Beyləqan: regionların inkişafı dövlətin qayğısından qaynaqlanır

 

Ümummilli lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin bəhrəsi olan mükəmməl strateji kursun dönmədən davam etdirilməsi xalqın həyat səviyyəsini xeyli yüksəldən əsas amil olmuşdur. Respublikamızın qabaqcıl rayonlarından biri olan Beyləqanda bunu hamı aydın başa düşür və dərk edir. Bölgə müxbirimiz bununla əlaqədar Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Vaqif Abdullayevlə görüşüb söhbət etmişdir.

 

Söhbət zamanı V.Abdullayev bildirmişdir ki, ölkəmizin strateji valyuta ehtiyatları ilin əvvəlindən təxminən 5 milyard dollar artmışdır. Hazırda 45 milyard dollar səviyyəsindədir. Deyə bilərəm ki, bu, dünya miqyasında çox böyük rəqəmdir və Azərbaycan o ölkədəndir ki, böyük valyuta ehtiyatlarına malikdir. Ölkənin ərazi ölçülərinə və əhalinin sayına görə, hesab edirəm ki, əgər valyuta ehtiyatlarımızı adambaşına hesablasaq, biz dünya miqyasında ən qabaqcıl yerlərdən birindəyik.

Dövlət Proqramında sosialiqtisadi inkişafın yeni mərhələsinin tələblərinə uyğun Beyləqan rayonunda kənd təsərrüfatının və sənayenin inkişafı, ekologiya və təbii sərvətlərdən səmərəli istifadə edilməsi, nəqliyyat–yol infrastrukturunun, elektrik enerjisi, istilikqaz təchizatının, su təsərrüfatı və kanalizasiya sistemləri xidmətinin yaxşılaşdırılması, aqrar sektorun meliorasiyairriqasiya və digər infrastruktur təminatı, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin inşası və yeniləşməsi kimi həlli vacib olan mühüm tədbirlər nəzərdə tutulmuşdur. Cari ilin 9 ayında həmin tədbirlərin icrası istiqamətində görülən əsaslı işlər sayəsində rayonun ümumi mənzərəsində, sosialiqtisadi inkişafında köklü irəliləyişlərə nail olunmuş, dinamik inkişaf tempi sürətlənmişdir.

Cari ilin doqquz ayı ərzində 9814 nəfər vətəndaş narahatlıq doğuran buya digər problem barədə rayon icra hakimiyyətinin başçısına müraciət etmişdir. Onlardan 539 nəfərin müraciəti rayon icra hakimiyyəti aparatında, 9275 nəfərin müraciətinə isə rayon icra hakimiyyəti başçısının yerlərdə ictimaiyyət nümayəndələri ilə keçirdiyi səyyari görüş–qəbullarda baxılmışdır. Vətəndaşlar tərəfindən 163 problem qaldırılmış, rayon icra hakimiyyəti başçısının tapşırığı əsasında görülən operativ tədbirlər sayəsində həmin problemlər həllini tapmış, bəzi problemlərin həlli müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlar qarşısında vəsatət qaldırmışdır.

Rayon icra hakimiyyəti aparatında və yerlərdə keçirilən görüş–qəbullarda qaldırılan problemlər əsasən intensiv yağan yağışların doğurduğu selqrunt sularının təsiri ilə qəzalı vəziyyətə düşmüş mənzillər üçün kompensasiyaların verilməsi, yeni evlərin tikilməsi, torpaq islahatı aparılarkən vətəndaşların pozulmuş hüquqlarının bərpası və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, icarəyə və istifadəyə verilərkən sosial ədalət prinsipinin gözlənilməməsi, torpaq sahələrinin şoranlaşmasının qarşısının alınması, əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədi ilə meliorasiyairriqasiya tədbirlərinin genişləndirilməsi, dren kollektorların və suvarma kanallarının lildən təmizlənməsi zərurəti, əhalinin, istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması üçün müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.

Rayonda əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədi ilə rayon mərkəzində və digər yaşayış məntəqələrində 18 ədəd müxtəlif güclü transformator əsaslı və cari təmir olunmuşdur. 12 kv–lıq hava xətlərində 5 ədəd istismara yararsız ağac dayaq yeni dəmir–betonla əvəz edilmiş, istismar müddəti ötmüş 150 metr naqil dəyişdirilmişdir. Bundan əlavə 110/35/10 kvluq yarımstansiyalarda rele mühafizə dövrləri yoxlanılmaqla aşkar olunmuş çatışmazlıqlar aradan qaldırılmış, hava xətlərinin açarlarında cari təmir işləri aparılmışdır. Dövlət Proqramına uyğun rayonun digər yaşayış məntəqələrinin təbii qazla təmin edilməsi istiqamətində işlər davam etdirilmiş, Təzəkənd kənd yaşayış məntəqəsində, magistral və daşıyıcı qaz çəkilişi yekunlaşdırılmış, sayğaclaşma işləri başa çatdırılmışdır. Həmin yaşayış məntəqəsinin qazla təmin edilməsi üçün “Azəriqaz” İstehsalat Birliyinin qurumları bu barədə çox böyük köməkliklər göstərmişlər. Cari ilin sonunadək rayonun daha 7 yaşayış məntəqəsində qaz çəkilişinin başa çatdırılması nəzərdə tutulmuşdur. Bundan əlavə, rayonun yeni Mil bələdiyyəsindən ayrılmış torpaq sahəsindən yeni QTM tikilməsi və rayonun Birinci Şahsevən, İkinci Aşıqalılar və başqa kənd və qəsəbələrinin təbii qazla təmin edilməsi planlaşdırılmışdır. Bu istiqamətdə işlərin intensiv gedişi belə deməyə əsas verir ki, dövlət başçısının qarşıya qoyduğu vəzifələrə uyğun olaraq 2013– ilin sonunadək rayonun bütün yaşayış məntəqələrinin qazlaşdırılmasına nail olacağıq.

Dövlətimizin başçısı cənab İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı nitqində diqqəti regionların müasir inkişafında ən çox zərurət doğuran həyat əhəmiyyətli problemlərin həllinə yönəltmişdir. Bu problemlərin içərisində əhalinin içməli su ilə tam təminatı və kanalizasiya sisteminin yenidən qurulması müstəsna yer tutur. Bu cəhətdən Beyləqan şəhərinin su təchizatının və kanalizasiya sisteminin əsaslı surətdə yenidən qurulması üzrə bütün hazırlıq işləri görülmüşdür. Hazırda qeyd olunan işlərin həyata keçirilməsi ilə bağlı “Azərsu” SC tərəfindən podratçıların müəyyənləşdirilməsi üçün keçirilmiş açıq tender başa çatdırılmışdır.

Kənd təsərrüfatı istehsalının artırılmasında meliorativ tədbirlərin müstəsna rolunu xüsusi vurğulayan cənab İlham Əliyev bunu kənd təsərrüfatının inkişafı və işsizliyin aradan qaldırılması üçün vacib amil saymış, qarşıdakı illərdə böyük meliorasiya layihələrinin icra edilməsi hesabına on minlərlə hektar yeni əkin sahələrinin istifadəyə veriləcəyini qeyd etmişdir. Meliorasiyairriqasiya üzrə müvafiq Dövlət Proqramına uyğun olaraqXan qızı” və “Yuxarı Qarabağ” kanalları arasında yerləşən ərazini, habelə Şərq, Sarısu və Türklər yaşayış məntəqələrini əhatə edən 6200 hektar sahədə kompleks meliorativ tədbirlərin icrasına başlanılmış, həmin ərazidən keçən 40 km uzunluqda yeni kollektordren şəbəkəsi çəkilmişdir. Cari ilin doqquz ayında torpaqların meliorasiyası, çuxur sularının səviyyəsinin aşağı salınması və əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədi ilə rayonda 86.5 km uzunluqda 519 min kubmetr həcmində kollektordren şəbəkəsi, 267,11 km uzunluqda 642,09 min kubmetr həcmində suvarma kanalları və təsərrüfatdaxili arxlar lildən və çöküntülərdən təmizlənmiş, 5 drenaj şəbəkəsi, 44 keçid qurğusu əsaslı və cari təmir edilmişdir. 136 ədəd hidrotexniki qurğu cari, 7 ədəd hidrotexniki qurğu isə əsaslı təmir olunmuşdur.

Başçı demişdir ki, Dövlət Proqramı çərçivəsində büdcədə nəzərdə tutulmuş vəsait hesabına rayon mərkəzində bir sıra küçələrin, habelə şitilçilik və SMD dörd qəsəbələrinin bir neçə dalan və döngələrinin 26900 kvadratmetr hissəsində yol əsası yenidən 15 sm qalınlıqda çınqıl qarışığından 5 sm qalınlığında asfaltbeton tikilmişdir.

Hazırda şəhərimizin ən görkəmli yerində müasir memarlıq üslubunda ümumi sahəsi 900 kvadratmetr olan ikimərtəbəli Heydər Əliyev Mərkəzi istifadəyə verilmişdir. Ətrafında qiymətli ağaclar və bəzək kolları əkilmişdir. Rayon icra hakimiyyətinin inzibati binası, rayon mədəniyyət evi əsaslı surətdə yenidən qurulmaqla təmir olunmuşdur. Ulu öndərin adını daşıyan mərkəzi prospektdə və mərkəzi dairədə yeni müasir işıqlandırma qurğuları və işıqforlar quraşdırılmış, M.Ə.Rəsulzadə küçəsindəki gülbağ üzlük daşları ilə yenidən qurulmuş, Bayraq Meydanında abadlıq işləri aparılmışdır.

Regional inkişaf proqramına uyğun yeni açılmış istehsal, emal, ticarət və s. xidmət müəssisələri hesabına cari ilin 9 ayında rayon üzrə 1891 nəfər yeni yerləri ilə təmin olunmuşdur. Onların 665–i daimi, 1226–sı müvəqqəti və ya mövsümi yerləridir. Cari ildə istifadəyə verilmiş obyektlər hesabına onlarca vətəndaşın məşğulluq problemi həllini tapmışdır.

Ölkədə təhsil sisteminin təkmilləşdirilməsi, onun madditexniki bazasının informasiyakomunikasiya texnologiyaları ilə təminatı, böyüməkdə olan nəslin geniş dünyagörüşünə, milli–mənəvi dəyərlərə yiyələnməsi hörmətli Prezidentimizin diqqət yetirdiyi prioritet sahələrdəndir. Bu cəhətdən 2011–2021–ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə hazırlanan Milli Strategiya ölkədə informasiya cəmiyyətinin təşəkkülünü və biliklərə əsaslanan təhsil modelinin qurulmasını təmin edəcəkdir.

Hazırda Dövlət Proqramı çərçivəsində birtipli layihə əsasında rayonun Əmirzeyidli kəndində 180, Aşağıçəmənli kəndində 220 şagird yerlik orta məktəb binalarında tikinti işləri başa çatdırılıb, yeni tədris ilində şagirdlərin istifadəsinə verilmişdir. İl ərzində hər biri 180 şagird yerlik 3 saylı Dünyamalılar, Sarısu və 6 saylı şəhər məktəbində isə tikinti işləri davam edir. 2012–ci ilin 9 ayı ərzində Mil, Milabad, Yeni Mil kənd tam orta və Yuxarıçəmənli kənd ümumi orta məktəblərində cari təmir işləri aparılmışdır.

Yeni dərs ilində büdcə vəsaiti hesabına 640 dəst şagird masası, 64 ədəd yazı lövhəsi, 70 ədəd müəllim masası, 70 ədəd sinif şkafı və 251 ədəd müəllim stulu, Azərbaycan və rus bölmələri üzrə 99 adda 17512 nüsxə dərslik və dərs vəsaiti alınaraq təhsil müəssisələrinə çatdırılmışdır.

Bildiyimiz kimi, cənab İlham Əliyevin əhalinin sağlamlığının qorunması ilə bağlı sərəncamı əsasında Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına mərkəzi rayon xəstəxanasının əsası təmir olunması tam başa çatdırılmış, binanın ətrafı abadlaşdırılmış və hazırda xəstəxana müasir inventar və avadanlıqlarla təmin olunmuşdur.

Bundan əlavə, 2012–ci ilin xərclər smetasında cari təmir xərcləri üçün 26500 manat vəsait nəzərdə tutulmuş, smetaya uyğun olaraq Təzəkənd kənd xəstəxanasında 15776 manatlıq, Kəbirli həkim məntəqəsində 6500 manatlıq, Dünyamalılar kənd xəstəxanasında 4224 manatlıq cari təmir işləri aparılmışdır.

V.Abdullayev bildirmişdir ki, bununla belə, rayonda 75 çarpayı yerlik uşaq xəstəxanasının tikilməsinə, 18 tibb müəssisəsinin əsaslı təmirinə ciddi ehtiyac vardır.

Rayonun mədəniyyət və mədəni–maarif müəssisələrinin madditexniki bazasının möhkəmləndirilməsi məqsədilə qısa müddət ərzində müasir memarlıq üslubunda Heydər Əliyev Mərkəzi tikilmiş, rayon mədəniyyət sarayının fasad hissəsində və girişində Avropa standartlarına uyğun memarlıq üslubunda yenidənqurma işləri aparılmış, 600 nəfərlik iclas zalı əsaslı surətdə təmir edilərək, oraya monitor, müasir işıqlandırma qurğuları və rahat oturacaqlar quraşdırılmışdır. Bu dövrdə rayonda fəaliyyət göstərən 1 mədəniyyet evi, 1 klub müəssisəsi və 1 kitabxana binasında cari təmir işləri aparılmışdır.

“Dövlət gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun, bədən tərbiyəsi və idmanın inkişafına dair dövlət proqramlarının qəbul edilməsi, 2012–ci ilinİdman ilielan edilməsi Azərbaycan gəncliyinə, ölkədə idmanın inkişafına dövlət siyasəti səviyyəsində göstərilən qayğının bariz nümunəsidir. Bu istiqamətdə görülən tədbirlər sayəsində rayonda futbol, voleybol, sərbəst və ya yunanRoma güləşi, karate, taekvando, şahmat və digər idman növlərinin kütləviliyinə nail olunmuş, onlarca gənc idmançımız respublika və beynəlxalq idman yarışlarında rayonumuzu ləyaqətlə təmsil etmişdir.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil hüquqi dövlət quruculuğu və inkişafı dövrünü yaşayan respublikamızda aparılan mükəmməl hüquqi islahatların nəticəsində son illər qanunçuluğun möhkəmləndirilməsi, ictimai sabitliyinasayişin mühafizəsi sahəsində əsaslı irəliləyişlər olmuşdur.

Ötən illərdə heyvandarlığın inkişafının dəstəklənməsi istiqamətində başlanmış tədbirlər 2012–ci ilin doqquz ayı ərzində də davam etdirilmişdir.

Mal–qaranın cins tərkibinin yaxşılaşdırmaq üçün rayonun ayrı–ayrı yaşayış məntəqələrində 11 süni mayalanma məntəqəsi fəaliyyət göstərməklə 818 baş malqara süni yolla mayalandırılmış və həmin malqaradan 503 baş sağlam buzov alınmışdır. Hazırda rayonun Şəfəq qəsəbəsində gün ərzində qəbul gücü 10,0 ton olan süd qəbulu və emalı zavodu fəaliyyət göstərir. Heyvandarlığın yem bazasının gücləndirilməsi məqsədi ilə 28734 hektar sahədə çoxillik yonca bitkisi, 2472 hektar sahədə isə təzə yonca bitkisi əkilmişdir.

Rayon üzrə 5617 ton ət, 28963 ton süd, 12916 min ədəd yumurta istehsal olunmuş, iribuynuzlu mal–qaranın baş sayı 585 baş artaraq 55548 başa, xırdabuynuzluların baş sayı 2402 baş artaraq 292138 başa çatdırılmışdır.

Oktyabrın sonuna olan məlumata görə, 1383 ton pambıq toplanılaraq emal müəssisələrinə təhvil verilmişdir. Dövlət başçısının diqqət və qayğısı sayəsində son illər kənd təsərrüfatı sahəsindəki uğurlarımız davamlı xarakter almışdır. Bu günədək 12978 min manat subsidiya verilmişdir. Cari ildə buğda və çəltik istehsalçısına və toxumçuluq üçün subsidiya ayrılması, eyni zamanda 50 faiz güzəştlə mineral gübrə satılması, yüksək reproduksiyalı toxum istehsalı və satışına görə 30–40 faiz əlavə maliyyə yardımı edilməsi nəzərdə tutulmuşdur. Bütün bunlar sahibkarlara, istehlakçılara dövlət qayğısının bariz nümunəsidir.

Bu ilin məhsulu üçün 18154 hektar sahədə taxıl əkinləri aparılmışdır. Bundan 17628 hektar buğda, 1266 hektar arpa əkinləri olmuşdur. Buğda sahələrindən məhsuldarlıq 31,8 sentner olmaqla 56057 ton, arpa sahələrindən isə 24,4 sentner olmaqla 3089 ton məhsul istehsal olunmuşdur.

Rayonda 2012–ci ildə 8 özəl toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Özəl toxumçuluq təsərrüfatları tərəfindən 1578 ton toxum üçün taxıl məhsulu əldə edilmişdir.

Regional İnkişaf Proqramında sahibkarlığın dinamik yüksəlişinə xüsusi önəm verilmiş, üstün yer ayrılmışdır. Kiçikiri sahibkarlara dövlət büdcəsindən ayrılan vəsaitlərin ildən–ilə artırılması, adamlarının fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması, antiinhisarkorrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, biznes subyektlərinin qeydiyyatı və qeydiyyat sisteminin sadələşdirilərək “vahid pəncərə” prinsipi əsasında aparılması, yerlərdə regional iqtisad məhkəmələrinin formalaşdırılması, fermerlərin lazımi texnika, gübrə və toxumla, güzəştli yanacaqmotor yağları ilə təmin edilməsi sahibkarlığa göstərilən dövlət qayğısının təzahürüdür.

2012–ci ilin doqquz ayında rayonda qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinin sayı 6984 nəfərə çatmışdır. Bu dövrdə bütün maliyyə mənbələri hesabına adamlarına 5 milyon 128 min manat, o cümlədən Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 32 nəfər sahibkarlıq subyektinə 438 min manat güzəştli kreditlər verilmişdir. Nəticədə məhsul istehsalı və xidmət sahələrində özəl sektorun xüsusi çəkisi artmışdır.

Dövlət başçısının uğurla həyata keçirdiyi strateji islahatlar sayəsində respublika büdcəsinin dünyada analoqu olmayan artım tempi rayon büdcəsinin də artması üçün şərait yaratmışdır. 2012–ci ildə rayon büdcəsinin həcmi əlavə vəsaitlər də daxil olmaqla 14,2 milyon manat müəyyən edilmişdir. Cari ilin 9 ayı ərzində büdcənin gəlirlər proqnozu 10 milyon 719,7 min manata qarşı 11 milyon 281,3 min manatya 105,3 faiz yerinə yetirilmişdir.

Müharibə və əmək veteranlarının, əlillərin, şəhid ailələrinin, himayədən məhrum olmuş insanların sosial qayğıları daimi diqqət mərkəzində olmalıdır.

Dövlət başçısının bu qəbilədən olan aztəminatlı ailələrə qayğısı sayəsində bu il 4042 nəfərə aylıq müavinət və ya birdəfəlik sosial yardım ödənişi həyata keçirilmişdir. Bunlardan 1311 nəfəri əlil, 729 nəfəri sağlamlıq imkanları məhdud olan 18 yaşadək uşaqlar, 172 ailənin 381 nəfər uşağına ailə başçısını itirdiyinə görə müavinət, 744 nəfərə müavinət və digər xidmətlərə görə müavinət, 152 Qarabağ əlili və şəhid ailəsinin 329 nəfər uşaqlarına aylıq müavinət və yeni doğulan uşağa görə müavinətlər ödənilir. 191 şəhidin 215 nəfər ailə üzvünə və 198 nəfər müharibə əlilinə Prezident təqaüdləri verilmişdir.

2012–ci ilin 9 ayı ərzində 910 ailəyə, son bir ildə isə 1120 aztəminatlı ailəyə ünvanlı sosial yardım təyin olunmuşdur. Hazırda 1120 ailə və onların 4901 nəfər aztəminatlı ailə üzvləri sosial yardım alır. Hər ailəyə orta hesabla 108 manat, hər ailə üzvünə 24 manat məbləğində sosial yardım verilir.

2012–ci ilin doqquz ayı ərzində vətəndaşların qaldırdıqları problemlərin, verdikləri təkliflərin həlli istiqamətində görülən işlərlə yanaşı, 57 nəfər vətəndaş tərəfindən rayon icra hakimiyyəti başçısının ünvanına daxil olmuş müraciətlər əsasında rayon icra hakimiyyəti başçsının sərəncamı ilə onlara 7770 manat məbləğində maddi yardım olunmuşdur. Bundan əlavə, mənzil–məişət şəraitinin yaxşılaşdırılması üçün müraciət edən 43 nəfər vətəndaşın şəraiti öyrənilərək onlara müxtəlif tikinti materialları, ərzaq malları verilmiş, digər köməkliklər göstərilmişdir.

Rayon ictimaiyyətinin gücünü səfərbər etməklə, müstəqil respublikamızın çiçəklənməsi, xalqın rifahının yüksəldilməsi naminə Dövlət Proqramında nəzərdə tutulan bütün müddəaları həyata keçirmək üçün var qüvvə ilə çalışacağıq.

 

Söhbəti qələmə aldı:

Sabir MUSTAFAYEV,

 

Respublika.- 2012.- 9 dekabr.- S. 5.