Azərbaycanın dayanıqlı iqtisadi inkişafı davam edir

 

Dünyanın əksər ölkələrindən fərqli olaraq Azərbaycanın iqtisadi inkişaf səviyyəsi ildən–ilə yüksəlir. Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü, çevik və ölkəni daha böyük hədəflərə aparan siyasəti, həyata keçirilən genişmiqyaslı layihələr əldə edilən nailiyyətləri daha da möhkəmləndirir. Əvvəlki illərdə olduğu kimi 2012–ci ilin doqquz ayında da milli iqtisadiyyatımız sabitlik, inkişaf və dayanıqlıq nümayiş etdirmişdir. Ölkə iqtisadiyyatının çoxşaxəli şəkildə inkişaf etdiyini vurğulayan cənab İlham Əliyev bildirib ki, Azərbaycanın strateji valyuta ehtiyatları ilin əvvəlindən təxminən 5 milyard dollar artmışdır, hazırda 45 milyard dollar səviyyəsindədir: “Deyə bilərəm ki, dünya miqyasında çox böyük rəqəmdir və Azərbaycan o ölkələrdəndir ki, böyük valyuta ehtiyatlarına malikdir. Ölkənin ərazi ölçülərinə və əhalinin sayına görə hesab edirəm ki, əgər valyuta ehtiyatlarımızı adambaşına hesablasaq biz dünya miqyasında ən qabaqcıl yerlərdən birindəyik”.

 

Azərbaycan iqtisadiyyatının sürətli inkişafı dünyada iqtisadi gərginliyin davam etdiyi son 4 ildə baş verir. Qlobal güc mərkəzləri arasında yenidən tarazlaşma prosesi çox ağrılı gedir. Belə ki, son bir neçə ildə qlobal dünya böhranı bir çox ölkələrin iqtisadiyyatına, sosial şəraitinə ciddi zərbələr vurmuşdur. Dünya iqtisadiyyatının inkişaf sürəti xeyli aşağı düşmüş, böhrana düçar olmuş ölkələr ağır problemlər, sosial gərginliklərlə üzləşmişlər. Ən nüfuzlu beynəlxalq təşkilatların, inkişaf etmiş dövlətlərin başçılarının iştirakı ilə dəfələrlə aparılan müzakirələr, antiböhran tədbirləri hələ də lazımi səmərə verməmişdir. Ekspertlərin fikrincə dünyadakı bu böhran onu da təsdiqləmişdir ki, inkişaf səviyyələrinə, siyasi sistemlərinə, tarixi şəraitinə və s. spesifik amillərə görə bir–birindən xeyli fərqlənən ölkələr üçün vahid oyun qaydaları səmərə vermir və ölkələr əziyyət çəkirlər.

Azərbaycan isə dünya böhranından ən az itki ilə çıxan ölkə kimi tanınır. Belə ki, dövlətimizin başçısı İlham Əliyev Azərbaycan iqtisadiyyatını qlobal maliyyə böhranının dağıdıcı zərbələrindən qorumaq üçün düşünülmüş, milli maraqlara cavab verən strategiya müəyyənləşdirmiş və qabaqlayıcı tədbirlər görmüşdür. Eyni zamanda ölkəmizdə iqtisadiyyatın inkişafına dövlət dəstəyi artırılmışdır.

Belə bir uğurlu siyasətin nəticəsidir ki, ölkəmizin iqtisadi potensialı güclənir, maliyyə imkanları artır. Son illər Azərbaycan bütövlükdə iqtisadiyyatın inkişaf səviyyəsini səciyyələndirən mühüm göstəricinin–ÜDM–in artım sürətinə görə lider ölkələr sırasındadır. İlin sonuna strateji valyuta ehtiyatlarının 50 milyard dolları ötəcəyini proqnozlaşdırdılar. Strateji ehtiyatlar ÜDM–in 70 faizinə çatır ki, bu göstərici üzrə ölkə dünyada ilk onbeşlikdədir.

Əhalinin real pul gəlirləri 2012–ci ilin 9 ayında 12 faiz artmış, 2008–ci ildən bəri isə bu artım 2 dəfə olmuşdur. Dünya Bankının məlumatına görə, milli gəlirin ədalətli bölgüsündə Azərbaycan 110 inkişaf edən ölkəni geridə qoyur. Yəni davamlı inkişafdan dar bir təbəqə yox, daha geniş əhali kütləsi yararlanır. Başqa sözlə iqtisadi inkişafın “inklyuzivliyi” artır. Yenə də Dünya Bankının hesabatına görə Azərbaycan dünyanın 153 ölkəsi arasında ən aşağı yoxsulluğa malik 20 ölkədən biridir.

Azərbaycanda əldə edilən yüksək inkişaf sürəti ölkəmizin MDB dövlətləri ilə müqayisədə iqtisadi gücününiqtisadi inkişaf səviyyəsinin yüksəlməsi ilə nəticələnmişdir.

Beynəlxalq təşkilatların hesablamalarına görə, 2011–ci ildə hər nəfərə düşən ÜDM–in miqdarı Gürcüstan üzrə müvafiq göstəricidən 2,1 dəfə, Ermənistandan 2,3 dəfə çox olmuşdur. Halbuki 1999–ci ildə Ermənistanda hər nəfərə 610 dollar, Gürcüstanda 780 dollar, Azərbaycanda isə 570 dollar ÜDM düşürdü. 2011–ci ildə bu rəqəmlər Ermənistanda 3033 dollar, Gürcüstanda 3210 dollar, Azərbaycanda 6832 dollar olmuşdur. Qarşıdakı dövrdə ən mühüm strateji vəzifələrdən biri ölkədə iqtisadi inkişafın sürətli keyfiyyətli artımını təmin etməkdən ibarət olacaqdır ki, bu da iqtisadi inkişaf səviyyəsini inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmağa real imkan yaradacaqdır.

Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin inkişafı üçün müəyyən etdiyi strateji xəttə və prioritet vəzifələrə uyğun olaraq 2013– ilin dövlət büdcəsinin xərcləri ölkənin iqtisadi qürətinin daha da artırılmasına, iqtisadiyyatın stimullaşdırılmasına, onun səmərəliliyinin və dayanıqlılığının təmin edilməsinə, investisiya mühitinin daha da yaxşılaşdırılmasına qeyrineft sektorunun inkişaf etdirilməsinə, istehsalsosial infrastrukturların müasir tələblər səviyyəsində qurulmasına maliyyə təminatı yaradacaqdır.

Növbəti ilin dövlət büdcəsinin xərclərinin sosialinvestisiya yönümlülüyü saxlanılmaqla xərclərin əhəmiyyətli hissəsi dövlətin təhlükəsizliyi və müdafiə potensialının daha da artırılması, iqtisadi, enerji, nəqliyyat, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsi, sahibkarlığın və kənd təsərrüfatının intensiv inkişafının stimullaşdırılması əhalinin gəlirlərinin, pensiyaların və digər dövlət tədbirlərinin maliyyələşdirilməsi üçün yönəldiləcəkdir. İqtisadi İnkişaf Nazirliyinin hazırladığı respublikanın iqtisadisosial inkişaf konsepsiyasına və əsas makroiqtisadi proqnoz göstəricilərinə əsasən 2013– ildə ölkə üzrə real iqtisadi artım 5,3 faiz, qeyrineft sektoru üzrə ümumi daxili məhsulun 11,7 faiz artımı proqnozlaşdırılır ki, bu da növbəti ildə qeyrineft sektorunun inkişafının yüksələn xətlə davam edəcəyi deməkdir. Dövlət büdcəsinin gəlirlərinin əhəmiyyətli hissəsini təşkil edən neft gəlirlərinin hesablanmasında bir barel neftin satış qiyməti 100 ABŞ dolları səviyyəsində qəbul edilmişdir.

2013– il dövlət büdcəsinin gəlirləri ÜDM–in 34,2 faizini təşkil etməklə 19 milyard 154 milyon manat proqnozlaşdırılır ki, bu da 2012–ci illə müqayisədə 2 milyard 116 milyon manatya 12,4 faiz 2011–ci ilin faktiki icrasına nisbətən 3 milyard 453,3 milyon manatya 22 faiz çoxdur. 2013– il dövlət büdcəsinin gəlirlərinin 11 milyard 350 milyon manatını Dövlət Neft Fondundan transferlər, 6 milyard 400 milyon manatını Vergilər Nazirliyinin, 1 milyard 380 milyon manatını Gömrük Komitəsinin xətti ilə 0,1 faizini isə digər daxilolmalar təşkil edəcəkdir.

Qeyd etmək lazımdır ki, ilk dəfə olaraq dövlət büdcəsinin xərcləri 25 milyard ABŞ dollarından yüksək səviyyədə proqnozlaşdırılmışdır ki, bu da rekord göstəricidir. Ən yaxşı göstəricilərdən birixarici borclanmanın birdən–birə 2 milyard dollardan 750 milyon manata endirilməsidir.

Eyni zamanda, gələn il Azərbaycanda mühüm əhəmiyyət kəsb edən proqram və layihələrin icrası davam etdirilməklə yanaşı, yenilərinin də həyata keçirilməsinə başlanacaqdır. Büdcə xərcləri sosialinvestisiya yönümlülüyünü saxlayacaqdır. Bu uğurlu iqtisadi siyasət ölkəmizə nailiyyətlər, xalqımıza firavanlıq gətirəcək, Azərbaycan daha qüdrətli dövlətə çevriləcəkdir.

 

Şükür ƏLİZADƏ,

 

Respublika.- 2012.- 8 dekabr.- S. 1.