| Müasir Azərbaycan dövlətinin qurucusu

 

Ulu öndərimiz Heydər Əliyevin 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixinin ən yüksək inkişaf mərhələsi olmuşdur. Müstəqil ölkəmizin bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir. Azərbaycan bu gün inkişaf yolundadır, həyatımızın bütün sahələrində yüksəliş, tərəqqi var. İqtisadi artım tempi davamlıdır. Müasir Azərbaycan tarixinə qurucuxilaskar kimi daxil olmuş ulu öndərimiz xalqımızın taleyində, mənəvi, siyasiictimai həyatında misilsiz xidmətlər göstərmişdir.

Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində öz xalqına sonsuz məhəbbət və sədaqət hissi ilə, qurubyaratmaq amalı ilə yaşamışdır. Özünün zəngin və mənalı həyatı boyu daim xalqını, doğma Azərbaycanı düşünmüş, onu üzləşdiyi fəlakətlərdən xilas etmək üçün böyük fədakarlıq göstərmişdir. Bu gün müstəqil dövlətimizin yaşaması, qüdrətli bir ölkə kimi təşəkkülü üçün biz ulu öndərimizə borcluyuq.

Əminliklə demək olar ki, bu gün Azərbaycanın siyasi suverenliyinin, iqtisadi müstəqilliyinin əsası 70–80–ci illərdə qoyulmuş möhkəm təmələ, güclü intellektualiqtisadi potensiala söykənir. Bu potensial müstəqillik illərində də möhkəmlənmiş, qüdrətli Azərbaycan dövlətinin güclənməsinə təkan vermişdir.

Ümummilli liderimiz xalqını sonsuz məhəbbətlə sevmiş, xalqı da onun bu sevgisini həmişə uca tutmuşdur. Xalqına bu sonsuz məhəbbət dünya şöhrətli siyasi xadimi yenidən doğma vətəni Azərbaycanın rəhbərliyinə gətirmişdir. 1993– ilin kəşməkəşli iyun günlərində xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə qayıdan böyük və bənzərsiz şəxsiyyət Azərbaycanda hökm sürən xaosun, özbaşınalığın, dövlət çevrilişi cəhdlərinin qarşısını aldı, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, respublikamızda sabitlik yarandı. Azərbaycan parçalanıb məhv olmaq təhlükəsindən xilas olundu.

Heydər Əliyevin adı və həyatı öz Vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə xidmətin nümunəsi kimi daim yaşayacaq, Azərbaycanın indiki və gələcək nəsillərinə əbədi örnək olacaqdır. Öz şərəfli və möhtəşəm fəaliyyəti ilə Heydər Əliyev müasir Azərbaycan dövlətini yaratdı, onun idarəçilik mexanizmini formalaşdırdı. Biz bu gün böyük iftixar, qürur hissi ilə qeyd edirik ki, müstəqil Azərbaycan dövləti ulu öndərimizin şah əsəridir, onun öz xalqı qarşısında əvəzsiz tarixi xidmətidir. Heydər Əliyev çıxışlarında dəfələrlə qeyd etmişdir: “Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursaolsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə–gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcək”.

Ölkəmizin hər yerində, bütün sahələrdə ümummilli liderimizin quruculuq fəaliyyətinin silinməz izləri var. Azərbaycanda qısa bir zaman kəsiyində hökm sürən iqtisadi tənəzzülün qarşısını alan Heydər Əliyev respublikamızın davamlı inkişafı istiqamətində böyük islahatlara başladı və bu islahatları uğurla həyata keçirdi. 1994– ilin sentyabrında dünyanın aparıcı ölkələrinin böyük neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla Azərbaycanın bugünkü və gələcək uğurlarının möhkəm bünövrəsini qoydu. Milli neft strategiyası və Qədim İpək Yolunun bərpası konsepsiyası ulu öndərimizin yalnız öz xalqı üçün deyil, həm də onun bəşəri xidmətlərindəndir.

Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995–ci ilin noyabr ayının 12–də qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun daha sürətli inkişafına təkan verdi. 1993– ildən tətbiqinə moratorium qoyulduğu ölüm hökmü 1998–ci ildən tamamilə ləğv edilmiş, bununla da Azərbaycan Şərqdə bu qətiyyətli və tarixi qərarı qəbul edən ilk ölkə olmuşdur. Yüksək humanizmə söykənən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəltmiş, 2001–ci ilin 25 yanvarında müstəqil respublikamız Avropa Şurasına bərabərhüquqlu üzv seçilmişdir. Bu beynəlxalq təşkilatla səmərəli əməkdaşlıq ölkəmizin milli qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılmasına ciddi təkan vermişdir. Nəhəng dövlətçilik təcrübəsi, fitri idarəçilik qabiliyyəti ilə səciyyələnən Heydər Əliyevin siyasi fəaliyyəti bu dahi şəxsiyyətin dünya şöhrətli siyasi xadim kimi tanınmasına xidmət etmişdir. O, nəinki Azərbaycan xalqının sevimlisi olmuş, eyni zamanda dünyanın tanınmış dövlət xadimlərinin, məşhur siyasətçilərinin də böyük hörmət və məhəbbətini qazanmışdır. Dünyanın tanınmış ictimaisiyasi xadimlərinin Heydər Əliyev haqqında söylədikləri fikirlər xalqımızın bu dahi oğlunun şəxsiyyətinə və çoxşaxəli dövlətçilik fəaliyyətinə verilən yüksək qiymətin, göstərilən böyük ehtiramın ifadəsidir. Dövlətçiliyimizin tarixində xüsusi yeri olan ümummilli liderimizin fəaliyyəti öz mahiyyəti və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çoxçox kənara çıxır. Görkəmli siyasi xadimlər Heydər Əliyevi yalnız Azərbaycanın deyil, bəşəri miqyaslı lider adlandırıblar. Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl onun mənalı fəaliyyətini belə qiymətləndirmişdir: “Heydər Əliyev Azərbaycanı israrlademokratik yollarla müstəqil olaraq məqsədinə çatdırmaq üçün canını sipər edib qeyrət göstərən oğuldur”.

ABŞ–ın keçmiş prezidenti Corc Buş: “Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur”. Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer də Heydər Əliyev barədə demişdir: “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böyük böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər”. Rusiya, Qazaxıstan, Gürcüstan və digər ölkələrin dövlət başçıları Heydər Əliyevi dahi şəxsiyyət və siyasətçi, dövlət xadimi kimi qiymətləndirmişlər. İndi hamı tərəfindən etiraf edilir ki, Heydər Əliyev dünya siyasətinə təsir etməyə qadir və dünyanın ən aktual çağırışlarına cavab verən, tarixi perspektivləri qabaqcadan görən, ən mürəkkəb vəziyyətlərdə yeganə düzgün qərarlar qəbul etməyi bacaran çox nadir şəxsiyyət olub. Azərbaycan Prezidenti İlham Əliyev qeyd etmişdir ki, “Heydər Əliyevin adı bu gün bölgədə və dünyada layiqli mövqe qazanmış Azərbaycan dövlətinin rəmzi kimi səslənir”.

Azərbaycanın müstəqilliyinin ilk illərində böyük çətinliklərlə üzləşən ölkənin nəqliyyat sektoru da dərin böhran və tənəzzül içərisində çabalayırdı. 1993– ilə qədər ölkəmizə rəhbərlik edən o zamankı səriştəsiz iqtidar bu mühüm sahənin inkişafı üçün heç bir əməli görməmişlər. Ulu öndərin hakimiyyətə qayıtmasından sonra bütün sahələrdə olduğu kimi dəmir yolu nəqliyyatında da inkişaf dövrü başladı. Qısa zamanda nəqliyyat sektoru öncül yerlərdən birini tutdu. Uzaqgörən dövlət xadimi Heydər Əliyev yaxşı bilirdi ki, nəqliyyat sisitemi iqtisadi inkişaf üçün olduqca vacibdir. Məhz buna görə də nəqliyyatın bütün sahələrinə diqqət və qayğı göstərirdi. Nəqliyyat sahəsinə bu qayğı hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O, bu barədə demişdir: “Neft sektorundan sonra nəqliyyat ölkə üçün ən mühüm sahədir və burada inkişaf perspektivləri, çox gözəldir. Biz bütün imkanlarımızdan istifadə edərək nəqliyyat sektorunu daha sürətlə inkişaf etdirəcəyik… Azərbaycan Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri lahiyələrinin həyata keçirilməsində fəal rol oynayır. Hesab edirəm ki, gələcəkdə tranzit ölkə kimi bölgədəki və dünyadakı mövqelərimiz daha da möhkəmlənəcəkdir. Beləliklə, indi Azərbaycanda bütün sferaların, o cümlədən də nəqliyyatın inkişafı üçün münbit şərait var”. Bu səbəbdəndir ki, cənab Prezident İlham Əliyev nəqliyyat sistemini, ölkə dəmiryolu nəqliyyatını daha da təkmilləşdirmək məqsədilə 2010–cu ildə “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyatı sisteminin 2010–2014– illərdə inkişafına dair Dövlət Proqramı”nı təsdiq etmişdir.

Ulu öndərimiz Heydər Əliyevin öz xalqı qarşısında böyük tarixi xidmətlərindən biri də müəyyənləşdirdiyi milli inkişaf kursunu, iqtisadi tərəqqi strategiyasını özündən sonra inamla, uğurla davam etdirə biləcək layiqli siyasi varis yetişdirməsidir. Böyük öndər 2003– ilin oktyabrında xalqa ünvanladığı tarixi müraciətində demişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu gün qürur hissi ilə qeyd edirik ki, ölkə Prezidenti cənab İlham Əliyev bu ümidləri layiqincə doğrultduulu öndərin siyasiiqtisadi inkişaf kursunu qloballaşan dünyanın tələblərinə uyğun olaraq uğurla davam etdirir. Məhz bunun sayəsində ölkəmiz son illər sürətlə inkişaf edir, regionun lider dövlətinə çevrilib. Xalqımız onun rəhbərliyi ilə daha möhtəşəm nailiyyətlərə imza atır. Azərbaycan dünya birliyində özünə layiqli yer tutub. Ölkəmiz BMT–nin Təhlükəsizlik Şurasına qeyridaimi üzv seçilib. Dövlət büdcəsinin ildən–ilə artması, qeyrineft sektorunun inkişafı, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi bu günümüzün reallığıdır.

Bu gün Azərbaycanda böyük öndərimizin parlaq ideyaları yaşayır, geniş şəkildə inamla həyata keçirilir. Əbədiyaşar rəhbərin nurlu xatirəsi ehtiramla yad edilir.

 

Sahib ABBASOV,

fəxri dəmiryolçu.

 

Respublika.- 2012.- 7 dekabr.- S. 4.