| Ömrünü Azərbaycanın tərəqqisinə həsr etmiş böyük rəhbər

 

Bütün mənalı ömrünü öz xalqının tərəqqisi və inkişafına həsr etmiş, yorulmadan Azərbaycanın xoş gələcəyi naminə çalışmış ulu öndər Heydər Əliyev hər birimizin qəlbində daima yaşayacaq. Azərbaycanın çağdaş tarixi dahi şəxsiyyət və böyük dövlət xadimi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyev bəşəriyyətin yetirdiyi ən böyük şəxsiyyətlərdəndir.

Ümummilli lider Heydər Əliyevin 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixinin ən yüksək inkişaf mərhələsi olmuşdur. Müstəqil Azərbaycanımızın bugünkü inkişafı, uğurları Heydər Əliyev strategiyasının təntənəsidir. Müasir Azərbaycan tarixinə qurucuxilaskar kimi daxil olmuş ulu öndərimiz xalqımızın taleyində, mənəvi, siyasiictimai həyatında misilsiz xidmətlər göstərmişdir. Ölkəmizə rəhbərliyinin bütün mərhələlərində Azərbaycan xalqına sonsuz məhəbbət və sədaqət hissi ilə, qurubyaratmaq amalı ilə yaşamışdır. Özünün zəngin və mənalı həyatı boyu daim xalqını, doğma vətənini düşünmüş, onu üzləşdiyi çətinliklərdən xilas etmək üçün böyük fədakarlıqlar göstərmişdir. Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli bir ölkə kimi təşəkkülü üçün Heydər Əliyevə borcluyuq. Heydər Əliyev xalqımıza siyasiiqtisadi cəhətdən etibarlı təməllər üzərində qurulmuş müasir Azərbaycan dövlətini bəxş etdi.

Bu gün əminliklə demək olar ki, Azərbaycanın siyasi suverenliyinin, iqtisadi müstəqilliyinin əsası məhz 70–80–ci illərdə qoyulmuş möhkəm təmələ, güclü intellektualiqtisadi potensiala söykənir. Bu potensial müstəqillik illərində də möhkəmlənmiş, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına güclü təkan vermişdir.

1993– ilin kəşməkəşli iyun günlərində xalqın təkidli tələbi və xahişi ilə yenidən Azərbaycanda hakimiyyətə qayıdan bənzərsiz siyasətçi Heydər Əliyev xalqı düşdüyü ağır və çıxılmaz vəziyyətdən xilas etdi. Ölkədə yaranmış özbaşınalığın, xaosun, anarxiyanın qarşısı alındı, respublikada ictimaisiyasi sabitlik təmin edildi, vətəndaş qarşıdurması aradan qaldırıldı və ölkə parçalanıb məhv olmaq təhlükəsindən xilas oldu. Ölkənin ictimaisiyasi, sosialiqtisadi, hərbi, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994– il oktyabr və 1995–ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, cəbhədə atəşkəsə nail olundu. Bu illərdə milli ordu quruculuğu sahəsində ciddi irəliləyişlərə nail olundu. Azərbaycanın müstəqil dövlət təsisatları yaradıldı, demokratik prinsiplər bərqərar oldu, dünyəvi, demokratik dövlət quruculuğu prosesi, uğurla və sürətlə həyata keçirilməyə başladı. İnsan, hüquq və azadlıqlarının başlıca prinsipləri bərqərar oldu. Azərbaycanın xarici siyasəti dünyanın aparıcı dövlətləri ilə milli maraqlarasiyasi perspektivlərə söykənən xətlə inkişaf etməyə başladı. Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995–ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirdi, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı. Heydər Əliyevin iradəsi ilə hələ 1993– ildən tətbiqinə moratorium qoyulduğu ölüm hökmü 1998–ci ildən tamamilə ləğv edilmiş, bununla da ölkəmiz Şərqdə qətiyyətli və tarixi qərarı qəbul edən ilk ölkə olmuşdur. Yüksək humanizmə söykənən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltmiş, müstəqil respublikamız 2001–ci ilin 25 yanvarında Avropa Şurasına üzv qəbul edilmişdir.

Bu gün ölkəmizin hər yerində, bütün sahələrdə ümummilli liderimizin quruculuq fəaliyyətinin silinməz izləri var. Azərbaycanda qısa bir zaman kəsiyində hökm sürən iqtisadi tənəzzülün qarşısını alan Heydər Əliyev respublikanın davamlı inkişafı üçün islahatlar həyata keçirdi. 1994– ildə dünyanın böyük dövlətlərinin tanınmış şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla Azərbaycanın bugünkü və gələcək uğurlarının möhkəm bünövrəsini qoydu, ölkənin bütün strateji əhəmiyyətli sahələrinin inkişafına təkan verdi. Ulu öndərin böyük uzaqgörənliklə həyata keçirdiyi neft strategiyası nəticəsində Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını mənimsəyən, yeni iqtisadi model formalaşdıran, AvropaAsiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, Xəzəryanı və Qafqaz regionunda çox mühümvacib rol oynayan bir dövlətə, dünyanın neft mərkəzlərindən birinə çevrilmişdir. 1999–cu ildə ATƏT–in İstanbul zirvə toplantısında Bakı–Tbilisi–Ceyhan əsas neft ixrac boru kəmərinin inşasına dair bağlanmış saziş Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində müstəsna rol oynamışdır.

Nəhəng dövlətçilik təcrübəsi və idarəçilik qabiliyyəti ilə səciyyələnən Heydər Əliyevin siyasi fəaliyyəti bu dahi şəxsiyyətin dünya şöhrətli siyasi xadim kimi tanınmasına xidmət etmişdir. O, nəinki Azərbaycan xalqının sevimlisi olmuş, eyni zamanda dünyanın tanınmış siyasətçilərinin, dövlət başçılarının, ziyalıların hörmət və məhəbbətini qazanmışdır. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan demişdir: “Heydər Əliyev Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən lider idi”. Bir millət iki dövlət sözləri Heydər Əliyevə məxsusdur.

Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer də Heydər Əliyevdən danışarkən demişdir: “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər”. Rusiya, ABŞ, Gürcüstan, Qazaxıstan və digər ölkələrin dövlət başçıları, tanınmış ziyalıları Heydər Əliyevi dahi şəxsiyyət, dünyamiqyaslı siyasətçi, böyük dövlət xadimi kimi qiymətləndirmişlər.

Heydər Əliyevin adı və şərəfli həyatı öz vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə xidmətin əsl nümunəsi kimi daim yaşayacaq, Azərbaycanın indiki və gələcək nəsillərinə əbədi örnək olacaqdır. Öz şərəfli və möhtəşəm fəaliyyəti ilə Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətini yaratdı, onun idarəçilik mexanizmini formalaşdırdı. Bu gün biz hamımız böyük qürur hissi ilə qeyd edirik ki, bugünkü müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir, onun öz xalqı qarşısında əvəzsiz tarixi xidmətidir. Heydər Əliyev dəfələrlə bəyan etmişdir ki, bütün varlığı ilə vətəninə, onun insanlarına bağlıdır: “Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursaolsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə–gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcək”.

Heydər Əliyev həmişə öz xalqına arxalanıb. O, bu barədə qürur hissi ilə demişdir: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə veribbütün uğurlarımı təmin edib”.

Ölkəmizin müstəqilliyinin ilk illərində o dövrün səriştəsiz iqtidarların biganəliyi nəticəsində dəmir yolu nəqliyyatı da ağır böhran yaşayırdı. Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra bütün sahələrdə olduğu kimi, bu sahədə də böyük canlanma başladı, az bir müddət ərzində nəqliyyat sektoru öncül yerlərdən birini tutdu. Uzaqgörən dövlət xadimi yaxşı bilirdi ki, nəqliyyat sistemi ölkənin iqtisadi inkişafı üçün olduqca vacibdir. Məhz bu səbəbdən də nəqliyyatın bütün sahələrinə qayğı göstərirdi. Dəmir yoluna diqqət və qayğı hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycanın dəmir yolu nəqliyyatını daha da inkişaf etdirmək məqsədilə cənab İlham Əliyev 2010–cu il 6 iyul tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010–2014– illərdə inkişafına dair Dövlət Proqramı”nı təsdiq etmişdir.

Azərbaycanda bu gün ulu öndərin ideyaları yaşayır, daha geniş şəkildə inamla həyata keçirilir, əbədiyaşar rəhbərin nurlu xatirəsi ehtiramla yad edilir.

 

Vüsal SADIQOV,

“ADY” QSC, YAP ərazi ilk

partiya təşkilatının gənclər

şurasının sədr müavini.

 

Respublika.- 2012.- 8 dekabr.- S. 3.