| Müasir Azərbaycanın yaradıcısı

 

Dünyada tarixi şəxsiyyət kimi qəbul edilən siyasi xadimlərin sayı elə də çox deyil. Azərbaycan xalqı fəxr edə bilər ki, onun layiqli övladı Heydər Əliyev belə uca zirvəni hələ sağlığında ikən fəth etmişdir. Zəkası, zəngin həyat və idarəçilik təcrübəsi, hədsiz çalışqanlığı sayəsində böyük nüfuz qazanan Heydər Əliyevin adı beynəlxalq birlikdə sayılıb–seçilən, qəbul edilən və dərin ehtiram bəslənilən siyasətçilərin sırasında çəkilir. Ulu öndəri böyük siyasətçi, görkəmli dövlət xadimi kimi səciyyələndirən əsas cəhət isə milliliyi, xalqına qəlbən bağlı olması, Vətəni sonsuz məhəbbətlə sevməsi və bütün həyatı boyu doğma Azərbaycanın inkişafı naminə çalışması idi.

 

Tarixi təcrübə göstərir ki, elmə, təhsilə, mədəniyyətə yüksək qiymət verən xalqlar, dövlətlər və dövlət başçıları bununla nəinki öz ölkələrinin iqtisadi və mədəni yüksəlişini təmin edir, həm də dünya mədəniyyətinə böyük töhfə vermiş olurlar. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün müdrik kəlamını xatırlayaq: “Ən böyük şəxslər özündən çox mənsub olduğu cəmiyyəti düşünən, onun varlığının və xoşbəxtliyinin qorunması yolunda həyatını verən insanlardır”. Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev məhz belə xoşbəxt taleli dahi insanlardandır.

Bu gün iftixarla demək olar ki, ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyev yorulmaz və ardıcıl səyləri, tükənməz dühası və enerjisi sayəsində keçid dövrünün problem və çətinliklərinə baxmayaraq, təhsilimizin inkişafına nəinki dövlət təminatı vermiş, həmonun dünya təhsil sistemi səviyyəsinə qaldırmışdır.

Hələ 70–80–ci illərdə ulu öndərimiz sanki Azərbaycanın müstəqil dövlət olacağını görmüş, bunun üçün siyasi, iqtisadihüquqi zəmin yaratmışdır. O dövrdə Azərbaycanda aparılan misli görünməmiş quruculuq işləri, yaradılmış iqtisadi potensial müstəqillik illərində Azərbaycanın inkişafına təminat verən mühüm amillərdəndir.

Azərbaycanın sosialiqtisadidiplomatik sahədə üzləşdiyi bir çox problemlərin həlli məhz dahi şəxsiyyət Heydər Əliyevin 1993– ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı mərhələdə mümkün olmuşdur. 1990–cı illərin əvvəllərində ölkədə hakimiyyət böhranı dərinləşmiş, ictimaisiyasi sabitlik pozulmuş, vətəndaş qarşıdurması güclənmiş, qanunçuluqhüquq qaydalarının təminatında ciddi problemlər yaranmışdı. Tarix təsdiqlədi ki, yalnız dəmir iradəyə, fitri idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik lider Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək kimi ağır missiyanın öhdəsindən gələ bilər. Dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi altında hakimiyyət boşluğu qısa müddətdə tam aradan qaldırılmış, respublikanın müxtəlif bölgələrində dövlətçiliyə qəsdlər təşkil edən cinayətkar ünsürlər xalqın dəstəyi ilə zərərsizləşdirilmiş, vətəndaş sülhü və həmrəyliyinin təminatı istiqamətində ciddi addımlar atılmışdır.

Ümummilli liderimiz Heydər Əliyev özünün zəngin iqtisadi bilik və təcrübəsi sayəsində həm də Azərbaycanın yeni dövrü üçün iqtisadi inkişaf prioritetləri müəyyənləşdirmiş, bu sahədə mövcud problemlərin həlli yollarını elmi–nəzəri və praktik əsasda göstərmişdir.

Vurğulamaq lazımdır ki, Azərbaycanın yeni neft strategiyasının hazırlanaraq həyata keçirilməsi ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir. 1994– ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanmasının misilsiz əhəmiyyəti bugünkü intensiv sosialiqtisadi inkişaf fonunda qabarıq görünür.

Heydər Əliyev Azərbaycanı inkişaf etmiş dövlətlərin, millətini firavan həyat sürən xalqların sırasında görmək istəyirdi. O, ömrünün son dəqiqələrinədək xalqının gələcək taleyi haqqında düşünürdü.

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş sosialiqtisadi strategiya bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmiz son illər iqtisadi, siyasi, beynəlxalq əməkdaşlıq və digər sahələrdə davamlı inkişaf yoluna qədəm qoymuşdur.

Hər bir azərbaycanlı bir daha əmin olur ki, ölkəmizi daim yüksəliş yoluna çıxaran Heydər Əliyev Azərbaycan xalqı və dövləti qarşısında millətimizin müstəqillik arzusunun həyata keçirilməsində, milli dövlətçilik ideyasının gerçəkləşməsində və müasir Azərbaycan dövlətinin yaradılmasında müstəsna rol oynayıb. Heydər Əliyevin müdrik dövlətçilik fəaliyyətinə, onun doğma xalqı qarşısında misilsiz xidmətlərinə tarix öz layiqli qiymətini çoxdan vermişdir.

 

İradə HÜSEYNOVA,

Nərimanov rayonundakı

304 nömrəli məktəb–liseyin direktoru.

 

 Respublika.- 2012.- 8 dekabr.- S. 3.