| Ulu
öndər intibahın əbədi simvoludur
Ümummilli liderimiz Heydər Əliyev bənzərsiz liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitası sırasında özünəməxsus yeri olan nəhəng şəxsiyyət idi. O, bütöv bir xalqın tarixinin yüksək zirvəsində idi. Bu zirvədən xalqın dünəni, bu günü və sabahı görünür. Ümumiyyətlə, boyük şəxsiyyətləri tarix, zaman özü yetişdirir və onlar öz əməlləri ilə tarixi yaradır, zənginləşdirir.
Tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan öz milli–mənəvi dəyərlərini qoruyaraq üçüncü minilliyə inamla qədəm qoymuşdur. Ümummilli liderin zəkası bütün sədləri yararaq və qarşıya çıxan heç bir çətinliyə baxmayaraq Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırmışdır. Olduqca mürəkkəb bir dövrdə xalqın xidmətində dayanan Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini və edə bilməyəcəyini gerçəkləsdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə dünyada tanınmış və şəxsiyyətinə həmişə dərin hörmət bəslənilmişdir. Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev həyatı boyu hər zaman xalqını, vətənini düşünmüşdür. Dahi rəhbərin ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Heydər Əliyev bir dövlət başçısı kimi Azərbaycanın ən çətin anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, ölkəsini bəlalardan qurtarmağı bacarmışdır.
Azərbaycan dövlətinin başçısı kimi Heydər Əliyevin çoxəsrlik dövlətçiliyimiz tarixində müstəsna yeri var. Heydər Əliyevin fəaliyyəti öz əhəmiyyəti baxımından Azərbaycanın hüdudlarından çox–çox kənarlara çıxır. Müasir dövrdə nəinki Azərbaycanda, eləcə də regionda gedən prosesləri ulu öndər şəxsiyyətindən kənarda təsəvvür etmək mümkün deyildi.
Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyənləşdirmişdir. Məhz buna görə də Azərbaycan tarixinin 1969–cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx baglıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunmuşdur.
Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu əslində 1969–cu ildən — məhz ümummilli liderin hakimiyyətə gəlişindən sonra başlamışdır. Bu mənada azərbaycançılığın ən parlaq səhifələri də elə həmin illərdən etibarən yazılmışdır. Bu baxımdan Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul edilir.
Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya–siyasi istiqamətini də məhz xalqın milli özünüifadəsinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil etmişdir. Bu isə Azərbaycan xalqının ümummilli problemləri ilə sıx bağlı olub, xalqın tarixi yaddaşının özünə qaytarılması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdı.
O illərdə həm iqtisadi, həm mədəni tənəəzülə aparan mənfi hallar Heydər Əliyevin hakimiyyətə gəlişi ilə aradan qaldırıldı. Böyük rəhbərin yorulmaz fəaliyyətinin nəticəsidir ki, 1970–1985–ci illər baş verən dəyişikliklərin miqyasına görə ictimai və iqtisadi sahədəki dərin islahatların səciyyəsinə və xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsinə görə Azərbaycanın quruculuq salnaməsində, sözün həqiqi mənasında ən parlaq səhifələr təşkil etmişdir. Hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyevin strateji proqramında Azərbaycan dili ayrıca diqqət mərkəzində idi. Ulu öndərin respublikaya rəhbərliyi dövründə Azərbaycan dilinə dövlət dili statusu qazandırmağa yönəlmiş fəaliyyətinin bəhrəsidir ki, 1978–ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu.
XX əsrin son onilliklərində Azərbaycan elmi və təhsili də Heydər Əliyev şəxsiyyətinin, zəkasının və bacarığının işığında inkişaf etmiş və bugünkü səviyyəsinə gəlib çıxmışdır.
Ulu öndər həyatı boyu həmişə xalqa arxalanmışdır: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.
Müstəqil Azərbaycan dövlətinin keçdiyi sınaqlar, dövlətimizin ən ağır günlərində Heydər Əliyevin göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib. Ulu öndərin Azərbaycanla, xalqla bağlı arzuları bitib–tükənməz, Vətənə, xalqa olan məhəbbəti hədsiz–hüdudsuz idi. Onun ürəyi Azərbaycan qədər geniş idi. O, dünyanın hansı ölkəsinə gedirdisə, Azərbaycanı, onun problemlərini də ürəyində aparırdı. Heydər Əliyev Vətən üçün, xalq üçün doğuldu. Vətənin, xalqın tərəqqisi, inkişafı, azadlığı, müstəqilliyi üçün çalışdı. Müqəddəs amalları və fəaliyyəti ilə xalqın gözündə, qəlbində dağ kimi ucaldı. Ona görə də xalqın sədaqətli, dahi övladına məhəbbəti sonsuzdur, əbədidir… Ümummilli lider əsl ümumxalq məhəbbəti, sevgisi qazanmış tək–tək siyasətçilərdən, dövlət xadimlərindəndir. O, respublikaya rəhbərlik etdiyi uzun illər ərzində gördüyü nəhəng işləri ilə xalqın qəlbində özünə əbədi abidə ucaldıb. Ona görə də nə qədər müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev də ürəklərdə yaşayacaqdır. Bu isə əbədiyyət deməkdir. Dahi və əzəmətli şəxsiyyətin yolunun davamı müstəqil Azərbavcan dövlətinin gələcəyi, onun daha da güclənməsi, ərazi bütövlüyünün bərpa olunması, hər bir vətəndaş üçün firavan və rahat həyat şəraitinin yaradılması deməkdir. Heydər Əliyevin başladığı işləri davam etdirmək, qurduğu dövləti yeni–yeni uğurlara çatdırmaq onun ruhu qarşısında ən ümdə borcumuzdur.
Ulu öndərin mənalı
ömür yolu vətənə
sədaqət nümunəsidir. Ümummilli liderimiz bu gün aramızda
yoxdur. Təsəllimiz odur ki, Heydər Əiiyevin sönməz ideyalarının
davamçısı olan
layiqli siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında
gələcəyə addımlayırıq.
Bu isə o deməkdir
ki, dövlətimiz etibarlı əllərdədir.
Möhtərəm Prezidentimizin təşəbbüsü
və rəhbərliyi
ilə işlənib hazırlanmış dövlət
proqramlarının icrası
bütün sahələrdə
misilsiz bir canlanma, işgüzarlıq
ovqatı yaratmışdır.
İnanırıq ki, müstəqil Azərbaycan böyük öndərin dühasından
bəhrələnərək möhtərəm Prezidentimiz
İlham Əliyevin bacarıq və ləyaqətlə davam etdirdiyi müdrik kurs ilə irəliləyəcək,
öz müstəqilliyini
daha da möhkəmləndirəcəkdir.
Azərbaycanda bu gün ümummilli
liderimizin ideyaları nəinki yaşayır, hətta daha geniş şəkildə
həyata keçirilir. Ölkəmizin rəhbərinin bu gün dünya miqyasında qazandığı
böyük nüfuz,
nəhəng dövlətlərin
başçıları ilə
bərabərhüquqlu tərəfdaş
kimi danışıqlar
aparması bir daha sübuta yetirir ki, Heydər
Əliyevin dövlətçilik
ideyalarının, Heydər
Əliyev yolunun alternativi yoxdur və bu yol
yeni–yeni uğurlara, zəfərlərə aparır.
Biz hamımız Azərbaycan
xalqının və dövlətçiliyinin xilaskarı və
yaradıcısı olan Heydər
Əliyev irsinə daim sədaqətliyik və
bundan sonra da belə olacağıq. Azərbaycan
xalqının dahi oğlunun
pak əməlləri, ideyaları,
arzuları və vəsiyyətləri həmişə
yaşayacaqdır.
Mahirə NAĞIQIZI,
ADPU–nun müəllimi.
Respublika.- 2012.- 8 dekabr.- S. 3.