| Xalqın ulu öndərə sevgisi tükənməzdir

 

Azərbaycan dövlətinin qurucusu və memarı, dahi şəxsiyyət Heydər Əliyev elə bir zəngin irs qoyub getmişdir ki, min illər boyu xalqımız bundan bəhrələnəcəkdir. Türkiyə Respublikasının sabiq prezidenti Süleyman Dəmrəlin Heydər Əliyev haqqında dediyiOnun gördüyü işi görə biləcək başqa heç kim yox idi” sözlərində böyük məna var. Heydər Əliyev tarixi yaradan dahi insanlardan idi.

 

Ulu öndər XX əsrin yetişdirdiyi bənzərsiz nadir şəxsiyyətlərdəndir. Bu böyük şəxsiyyət Azərbaycanı və xalqını nəinki böyük bəlalardan qorudu, eləcə də bütün dünyaya millətimizi və vətənimizi tanıtdı, Azərbaycanı hərtərəfli inkişaf etdirdi.

Zamanın ən sərt sınaqlarından çıxmış dahi insanlar müəyyən həlledici mərhələdə məsuliyyəti Heydər Əliyev kimi öz üzərinə götürərək bütöv bir millətin müstəqillik ideyalarını gerçəkləşdirməyə nail olur.

Milli özünüdərkin ən yüksək siyasi iradəsi olan müstəqil dövlət ideyası və bu ideyanın gerçəkləşdirilməsi Azərbaycanın çağdaş tarixində məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ona görə də bu dahi insan bütöv bir xalqın tarixinin yüksək zirvəsində özünə əbədi yer qazanmış ümummilli liderdir. Heydər Əliyev əzəmətini, idrakını və dühasını nə zaman, nə də məkan çərçivəsinə sığışdırmaq mümkün deyil. Həyatımızın elə bir sahəsi yoxdur ki, orada ulu öndərimiz Heydər Əliyevin qayğısını hiss etməyəsən. O, bənzərsiz və müqayisəedilməz bir şəxsiyyət kimi tarixdə öz layiqli yerini tutub. Heydər Əliyev bütöv bir xalqın siması, simvolu, bütün dünya azərbaycanlılarının lideri idi.

Doğma vətənimiz və dövlətçiliyimiz üçün son dərəcə ağır sınaq günlərində xalq yeganə ümid və pənahını özünün dahi, dəfələrlə sınanmış müdrik və qüdrətli oğlu Heydər Əliyevdə tapmış, ümummilli liderinə müraciət etmişdir. Heydər Əliyev xalqımızın çağırışına, israrlı tələblərinə səs verərək, böyük xilaskarlıq missiyasını öz üzərinə götürmüş və hakimiyyətə tarixi gəlişi ilə vətənimizi faciələrdən xilas etmişdir.

Heydər Əliyevin uzaqgörən müdrik siyasəti nəticəsində ölkəmizdə dövlətçiliyin və qanunçuluğun möhkəmləndirilməsi, siyasi sosialiqtisadi böhranın, vətəndaş qarşıdurmasının aradan qaldırılması, özbaşınalıq və hakimiyyətsizliyə son qoyulması istiqamətində cəsarətli addımlar atmışdır.

Qısa zaman kəsiyində ölkədə qanunçuluq bərpa olunmuş, ordu quruculuğunda mühüm uğurlar əldə edilmiş, Ermənistanla cəbhədə atəşkəsə nail olunmuş, sosialsiyasi islahatlar dərinləşdirilmiş və ölkənin inkişafı üçün hüquqimaddi baza yaradılmışdır.

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində milli sərvətlərimizdən ölkənin və xalqın mənafeyinə uyğun istifadə olunmasında Heydər Əliyevin uğurlu neft strategiyası xüsusi əhəmiyyət kəsb etdi. 1994– il sentyabrın 20–də dünyanın iri neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi”, 1999–cu il noyabrın 18–də ATƏT–in İstanbul zirvə toplantısında Bakı–Tbilisi–Ceyhan əsas neft ixrac boru kəmərinin inşa olunmasına dair bağlanmış saziş Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində, inkişaf tempinin artmasında, ölkəmizin Cənubi Qafqazda lider dövlətə çevrilməsində mühüm rol oynamışdır.

Dünyanın məşhur dövlət rəhbərləri və siyasətçiləri Heydər Əliyevi siyasət nəhəngi adlandırırlar. Təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş strateji xətti bu gün ölkə Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Onun apardığı siyasət Azərbaycan dövlətinin möhkəmləndirilməsinə, iqtisadi gücünün artmasına, davamlı və dayanıqlı inkişafın uzun illər ərzində təmin edilməsinə yönəldilmişdir. Azərbaycana yeni uğurlar gətirən bu siyasi kurs ardıcıllıqla həyata keçirilir. Azərbaycanın Prezidenti İlham Əliyev qeyd etmişdir: “Heydər Əliyev siyasəti, strateji xətti Azərbaycan xalqının, zamanın, məntiqin tələbidir. Bu siyasətin əsas mahiyyəti ondadır ki, o, Azərbaycanın milli maraqları zəminində qurulur, Azərbaycanın milli maraqları tam şəkildə təmin olunmalıdır”.

Ümummilli liderimiz Heydər Əliyevin ümumbəşəri ideyaları hər zaman xalqımızın, millətimizin yoluna mayak tək işıq saçacaq, müstəqil Azərbaycanın daha da güclənməsində böyük rol oynayacaqdır.

Akif NƏBİYEV,

İstehsalat Tikinti Mexanizasiya

şirkətinin prezidenti.

 

 Respublika.- 2012.- 9 dekabr.- S. 3.