| Mütərəqqi dövlət idarəçilik sisteminin müəllifi

 

İllər birbirini əvəzlədikcə, yeni həyat gerçəklikləri keçilmiş yolun hər bir mərhələsinə parlaq işıq salır. Bugünün uğurları yaxın keçmişə dolğunobyektiv qiymət vermək imkanı yaradır. Bu həqiqət işığında qəlbi daim vətən eşqilə döyünən böyük dühaların, fenomen şəxsiyyətlərin milli dövlətçilik qarşısındakı xidmətləri də aydın görünür. Əminliklə deyə bilərik ki, müstəqil respublikamızın hazırda qazandığı böyük nailiyyətlər məhz Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli ictimaisiyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır.

 

Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasətçi Heydər Əliyev böyük siyasətdə qarşıya qoyduğu hədəflərə doğru irəliləyərkən təkcə daxili inamına, iti fəhminə, yüksək intellektinə və parlaq zəkasına deyil, həm də ictimai etimada əsaslanmış, ən böyük dəstəyi xalqdan almışdır. Şəxsiyyət və lider kimi böyüklüyü ona hələ sağlığında ikən ümummilli liderlik zirvəsini fəth etmək imkanı vermişdir. Məhz bu qeyriadi xüsusiyyəti sayəsində ulu öndər həm də idarəçilikdə böyük uğurlara imza atmış, cəmiyyətin həlledici toplumunu arxasınca apara bilmişdir. Heydər Əliyevin liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti, cəmiyyətin maraq və mənafelərini ümumi bir nöqtədə birləşdirmək bacarığı Azərbaycan xalqının bu dahi şəxsiyyətə sonsuz etimadının əsas səbəblərindəndir.

Bütün bunların fonunda ulu öndər Heydər Əliyevin həm də mənəvi–əxlaqi cəhətdən nə qədər zəngin və kamil insan olduğu bir daha aydın görünür. Ümummilli lider dövlət idarəçiliyində və cəmiyyətdə daim milli–mənəvi dəyərlərə sadiq qalmış, əsl azərbaycanlı dünyagörüşünə malik olmuşdur. Böyük strateq və dövlət xadimi siyasətdə mənəvi əxlaq—sadəlik, düzgünlük, təmizlik, vicdanlılıq, ləyaqətlilik, yurdsevərlik, məğrurluq, mərdlik kimi normaları daim uca tutmuş, irəli çəkdiyi, etimad göstərdiyi kadrların da bu keyfiyyətlərə malik olmasına ciddi fikir vermişdir.

Dövlət idarəçiliyində, ümumilikdə, siyasi arenada uğuru təmin edən cəhətlər sırasında novatorluq xüsusi yer tutur. Ümummilli lider xalqın milli xüsusiyyətlərinin, özünəməxsusluğunun saxlanılması və gələcək nəsillərə çatdırılması məsələsində nə qədər mühafizəkar idisə, elmitexniki yüksəlişə, inkişafa, sosial–mədəni tərəqqiyə xidmət edən proqram və konsepsiyaların həyata keçirilməsində, informasiyakommunikasiya texnologiyalarının geniş tətbiqində bir o qədər yenilikçi və islahatçı idi. Ulu öndərin lider kimi yenilikçilik, təşəbbüskarlıq keyfiyyətləri onun qurucu və yaradıcı, eyni zamanda maarifçi insan olmasından irəli gəlirdi.

Ulu öndər 1993– ildə xalqın xahişi ilə hakimiyyətə qayıtdıqdan dərhal sonra Azərbaycana birinci rəhbərliyi dövründə milli kadrların və dövlət qulluqçularının hazırlanması sahəsində başladığı işləri daha geniş miqyasda, sistemli şəkildə davam etdirməyi prioritet vəzifələrdən biri kimi müəyyənləşdirdi. İdarəçilikdə rəhbərin davranışları, metodu, dövlət qulluğunda üstünlük verdiyi meyarlar komandadakı əhval–ruhiyyəyə də təsir göstərir. Bu mənada Heydər Əliyevin yüksək vətənpərvərliyi, ekstremal situasiyalarda düzgün və ədalətli qərarlar qəbul etmək bacarığı, tükənməz enerjisi, işgüzarlığı onun rəhbərlik etdiyi komandanın da çevikliyinə təkan vermiş, məmurlarda məsuliyyət hissini daha da gücləndirmişdir. Bu komandanın hər bir üzvü yaxşı bilirdi ki, Heydər Əliyevin etimadını və rəğbətini qazanmağın yeganə yolu vicdanla, məsuliyyətlə işləmək, qarşıya qoyulmuş vəzifələri tez bir zamanda yerinə yetirməkdir. Dahi öndər yaxşı işləyən dövlət qulluqçularını mükafatlandırmaqla yanaşı, verilmiş göstərişləri lazımi səviyyədə yerinə yetirə bilməyən, qulluq səlahiyyətlərini aşan, xalqda haqlı narazılıq doğuran hərəkətlərə yol verən məmurları müşavirələrdə açıqca ifşa edirbu, digərlərinə görk olurdu. “Azərbaycanın dövlət başçısı, prezidenti kimi mənə yaxşı işdən savayı heç bir mükafat vermək, xoş söz demək lazım deyildir. Bunların heç biri mənə lazım deyil. Yaxşı işləyin, görün. Amma təmiz görün, mənəvi saflığı təmin edin” — ulu öndərin vaxtilə dediyi bu sözlər bir daha təsdiqləyir ki, Heydər Əliyev dövlət idarəçiliyində məmur məsuliyyəti meyarlarını düzgün müəyyənləşdirmiş, komanda üzvünün hər birinin işinə xalqın rəyi əsasında qiymət vermiş, özünün zəngin təcrübəsini onlara təlqin etməyə çalışmışdır.

İdarəçilikdə siyasi varislik ənənəsi həm də kadrların seçilməsi və dəyərləndirilməsi ilə bağlı mütərəqqi ənənələrin qorunub saxlanılmasını və inkişaf etdirilməsini nəzərdə tutur. Sevindirici haldır ki, 2003– ilin oktyabrından ölkəyə inamla rəhbərlik edən Prezident İlham Əliyev ulu öndərin kadr siyasətini də yeni dövrün tələblərinə uyğun, böyük uğurla davam etdirir. Dövlət başçısı seçildikdən sonra hökumət üzvləri ilə keçirdiyi ilk toplantıda xalqa xidməti əsas tələb, vəzifə kimi müəyyənləşdirən cənab İlham Əliyevin irəli sürdüyü bu prinsip indiöz qüvvəsindədir:Xalq prezidenti seçir, prezident də xalqın qarşısında cavab verməlidir. Əgər xalq onun fəaliyyətini dəstəkləyirsə, ona inanırsa, bu, ən böyük mükafatdır”. Cənab İlham Əliyevin siyasətinə xalqın inamı da məhz onun belə idarəetmə prinsiplərinə yanaşmasından, hakimiyyəti yalnız vətəndaşlara xidmət vasitəsi kimi dəyərləndirməsindən irəli gəlir. Bu baxımdan liderlik institutunun Azərbaycan üçün nə qədər böyük önəm daşıdığı indi daha qabarıq görünür.

Ötən 9 ildə regionların tərəqqisi, yeni yerlərinin açılması, sosial infrastrukturun yeniləşməsi, yerlərdəki problemlərin aradan qaldırılması məqsədilə imzaladığı sənədlərin icrası vəziyyəti ilə tanış olmaq, sıravi insanlarla ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına ardıcıl səfərlər etməsi cənab Prezidentin fəaliyyətinin üstün istiqamətlərindən biri kimi diqqəti çəkir. Vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkin və həssaslıqla onların problemlərini dinləyən, bu problemlərin həlli üçün qəti tapşırıqlar verən cənab İlham Əliyevin bu addımları ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir, xalqın öz Prezidentinə olan inamını, etimadını daha da artırır.

Son illər Azərbaycanda müşahidə olunan dinamik yüksəliş və tərəqqi, iqtisadiyyatın sürətli inkişafı respublikada həyata keçirilən uğurlu islahatların nəticəsi olmaqla yanaşı, eyni zamanda, milli sahibkarlığa göstərilən yüksək diqqət və qayğının nəticəsidir. İş adamı olaraq son 9 ildə dövlət başçısı İlham Əliyevin sahibkarlara hərtərəfli dəstəyini hər addımda hiss etmişəm. Möhtərəm Prezident ötən müddətdə həyata keçirdiyi əməli tədbirlərlə, imzaladığı müvafiq fərman və sərəncamlarla sahibkarların himayədarı olduğunu təsdiqləyib. Həyata keçirilmiş məqsədyönlü iqtisadi siyasət hesabına Azərbaycanda özəl sektor yeni inkişaf mərhələsinə qədəm qoyub, bu sektorun ümumi daxili məhsulda payı 85 faizə yüksəlib.

Bakıya daxilən bağlı olan, onu varlığımızın rəmzi kimi dəyərləndirən cənab İlham Əliyev ötən 9 ildə şəhərin milli üslubda inkişaf etməsi, təmizliyi, gözəlliyi, müasirliyi ilə göz oxşaması üçün lazımi tədbirlərin görülməsinə ciddi nəzarət edir. Son illərdə tikinti sahəsinin dinamik inkişafı, respublikanın hər bir guşəsində böyük abadlıq–quruculuq işlərinin aparılması da məhz dövlət başçısının sahibkarlara qayğısı nəticəsində mümkün olmuşdur. Rəhbəri olduğum “Biləv inşaat” şirkətində ölkə qanunvericiliyin tələblərinə riayət etməklə, dövlət başçısının müvafiq fərman və sərəncamlarına uyğun fəaliyyət göstərməyə, paytaxt ekologiyasını, yaşıllıqları qorumağa, şəhərimizin daha da gözəlləşdirilməsinə çalışır. Hesab edirəm ki, sahibkarlığın inkişafı təkcə ölkənin sosialiqtisadi inkişafına deyil, həm də ictimaisiyasi sabitliyin möhkəmlənməsinə, demokratikləşmə proseslərinin sürətlənməsinə, vətəndaş cəmiyyəti quruculuğuna təkan verən mütərəqqi prosesdir. Halal yolla pul qazanan, dövlət qarşısında sosial məsuliyyətini dərk edən adamlarının sayının artması yerli xarakterli sosial məsələlərin həllinə də yaxşı imkanlar açır. Sevindirici haldır ki, dövlətin hərtərəfli dəstəyi müqabilində məsuliyyətini düzgün dərk edərək xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan, əhalinin problemlərinin həllində iştirak edən sahibkarların sayı da getdikcə artır.

 

Fariz ƏMİROV,

“Biləv inşaat” şirkətinin rəhbəri.

 

Respublika.- 2012.- 11 dekabr.- S. 2.