| Binəqədi rayonunun sosialiqtisadi inkişafı: real vəziyyət və perspektivlər

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycan çox sürətlə və hərtərəfli inkişaf edir. Bu dinamik inkişaf tempi Binəqədi rayonunda da özünü göstərir. Ölkədə əldə edilən nailiyyətlərə öz payını verməyə çalışan Binəqədi rayonunda da sosialiqtisadi sahədə parlaq göstəricilər qazanılmış, son vaxtlar abadlıq–quruculuq işləri geniş vüsət almışdır.

Binəqədi paytaxtın 11 rayonundan biri olmaqla 6, 7, 8, 9–cu mikrorayonları, Rəsulzadə, Biləcəri, Binəqədi, Xocəsən, Sulutəpə və 28 May qəsəbələrini əhatə edir.

Beş ərazi icra nümayəndəliyi, 5 bələdiyyə fəaliyyət göstərir. İnzibati mərkəzi Rəsulzadə qəsəbəsidir. Ərazisi 170 kvadratkilometrə yaxındır. Əhalisi daimi qeydiyyatda olanlarla 251 min nəfər, qeyri–rəsmi məlumata görə (qeydiyyatda olmayanlarla) 400 min nəfərdən çoxdur. Bu ilin ötən müddəti ərzində iqtisadi sahədə göstəricilər yüksək olmuşdur.

2012–ci ilin yanvarsentyabr aylarında 119 milyon 980 min manatlıq və ya keçən ilin müvafiq dövründən 0,1 faiz çox sənaye məhsulu istehsal edilmişdir.

Bu müddətdə rabitə müəssisələri tərəfindən rayon üzrə əhaliyə 8 milyon 633 min 500 manatlıq, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən əhaliyə 36 milyon manat həcmində xidmətlər göstərilmişdir.

Son illərdə istehlak bazarında müsbət irəliləyişlər əldə edilmişdir. Belə ki, 2011–ci ilin 9 ayı ərzində istehlak bazarı dinamik inkişaf etməkdə davam etmişrayon əhalisinə ümumilikdə 762 milyon 533 min manatlıq istehlak malları satılmışdır. İaşə müəssisələrində isə əhaliyə 18 milyon 927 min manatlıq iaşə xidmətləri göstərilmişdir.

Bu ilin yanvarsentyabr aylarında 4 milyon 87 min manatlıq tikinti–quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 70,0 faiz çoxdur.

Ötən müddətdə rayonda 2435 yeni yeri açılmışdır ki, bunun da hamısı daimi yerləridir. 5 oktyabr 2012–ci ildə rayon məşğulluq mərkəzi ilə birlikdə səyyar əmək yarmarkası təşkil edilmişdir. İşaxtaran vətəndaşlara 807 boş yeri təqdim olunmuş, 21 nəfərə müxtəlif vakansiyalar üzrə işə düzəlmək üçün göndərişlər verilmiş, 17 nəfər peşə kurslarına cəlb olunmuşdur. Bu il rayonda sahibkarlığın inkişafına dəstək verilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, yerli iqtisadiyyatın və sahibkarlığın inkişaf etdirilməsi, əhalinin maddisosial rifah halının yaxşılaşdırılması, məşğulluğunun artırılması, əlverişli biznes mühitinin yaradılması və investisiya cəlbediciliyinin artırılması məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 20 sentyabr 2012–ci il tarixli 169 saylı sərəncamı ilə “2012–2014– illərdə Binəqədi rayonunun sosialiqtisadi inkişafı üzrə Tədbirlər Planı” təsdiq olunmuşdur.

“2011–2013– illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosialiqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası məqsədilə 27 aprel 2012–ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu ilə birlikdə rayon ərazisində fəaliyyət göstərən 140–dək sahibkarın iştirakı ilə “Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirmişdir.

Qeyd olunan Dövlət Proqramında Binəqədi rayonuna aid 103 bənd nəzərdə tutulmuşdur. Bu tədbirlərin 50–si təhsil, 6–sı səhiyyə, 2–si mədəniyyət, 3–ü idman, 2–si ekologiya, 7–si sukanalizasiya təsərrüfatı, 4–ü istilik təsərrüfatı, 6–sı sahibkarlığın inkişafı sahəsinə, 13–ü əhalinin təhlükəsizliyi tədbirlərinə, 10–u isə digər sahələrə aiddir.

Bu tədbirlərin 11–nin icrasının 2011–ci ildə, 26–nın icrasının 2012–ci ildə, 66–nın icrasının isə 2013– ildə başa çatması planlaşdırılmışdır.

2011–ci ildə nəzərdə tutulmuş tədbirlərin 10–u icra edilmiş, 1 obyektdə — Biləcəri qəsəbəsindəki istirahət parkının tikintisində işlər bu il başa çatdırılacaqdır.

Qəsəbələrdə əhalinin həyat şəraitinin yüksəldilməsi məqsədilə infrastruktur obyektlərinin işinin intensivliyini təmin etmək istiqamətində də mütəmadi işlər görülür. Əhalinin enerji təchizatının yaxşılaşdırılması məqsədilə yarımstansiya yenidən qurulmuş, 3 yarımstansiyada isə əsaslı təmir işləri aparılmışdır. Xocəsən qəsəbəsində poçt binası istifadəyə verilmiş, 2 yeni ATS binasının tikintisi üçün müvafiq yer seçilmiştikinti işlərinə başlanmışdır. Rayon Qaz İstismar Sahəsi tərəfindən Xocəsən, Binəqədi, Sulutəpə, 28 May və Rəsulzadə qəsəbələrinin ərazisində ümumi uzunluğu 80 poqonmetr korroziyaya uğramış qaz xətləri yenisi ilə əvəz edilmiş, 6 ədəd qaztəmizləyici quraşdırılmışdır. Xocəsən qəsəbəsində bütün küçələrin yenidən qazlaşdırılması həyata keçirilməkdədir. Rayon ərazisində aparılan işlərin keyfiyyətinə nəzarət ərazilərin sanitar normalara uyğun qorunması ilə müşayiət olunur. Belə ki, ərazilərin təmizliyinə nəzarət günün ən aktual məsələsi olaraq qalır. Rayon ərazisində tullantıların daşınması xüsusilə diqqət mərkəzindədir. Son 7 ay ərzində bu problem, demək olar ki, öz həllini tapıb. Belə ki, yeni maşın–texnika parkı yaradılıb. Burada hələlik 20 ədəd müxtəlif maşın və texnika cəmləşib, yaxın vaxtlarda onların sayı daha 40 ədəd artırılacaq. 1000–dən çox konteyner alınıb, tullantılar üçün bunkerlər tikilib.

Dövlət Proqramı çərçivəsində rayonda çoxsaylı obyektlərin, xüsusilə təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi nəzərdə tutulmuşdur. Bu obyektlərin bir qisminin icrası 2012–ci ildən növbəti ilə keçmiş, digərləri isə 2013– il üçün nəzərdə tutulmuş obyektlərdir.

Qeyd etmək lazımdır ki, 2011–2012–ci tədris ilində respublikanın ali məktəblərinə qəbul imtahanlarında həmişə olduğu kimi, bu il də Binəqədi rayonu məktəblərinin məzunları yüksək nəticələr əldə etmişlər.

Belə ki, məzunlar arasında 63 nəfər 600–dən çox, 16 nəfər isə 650–dən çox bal toplamışdır. Bu tələbələrdən 6–sı Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2012–ci il tarixli sərəncamına əsasən Prezident təqaüdünə layiq görülmüşdür. Ümumiyyətlə, orta məktəbi bitirənlərin sayı 2529 nəfər, ali məktəblərə sənəd verənlər 2247 nəfər, qəbul olunanların sayı 1184 nəfər olmuşdur.

Dövlət Proqramı çərçivəsində rayonun qəsəbələrində məhəllədaxili yolların asfaltlanması sahəsində də müəyyən işlər görülmüşdür.

Rayonda 82 çoxmərtəbəli yaşayış binasının zirzəmisi təmizlənib, 35 binada lift əsaslı təmir olunub və modernləşdirilib.

Vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq mövcud xeyir–şər evlərinin təmiri, tikintisi yarımçıq qalmış və əsaslı tikintisinə ehtiyacı olan bu tip binaların əhalinin istifadəsinə verilməsi istiqamətində də genişmiqyaslı işlər həyata keçirilir.

Əlamətdar günlər rayon icra hakimiyyəti tərəfindən aidiyyəti qurumların iştirakı ilə qeyd edilmiş, bayram günlərində RİH aparatının xətti ilə rayon ərazisində yaşayan aztəminatlı ailələrə, qaçqın və məcburi köçkün, həmçinin şəhid ailələrinə, əlillərə və digər imtiyazlı şəxslərə bayram sovqatları paylanmış, mütəmadi olaraq müxtəlif yardımlar edilmişdir.

Respublikanın hər yerində olduğu kimi, Binəqədi rayonu ərazisində aparılan abadlıq–quruculuq işlərinin miqyası və görülən işlərin bənzərsizliyi rayon sakinləri tərəfindən ruh yüksəkliyi ilə qarşılanır.

Belə ki, qeyd olunan proqramların icrası istiqamətində rayonun qəsəbələrarası və qəsəbədaxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasaddam örtüklərində, parkmeydanlarda, həmçinin digər infrastruktur sahələrində abadlıq–quruculuq, yenidənqurma və əsaslı təmir işləri aparılmaqdadır. Binəqədi rayonu ərazisində gedən abadlıq–quruculuq işlərinin mərkəzində Bakı–Sumqayıt şosesi istiqamətində, Biləcəri enişində və magistral şosenin sağsol hissəsində aparılan landşaft memarlığı elementləri ilə zəngin olan yaşıllaşdırma tədbirləri durur. Belə ki, Lukoyl yanacaqdoldurma məntəqəsindən başlayaraq Biləcəri enişi ilə yolun sağ tərəfində istinad divarları tikilmiş, torpaq işləri aparılmış, istinad divarları ağac materialı ilə üzlənərək ərazidə çəmən otumilli ornament nümunələrindən istifadə etməklə külli miqdarda gül–çiçək kolları əkilmişdir. Müvafiq işlər şose boyu, yolun hər iki tərəfində davam etdirilmiş, 7 metr diametrində saat kompleksibir çox memarlıq elementləri ilə zənginləşdirilmişdir. Yaşıllaşdırılan ərazilər suvarma və işıqlandırma sistemləri ilə təmin olunmuşdur. Ərazinin bir hissəsində Almaniyadan gətirilmiş xüsusi örtük materialla yaşıllıq və onun içərisində piyadaların hərəkəti üçün cığır salınmışdır. Bu istiqamətdə işlər Abşeron rayonunun Masazır qəsəbəsinədək davam etdiriləcəkdir. Yuxarıda qeyd etdiyimiz kimi, Bakının şimal giriş qapısı Binəqədi rayonunun ərazisində yerləşir. İndi burada yaradılan gözəllik respublikamızın şimal bölgəsindən paytaxtımıza gələn hər kəsi valeh edir.

Rayonda icrasına başlanmış ən iri layihələrdən biriZ.Bünyadov küçəsinin kəsişməsindən başlayaraq 8–ci mikrorayon ərazisindən keçən Azadlıq prospektinin yenidən qurulmasıdır. 1,9 kilometr məsafəni əhatə edən bu yolda ictimai nəqliyyat, velosipedfiziki qüsurları olan vətəndaşlar üçün ayrıca yol zolaqları çəkiləcəkdir. Bu işə gələn ildən başlanacaq. Hazırda isə prospektin sağsol tərəfində yerləşən çoxmərtəbəli binaların fasadları, digər müxtəlif təyinatlı obyektlərin hasarları müasir memarlıq üslubunda bəzək daşları və materialları ilə üzlənir, əsaslı təmir olunur.

Analoqu olmayan bu yeni yol paytaxtımızda ilk dəfə Binəqədi rayonunda salınacaqdır. Növbəti ildə bu Rəsulzadə qəsəbəsindən Binəqədi qəsəbəsinədək davam etdiriləcəkdir.

Binəqədi rayonu ərazisində son 10 ay ərzində ümumilikdə 4127 ədəd müxtəlif növ ağac, 41630 kvadratmetr qazon sahəsi, 18272 ədəd gül–çiçək və bəzək kolları əkilmişdir.

Azadlıq prospekti ilə yanaşı, Ə.Naxçıvani küçəsində 9 və 16 mərtəbəli yaşayış evlərinin fasadlarının müasir dizaynlı üzlük materialları ilə pəncərə bloklarının quraşdırılması işləri davam etdirilir. Azadlıq, Ə.Naxçıvani və A.Gəraybəyli küçələrində daha 10 binada müvafiq işlərin görülməsi istiqamətində layihə–hazırlıq işləri aparılır.

Yenə də Azadlıq prospektində, H.Hüseynov, İ.Dadaşov, S.S.Axundov, F.Məli–kov, K.Rəhimov, A.Kunanbayev, Ə.Naxçıvani, N.Nərimanov, N.Tusi küçələrində 49 binanın zirzəmisində də sukanalizasiya xətləri, dam örtüyü əsaslı təmir edilmiş, zirzəmidə təmizlik işləri aparılmışdır.

Rayon ərazisində qəsəbədaxili və məhəllədaxili yolların cari və əsaslı təmir işləri əsas yerlərdən birini tutur. Cari ilin 10 ayı ərzində Xocəsən, Rəsulzadə, Biləcəri qəsəbələrində, mikrorayonlarda, Binəqədi–Biləcəri şosesində, Binəqədi körpüsü–Novxanı yolunda, həmçinin Novxanı–Goradil bağ massivlərində və digər ərazilərdə yol–təmir işləri aparılmışdır.

Abad məhəllə layihəsi çərçivəsində rayonun 6–cı mikrorayonunda İ.Dağıstanlı küçəsi, indiki 6 saylı binanın əhatə etdiyi məhəllə, 8–ci mikrorayon H.Əliyev küçəsi 23 saylı binanın, İ.Dadaşov 71, H.Hüseynov 23, 11a, 15a, 23 saylı binaların Azadlıq 16, 22 ünvanındakı binaların əhatəsində olan həyət ərazilərində məhəllədaxili yolların və səkilərin daşları dəyişdirilmiş, yeni asfalt örtük vurulmuş, suvarma şəbəkələri quraşdırılmaqla yaşıllıq ərazilər salınmış, elektrik işıqlanması təmin edilmiş, müxtəlif ağac, bəzək kolları və gül–çiçək əkilmişdir. Bu ərazilərdə müasir tipli oturacaqlar, urnalar qoyulmuş, uşaq əyləncə zonaları yaradılaraq istirahət yerləri quraşdırılmışdır. 8–ci mikrorayonun digər məhəllələrində də bu işlər davam edir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxilixarici siyasətin təbliği, məruzə və nitqlərində ölkənin ictimaisiyasi həyatında baş verən dəyişikliklərlə bağlı fikirlərinin, sosialiqtisadi inkişaf və həyata keçirilən genişmiqyaslı layihələr haqqında məlumatların əhaliyə çatdırılması məqsədilə Prezident Administrasiyasının tövsiyəsi ilə rayon təbliğat qrupu yaradılmış, hesabat dövrü ərzində rayonun inzibati ərazi nümayəndəliklərində, həmçinin rayon sakinlərinin sıx toplaşdıqları yerlərdə görüş keçirilmişdir. 2012–ci ilin on ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatına vətəndaşlardan, ümumilikdə 3511 müraciət daxil olmuşdur. Daxil olmuş vətəndaş müraciətlərindən 11–i təklif, 2245–i ərizə və 1255–i şikayət olmuşdur. Müraciətlər əsasən tikinti aparılmasına icazə, inşası başa çatmış tikintilərin sənədləşdirilməsi, mənzillə və ya torpaq sahəsi ilə təmin edilmə, işlə təmin olunma, maddi yardım göstərilməsi, su, işıq, qaz, kanalizasiya, qaçqınlar və məcburi köçkünlərin problemləri ilə bağlı məsələlərlə əlaqədar olmuşdur. Bütün müraciətlərə baxılaraq qaldırılan problemlərin həlli istiqamətində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülmüş, bir sıra hallarda məsələlərin həllinə yerində köməklik göstərilmiş, zərurət olduqda müraciətlər aidiyyəti qurumlara yönləndirilmiş, eyni zamanda, müraciətlər əsassız olduqda, bununla bağlı vətəndaşlara müvafiq izahatlar verilmişdir. Bu müddətdə rayon icra hakimiyyətində 1564 vətəndaş qəbul edilmişdir.

Rayonda elektron hökumətin yaradılması istiqamətində ciddi addımlar atılır. Artıq rayonun idarələri arasında elektron sənəd dövriyyəsinə başlanılıb. İkinci mərhələ kimi rayonun elektron xəritəsinin hazırlanması prosesinin icrasıdır. Bununla da rayonun idarəetməsi asanlaşacaq, rayon təsərrüfatının elektron xəritə ilə nəzarəti də mümkün olacaq. Həmçinin RİH–də vətəndaşların videoqəbulu məsələsinin reallaşdırılması istiqamətində layihəyə start veriləcək. Beləliklə, icra hakimiyyətinə gəlmədən, vətəndaş aparatın məsul şəxsləri ilə videoqəbul həyata keçirə biləcəkdir. Eyni zamanda vahid telefon məlumat xidməti də istifadəyə veriləcək.

Rayonun sosialiqtisadi sahəsində mövcud uğurlarla yanaşı, bir sıra nöqsanlar da vardır ki, onların aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Bu gün Binəqədi rayonunda bütün sahələr üzrə həyata keçirilən tədbirlər görüləcək işlərin başlanğıcıdır və bu istiqamətdə sürətli, dinamik inkişaf davam edir.

Yaxın gələcəkdə bütün Binəqədi, onun qəsəbə və mikrorayonları yenidən qurulacaq və Bakı şəhərinin ən gözəl rayonlarından birinə çevriləcəkdir.

 

Ramiz YUSİFOV,

 

Respublika.- 2012.- 8 dekabr.- S. 5.