müasir Azərbaycanın qüdrətinin və davamlı inkişafının başlanğıcı idi. Bakı–Tbilisi–Ceyhan (BTC) neft və Bakı–Tbilisi–Ərzurum (BTƏ) qaz kəmərləri kimi siyasiiqtisadi cəhətdən son dərəcə mühüm layihələrin həyata keçirilməsi də bu strategiyanın davamıdır. Neft strategiyasının həyata keçirilməsi nəticəsində ölkənin əldə etdiyi nailiyyətlər haqqında Prezident İlham Əliyev demişdir: “Hazırda neftqaz təchizatının şaxələndirilməsində əldə etdiyimiz yaxşı nəticələr tamamilə yeni mənzərə yaradır. Biz bu sərmayələri iqtisadiyyatı şaxələndirmək, digər sahələrə cəlb etmək və eyni zamanda yeni layihələr üzərində çalışmaq üçün istifadə etməyə nail olduq. Bakı–Tbilisi–Ceyhan bu istiqamətdə ilk addım oldu”.

Həqiqətən də, BTC–nin Azərbaycan üçün çox böyük səmərəsi oldu. İlk növbədə, kəmərin istismarından əldə olunan mənfəət respublika iqtisadiyyatının inkişafında əvəzolunmaz və son dərəcə vacib rol oynadı. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu, iqtisadiyyatı şaxələndirmək və yeni layihələr üzərində çalışmaq imkanı yaratdı. Digər tərəfdən, BTC–nin siyasi əhəmiyyəti də müstəsnadır. Avropa Azərbaycanın mühüm tərəfdaş olduğunu özü üçün təsdiqlədi.

Enerji təhlükəsizliyi baxımından Qərb ölkələri üçün qitəyə təbii qazın fasiləsiz və sabit olaraq çatdırılması olduqca vacibdir. Bu o deməkdir ki, Qərb və Şərq sivilizasiyalarının körpüsü olan ölkəmizin həm təbii qazın zəngin ehtiyatları, həm də tranzit ölkə kimi əlverişli geopolitik vəziyyəti nəinki Avropa, hətta dünya miqyasında enerji təminatında böyük paya sahib olmasından xəbər verir. Bununla əlaqədar cənab Prezident qeyd etmişdir: “Azərbaycanda təsdiqlənmiş böyük neftqaz ehtiyatları vardır və ölkəmiz yeni yataqların kəşf olunmasında yaxşı perspektivlərə malikdir. Azərbaycanda karbohidrogen ehtiyatlarının beynəlxalq bazarlara daşınması üçün müasir infrastruktur artıq yaradılmışdır. Bu infrastrukturdan beynəlxalq enerji təhlükəsizliyini şaxələndirə və gücləndirə biləcək neft və təbii qazın təchizatı üçün xüsusi əhəmiyyət kəsb edir… Azərbaycan dünyada qaz bazarının sabit inkişafının təmin edilməsi işinə töhfəsini verməyə hazırdır”. Heç kimə sirr deyil ki, buna nail olmaq üçün respublikamızda həm daxildə, həm də beynəlxalq səviyyədə çox ciddi, tarixi əhəmiyyətli işlər görülmüşdürbu gün də görülməkdədir. Atılan hər bir addım düşünülmüş siyasətin nəticəsidir, ölkəmizdə həyata keçirilən layihələrin Azərbaycan üçün iqtisadi səmərəsinə, siyasi maraqlara tam uyğun olduğuna böyük önəm verilir.

2007–ci ilin iyul ayında Bakı–Tbilisi–Ərzurum boru kəməri vasitəsilə “Şahdəniz” yatağından hasil edilən təbii qazın nəqlinə başlanılmışdır. Artıq 2008–ci ilin yanvarında Gürcüstan ərazisindən keçərək Türkiyəyə 386 milyon kubmetrə yaxın, həmin ilin fevral ayında isə 340 milyon kubmetrə yaxın təbii qaz nəql edilmişdir. 2010–cu ildə sözügedən kəmər vasitəsilə 4,9 milyard, 2011–ci ildə isə 5 milyard kubmetrdən artıq mavi yanacaq ötürülmüşdür. 2012–ci ilin yekunlarına görə bu rəqəmin daha da böyük olacağı gözlənilir. Beləliklə, təbii qazın nəqli ilə bağlı Azərbaycanın qarşısında duran birinci məsələ – özünün mavi yanacaq ehtiyatları ixracının diversifikasiyası məsələsi həll edilmişdir. Bu da ölkəmizə Qərbi Avropaya həm də bizim ərazidən nəql edilə biləcək tranzit qazın ötürülməsinə geniş imkanlar açır.

Onu da qeyd etmək lazımdır ki, neftqaz sənayesi məhsullarının istehsalının artırılması və bu əsasda onların ixracının çoxaldılması respublikanın inkişafının hazırkı mərhələsində yalnız dünya bazarına çıxmaq və valyuta ehtiyatlarını gücləndirmək məqsədini güdmür. Burada qlobal məqsəd Azərbaycanın dövlət müstəqilliyinin hazırkı mərhələsində neftqaz amilindən istifadə edib həm irimiqyaslı sosial islahatlar həyata keçirməkdən, həm də respublikamızın siyasi müstəqilliyini beynəlxalq səviyyədə möhkəmləndirməkdən ibarətdir. Bu məsələlərə xüsusi diqqət yetirən cənab Prezident qeyd edir: “Bizim enerji siyasətimiz bir məqsədə – Azərbaycan xalqının maraqlarını təmin etmək və regional əməkdaşlığı dərinləşdirmək məqsədini güdür. Bu istiqamətdə çox vacib addımlar atılmışdır. Bu gün bizim çoxşaxəli enerji–nəqliyyat infrastrukturumuz vardır. Yeddi neftqaz kəmərimiz vardır. Bu gün Azərbaycan nefti və qazı müxtəlif istiqamətlər üzrə Avropadünya bazarlarına çatdırılır…”.

Digər tərəfdən, enerji daşıyıcıların ixracı və satışı dünyada iqtisadiyyatın bütün sahələr arasında gəlirlilik səviyyəsinə və ödəmə əmsalına görə birinci yerdə olması, onun milli iqtisadiyyatımızın inkişafı üçün iqtisadisosialiqtisadi səmərəlilik baxımından çox faydalı olmasını göstərir. Ümumiyyətlə, ixrac potensialından tam şəkildə və səmərəli istifadə edilməsi, iqtisadiyyatın birbaşa dünya bazarının tələbinin ödənilməsinə yönəldiyi üçün respublikamızda milli təsərrüfat çox dinamik inkişaf edir. Həmçinin dünya bazarında kəskin rəqabətin təsiri ilə milli müəssisələrin istehlak texnologiyalarının keyfiyyəti yüksəlir, əmtəə və xidmətlərin qiyməti aşağı düşür, beləliklə də əhalinin rifah halı yüksəlir.

Azərbaycan təkcə özünü təmin edəcək deyil, hamAvropadünya təchizat sistemində səmərəli şəkildə iştirak edə biləcək miqdarda istehsalresurs ehtiyatlarına malikdir. Təbii qazın zəngin yataqlarının kəşfi, ixracı və beynəlxalq bazarlara çıxışı potensialı müstəvisində dövlətimizin siyasəti, ölkəmizin beynəlxalq aləmdə mövqeyi barədə ölkə başçısı deyib: “Bizim planlarımız çoxdur. Biz çoxşaxəli ixrac imkanlarımızı genişləndirmək üçün əməli işlərlə məşğuluq. Əminəm ki, bu ilin sonuna qədər bütün tranzit məsələləri də öz həllini tapacaq və beləliklə, böyük Azərbaycan qazı üçün yeni bazarlar aşkarlanacaqdır. Avropa İttifaqı ilə Azərbaycan arasında bu istiqamətdə çox səmərəli münasibətlər mövcuddur, səmərəli əməkdaşlıq aparılır… Xarici tərəfdaşlarla bu məsələlərlə bağlı ciddi müzakirələr aparılır. Bir sözlə, Azərbaycanın qaz potensialı nəinki ölkəmiz üçün, region üçün, dünya üçünöz əhəmiyyətini göstərməkdədir”.

 

Emin QASIMOV,

 

Respublika.- 2012.- 6 dekabr.- S. 1.