| Salyan: Dövlət proqramından qaynaqlanan uğurlu işlər davam etdirilir

 

Qədim Salyan torpağı Azərbaycanın həmişəcavan dilbər guşələrindən biridir. Bu yurdda xalqımızın adət və ənənələri, millətimizin dəyərləri ehtiramla yaşadılır, halal çörəyin qədri bilinir. Rayon sakinləri respublikamızın hər yerində genişlənən möhtəşəm quruculuq işlərindən ruhlanaraq doğma Salyanın simasının yeniləşməsi üçün var qüvvə ilə çalışırlar. Rayonun elə bir yaşayış məntəqəsi yoxdur ki, orada tikintiquruculuq işləri getməsin. Biz rayonda aparılan tikinti–abadlıq işlərinin gedişi haqqında rayon icra hakimiyyətinin başçısı Tahir Kərimovla görüşüb söhbət etdik.

 

Rayon rəhbəri bildirdi ki, 2012–ci ilin doqquz ayında rayonun sosialiqtisadi inkişafı istiqamətində müəyyən işlər görülmüşdür. Belə ki, məhsul buraxılışının həcmi müvafiq dövrə nisbətən 5 milyon 695 min manat, sənaye məhsulunun ümumi həcmi 3 milyon 218 min manat artaraq 22 milyon 963 min manat, kənd təsərrüfatı məhsullarının ümumi həcmi 1 milyon 953 min manat artaraq 70 milyon 309 min manat, rabitə işlərinin həcmi 85 min manat artaraq 329 min manat, nəqliyyat işlərinin həcmi 107 min manat artaraq 819 min manat, pərakəndə ticarət dövriyyəsi 1 milyon 639 min manat artaraq 101 milyon manat, əhaliyə göstərilən pullu xidmət 7 milyon manat artaraq 29 milyon 729 min manat çox olmuşdur. Əks kapitala yönəldilən investisiya 46 milyon 16 min manat, bir nəfərə düşən orta aylıq əmək haqqı 195 manat, ümumi məhsul buraxılışının həcmi 1009 manatdır.

Əhalinin işlə təmin olunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəticəsində 2012–ci ilin doqquz ayında 659 yeri yaradılmışdır ki, bunun da 437–si daimidir. Regionların sosialiqtisadi inkişafı Dövlət Proqramının əvvəlindən, 2004– ildən bəri 18826 yeri açılmışdır ki, onlardan 12305–i daimi yeridir. Bütün bunlarla yanaşı, rayonun idarə, müəssisə və təşkilatlarında 153, özəl sektorlarda 75 və dövlət qulluğu vəzifələri üzrə 12 boş (vakant) yeri vardır. Bu ilin avqust ayında rayonda keçirilən Əmək Yarmarkasına 343 boş yeri çıxarılmışdır. Onlardan 97 nəfərinə müxtəlif sahələr üzrə işə göndəriş verilmişdir.

Bu ilin doqquz ayında rayonun yerli büdcəsinin gəlirləri 4 milyon 763 min manata qarşı, 5 milyon 275 min manat, yəni 111 faiz, büdcənin xərcləri 14 milyon 800 min manata qarşı 13 milyon 705 min manat icra edilmişdir. Büdcənin gəlir və xərclərini tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən 10 milyon 32 min manat dotasiya alınmışdır.

Rayon əhalisinin sosial problemlərinin həll edilməsi daim rayon icra hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Belə ki, “Ünvanlı sosial yardım haqqında” qanunun icrası ilə əlaqədar 1977 ailənin 8422 nəfər üzvü sosial yardım alır. Bir nəfər ailəyə düşən sosial yardımın orta məbləği 133 manatdır.

Rayon əhalisi sovet dövründə əmanət bankında qalmış əmanətlərini almaq üçün bu günə kimi 6070 nəfər vətəndaş “Kapital Bank”ın rayon filialına müraciət etmiş, onlardan 5600 nəfər əmanətçinin pulları ödənilmiş və bu davam etdirilir.

2012–ci ilin doqquz ayı ərzində rayonda tikintiquruculuq və abadlıq işləri uğurla davam etmişdir. Bu dövrdə şəhər küçələri təmir olunaraq 26348 kvadratmetr üzlük daşları döşənmiş, səki kənarına 40475 metr bordür düzülmüş, 11431 kvadratmetr sahəyə tava–plitə, 640 metr uzunluğunda 1920 kvadratmer istinad divarı çəkilmiş, 3227 kvadratmetr mişar daşı ilə hörgü işləri aparılmışdır.

Şəhərin Heydər Əliyev, N.Nərimanov və bir sıra başqa küçələrinə ümumilikdə 17,42 kilometr asfalt döşənmişdir. Rayonun yolüstü Kürsəngi kəndində 23,5 kilometr, Boranıkənd kənd yoluna 6 kilometrArbatan kənd yoluna 2,8 kilometr, ümumilikdə 32,2 kilometr qara örtük döşənmişdir.

Rayonda enerji təchizatını yaxşılaşdırmaq üçün 18 ədəd 1135 kvluq və 67 ədəd 10/6/04 kvluq müxtəlif gücdə olan güc transformatorları əsaslı təmir olunmuşdur.

Şəhərin “SİP” kabel keçməsi ilə əlaqədar 2 yerdə hər biri 360 kiloqram olan AS–50 naqil işlənmişdir.

Şəhər ərazisində 630 müasir işıqlanma dirəyi quraşdırılmış, şəhərin kommunal binaları, ticarət şəbəkələri və digər sosial obyektlərin fasadlarının işıqlandırılması təmin edilmişbu davam etdirilir.

Şəhər 1, 2, 3, 4, 7 saylı tam orta məktəblərdə və Uşaqların Texniki Yaradıcılıq Mərkəzinin normal istiliklə təmin olunması məqsədilə yeni qazanxana tikilmişdir.

Salyan şəhərinin və rayon kənd yaşayış məntəqələrinin qaz təchizatının yaxşılaşdırılması üçün şəhərin bəzi küçələrində yeraltı qaz borularının əsaslı təmiri məqsədilə 381 metr uzvunluqda yeraltı polietilen boru çəkilmiş, 20 Yanvar küçəsində qaz xətləri yeniləri ilə əvəz edilmişdir. Şəhəri təbii qazla təmin edən 159 millimetrlik orta təzyiqli, daşıyıcı qaz kəmərinin Ə.Hüseynov və Ə.Zeynalov küçələrindən keçən 2800 poqonmetr hissəsinin və 159 millimetrlik orta təzyiqli “Mərkəzi” qazanxanalar qaz kəmərinin eyni küçələrdən keçən hissəsinin yenidən qurulması məqsədi ilə yeni boru çəkilmişdir.

Şəhərin Ə.Qasımzadə, T.Davudzadə, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinə diametri 100 mm olan 1512 metr uzunluğunda yeni orta təzyiqli, şəhərin M.Ə.Sabir, E.İmanov, Y.Zərgərli küçələrinə diametri 159 mm olan 2927 metr, Çuxanlı kəndinə 9300 metr, Arbatan kəndinə 4400 metr uzunluğunda qaz xətti çəkilmişdir. 32 km uzunluqda kənddaxili qaz xətləri ikitərəfli çəkilmiş və 600 ədəd yeni sayğaclar quraşdırılmışdır.

ParçaXalac, Seydan, Cəncəli və Piratman kəndlərinin qaz təchizatının bərpa olunması məqsədi ilə 4 kəndin qaz təsərrüfatı birpilləli sistemdə polietilen borularla çəkilərək başa çatdırılmışdır. Rayonun 21 yaşayış məntəqəsinin birpilləli sistemdə qaz təminatının bərpa olunması üçün 23 km uzunluqda 315 mmlik qaz kəməri çəkilmiş və yaxın günlərdə istismara veriləcəkdir.

Başçı demişdir ki, rayon ərazisində əhaliyə rabitə xidmətinin yüksəldilməsi işləri davam etdirilir. Belə ki, QaraçalaXalac kənd EATS–lərinin birləşdirici xətləri daha müasir və etibarlı və radiorele avadanlıqları ilə əvəz olunmuşdur. Plastmas yaşayış massivində əlavə 32, Çuxanlı kəndində 24, Noxudlu kəndində 16, Qarabağlı kəndində 32, Marışlı kəndində 24, Yenikənd kəndində 24 və Qaraçala qəsəbəsində 16 portluq “DESLAM” avadanlığı alınmış, tələbata uyğun olaraq kənd EATS–lərində yüksək sürətli internet xidməti göstərmək üçün qurşadırılmışdır. Şəhərin telefon şəbəkəsində 2600 metr məsafədə magistral kabellərdə, 3200 metr məsafədə paylayıcı kabellərdə əsaslı təmir işləri aparılmışdır.

Rayon əhalisinin içməli suya olan tələbatının da ödənilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. Hazırda ölkədə ən iri layihələrdən olan 6 rayonun içməli su xəttinin çəkilməsinə başlanılmışdır.

Şəhərin 1 saylı sutəmizləyici stansiyada üzən nasosxanada 2 ədəd su nasosu, gücü 37 kvt olan elektrik motoru təmir olunmuşdur. Şəhərin kanalizasiya nasosxanalarında 60 metrə qədər yüksək təzyiqli kabel, 600 amper olan elektrik avtomatı, motornasoslar təmin edən elektrik şkafları, 50 poqonmetr diametri 150 mm olan polad borudan əsas xətt, 2 ədəd təzə siyirtmələr gücü 160 kvt olan, təzə elektromotornasos, 2 ədəd vakuum nasosu 15 kvt gücündə motor quraşdırılaraq istismara verilmişdir. Xıdırlı kəndinin su təminatının yaxşılaşdırılması üçün diametri 200 mm olan 20 km uzunluğunda “Atbulaq–Xıdırlı” su xətti polietilən boru ilə çəkilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 20 iyun 2007–ci il tarixli “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” sərəncamına uyğun rayonumuzda 24 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular qurulub əhalinin istifadəsinə verilmişdir. Hazırda rayonun Dayıkənd və Beştalı kəndlərində sutəmizləyici qurğuların tikintisi aparılır. 24 yaşayış məntəqəsində quraşdırılmış sutəmizləyici qurğular ümumilikdə 50 min nəfərdən çox kənd əhalisini ekoloji cəhətdən təmiz içməli su ilə təmin etmişdir. Bu da rayonun qəsəbə və kəndlərinin 57 faiz əhalisinin içməli su ilə təmin olunması deməkdir.

Plastmas yaşayış massivində kanalizasiya nasosxanada yeni tipli 18 kvt gücündə elektrik motoru, 5 kvt gücündə vakuum motor nasos ilə birlikdə quraşdırılmışdır. Qalalı massivində 4 binanın kanalizasiya nasosxanasında yeni motor nasos quraşdırılaraq istismara verilmişdir.

2012–ci ilin məhsulu üçün 17407 hektar sahədə taxıl əkini aparılmışdır ki, bunun da 7060 hektarı buğda, 10347 hektarı isə arpa əkini sahələri təşkil edir. Bu il hektardan 30,7 sentner məhsuldarlıq əldə etməklə 53410 ton taxıl istehsal olunmuşdur ki, bunun da 21972 tonu buğda, 31438 tonu arpa istehsalıdır. Eyni zamanda 4004 ton kartof, 7889 ton tərəvəz, 9259 ton bostan, 1108 ton meyvə, 1704 ton üzüm, 1403 ton qarğıdalı, 778 ton pambıq istehsalı olmuşdur.

2012–ci ilin üçüncü rübündə rayonda iribuynuzlu heyvanların saylı 61822 baş, ana inəklərin sayı 32663 baş, qoyun və keçilərin sayı 182974 baş olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı (diri çəkidə) 1,1 faiz artaraq 5665 ton, süd istehsalı 1,4 faiz artaraq 30450 ton, yumurta istehsalı 0,3 faiz artaraq 24100 min ədəd, yun istehsalı 2,8 faiz artaraq 334,5 ton olmuşdur.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin respublikanın paytaxtında ərzaq bolluğunun yaradılması və süni qiymət artımının qarşısının alınması məqsədilə verdiyi tapşırığa əsasən həftənin hər şənbə–bazar günləri Bakı şəhərinin 4 rayonuna (Yasamal, Xətai, Nərimanov və Səbail) kənd təsərrüfatı yarmarkalarına Salyan rayonundan 25–30 ton kənd təsərrüfatı məhsulları göndərilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 2008–ci il tarixli 226 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 50 faizi güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları”na əsasən “NurgünAqro şirkətinin Salyan filialına respublikaya lizinq yolu ilə gətirilmiş 297 baş cins düyədən 297 baş buzov alınmışdır.

2012–ci ilin üçüncü rübündə Nazirlər Kabinetinin 2007–ci il 15 fevral tarixli 32 saylı qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaqmotor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları”na müvafiq 18 ərazi komissiyasından 11159 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına əkib–becərdikləri 33889 hektar əkin sahələrinə görə 1 milyon 356 min manat subsidiyaKapital Bank” ASC–nin Salyan rayon filialına təqdim edilmiş, kənd təsərrüfatı istehsalçılarına verilməsi təmin edilmişdir.

Sahibkarlığa Kömək Milli Fondunun kreditləri və sahibkarların vəsaiti hesabına yeni istehsalemal sənayesi sahələrinin yaradılması istiqamətində işlər aparılır. Belə ki, “Sünbül–2012″ MMC tərəfindən gün ərzində gücü 20 ton olan müasir tipli çörək zavodu tikilib istifadəyə verilmiş, hazırda Çuxanlı kəndi ərazisində “Şəfa” Quşçuluq ASC–nin istehsal gücü 450 min ədəd yumurta olan inkubator, Qaraçala qəsəbəsi ərazisində fəaliyyət göstərən “Hacı Camalxan” kəndli–fermer təsərrüfatı tərəfindən 10 min tonluq taxıl anbarının tikintisi başa çatdırılmış, 2400 başlıq beynəlxalq standartlara uyğun süd–əmtəə kompleksinin və Qırxçıraq qəsəbəsi ərazisində “Ələddin–Fermer” MMC tərəfindən illik istehsal gücü 600 ton olan quru meyvə istehsalı olan müəssisəsinin, Kürsəngi kənd ərazisində istehsal gücü 100 min dekalitr olan şərab zavodunun tikintisi davam etdirilir.

Rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi üçün torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarma suyu ilə vaxtında təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə rayon ərazisində torpaq sahələrinin su təminatının meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə 633 kilometr kollektordren şəbəkəsi, 606 kilometr suvarma kanalları lildən təmizlənmişdir. 34 ədəd elektrik mühərrikləri əsaslı, 15 ədəd elektrik mühərrikləri cari, 36 ədəd nasos aqreqatları əsaslı, 37 ədəd nasos aqreqatları cari, 5 ədəd hidrotexniki qurğu əsaslı, 123 ədəd hidrotexniki qurğu cari, 2 ədəd nasos stansiyası əsaslı, 2 ədəd nasos stansiyası, 8 ədəd hidropost cari təmir olunmuşdur.

2012–ci ilin üçüncü rübündə rayon ərazisində 31 min ədəddən çox ağacgül kolları əkilmiş, onlara aqrotexniki qaydalara uyğun qulluq göstərilməsinə, qorunub saxlanılmasına qayğı göstərilmişdir. Əkilən ağacların əksər hissəsini həmişəyaşıl ağaclar təşkil etmişdir. Eyni zamanda 9395 kvadratmetr sahədə çəmənlik salınmışdır.

Rayonda təhsil, səhiyyə və mədəniyyət sahəsinin inkiaşfı ilə əlaqədar müəyyən işlər görülmüşdür. Belə ki, 480 şagird yerlik Qarabağlı–1, 360 şagird yerlik Yolüstü kənd tam orta, 80 şagird yerlik Quyuçu kənd ümumi orta məktəbləri, Uşaqların Texniki Yaradıcılıq mərkəzləri və uşaq kitabxanası tikilib istifadəyə verilmiş, şəhər 2 saylı uşaq bağçası əsaslı təmir edilmişdir. Yeni istfiadəyə verilmiş məktəblər üçün idman zalları tikilmiş, məktəblər istilik sistemi, zəruri inventar və avadanlıqlarla təchiz edilmişdir.

2012–ci ilin mart ayının 13–də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Salyan rayonuna səfəri zamanı Salyan rayon ərazisindən tapılan arxeoloji tapıntılarla tanış olmuşdur. Arxeoloji qazıntılar zamanı tapılmış maddi mədəniyyət nümunələri Salyanın 2800 illik tarixə malik olduğunu sübut etmişdir. Bu tarixi hadisə ilə bağlı oktyabr ayının 16–da rayonda beynəlxalq elmipraktik konfrans keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin sərəncaım ilə 2012–ci ilİdman ilielan edilməsi ilə əlaqədar Salyan Olimpiya İdman Kompleksində təntənəli açılış mərasimi keçirilmişdir. Açılış mərasimində “Neftçifutbol komandasının bir qrup veteran futbolçusu da iştirak etmişdir.

May ayında harkido idman növü üzrə Azərbaycan, Gürcüstanİran idmançılarının iştirakı ilə beynəlxalq turnir, iyun ayında rayonun idarə, müəssisə və təşkilatları arasında mini futbol turniri, ümummilli lider Heydər Əliyevin anadan olmasının 89–cu ildönümünə həsr edilmiş ümumtəhsil məktəbləri arasında futbol üzrə rayon birinciliyi keçirilmişdir.

Şagirdlərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə məktəblər arasında hərbi idman yarışı, parad, “Xəmsə” milli intellektual bilik oyunu, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş rəsm və şeir müsabiqələri, “Breynrinqmilli intellektual oyunun rayon çempionatı, “Hünər” vətənpərvərlik mahnı festivalı, “Cəsurlar” və “Şahin” Hərbi İdmanTurizm oyunları, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89–cu ildönümünə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda rəsm və inşa müsabiqəsi, rayon icra hakimiyyəti başçısının gənclərlə görüşü keçirilmişdir.

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən daha da inkişaf etdirilmiş dövlət hakimiyyəti idarəetməsinin mühüm istiqamətlərindən biri vətəndaşların qəbulu, onların ərizə, şikayət və müraciətlərində qaldırılan problemlərin öyrənilməklə baxılması və əsaslandırılmış cavablar verilməsidir. Bu mənada rayon icra hakimiyyəti son illər vətəndaşların müraciətlərinə baxılması işinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirmişdir.

2012–ci ilin 9 ayında rayon icra hakimiyyətinin başçısı tərəfindən ümumilikdə 514 nəfər vətəndaş qəbul edilmişdir ki, bunun da 228–i yerlərdə keçirilmiş səyyar qəbul–görüşlərin payına düşür.

Səyyari görüş–qəbullarda edilmiş müraciətlər əsasında həll edilən problemlərdən 2012–ci ildə rayonun YolüstüArbatan kəndlərinin qaz infrastrukturu tamamilə yenidən qurulmasını, Şəkərli kənd ərazisində kənddaxili kollektorun 7 kilometrdən çox hissəsinin təmizlənməsi, Yolüstü, Qarabağlı və Quyuçu kəndlərində yeni məktəb binalarının tikilib istifadəyə verilməsini, Plastmas yaşayış massivində və Boranıkənd kəndində isə 6 kilometr məsafədə yola asfalt döşənməsini, Xalac kənd ərazisində su kanallarının ehtiyac duyulan 14,5 kilometr və “Akuşasuvarma kanalının isə 22 kilometr hissəsinin lildən təmizlənməsini və s. göstərmək olar.

Başçı sonda qeyd etmişdir ki, rayonumuzun ictimaiyyəti “Azərbaycan Respublikası Regionlarının Sosialİqtisadi inkişafı Dövlət Proqramı”nın (2009–2013– illər) uğurla həyata keçirilməsində fəal iştirak edəcək və bundan sonra da qarşıda duran vəzifələri laiyqincə yerinə yetirəcəkdir.

 

Söhbəti qələmə aldı:

Sabir MUSTAFAYEV,

 

Respublika.- 2012.- 7 dekabr.- S. 4.