| Ulu öndər əbədiyaşardır

 

Heydər Əliyev elə bir şəxsiyyətdir ki, onun nəhəng dövlətçilik fəaliyyəti təkcə Azərbaycan xalqı üçün deyil, bütövlükdə bəşəriyyət üçün zəngin bir xəzinə, çox dəyərli bir irsdir. Öz xalqının böyük oğlu kimi o, nəinki doğma vətəninin və millətinin tərəqqisi, eləcə də Azərbaycanın dünya miqyasında layiqli yer tutması naminə hər cür fədakarlıq göstərmişdir. Taleyi bu torpaqla bağlı olan hər kəs üçün Heydər Əliyevin adı və fəaliyyəti qürur, iftixar mənbəyidir. Tarixi fenomen bir şəxsiyyət kimi o, iki müxtəlif ictimaisiyasi quruluşda respublikamıza rəhbərlik etmiş, müasir Azərbaycan dövlətçiliyinin əsasını qoymuş, müstəqilliyini möhkəmləndirmişdir. Ötən əsrin yetmiş–səksəninci illərində Heydər Əliyevin apardığı genişmiqyaslı quruculuq işləri respublikamızı keçmiş ittifaqın iqtisadi liderlərindən birinə çevirmişdi. Həmin illərdə baş verən inkişaf xarakterli radikal dəyişikliklər təkcə iqtisadiyyatın deyil, cəmiyyət həyatının bütün sahələrini əhatə edirdi. Qısa müddət ərzində Azərbaycanda sənayenin dirçəldilməsi, yeni sahələrin yaradılması, nəhəng neft emalı və maşınqayırma müəssisələrinin tikilib istismara verilməsi təmin olundu. Kənd təsərrüfatındakı yüksəliş ümumi iqtisadi tərəqqidə mühüm rol oynamaqla yanaşı, bölgələrdə həyat şəraitinin köklü şəkildə yaxşılaşmasına, əhalinin bolluq və firavanlıq içərisində yaşamasına imkan yaratdı. Bir sözlə, Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci dövrü, eləcə də onun siyasi hakimiyyətə qayıdışından sonrakı dövr müstəqil dövlət quruculuğu yolunda çox möhkəm bünövrə oldu. Keçmiş Sovetlər İttifaqının rəhbərliyində işlədiyi beş il Heydər Əliyevin dünya siyasətində önəmli yer tutmasını şərtləndirdi. Azərbaycan xalqının bu böyük oğlu və qüdrətli lideri o illərdə keçmiş ittifaqın bütün xalqlarının ehtiramını və sevgisini qazanmışdı. İttifaq miqyaslı bir sıra iri sosialiqtisadi layihələrin uğurla icra edilməsində Heydər Əliyevin müstəsna xidmətləri olmuşdurbu xidmətlər həm tarixin, həm də insanların yaddaşında əbədi həkk edilmişdir. Xalqlar dostluğunu, birliyi və həmrəyliyi ictimaisiyasi sabitliyin ən vacib amil kimi önə çəkən Heydər Əliyev müxtəlif millətlərə mənsub insanların dini inanclarına da daim həssaslıqla yanaşmış, onların millidini adət–ənənələrini qoruyub saxlamasına hər cür şərait yaratmışdır. Hamımıza yaxşı məlumdur ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpası çox mürəkkəb iqtisadisiyasi şəraitdə baş tutmuş, onun dönməzliyinin təmin edilməsi yalnız ümummilli lider Heydər Əliyevin varlığı sayəsində mümkünləşmişdir. Bu həqiqəti dərk etmək üçün 1993– ilin acı və müdhiş iyununu – respublikanın başı üzərini vətəndaş müharibəsi təhlükəsi aldığı günləri xatırlamaq kifayətdir. Heydər Əliyevin siyasi fəaliyyətdən məcburən uzaqlaşdırıldığı və ictimai mühitdən təcrid olunduğu müddətdə Azərbaycanın və onun vətəndaşlarının həyatında baş verən faciələr heç vaxt yaddan çıxa bilməz. Həmin dövrdə respublika nəinki saysız–hesabsız sosialiqtisadi bəlalarla üzləşmiş, əhalinin yaşayış səviyyəsi dözülməz həddə çatmış, həm də ictimai münasibətlərdə ciddi problemlər yaranmışdı.

Dağlıq Qarabağ düyünü, xəyanətkar və təcavüzkar ermənilərin respublikamızın ərazi bütövlüyünə yönəlmiş qəsdləri o dövrün sağalmayan yaralarıdır.

Azərbaycan dövlət müstəqilliyinin dönməzliyini təmin edənə, onun müasir hüquqidemokratik dəyərlərə söykənən təsisatlarını yaradana, respublikanı ağır sosialiqtisadi böhrandan çıxarana qədər Heydər Əliyevin göstərdiyi misilsiz hünər və şücaət tarixi qəhərmanlıq idi. Öz parlaq dühası və müdrikliyi sayəsində milli birliyi və həmrəyliyi bərpa edərək vətəndaş qarşıdurmasını aradan qaldırdı, beynəlxalq əlaqələri qurdu, bütün sahələrdə köklü islahatlar apardı, sosialiqtisadi inkişaf üçün möhkəm təməl yaratdı. Bu tarix bizim gözlərimiz önündə yaşanmışdır, bizim hər birimizin həyatında öz müsbət izlərini qoymuşdur. Heydər Əliyevin apardığı daxilixarici siyasət millidini mənsubiyyətdən asılı olmayaraq, Azərbaycanın hər bir sakininə özünü bu azad, suveren dövlətin tamhüquqlu vətəndaşı kimi hiss etməyə imkan vermiş, layiqli həyat şəraitinə qovuşması üçün imkanlar yaratmışdır.

Müdrik rəhbərimizin başçılıq etdiyi Azərbaycan regionda sülh və əmin–amanlığın qorunması uğrunda mübarizə aparan dövlətə çevrildi. Bir çox beynəlxalq və regional layihələrin həyata keçirilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuz qazanmasına səbəb oldu. Tarix ulu öndərə fenomenal qabiliyyət bəxş etmişdi. Ümummilli lider Heydər Əliyevin reallaşdırdığı layihə və proqramlar xalqın gələcəyinə hesablanmışdı və zaman göstərdi ki, bunlar əfsanə yox, bir həqiqətdir. Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycanın dövlət müstəqilliyi dönməz xarakter almış, həyatımızın bütün sahələrində köklü dəyişikliklər və dərin islahatlar həyata keçirilmiş, ölkəmiz dünya birliyinin tərkib hissəsinə çevrilmiş, böyük nüfuz qazanmışdır.

Azərbaycanın əldə etdiyi uğurların təməlində Heydər Əliyev dühası, onun müqayisəyəgəlməz siyasi və dövlətçilik təcrübəsi dayanıb. Heydər Əliyev ideyaları daim yaşayır. Bunun məhz belə olduğunu Azərbaycan xalqı özünün böyük oğlunu cismən itirdikdən sonra bir daha tam, aydın formada yəqin etdi. Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasi, iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş Azərbaycanı qoydu. Ömrünün qalan hissəsini bu müdrik insan həqiqətən də xalqa qurban verdi. Qədirbilən xalqımız bunu heç zaman unutmayacaqdır. Zəmanəmizin ən nəhəng siyasətçilərindən sayılan bu dahi şəxsiyyətin ölkəmizin tərəqqisində və inkişafındakı rolu danılmazdır.

Heydər Əliyev siyasi kursu Azərbaycana bütün sahələrdə böyük uğurlar gətirib. Sabitilk, demokratiya və tərəqqi son illərimizi xarakterizə edən mühüm amillərdir. Bu müdrik siyasət nəticəsində Azərbaycan artıq dünyada tanınır, nüfuzu durmadan yüksəlir. Artıq dünya da ölkəmizlə hesablaşır, irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Dövlətin əsas göstəricilərindən biri olan iqtisadiyyatda aparılan köklü islahatların nəticəsində ölkəmiz qısa müddət ərzində bu sahənin yüksəlişini təmin etmişdir.

Biz bu gün iftixarla deyirik ki, bəli, Azərbaycanın ümumilli lideri, Azərbaycan dövlətinin xilaskarı, yeni Azərbaycanın memarı Heydər Əliyev bizim qəlbimizdə daim yaşayır və yaşayacaq. Gələcək nəsillər onun həyat yolunu araşdıracaq və öyrənəcəklər.

Heydər Əliyev siyasi kursu bu gün onun ideyalarına sadiq qalan möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər birimiz Prezidentin ətrafında sıx birləşərək onun qarşıya qoyduğu mühüm vəzifələrin yerinə yetirilməsində daha fəal iştirak etməyə çalışırıq. İnanırıq ki, siyasətdə öz sözünü deyən, beynəlxalq aləmdə böyük nüfuz qazanan möhtərəm Prezidentimiz İlham Əliyev ölkəmizin hərtərəfli inkişafına və möhkəmlənməsinə nail olacaqdır.

 

Rauf ŞİRƏLİYEV,

“Kəngərli” firmasının baş direktoru.

 

Respublika.- 2012.- 7 dekabr.- S. 4.