| UCQAR DAĞ RAYONUNDA TƏHSİL İNKİŞAF YOLUNDADIR

 

Hər bir xalqın, millətin intellekt səviyyəsi onun təhsil göstəriciləri ilə ölçülür. Ölkəmizdə keçən əsrdən başlayaraq təhsil sistemli şəkildə inkişaf etməyə başlamışdır. Ümummilli lider Heydər Əliyev hakmiyyətdə olduğu hər iki dövrdə təhsil sisteminin müasir səviyyədə qurulmasına, gənc nəslin hərtərəfli hazırlığına yüksək diqqət və qayğı göstərmişdir.

Yaşadığımız informasiya cəmiyyətində təhsilin rolu sürətlə artır. Dövlətimizin başçısı cənab İlham Əliyev milli təhsilimizə davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biri kimi xüsusi önəm verir, bu sahədə ardıcıl, məqsədyönlü islahatlar aparılır.

Cənab Prezidentin neft kapitalının insan kapitalına çevrilməsi ilə bağlı göstəriş və tapşırıqları təhsil işçiləri qarşısında mühüm vəzifələr qoymuşdur. Gənclərin dünyagörüşü, intellekt səviyyəsi, vətəndaşlıq mövqeyi məktəb partası arxasında formalaşır. Deməli, müstəqil həyata, cəmiyyətə yol məktəbdən başlanır.

Müsahibimiz Balaşirin Nəsirov təcrübəli təhsil işçisidir. Uzun illər Lerik rayonunun məktəblərində müəllim, direktor vəzifəsində işləmişdir. 2010–cu ilin aprel ayında təşəbbüskarlığına, işgüzarlığına, yüksək təşkilatçılıq qabiliyyətinə görə Lerik rayon təhsil şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmişdir.

Balaşirin müəllim ucqar dağ rayonu olan Lerikin özünəməxsus təhsil ənənələrindən, bu sahəyə göstərilən dövlət qayğısından söhbət açaraq deyir:

—Lerikdə bütün dövrlərdə elmə, təhsilə böyük maraq olmuşdur. Keçən əsrin əvvəllərinə nəzər yetirsək, bu dağların qoynunda görkəmli şəxsiyyətlərin, alimlərin, maarifpərvər insanların yetişdiyinin şahidi olarıq. Yaşlı nəslə mənsub təhsil işçiləri 1938–1942–ci illərdə Respublika Xalq Maarif Komissarı, 1942–1944– illərdə Azərbaycan KP MK katibi, 1959–1973– illərdə Azərbaycan Elmi Tədqiqat Pedaqogika İnstitutunun direktoru işləmiş həmyerlimiz Mirzə Məmmədovun Azərbaycan maarifinin inkişafında misilsiz xidmətlərini böyük hörmətlə, ehtiramla xatırlayırlar. Görkəmli filosoflardan Rəşid Nurullabəyov, Mirzağa Rüstəmov, tanınmış filoloq alimlərdən Xeyrulla Məmmədov, Azadə Rüstəmova, Əvəz Sadıqov, Bəhlul Abdullayev, şərqşünas alim Ağamir Quliyev, professor Bəşir Bəşirov, iqtisadçı alimlərdən Polad Rufullayev, Soltanağa Ağayev və başqaları respublika təhsilinə və elminə çox böyük töhfələr vermişlər. Bu gün onların kifayət qədər ardıcılları vardır.

Bu görkəmli insanların Lerikdə təhsilin inkişafında, neçə–neçə ziyalı nəslinin yetişməsində çox böyük zəhmətləri olub.

Bütün ömrünü məktəbə həsr etmiş, maarif fədaisi Əli Vəliyevin müəllim kadrlarının hazırlanmasında xidmətlərini xüsusi qeyd etmək istərdim. 1945–1949–cu illərdə Əli müəllim Lerik rayon maarif şöbəsinə rəhbərlik etmiş, ucqar rayonda müəllim kadrlarına ehtiyacı nəzərə alaraq yeddillik məktəbi bitirən şagirdlərin pedaqoji texnikumlara, orta təhsilli gənclərin xüsusi vəkalətnamə ilə pedaqoji ixtisaslar üzrə ali məktəblərə imtahansız qəbul olunmasına köməklik göstərmişdir.

Rayonun təhsil işçiləri ayrı–ayrı dövrlərdə maarif şöbəsinə rəhbərlik etmiş Qəni Hüseynov, Səttar Rüstəmov, Əli Vəliyev, Mehdi Məmmədov, Mürsəl Mirzəyev, Əkbər Novruzov, Şahmirzə Əliyev, Müştəba Rüstəmov, Gülağa Rüstəmov, Hidayət Bəşirov, Xasay Nəzərov, Yunis Əliyev, Həmzə Vəliməmmədov, Qəhrəman Əliyev və Hüseynbala Əliyevin adlarını həmişə hörmətlə çəkirlər. Bu gün təhsil sahəsində çalışanlar sələflərinin təcrübəsini öyrənir, onların işini uğurla davam etdirir, rayonun təhsil ənənələrini ləyaqətlə yaşadırlar.

1969–cu ildə xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə respublikamızda təhsilin intibah dövrü başlamışdır. Dağlar qoynunda yerləşən Lerikdə də çoxlu sayda məktəb binaları, uşaq bağçaları tikilmiş, təhsilin madditexniki bazası möhkəmləndirilmişdir. O illərdə təhsildə kadr problemi öz həllini tapmış, rayonun təhsil ocaqları ixtisaslı fənn müəllimləri ilə təmin olunmuşdur.

Azərbaycan müstəqillik qazanandan sonra ulu öndərimizin rəhbərliyilə milli təhsil quruculuğu sahəsində ardıcıl və məqsədyönlü islahatlar aparılmış, ümumbəşəri və milli dəyərlərə əsaslanan yeni təhsil sistemi formalaşmışdır.

Ümummilli liderin siyasi kursunu yüksək işgüzarlıqla və uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyilə milli təhsilimiz keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Dövlətimizin başçısının təşəbbüsü ilə təhsilə ayrılan vəsait ildən–ilə artırılır.

Cənab Prezident elmin və təhsilin inkişafı ilə əlaqədar çoxlu fərman və sərəncamlar imzalamış, Dövlət proqramları qəbul olunmuşdur. Təhsilə və onun problemlərinin həllinə kompleks yanaşmanın nəticəsidir ki, təhsil sferasında yeni uğurlara imza atılır, bu sahədə dəyərlər yeniləşdirilir, əsaslı keyfiyyət dəyişiklikləri baş verir.

—Təhsilin madditexniki bazasının möhkəmləndirilməsinə, xüsusən məktəblərin təmirinə, yenilərinin tikintisinə dövlətimiz tərəfindən xüsusi qayğı göstərilir. Bu sahədə rayonda hansı işlər görülmüşdür?

—Əvvəla qeyd edim ki, rayonumuzda 109 ümumtəhsil məktəbi, o cümlədən 37 tam orta, 49 ümumi orta, 23 ibtidai məktəb, 4 məktəbdənkənar, 16 məktəbəqədər uşaq tərbiyə müəssisəsi fəaliyyət göstərir. Təhsil ocaqlarında 8294 şagirdin təlim–tərbiyəsilə 1259 nəfər müəllim məşğul olur.

2003–2011–ci illərdə rayonda 3124 şagird yerlik 23 yeni məktəb binası tikilmiş, 5 məktəb əsaslı təmir edilərək istifadəyə verilmişdir. Təhsil müəssisələrinin 11–i dövlət vəsaiti hesabına, 4–ü Heydər Əliyev Fondu, 2–si adamları, 6–sı rayon icra hakimiyyəti tərərfindən inşa olunmuşdur. Lerik şəhər 2 saylı tam orta məktəbi Dövlət Neft Şirkətinin maliyyə dəstəyilə əsaslı təmir edilmişdir.

Yeni dərs ilində 220 şagird yerlik Züvüç, 180 şagird yerlik Veri kənd tam orta məktəbləri, 80 şagird yerlik Aran, Ləkər, Daster, Davradibi ümumi orta məktəbləri tikilmiş, təhsil ocaqları müasir avadanlıq və inventarlarla, istilik sistemi ilə təhciz edilərək istifadəyə verilmişdir.

Məktəblərin açılış mərasimlərində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin üzvü İqbal Məmmədov iştirak etmiş, pedaqoji kollektivlərə tapşırıq və tövsiyələrini söyləmişlər. Mərasimlərdə kənd ictimaiyyətinin nümayəndələri, ağsaqqallar, ziyalılar çıxış edərək ucqar dağ rayonunun təhsilinə göstərdiyi yüksək qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.

Rayonda məktəb tikintisi uğurla davam etdirilir. Hazırda 9 kənddə—Nücü kəndində 220 şagird yerlik, Livədriqə, Mulalan, Barzavu, Bibyani, Zərikuməco kəndlərində 180 şagird yerlik, Kələxan, Nüvədi, Durğan kəndlərində 80 şagird yerlik məktəb binaları inşa olunur. Təhsil ocaqlarının qarşıdakı dərs ilində istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Prezidenti İlham ƏliyevinQəzalı məktəblərin bərpa edilməsi ya yenidən tikilməsi barədəsərəncamının icrası ilə əlaqədar rayonun bütün təhsil müəssisələrinin texniki vəziyyəti yoxlanılmış, müvafiq sənədlər hazırlanaraq əlaqədar təşkilatlara göndərilmişdir. Rayonda 39 ümumtəhsil məktəbinin, 10 uşaq bağçasının yenidən tikilməsi, 11 məktəb üçün əlavə sinif otaqlarının inşa edilməsi, 17 məktəbin 3 uşaq bağçasının əsaslı təmir olunması nəzərdə tutulmuşdur.

Tədris prosesində müəllim əsas simadır. Lerikdə isə fənn müəllimlərinə həmişə ehtiyac vardır. Məktəblərin müəllim kadrları ilə təminatı ilə bağlı hansı tədbirlər görülür?

Ümumtəhsil məktəblərinin ixtisaslı kadrlarla təmin olunması Təhsil Nazirliyinin Lerik Rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzindədir. Yeni dərs ili ərəfəsində nazirliyə 112 nəfər müəllim üçün sifariş verilmişdir. Nazirlik tərəfindən Lerikə 53 nəfər müəllim təyin olunmuşdur. Təəssüf ki, onlardan 29–u müxtəlif bəhanələrlə rayona gəlməmişdir. Hazırda rayonda 17 nəfər fizika, 14 nəfər coğrafiya, 19 nəfər biologiya, 10 nəfər kimya digər ixtisaslarla birlikdə 80 nəfər fənn müəlliminə ehtiyac vardır. Lerik digər ucqar kənd rayonlarını ixtisaslı müəllimlərlə təmin etmək üçün əlavə tədbirlərin görülməsinə ehtiyac vardır.

Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən V siniflərdə dərs deyən müəllimlər üçün Lerik şəhərində10 günlük təlim kursları təşkil olunmuşdur. Kurslarda 600 nəfərdən çox müəllim müasir təlim metodlarına yiyələnmiş, öz bilik bacarıqlarını artırmışlar.

Tədrisin keyfiyyətinin yüksəldilməsi rayon təhsil şöbəsinin daim diqqət mərkəzindədir. Mütəmadi olaraq məktəblərdə yeni interaktiv metodlarla açıq dərslər keçirilir. Təhsil şöbəsinin məsul işçiləri dərslərdə iştirak edir, müzakirələr aparır, qabaqcıl müəllimlərin təcrübəsilə yaxından tanış olurlar.

Son illər Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamaları ilə Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyin müəllimi Rəsul Cahangirov respublikanın əməkdar müəllimi adına, rayon təhsil şöbəsinin müdir müavini Cəbrayıl Surətov Rvarud kənd tam orta məktəbinin direktoru Zöhrab SalayevTərəqqimedalına layiq görülmüşlər.

Məktəbin əsas vəzifəsi böyüməkdə olan nəslə bilik vermək, gənc nəsli müstəqil Azərbaycanın layiqli qurucuları kimi hazırlamaqdır. Bu istiqamətdə rayonun təhsil müəssisələrində hansı işlər görülür? Rayonun təhsil göstəriciləri necədir?

—Son illər Azərbaycan təhsili keyfiyyətcə məzmunca yeni mərhələyə daxil olmuşdur. Bunu rayonumuzun timsalında da görmək olar. Təhsil Nazirliyinin 2010–cu il 4 may tarixli kollegiya iclasında sınaq imtahanlarının respublika fənn olimpiadalarının nəticələrinə görə rayonumuz kəskin tənqid olunmuşdur. O vaxt sınaq imtahanlarında cəmi 8 faiz nəticə qazanılmışdır. Uzun illər rayonumuzdan bir nəfər olsun respublika fənn olimpiadalarında qalib olmamışdır.

Nöqsanları aradan qaldırmaq üçün ciddi, ardıcıl tədbirlər görüldü. 15 məktəb direktoru vəzifəsindən uzaqlaşdırıldı, 4 məktəb direktoru barədə inzibati tədbir görüldü.

İlk növbədə tədris müəssisələrində ciddi nizam–intizam yaratdıq. Tədrisin keyfiyyətinə nəzarəti artırdıq. Bunun nəticəsi idi ki, XI siniflər üzrə buraxılış imtahanlarında əvvəlki ildəkindən 12 faiz çox, yəni 73 faiz nəticə əldə olundu. Ali məktəblərə qəbulun nəticələri yüksəldi. Əvvəlki illə müqayisədə ali məktəblərə qəbul olunmuş tələbələrin sayı 42 nəfər artdı.

Keçən dərs ilində göstəricilərimiz daha yüksək olmuşdur. XI sinifləri bitirmiş 487 nəfərdən 397–si attestat almışdır. Bu, 85 faiz nəticə deməkdir. Ali məktəblərə sənəd vermiş 233 nəfər məzundan 136 nəfər ali məktəblərə, 48 nəfər orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Məzunlardan 16 nəfər 500–dən yuxarı, 4 nəfər isə 600–dən çox bal toplamışdır.

Vizəzəmin kənd tam orta məktəbini bitirmiş məzunlardan 10 nəfər ali məktəblərə sənəd vermiş, onlardan 7–si tələbə adını qazanmışdır. Məktəbin yetirməsi Nərmin Əmirova qəbul imtahanlarında 675 bal toplayaraq Prezident təqaüdünə layiq görülmüşdür.

Riyaziyyat fənni üzrə rayonumuzun göstəriciləri respublika göstəricisindən yüksəkdir. Məsələn, 2011–2012–ci dərs ilində rayonun göstəricisi 36,20 faiz, respublika göstəricisi isə 33,84 faiz olmuşdur.

İki ildir ki, rayonun məktəbliləri respublika fənn olimpiadalarında uğurlu nəticələr qazanırlar. Keçən dərs ilində fənn olimpiadalarının respublika turunda Vizəzəmin kənd tam orta məktəbinin şagirdi Nərmin Əmirova tarix fənni üzrə IV yerə, həmin məktəbin şagirdi Səidə Nağızadə biologiya fənni üzrə IV yerə, Lərmərud kənd tam orta məktəbinin şagirdi Səid Paşayev IV yerə layiq görülmüşdür.

Azərbaycanın görkəmli satira ustası Mirzə Ələkbər Sabir haqqında inşa yazı müsabiqəsində Lerik şəhər tam orta internat məktəbinin şagirdi Pərvin Bədəlova qalib olmuş, Təhsil Nazirliyi tərəfindən diplom qiymətli hədiyyə ilə mükafatlandırılmışdır. Təhsil Nazirliyilə Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin birgə keçirdiyi inşa yazı müsabiqəsində Monidigah kənd tam orta məktəbinin VIII sinif şagirdi Sevil İsayeva qalib gələrək qiymətli hədiyyə qazanmışdır.

Biz qloballaşma dövründə yaşayırıq. Elmitexniki tərəqqi şagirdlərin müasir biliklərə dərindən yiyələnməsinə, informasiya texnologiyalarının mənimsənilməsinə zəmin yaratmışdır. Rayonun təhsil ocaqlarının informasiyalaşdırılması istiqamətində nə kimi işlər görülür?

Müasir dövrdə təhsilin səviyyəsi kompyuterinformasiya texnologiyalarının tətbiqindən çox asılıdır. Cənab Prezident məktəblərin informasiyakommunikasiya texnologiyaları ilə təminatına dair çox mühüm sənədlər imzalamışdır. 2008–ci il iyun ayının 10–da möhtərəm Prezidentimizin sərəncamı ilə “Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008–2012–ci illər)” qəbul olunmuşdur.

Təhsil Nazirliyi tərəfindən rayonun təhsil müəssisələrinə 462 kompyuter verilmişdir. Rayon üzrə hər 18 şagirdə bir kompyuter düşür. Lerik şəhər 1, 2 və 3 saylı tam orta, şəhər tam orta internat məktəbləri sürətli internet şəbəkəsinə qoşulmuşdur. Digər məktəblərin internet şəbəkəsinə qoşulmasında, tədris prosesində İKT–dən istifadə edilməsində müəyyən çətinliklər mövcuddur. Bu ilk növbədə ixtisaslı kadrların çatışmazlığı ilə əlaqədardır.

Bu gün təhsilin qarşısında duran ən mühüm vəzifə müstəqilliyimizi əbədi edəcək bilikli, hərtərəfli hazırlığa malik vətənpərvər gənc nəsil yetişdirməkdən ibarətdir. Lerik rayonunun təhsil işçiləri bu istiqamətdə səylərini əsirgəmir, milli təhsilimizin inkişafına layiqi töhfələr vermək əzmi ilə çalışırlar.

 

Müsahibəni qələmə aldı:

Əlisəfa HƏSƏNOV,

 

Respublika.- 2012.- 9 dekabr.- S. 6.