Azərbaycanın
sosial sahədə həyata keçirdiyi işlər Avropanın inkişaf etmiş ölkələrinin
kriteriyaları səviyyəsindədir
Bazar iqtisadiyyatının tam bərqərar olması Azərbaycanın siyasi kursunda, sosial–iqtisadi
inkişafında yeni, keyfiyyətcə daha yüksək mərhələnin təməlini
qoyub. Keçid dövrünə xas olan problemlərin tamamilə aradan
qaldırılması iqtisadiyyatımızın hərtərəfli
və çoxşaxəli tərəqqisinə,
xalqımızın rifah halının
yüksəldilməsinə, sosial tələbatlarının
daha dolğun ödənilməsinə
münbit şərait yaratmaqla,
Azərbaycanın siyasi və iqtisadi qüdrətini daha
da yüksəldib. Nazirlər
Kabinetinin 2012–ci ilin 9 ayının sosial–iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə
həsr olunmuş iclasındakı proqram xarakterli nitqində Prezident İlham Əliyev
ölkəmizin davamlı tərəqqisi yolunda
sosial proqramların həllinin böyük əhəmiyyətini önə
çəkərək bu istiqamətdə
əldə olunmuş nailliyyətləri
yüksək dəyərləndirib: “Sosial
məsələlərin həllində də böyük
nəticələr vardır. Bildiyiniz kimi, sovet vaxtından
qalmış əmanətlərə kompensasiya
verilməsi prosesi
başlanmışdır və bütün
MDB məkanında ən qısa müddət ərzində və
ən yüksək əmsalla bu vəsait
məhz Azərbaycanda veriləcəkdir. Bu
da sosial siyasətimizin
nə qədər geniş olduğunu göstərir. Orta
aylıq əməkhaqqı, orta aylıq pensiya artıb və MDB məkanında bu göstərici ən yüksək göstəricilər
arasındadır… Belə
ki, Azərbaycanda orta maaş 500 dollara bərabərdir, orta pensiya 190 dollara bərabərdir. Artım sürətlidir, ancaq bu, bizi qane
edə bilməz.
Baxmayaraq
ki, müqayisə aparmaq və uğurlarla öyünmək
üçün imkan
var, hesab edirəm ki, gələcək illərdə
bu sahədə daha da böyük
uğurlar əldə
ediləcəkdir. Bu, davamlı bir prosesdir, pensiyalar, əməkhaqları ildən–ilə
qaldırılır. Hazırda Azərbaycanda
pensiyalar əməkhaqlarının
40 faizini təşkil
edir ki, bu da Avropanın
inkişaf etmiş ölkələrinin kriteriyaları
səviyyəsindədir”.
Ötən illərin nəticələri
və bu ilin doqquz ayının
göstəriciləri bir
daha təsdiqlədi ki, Azərbaycan ən çətin sınaqlara belə yalnız öz gücünə sinə gərməyə, qarşısına
çıxan problemləri
həll etməyə qadirdir. Dünyada hələ də
davam edən iqtisadi böhran şəraitində nəzərdə
tutulan bütün sosial proqramların, infrastruktur layihələrin
qətiyyətlə həyata
keçirilməsi ölkəmizin
real gücünün, yürüdülən
siyasətin düzgünlüyünün
əyani təsdiqidir.
Avropada, eləcə də yerləşdiyimiz regionda bir çox ölkələrin böyük
çətinliklərlə üzləşdyini nəzərə
alsaq, Azərbaycanın
son illər, o cümlədən
bu ilin 9 ayında əldə etdiyi makroiqtisadi göstəricilər olduqca
böyük nailiyyət
hesab olunmalıdır.
Qeyri–neft iqtisadiyyatımızın
10,3 faiz artması fonunda ölkəmizin valyuta ehtiyatları da çoxalaraq 45 milyard dollara çatmışdır ki,
bu da makroiqtisadi
sabitliyi qorumağa, sosial sektorun inkişafına güclü
dəstəkdir. Dövlətimizin
başçısı müşavirədə
bu məsələyə
də böyük önəm verib: “Bu, dünya miqyasında çox böyük rəqəmdir və Azərbaycan o ölkələrdəndir
ki, böyük valyuta ehtiyatlarına malikdir. Ölkənin ərazi ölçülərinə
və əhalinin sayına görə, hesab edirəm ki, əgər valyuta ehtiyatlarımızı
adambaşına hesablasaq,
biz dünya miqyasında
ən qabaqcıl yerlərdən birindəyik.
Çox
sevindirici hal ondan ibarətdir ki, böyük investisiya layihələrinin
dövlət xətti
ilə həyata keçirilməsinə baxmayaraq,
strateji valyuta ehtiyatlarımız azalmır,
əksinə artır.
Biz çalışmalıyıq
ki, gələcək illərdə müəyyən
səviyyədən aşağı
düşməyək. Çünki bu, bizim ehtiyat mənbəyimizdir,
eyni zamanda, baxmayaraq ki, indi dünyada hökm sürən maliyyə böhranı faiz dərəcələrini
aşağı salmışdır
və bu vəsaitin idarə edilməsi nəticəsində
biz, hələ ki, o qədər də böyük mənfəət
əldə edə bilmirik, ancaq valyuta ehtiyatlarının idarə edilməsində yeni istiqamətlər artıq araşdırılır.
Beləliklə, vəsaitimizin daha
da səmərəli şəkildə mənfəət
gətirmə əmsalı
əminəm ki, daha da yüksək
səviyyədə olacaqdır.
Göründüyü kimi, dövlətimizin siyasəti xalqımızın
maraqlarına, onun daha yaxşı yaşamasına xidmət edir. 2012–ci ildə də bu istiqamətdə
həyata keçirilən
genişmiqyaslı proqram
və layihələr,
görülən işlər
insanların yaşayış
səviyyəsinin daim
yüksəlməsinə, işsizlik
probleminin aradan qaldırılmasına, inflyasiyanın
minimum səviyyəyə endirilməsinə
imkan verib. 2012–ci
ildə əhalinin pul gəlirləri 12 faiz, inflyasiya isə cəmi 1,5 faiz artıb.
Azərbaycan bu göstəricilərə
görə də dünya miqyasında ən qabaqcıl yerlərdədir. İnkişafımızın sürətli dinamikasını
şərtləndirən amillər
içərisində Azərbaycanda
genişmiqyaslı infrastruktur
layihələrin əzmlə
həyata keçirilməsi,
investisiya yatırımlarında
yerli sərmayələrin
həcminin ilbəil artmasıdır. Son illər, xüsusən də 2012–ci ildə Azərbaycana yatırılan
investisiyaların əsas
hissəsi məhz daxili sərmayələrin
payına düşüb.
Dövlətimizin başçısının sədrliyi ilə keçirilən müşavirədə
bu məsələlərə
də böyük önəm verilib. Bildirilib ki, həm dövlət
tərəfindən ayrılan
əsaslı investisiyalar,
eyni zamanda yerli şirkətlərin,
sahibkarların imkanlarının
artması istiqamətində
atılan ardıcıl
addımlar Azərbaycanda
böyük infrastruktur
layihələrinin uğurla
reallaşmasına güclü
təkan verib. Doqquz ayda həyata keçirilən, eləcə
də təməli qoyulan nəhəng layihələr bu reallığı əyani
şəkildə təsdiqləyir.
Azərbaycanın sosial–iqtisadi inkişafı
artıq dönməz
xarakter alıb və yalnız neft amilindən asılı deyil. Təsadüfi deyil ki, nəhəng
neft–qaz layihələrinin
həyata keçirilməsi
ilə yanaşı, indi daha çox
qeyri–neft sektorunun, özəl bölmənin
və sahibkarlığın
inkişafı dövlətimizin
xüsusi diqqət mərkəzindədir. Qeyri–neft
sektorunun davamlı inkişafı, yerlərdə
enerji, su və qaz problemlərinin
aradan qaldırılması,
regionlarımızın sürətli
tərəqqisi, müasir
infrastrukturun formalaşdırılması,
yeni iş yerlərinin açılması,
elm, təhsil, səhiyyə,
rabitə, nəqliyyat,
idman və digər sahələrin yüksəlişinə göstərilən
dövlət qayğısı
nəticəsində, insanların
daha yaxşı yaşamasına, onları
narahat edən problemlərin həllinə
gətirib çıxarıb.
Son illər ölkəmizdə
ən yeni texnologiyalarla təchiz olunmuş minlərlə sənaye və emal müəssisələri,
dünya standartlarına
cavab verən və internetə çıxışı olan
müasir təhsil və səhiyyə ocaqları tikilib istifadəyə verilib.
Əhaliyə xidmət sahələrinin
sayı durmadan artır, keyfiyyəti yüksəlir. İnformasiya–kommunikasiya texnologiyaları cəmiyyətimizə
geniş yol açıb, sosial sferada müasir idarəetmə üsullarının
tətbiqinə başlanılıb.
Ərzaq təhlükəsizliyi ilə
bağlı məsələlər
də Azərbaycanda uğurla həll edilir. Ölkəmizdə bu məsələyə
kompleks şəkildə
yanaşılır, lazımi
təhlillər aparılır.
Daxili imkanlar və daxili bazarın potensialı araşdırılır
və özümüzü
yerli məhsullarla maksimum dərəcədə
təmin etmək üçün lazım olan bütün tədbirlər görülür.
Bu məsələ ilə
bağlı da daim fikir mübadiləsi
aparıldığını və müvafiq göstərişlər verildiyini
vurğulayan Prezident İlham Əliyev deyib: “Əsas ərzaq məhsullarının
istehlakı yüz faiz Azərbaycanda istehsal olunan mallar hesabına təmin edilməlidir. Biz buna yaxınıq,
bəzi mövqelər
üzrə bunu əldə etmişik, bəzi istiqamətlər üzrə artıq hədəfə yaxınlaşırıq.
Bölgələrdə yaradılan yeni
müəssisələr, emal
müəssisələri, südçülük
fabrikləri, heyvandarlıq
fermaları, çörək
zavodları, quşçuluq
fabrikləri bizə imkan verir ki,
yaxın illərdə
hər bir mövqe üzrə daxili tələbatı yüz faiz öz
gücümüzə arxalanaraq
təmin edək.
Bu, həm sosial məsələdir, həm
ərzaq təhlükəsizliyi
məsələsidir, həm
də iqtisadi məsələdir, iş
yerlərinin yaradılmasına
gətirib çıxarır.
Yəni
biz burada bir neçə hədəfi
nəzərə alırıq
və bütövlükdə
bu istiqamətdə aparılan işlər məni qane edir. Çünki biz bu işlərə
sistemli yanaşmışıq,
pərakəndə şəkildə
yox. Sistemli təhlil aparılmışdır
və biz bu istiqaməti Sahibkarlığa
Kömək Milli Fondunun
xətti ilə də sahibkarlara göstəririk. Çünki bu alət də
çox səmərəlidir.
Bu il Sahibkarlığa
Kömək Milli Fondunun
xətti ilə 200 milyon manat güzəştli
kreditlər nəzərdə
tutulur, onların böyük əksəriyyəti
artıq verilmişdir.
Mən göstəriş
verdim ki, gələn il
biz bu məbləği
artıraq və gələn il bu fond vasitəsilə üç yüz milyon manat məbləğində
güzəştli kreditlər
verilməlidir. Çünki bu, çox vacib sahədir, bu, real iqtisadiyyata qoyulan investisiyalardır, dövlət nəzarəti
altında qoyulan investisiyalardır. Ancaq özəl
sektor da bu investisiyaları qoyur. Biz bu
proqramı icra edərkən həm özəl sektoru stimullaşdırırıq, ucuz
kreditlər verməklə
onların fəaliyyətini
genişləndiririk, eyni
zamanda, daxili istehsalı da stimullaşdırırıq”.
Xəlil CABBAROV,
Respublika.- 2012.- 9 dekabr.- S. 1.