Regionların inkişafı Azərbaycanın tərəqqisi deməkdir

 

Dünyanın yod xəritəsində Azərbaycanın payı o qədər də böyük deyil. Planetimizdə ən böyük yodyod tərkibli komponentlər istehsalına liderlik Çiliyə məxsusdur (60 faiz). İkinci yeri 28 faizlə Yaponiya, üçüncü yeri isə 7 faizlə Amerika Birləşmiş Ştatları tutur. MDB–yə gəlincə, bir neçə il əvvəl yod istehsalı sahəsində Rusiya və Türkmənistan liderlik etsə də, bu gün birincilik Neftçala yod zavoduna məxsusdur. Təbii qəzalar üzündən Çilidə və Yaponiyada da son vaxtlar istehsal aşağı düşməkdədir. Yaponiyada istehsalın azalmasının digər səbəbi hasilatın çox baha başa gəlməsidir. Odur ki, hazırda yaponlar digər ölkələrin yod sənayesinə investisiya qoymağa daha çox üstünlük verirlər. Bu məqsədlə qabaqcıl texnologiyalarkowhow ixrac olunur. Belə ki, bu gün Çili və ABŞ kompaniyalarının əksəriyyətinin səhmdarları arasında yapon şirkətləri var.

Sevindirici haldır ki, ölkəmizdə bu sahə getdikcə inkişaf edirNeftçala zavodunda istehsal olunan kristal yod dünyada ən keyfiyyətli hesab olunur. Ümumiyyətlə yod çox qiymətli sərvətdir. Təkcə ona görə yox ki, hazırda dünya bazarında tonu 30 min ABŞ dollarından yuxarı satılır, həm də ona görə ki, insan həyatını yodsuz təsəvvür etmək qeyrimümkündür. Müasir texnikanın tələblərinə cavab verən dərəcədə təmiz kimyəvi maddələrin və monokristalların alınması ilə əlaqədar son illər yodun digər çox mühüm tətbiq sahələri meydana çıxıb. Yod güclü radiasiyaya məruz qalmış insanları müalicə etmək üçün də ən təsirli vasitələrdən biridir. Çernobıl qəzası zamanı 10 minlərlə adam məhz ölkəmizdə istehsal olunan yodun hesabına şəfa tapmışdı. Yodun ən çox istifadə olunduğu sahələr aşağıdakı kimi sıralanır: səhiyyə və sanitariya —30 faiz, veterinarheyvan yemləri istehsalı —15 faiz, metallurgiya —8 faiz, elektronika—3 faiz. Yoddan hətta atom energetikasında da istifadə olunur.

Dünyada yoda olan ehtiyac getdikcə artır. MDB məkanında əsas yod istehlakçıları Rusiya, Ukrayna və Qazaxıstan hesab olunur. Çünki bu ölkələr inkişaf etmiş metallurgiya, elektronika, kimya və əczaçılıq sənayesinə malikdirlər. Yaxın illərdə yodayod birləşmələrinə tələbatın daha da artacağı gözlənilir. Buna görə həm MDB–nin yod bazarı, həm də digər ölkələrdən gələn sifarişlər Neftçala yod zavodu üçün yaxşı perspektivlər vəd edir. 1937–ci ildə dünyada istehsal olunan yodun 40 faizini verən ölkəmiz yenidən yod ixracatçısına çevrilməkdədir. Bu gün Neftçala yod zavodu Çinə, Hindistana, Polşaya, Latviyaya, Rusiyaya, Ukraynaya və digər ölkələrə məhsul satır.

Adı çəkilən müəssisə regionların sosialiqtisadi inkişafına dair Dövlət Proqramına, xüsusən qeyrineft sektorunun inkişafı və yeni yerləri yaradılmasına yönəlmiş dövlət siyasətinə əsaslanan vacib bir layihə əsasında həyata keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəstəklənən bu layihəni İSR Şirkətlər Qrupunun investorluğu ilə “Azəryod” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) reallaşdırmışdır.

Hazırda zavodda dünyada ən müasir üsullardan biri sayılan hava desorbsiyası üsulu tətbiq olunur. Yeni texnologiya ilə buruq sularından məhsulun çıxışı 94 faiz təşkil edir ki, bu da çox yüksək göstəricidir. Bu göstərici Rusiyada 85 faiz, Yaponiyada isə 90 faizdən yuxarı qalxmır.

Qeyd edək ki, köhnə quyularda geoloji sınaq işləri aparıldıqdan sonra 140 quyunun istismara yararlı olduğu aşkar edilib. Lakin hələlik həmin quyulardan 95–i təmir olunaraq işə salınıb. Zavodun istehsal gücü də elə bu qədər quyuya hesablanıb. Bu gün zavodun illik istehsal gücü 320 tondur. Yaxın illərdə yod istehsalı qurğusunun dördüncü növbəsinin işə salınması nəzərdə tutulur. Bununla əlaqədar quyuların sayı artırılacaq və yod istehsalı ildə 500 tona çatdırılacaq.

Bir qədər də istehsal prosesinin texniki tərəfinə nəzər salaq. Yod üçün xammal dərinliyi 800–2500 metrə çatan quyulardan alınır. Buruq suları müasir avadanlıqlar—elektrik dərinlik dalma nasosları vasitəsilə çıxarılır. Gündə hər quyudan 500 tona qədər yodlu su hasil edilir. Yodbrom tərkibli su çıxarıldıqdan sonra Neftçala və Xıllı yataqlarındakı xammal bazasında toplanır. Sonra isə borular vasitəsilə nasosxanalara paylanır. Növbəti prosesdə buruq suları böyük nasoslar vasitəsilə zavoda ötürülür. Texnoloji proses zamanı birləşmiş halda olan yod ionları xlor vasitəsilə sərbəst hala gətirilir və yuxarıda deyildiyi kimi hava desorbsiya üsulu ilə buruq sularından ayrılır.

Bu gün Azərbaycan yodunu Mərkəzi və Şərqi Avropa bazarına daha geniş həcmdə çıxarmaq üçün müəssisə əməkdaşları tərəfindən ciddi hazırlıq işləri görülür. Bunun üçün müəssisədə peşəkarlardan ibarət komanda formalaşıb. Burada xüsusi tədris seminarları təşkil edilir, həmçinin təcrübəli menecerlərin rəhbərliyi ilə bilavasitə istehsal prosesində işçilərin xidməti vəzifələrini necə yerinə yetirməsini intensiv surətdə öyrənməklə heyətin professional inkişafına kömək göstərilir. Məqsədə çatmaq üçün məhsulun keyfiyyətindən tutmuş qablaşdırmaya qədər hər bir detala diqqət yetirilir, qiymət rəqabətə uyğunlaşdırılır və effektiv marketinq qurulur. Xammal ehtiyatlarına gəlincə, ekspetlərin rəyinə görə, Neftçala və Xıllı yataqlarındakı yodlu su ehtiyatları zavod layihə gücü ilə işlədiyi təqdirdə 25 ildən artıq müddət üçün kifayət edəcək.

Yod istehsalı üçün lazım olan kimyəvi reaktivlər —xlor, soda, sulfids. hazırda çox böyük çətinliklərlə İrandan, Rusiyadan gətirilir. Bu problemi həll etmək üçün hazırda ərazidə duz zavodu tikilməsinə hazırlıq gedir. İşə düşdükdən sonra həmin kimyəvi reaktivlər texniki duzdan alınacaq. Əsas xammal kimi yerdən çıxan yod tərkibli 1 litr suyun tərkibində emaldan sonra 100–110 qram duz olur. Bu da duz sənayesinin inkişafı üçün geniş imkanlar deməkdi. Təsəvvür edin ki, 1 ton yod almaq üçün mədənlərdən 26 min kubmetr su çıxarılır. Gələcəkdə duz istehsalı və bunun əsasında kaustik soda istehsalı da planlaşdırılır. Alınan yod məhsulu əsasında zavodda 5 faizli yod məhlulu kalium yod, kalium yodats. məhsulların da istehsalı nəzərdə tutulur. Bundan başqa müəssisədə brom istehsalı üçünböyük xammal ehtiyatı var. Göründüyü kimi, planlar kimi, imkanlar da kifayət qədər genişdir.

Zavodla tanışlıq zamanı diqqət çəkən əsas məqamlardan birikollektivin təşəbbüskarlığı, rentabelliliyi artırmaq qayğısına qalmasıdır. Xıllıda istehsal olunan xammal qış aylarında 12 kilometrlik boru xətti ilə zavoda gəlib çatana qədər yodlu suyun temperaturu 28–320C–dən 5–60C–yə düşür. Aşağı temperaturda bu qurğu ilə yod istehsalı zamanı xeyli miqdarda itkilər olur. Bunun da çarəsi tapılıb. Yaxın zamanlarda Xıllı yatağında titanın əvəzinə plastik boruları olan hava desorbsiya qurğusundan ibarət kiçik zavodun tikilməsi planlaşdırılır. Bu da məhz istehsal zamanı itkini minimuma endirməyə imkan verəcək. Bundan əlavə, plastik borular ucuz və kimyəvi cəhətdən daha davamlı olmaqla bərabər ekoloji baxımdan da sərfəlidir.

Anbarlara yığılan xammal nasosxanalara və müəssisəyə diametri 630 millimetr olan dəmir borularla verilir. Hazırda həmin ötürücü xətti də polietilen borularla əvəz etmək üçün “Azəryod”un nəzdində yüksək keyfiyyətli və lazımi atmosferə davamlı polietilen borular istehsal edən qurğular quraşdırılıb. Yenə də məqsəd ekoloji təmizliyə nail olmaq, istehsal olunan məhsulun maya dəyərini aşağı salmaqdır.

Əvvəllər yod tərkibli suyun çıxarılmasında istifadə olunan elektrik dərinlik dalma nasosları Rusiya və Çindən gətirilirdi. Kiçik bir detal sıradan çıxanda, bəzən aylarla vaxt itirilirdi. Quyuların işi dayanır, su hasilatı aşağı düşürdü. “Azəryod”un nəzdində elektrik dərinlik dalma nasoslarının təmiri və kirayəsi ilə məşğul olan müştərək müəssisə yaradılması bu problemin də həllinə imkan yaradıb. “Azəripampservis” adlanan bu müəssisə yaxın qonşumuz olan Rusiyadakı partnyorlarla birgə yaradılıb. Müəssisədə hazırda 44 nəfər işçi çalışır. Onlar Abşeron, Neftçala, Qarasus. yataqlarında çalışan neftçilərə də öz avadanlıqlarını kirayə veriryaxud qazma, təmir–bərpa işlərində iştirak edirlər.

Regionların inkişafına dair Dövlət proqramlarının həyata keçirilməsində 2007–ci ildə istifadəyə verilən keyfiyyətcə təhlükəsiz arxitektura şüşəsinin və onun məmulatlarının istehsalçısı olanDizayn Glass” şüşə emalı zavodunun da əhəmiyyəti böyükdür. Ərazisi 5 min kvadratmetr olan müəssisədə hazırda 50–yə yaxın işçi çalışır. Burada şüşə məmulatları üzərində ən mürəkkəb əməliyyatları yerinə yetirən İtaliya, Macarıstan və Çin istehsalı olan universal avadanlıqlar quraşdırılıb. Sifarişlər əsasında şüşələrin kəsilməsi, rənglənməsi həyata keçirilir. Xüsusi emaldan keçmiş, zərbəyə davamlı, hermetik, həmçinin yüksək temperatur altında cilalanmaqla sınmaya davamlı yastı fasad şüşələri hazırlanır. Bu sahədə rəqabət böyük olsa da, Bakı, Göyçay, Xaçmaz, Qəbələ və digər rayonlarda müəssisənin məhsullarına maraq artır. “Azəryod”da öz müəssisələrinin elektrik enerjisinə olan tələbatını ödəmək üçün təsisçilər tərəfindən modul tipli qaz trubinli qurğunun tikintisi də nəzərdə tutulur. Bütün bu layihələrin həyata keçirilməsində Azərbaycan hökuməti ilə yanaşı, Avropa Yenidənqurma və İnkişaf Bankı da yaxından iştirak edir. Müəssisədə yüksək ixtisaslı gənc kadrlar hazırlanması məqsədilə də geniş tədbirlər görülür. Şirkətin maliyyə vəsaiti hesabına artıq bir qrup gənc xarici ölkələrin qabaqcıl elm mərkəzlərində təhsil almağa göndərilib.

Proqnoz göstəricilərinə müvafiq bu regionda yodlu su yataqlarının işlənməsi davam etdirilirümumi illik istehsal gücünün gələcəkdə 1500 tona çatdırılması hədəfə alınıb. Onu da qeyd edim ki, Neftçalada yod istehsalının bərpası təkcə rayon üçün yox, Azərbaycan kimya sənayesinin dirçəldilməsi baxımından mühüm hadisədir. Regionlarımızın belə inkişafı, əlbəttə ki, Azərbaycanın tərəqqisi deməkdir. Qeydlərimi uzun illər Neftçalada YodBrom zavoduna rəhbərlik etmiş SSRİ–nin fəxri kimyaçısı Razim Nəcəfovun sözləri ilə bitirmək istəyirəm: “Müəssisəmizdə 500–dən çox insan işlə təmin olunub. Müəssisənin imkanları artdıqca işçilərin mənzil–məişət şəraiti də yaxşılaşır. Burada çalışanlara yaşayış evləri tikilməsi üçün 2 hektar torpaq sahəsi alınıb. 2014– ilə qədər bu məsələ də öz həllini tapacaq. Mən biznes maraqları ilə insan amilini bərabər tutan insanları təqdir edirəm. Bu layihəni həyata keçirənlərin yaratdıqları qalacaq. Neftçala camaatı bu xeyirxahlığı daim xatırlayacaq”.

 

Süleyman Əlisa.

 

Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün.

 

Respublika.- 2012.- 11 dekabr.-S. 7.